Öz naqisliyini tamamlamaq yolunda insanlığın ən bö-
yük kəşfi eşqdir! Ta-a qədimdən insanın mütləqləşdirdiyi,
gözüyumulu yolunda canını verdiyi, həyatının mənası hesab
etdiyi eşqdir. Burada bir-birinə zidd olan məqamlar çox
olduğundan, zənnimizcə, nisbətən geniş bir izaha ehtiyac
var.
- 93 -
Platonun yazdığına görə, insan əvvəlcə vahid bir varlıq
olmuş, sonra Allahın qəzəbinə gəlib iki yerə bölünmüşdür. O
vaxtdan yarıya bölünmüşlər bir-birini axtarır və yalnız tək
canın tərkib hissələri bir-birinə qovuşanda əsl səadətə
çatırlar, tamamlanırlar. Maraqlıdır və bizim dediklərimizə
uyğundur. Lakin nəzərdən qaçan bir məsələyə diqqət
yönəldək: vahid varlığa çevrilmiş iki insan, yəni öz yarısını
tapmış insanlar kamil bir varlıq sayılmalıdırlarsa,
…evlilikdən sonra davam edən axtarışların mahiyyəti nədir?
Həm də bu axtarışlar istisna hallarda bərabər olsa da, əksər
hallarda yalnızlıqda, fərdi qaydada aparılan axtarışlar olur.
Və ya yarına olan məhəbbəti (deməli, yarın özünü də) başqa
bir kamilliyə çatmaq üçün vasitə olaraq görür. Fərqi yoxdur,
istər arxa-dəstək olaraq fiziki baxımdan, istərsə də ilham
pərisi olaraq ruhi baxımdan olsun. Vasitə vasitədir.
Məsələyə bir də fərqli prizmadan baxaq. Şərq fəlsəfə-
sinə, xüsusilə təsəvvüfə nəzər salsaq, aydın bir mənzərənin
şahidi olarıq: fərdi eşq daha uca həqiqətləri açıqlayan böyük
bir aləmə aparır. Bu o deməkdir ki, eşq yalnız ürəkləri
çırpındıran, ruhları bir-birinə cəzb edən bir hiss deyil, o,
daha mürəkkəb və dərin bir mənaya malikdir. Eşq – maddi
aləmdən çıxıb mənəvi dünyaya üz tutmağın ilk səbəbidir,
könül gözünü açan, ruhu düşündürən bir hissdir. Eşq –
həqiqətdir, deməli, idrakın sonudur. Eşq – yaradılışın səbəbi
kimi Mütləqdən nisbiyə enən bir nur zolağı olduğu kimi,
nisbidən də Mütləqə uzanan bir yoldur. İnsan ona doğru
uzanan həmin nur zolağını kəşf etməklə eşqi və bununla da
həqiqəti dərk etmiş olur. S.Xəlilov yazır: «Eşq səviyyəsində
idrak bütün insanlara aid olan hissi və məntiqi idrakdan
yüksəkdə durur – idrakın ali məqamına aparır. Bu pillə daha
-94 -
çox dərəcədə idrakın sezgi və vəhy məqamlarına uyğundur».
Müxtəlif səviyyədə olsa da, hər kəsin bir sevgiyə qadir
olduğu məlumdur və təbii ki, bunların hamısının «idrakın ali
məqamına» apardığını demək düz olmazdı. Müəllif buna
belə açıqlıq gətirir: «Yüksək mənəviyyatlı, incə ruhlu, parlaq
qəlbli insanları heyrətləndirmək, məftun etmək üçün daha
böyük gözəllik, daha həssas və daha mürəkkəb tərəf-müqabil
lazımdır. Ən böyük aşiq isə, heç şübhəsiz, ancaq İşıqlar
işığına (Allaha – K.B.) səcdə edə bilər. Bu isə artıq ilahi eşq-
dir». Deməli, məhz ilahi eşq, bütün maddiyyata baxış priz-
masını dəyişə, həqiqətin üzərindən pərdəni götürə, könül, ruh
gözünü aça bilən ilahi eşqdir.
Deyilənlərə əhəmiyyətli bir əlavə də etmək lazımdır:
biz tamamlanma hissinin insanın təfəkkür səviyyəsi ilə bila-
vasitə əlaqəli olduğunu bildirmişdik. Deməli, ilahi eşqə ge-
dən yol da məhz fərdi eşqdən keçməlidir. Əbu Turxan bunu
belə təsvir edir: «Fərdi məhəbbətin ilahi məhəbbətə qo-
vuşması iki damlanın əvvəlcə bir damlada birləşməsi və dər-
yaya birlikdə qatılması kimidir». Başqa cür desək, insan
əvvəlcə daxili dünyasında əzəmətli bir harmoniyanın ol-
duğunu kəşf edir, sonra da özünün bu əzəmətli harmoniyanın
bir tərkib hissəsi olduğunun şahidi olur.
Xüsusilə onu da qeyd edək ki, məhz hər «iki damla»
eyni duyğuları keçirmiş olarlarsa, onların qovuşması böyük
dəryaya – ilahi eşqə apara bilər.
Hər varlıq özündən daha üstün olana bənzəməyə çalışır.
Yuxarıda qeyd etdik ki, insan yaradılmışlar arasında ən kamili
və Allahın gözəl sifətlərini özündə ehtiva edən, eyni zamanda,
onları dərk etmək qabiliyyəti olan yeganə varlıqdır. Bu o de-
məkdir ki, insanın bənzəməyə çalışdığı və ya sifətlərini dərk
- 95 -
etmək istədiyi varlıq Allahdır. Məsələn, Şihabəddin
Sührəvərdiyə görə, nur iyerarxiyasında «hər naqis nurun
kökündə özündən yüksək nura qarşı eşq, hər ali nurun
kökündə özündən aşağıdakına qarşı isə qaliblik (idarəçilik)
var». Hər nur özündən yüksəkdəki nura duyduğu və heç bir
söz və hisslə təsvir olunmayacaq eşq və şövqlə ucalmağa
çalışır: «Şövq müvəffəq zatları Nurlar Nuruna aparır. Ən tam
şövq ali nura cəzb və ucalmaqla tamamlanır». Aşağı nurları
yüksəldən, ucalmağa sövq edən hisslərin, halların hər biri
nurlanma dərəcəsindən asılıdır. Bu hisslər hər nura – varlığa
xasdır.
Bəs tamamlanma hissini insana dərk etdirən irrasional
təfəkkür nədir?
Hər şeydən əvvəl bir faktı vurğulayaq: irrasional təfək-
kürün səviyyəsi bilavasitə rasional təfəkkür səviyyəsindən,
insanın dünyagörüşündən asılıdır. Ən müxtəlif məzmunlu və
məqsədli təcrübə formaları – şamanizm, satanizm, kabbala,
təsəvvüf və s. Dediklərimizə bariz nümunə ola bilər. Onların
hamısı eyni hissin izharıdır: fövqəladə qüvvələrin köməyi ilə
qüvvətlənmək, ali bir ağlın yardımı ilə öz təfəkküründə hansı
isə gizli bir qapını açıb həm ümumiyyətlə varlıq aləminin,
həm də öz varlığının qaranlıq guşələrini işıqlandırmaq, dərk
etmək.
Rasional ağılla, məntiqli düşüncə ilə ən yüksək zirvəyə
qalxa bilmiş alimlər, filosoflar, sənətkarlar çatdıqlarının son
olmadığını, hətta bəlkə də yolun yarısı belə olmadığını gö-
rəndə fərqli vasitəyə – irrasional təfəkkürə müraciət edirlər.
Əslində irrasional vasitə və təfəkkürün imkanları insanlar
üçün yəqin elə insanın yaradılışı ilə bərabər açılmışdır. Buna
-96 -
misal olaraq qədim dövrdən günümüzə qədər çatmış əsərləri,
ayrı-ayrı mətnləri göstərmək olar.
İnsan maddi varlıq olmaqla yanaşı, həm də ruhi varlıq-
dır və onun maddiyyat fövqündə yardım axtarması, oradakı
hikmətləri dərk etməyə cəhd etməsi əslində təəccüblü deyil.
Onun öz natamamlığının səbəbini maddiyyat dünyasından
keçərək ruhi aləmdə axtarması da anlaşılan və həqiqətə yaxın
bir addımdır. Qeyri-adi görünən məsələnin başqa bir
tərəfidir. Birincisi, insanların müraciət etdiyi obyektlər
fərqlidir: kimisi yalnız özünün tanıdığı bir ruha, kimisi
şeytana, kimisi də Allaha. Onların müraciət forması da
fərqlidir: kimisi gizli, kimisi aşkar, kimisi ətrafdakılara zərər
vurmaqla, kimisi əksinə xeyir verməklə, kimisi öz daxili
dünyasına çəkilməklə, kimisi ətraf aləmlə harmoniya
axtarmaqla. Oxşar təfəkkür vasitəsilə kamilliklərinin
zirvəsinə çatmış şəxsiyyətlərin təcrübələrindən çıxış edərək
qətiyyətlə demək olar ki, məhz Allaha yönəlmiş təfəkkür
həqiqi anlamda tamamlana və kamilləşə bilir. Məsələn, öz
axtarışını təsvir edən Müqəddəs Avqustin deyir: «Mən ar-
xam işığa və üzüm işıqlanan tərəfə dayanırdım. Mənim işıq-
lanan şeylərə yönəlmiş üzüm işıqlanmırdı». Mövcud müxtə-
lifliyin səbəblərini açıqlayaq.
İnsanları bir-birindən fərqləndirən əsas amillərdən biri
onların təfəkkürüdür. Məhz təfəkkürünün səviyyəsinə uyğun
olaraq insan istər öz mənəvi aləminə, istərsə də xarici mühitə
münasibət göstərir, onu dərk etmək üçün uyğun vasitələr se-
çir. Qısa şəkildə desək, primitiv düşüncənin seçdiyi obyekt
də, ona çatdıran vasitəsi də primitiv olur. Təfəkkür səviyyəsi
yüksəldikcə obyekt də yüksəlir, aliləşir, vasitələr də. İnsanın
gördüyü təhsil, oxuduğu ədəbiyyat, ədəb-əxlaqı, eyni
- 97 -
zamanda,
ətraf mühit, cəmiyyət onun təfəkkürünü
formalaşdıran maddi və mənəvi amillərdir. Bununla belə, hər
bir amildən yüksəkdə duran, onlara güclü təsir göstərə bilən
aparıcı bir faktor da var: ilahi qüvvə. Burada əhəmiyyətli bir
cəhət xüsusilə vurğulanmalıdır: ilahi qüvvənin təsiri də
insanın təfəkkür səviyyəsindən asılıdır. Yəni əslində ilahi
qüvvə eynidir, onu qəbul edən obyekt isə fərqlidir. Günəş
eyni şəkildə işıq saçır, ancaq fərqli məkanlar bu şüalardan
eyni qidalana bilmir, təbii ki, fərqli də nəticələr ortaya çıxır:
bir məkanın qarı-buzu heç cür ərimək bilmir, bəzi yerlər isə
yanıb kül olur, hətta eyni məkanda bir yerdə gül bitir, başqa
yerdə qanqal, üçüncü bir yerdə isə ümumiyyətlə həyat
yoxdur. Qurani Kərimin ayələrindən birində deyilir:
«Göydən su endirdi və çaylar öz arxlarına görə çağlayıb
axdı» (Quran 13/17). Hər arx öz ölçüsünə görə su qəbul et-
diyi kimi, hər insan da öz təfəkkürünə görə ilahi qüvvə ilə
ünsiyyətdə olmaq bacarığına malikdir.
Dediklərimizdə maraqlı və əhəmiyyətli bir məqama
çatdıq. İnsanın maddiyyat, zaman-məkan çərçivəsindən çıxıb
ilahi aləmə keçişində və oraya məxsus biliklərə sahib olub
yüksəlməsində tənzimləyici və istiqamətverici qüvvə kimi Ali
Varlığın rolu birinci olduğuna görə, ağlın irrasional istiqamətə
yönəlməsində iman xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan,
ağlın rasional və irrasional tərəflərini, zənnimizcə, imanda
axtarmaq daha doğru olardı. Məsələn, sufi mütəfəkkir Cüneyd
Bağdadi insanları iman dərəcələrinə görə bölməklə, onların
dərk etdikləri həqiqətləri və öyrəndikləri bilikləri də
təyinləşdirir: «Bil ki, insanlar üç cürdür: axtarıb yönələn; çatıb
dayanan; daxil olub duran. Allahı axtaran zahiri elmin dəlilləri
ilə istiqamətlənib Allahın zahiri işarələrinə uyar. Qapının
-98 -
önünə çatıb dayanan şəxs batinini paklaşdırar, ürəyinə gələn
ilhamlarla öz yolunu tutar, Allaha ürəkdən itaət edər. Bütün
varlığı ilə Allahın hüzuruna gəlib Onun qarşısında duran isə,
Allahdan başqasını görməz, Allahın verəcəyi əmri gözləyər və
dərhal yerinə yetirər. Allahı əsl tövhid edənin sifəti budur».
Deməli, ilk mərhələdə maddiyyatın dərki ilə kifayətlənən
insan müəyyən inkişaf yolu keçməklə və bu proses boyu
Allahdan aldığı ilhamla (ilahi biliklərlə – K.B.) maddiyyat
fövqünə qalxa bilir, yəni artıq ağlın üst qatı ilə idrak prosesini
davam etdirmək imkanı qazanır. Onu da əlavə edək ki, ağıl və
iman məhz qarşılıqlı əlaqədə olub bir-birini tənzimlədikdə
idrak prosesini kamil dərəcəyə qədər inkişaf etdirə bilirlər.
Belə ki, imansız ağıl yalnız maddiyyat çərçivəsilə ki-
fayətləndiyi kimi, ağılsız iman da fanatizmə aparıb çıxara
bilər.
Deməli, insan irrasional təfəkkürə öz mənəvi nata-
mamlığını, naqisliyini kamilləşdirmək üçün müraciət edir,
bunu ondan ilahi aləmlə bağlı olan ruhu tələb edir və bunu
öz ruhunu dinləyə bilən şəxslər dərk edir. İnsan ikili (maddi
və mənəvi) xüsusiyyətə malik olduğuna görə, müxtəlif səbəb
və şəraitlər onun iç və zahiri aləmlərini zidd qoya bilir.
Özünün bir tərəfini üstün bilərək onun qayğısına qalmaq,
digərini onun köləsinə çevirmək insanın yaradılışdan malik
olduğu natamamlıq sindromunu daha da gücləndirir. Onun
hər iki tərəfi arasında harmoniyanın yaranması, onların bir-
birini tamamlaması isə insanın kamilləşməsidir. Bu,
təfəkkürün rasional və irrasional formalarının paralel inkişaf
etməsinin
və
bir-birini
tamamlamasının
zərurətini
vurğulamış olur. Qurani Kərimdə bu dünyanın imtahan,
sınaq meydanı olması, insanların etdikləri yaxşılıqların da,
- 99 -
pisliklərin də özlərindən gəlib, yenə də özlərinə yönəldiyinə
dəlalət edən bir çox ayə görmək mümkündür (məs.: Quran
6/16; 7/17; 45/15 və s.). Deməli, mənəvi yolu tutmaq üçün
maddiyyat vasitədir. Seçim biz insanlarındır. Odu da biz
seçirik, nuru da. Hər kəs öz natamamlığını özünə məxsus
dərk edir və fərqli şeylərlə tamamlanmaq istəyir. Bu, maddi
şeylər də ola bilər, yüksək eşq də, elm də. Həqiqətin hansı
olduğunu isə ruhumuz təyin edir, əgər ruhumuzu dinləməyi
bacarırıqsa.
-100 -
Dostları ilə paylaş: |