1
Ибн Яряби Мцщйиддин. Фусус ял-Щикям, Истанбул, 1946, с.
90.
2
Йеня орада, с. 65.
3
Кузанский Н. Сочинения: В 2-х т. т. 1, М., Мысль, 1979, с 419.
-124 -
əlaqəli və ayrılmazdır, onun bəşəriliyinin təyinidir, digərləri
müəyyən şəraitlə bağlı yarana, dəyişə və itə bilər. Bu, Allah
Təalanın bütün ad və sifətlərinin, o cümlədən bir-birinə zidd
olanların tək zat ətrafında birləşdiyi vəhdət aləminə bənzəyir.
«Mən» – insanın bütün keyfiyyət və qabiliyyətlərini
birləşdirən vəhdət aləmidir.
İnsanın təfəkkürünün,
hisslərinin obyekti kənar aləm olsa da, onların «süzgəci»,
forma qazandıranı «mən»dir.
Belə məlum olur ki, «mən» həm Allahın təzahür mey-
danıdır, həm də kənar təsirlərin. Lakin burada əhəmiyyətli
bir məqam var: «mən» əhədiyyət məqamında Allahın
adlarının təzahür meydanı olduğu halda, kənar təsirlərə
ikinci mərtəbədə – vəhdət aləmində reaksiya verir və bu
reaksiya bilavasitə birinci məqamın işığından asılıdır.
Deyilənlərdən çıxış edərək «mən» və cəmiyyətin əla-
qəsi barədə qısa bir təhlil aparaq.
Qurani Kərimdə deyildiyinə görə, Allah Təala istəsəy-
di «insanları bir tək ümmət edərdi. Ancaq onları imtahan
etmək üçün bir tək ümmət etmədi» (Quran 5/48). Ən zidd
sifətlərə malik Allah Təalanın müxtəlif şəraitlərdə fərqli
sifətləri təzahür edir: rəhimlilərin ən rəhimlisi də Allahdır,
günah içində batmış şəhərləri yerlə yeksan edən də. Başqa
sözlə desək, cəmiyyət öz xarakterinə uyğun olaraq Allah
Təalanın sifətlərinin şahidi olur. Təbii ki, bu, Allahın hər
hansı bir şəraitdən asılı olması anlamına gəlmir. Yenə
Qurani Kərimdə bildirilir ki, insanlar məhz seçdikləri yolla
aparılır və bu yola uyğun rəhbərə layiq görülürlər. Yəni
dəyişən nə Allahdır, nə Onun sifətləri. Dəyişən insanlar,
onların təfəkkürləri, dünyagörüşləri, mənəvi dəyərləri və
buna müvafiq aldıqları cavablardır.
- 125 -
İnsanın «mən»inin təzahürləri də bilavasitə mühitdən,
cəmiyyətdən asılıdır, çünki «cəmiyyət – «sosial instinkt-
lərini» təmin etmək (Aristotel), öz hərəkətlərini idarə etmək
(Hobbs, Russo) və s. üçün birləşən insan fərdlərinin
birliyidir». Və ya «ictimai münasibətlər toplusudur».
1
Belə
məlum olur ki, cəmiyyət müəyyən ənənələrin, siyasi və
ideoloji məqamların şərtləndirdiyi bir qurumdur. Deyilənlərə
onu da əlavə etmək olar ki, cəmiyyət həm də ayrı-ayrı
«mən»lərin təzahürlərinin toplusudur. Lakin burada bir neçə
məqama açıqlıq gətirmək lazımdır.
Əvvəla, söhbət oxşar təzahürlərdən gedir. Bunu bir növ
oxşar, eyni daşların üst-üstə hörülərək binanın tikilməsinə
bənzətmək olar. Təbii ki, sağlam daşlar üstünlük təşkil edən-
də, bina da sağlam olur və təsadüfi əyri daşlar onlara uyğun-
laşmağa məcbur olurlar, əks təqdirdə isə kənarda qalırlar.
Əyri, yonulmamış daşlardan qurulmuş cəmiyyətlər isə gec-
tez dağılmağa məhkumdur və yenidən tikilməlidir. Bu
tikiliyə əlavə edilmiş hər yeni daş – «mən» – nə dərəcədə
sağlam olmasından asılı olmayaraq eyni taleyi bölüşməli,
istər-istəməz mövcud olduğu şəraitə uyğunlaşmaq üçün
müvafiq sifətlərini üzə çıxartmalıdır. Yeri gəlmişkən, burada
bir vacib anı da qeyd edək. Uçmuş binanın dağıntılarının özü
də bir «tikili»dir. Belə olan halda cəmiyyət binanı yox, məhz
belə uçuntuları xatırladır və bu uçuntunun daşları da, təbii ki,
buranın qanunlarına tabe olmalıdırlar.
İkinci tərəfdən, tikilidə «daşlar» üst-üstə təsadüfən yı-
ğılmır. Burada bir neçə amilin əhəmiyyətli rolu vardır: qə-
1
Философский энциклопедический словарь Москва: Советская
энциклопедия, 1983, с. 451.
-126 -
dim ənənənin, mentalitetin və …aparıcı qüvvələrin yaratdığı
ab-havanın. Bu ab-hava məqsədyönlü şəkildə yaradıla bilər
(ki, əksər hallarda məhz belə olur), baş verən iqtisadi,
mədəni inkişafın zəruri nəticəsi kimi də yarana bilər və
tədricən ilk ikisini sıxışdırmaq iqtidarındadır. Cəmiyyətin
aparıcı qüvvələri deyəndə kimlər nəzərdə tutulur? Semenkin
yazır: «Hər söz mədəniyyətin inkişafı üçün bəhrə sayılmaz.
… Ölü sözlərin qəbirstanlığı var».
1
Yəni aparıcı qüvvə
deyəndə söhbət məhz mədəniyyətin, iqtisadiyyatın
inkişafında söz sahibi olanlardan gedir. Söz sahibi deyəndə
isə heç də «mən» nəzərdə tutulmur. «Mən» cəmiyyətdə söz
sahibi olmaya da bilər və əksinə söz sahibi «mən»indən
bixəbər də ola bilər. Hər ikisi üst-üstə düşəndə isə sağlam bir
binanın tikilisindən söz gedə bilər.
Maraqlı bir məqama gəldik: həm cəmiyyətin «mən»lə-
rin təzahürü olmasından danışırıq, həm də cəmiyyətin qurul-
masında və inkişafında «mən»in arxa planda qala bi-
ləcəyindən.
Yenə müqayisə vasitəsilə öz fikirlərimizi izah edək.
Allah bir yaradan olaraq bütün varlıq aləmində möv-
cuddur – ən kiçik zərrədən tutmuş bütöv kainata qədər. Bu,
mütləq həqiqətdir. Lakin bu həqiqəti nəinki görməyən, hətta
onu təhrif edən, inkar edən varlıqların olması da məlumdur.
Həmin varlıqlar da mövcuddurlar, sadəcə öz varlıqlarının hə-
qiqətindən uzaqdırlar və bu, onların varoluşunda, inkişafında
öz mənfi rolunu müxtəlif şəkillərdə oynayır.
1
Dostları ilə paylaş: |