min ərazidə yaşayan xalqların kütləvi şəkildə qırılmasının
nəticəsi olan soyqırım. Buna misal olaraq, Amerika ma-
terikində avropalıların (əsasən də ispanların) yerli əhali olan
hinduları məvh etmələri faktını göstərmək olar. «Müasir
məlumatlara əsasən, 12 oktyabr 1492-ci ildə Xristofor
Kolumb tezliklə «Yeni dünya» adlandırılacaq qitənin
adalarından birinə düşəndə onun əhalisi 100-145 mln. nəfər
idi.
1
İki əsr sonra əhalinin sayı 90% azalmışdı. Bu gün hər
iki Amerikanın sağ qalmış «ən xoşbəxt» xalqları 5%-dən çox
təşkil etmir. Özünün miqyasına və bu günə qədər
davamiyyətinə görə Qərb yarımkürəsinin yerli əhalisinin
1
Станнард Д. Американ Щоложауст: Тще Жонгуест оф тще
Неw Wорлд. Охфорд Университй Пресс, 1993.
- 115 -
soyqırımının dünya tarixində paraleli yoxdur. Belə ki, 1492-
ci ilə qədər 8 mln. məntəqə çiçəklənməkdə idi. 1570-ci ildən
isə yerli əhalinin ancaq iki bərbad kəndi qalmışdı. 80 il əvvəl
Kolumb onlar haqqında «dünyada onlardan daha yaxşı və
mülayim adamlar yoxdur», – deyə yazmışdı».
1
3. Müəyyən xalqın digər xalqa nifrəti nəticəsində olan
soyqırım. Bu, soyqırımın daha çox rast gəlinən halıdır.
Nifrətin səbəblərini də müxtəlif şəkildə qruplaşdırmaq olar:
a) dini barışmazlıq. Bu qəbildən olan soyqırımlara əsa-
sən «1096-1291-ci illər ərzində (1096-1097 – I, 1147-1149-
cu illər – II, 1189-1192-ci illər – III, 1201-1204-cü illər – IV
Xaç yürüşləri) müqəddəs xristian məbədlərinin və Fələstinin
müsəlmanların (və yəhudilərin – K.B.) hakimiyyətindən azad
edilməsini özlərinə şüar götürmüş Avropa katolik
qüvvələrinin hərbi ekspedisiyaları»
2
şəklində aparılan Xaç
yürüşlərini aid etmək olar. Məlumatlara görə, I Xaç
yürüşündə Metsada 23 yəhudi öldürülür, Şpeyerdə xaçlılar
bir hissə yerli əhalinin köməkliyi ilə «xaç suyuna çəkilmək
istəməyən hər yəhudini öldürürdülər», «məcburən xaç
suyuna
çəkilməmələri üçün anaları öz övladlarını
öldürürdülər», «Trirdə yəhudilər çayda batırılırdılar».
Ümumiyyətlə, yalnız «1096-cı ildə (I Xaç yürüşündə)
Almaniya və Çexiyada 5 min yəhudi öldürülmüşdü».
3
b) şəxsiyyətə pərəstiş kimi təyin edilə bilən, özünün bir
xalq olaraq digərlərindən yüksək dəyərləndirilməsi. Buna
1
Баумгартен А. Американский Геноцид.
http://usatruth.by.ru/index.html
2
Электронная еврейская энциклопедия.
http://www.eleven.co.il/letter/202
3
Йеня орада.
-116 -
misal olaraq alman faşizmini göstərmək olar. Məlumatlara
görə, «Böyük Vətən müharibəsi illərində SSRİ-dən
Almaniyaya 5.269.513 insan aparılmışdı. Onların taleyi
amansız olmuşdur. Ərazi azad ediləndən sonra düşərgə
yerləşən yerdə böyük bir çalada 3000 qızıl əsgər və sovet
vətəndaşının meyiti tapılmışdır. Meyitlərə baxış zamanı
işgəncələrin nə dərəcədə vəhşicəsinə olması aydın oldu: ço-
xunun əlləri, ayaqları sındırılmış, kəllə sümükləri əzilmiş,
qulaqları kəsilmiş, gözləri çıxarılmışdı».
1
c) özünün başqa xalqdan əskikliyini gizlətməkdən do-
ğan hərəkət. Bunun ən bariz nümunəsini ermənilərin türklərə
qarşı törətdiyi vəhşilikdə görmək mümkündür.
Məlum olduğu kimi, türklər ermənilərlə uzun illərdir
qonşudurlar. Və ermənilər əsrlər boyu türklərə qarşı həm
müharibənin hər iki növündən istifadə etmiş, həm də mü-
əyyən vaxtlarda soyqırımlar törətmişlər: 1905, 1918-1920,
1988-1993-cü illərdə baş vermiş hadisələr buna misaldır.
«XX əsrin birinci yarısında Zaqafqaziyada baş vermiş
iki qırğın zamanı (1905-1907-ci illər, 1918-1920-ci illər) 2
milyona yaxın azərbaycanlı ermənilər tərəfindən qətlə
yetirilmiş, öz ev-eşiyindən zorla qovulmuşdur.
Mart qırğını zamanı Bakı şəhərinin təkcə bir yerində
qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış 57 azər-
baycanlı qadınının meyidi tapılmışdır. Gənc qadınların diri-
diri divara mıxlanması, ermənilərin hücumundan sığınmağa
çalışan iki min nəfərin yerləşdiyi şəhər xəstəxanasının
1
Против лжи.
http://www.kolumbus.fi/yevgeni.korolev/index.html
- 117 -
yandırıldığı da bu dəhşətli faktların sırasındadır.
1
Onu da
qeyd edək ki, istinad etdiyimiz məqalədə yalnız Bakıda
deyil,
ümumiyyətlə, İrəvan quberniyasından tutmuş
Naxçıvan qəzasına qədər ermənilər tərəfindən minlərlə dinc
əhali qətlə yetirilmiş, qadın, uşaq və qocalara işgəncələr
verilmiş, mədəni abidələr dağıdılmışdır.
1992-ci ilin 25-26 fevralında Azərbaycanın Xocalı şə-
hərinin əhalisi üçün dəhşətli faciə baş verdi. Erməni və on-
ların muzdlularının törətdiyi soyqırım nəticəsində 613 insan
öldürüldü, 487 nəfər şikəst edildi, 1275 nəfər Əsir götürüldü.
Ölənlərdən 106 nəfəri qadın, 83-ü uşaq olmuşdur».
2
Göründüyü kimi, soyqırım bəşər tarixində zaman-za-
man baş verən, əksər hallarda öz hüquqi qiymətini ala bil-
məyən hadisədir. Qısa xronologiyadan aydın oldu ki, soy-
qırımların dəhşəti sivilizasiyanın inkişafı ilə heç də azal-
mamış, əksinə, hətta artmışdır. Məhz son əsrlər ərzində er-
mənilərin türklərə, xüsusilə azəri türklərinə qarşı törətdikləri
soyqırım hadisələrinin bir neçə dəfə təkrarlanması və belə
hadisələrin dünya ictimaiyyətində əks-sədasız qalması, öz
cəzasını almaması, əvəzində uydurulmuş tarixi faktlara rəvac
verilməsi soyqırımların gələcəkdə də bəşəriyyəti dəhşətə
gətirəcəyi faktından xəbər verir.
Dostları ilə paylaş: |