zərrə kəĢf olunmuĢ sayılır və yalnız kəĢf olunmuĢ zərrədən
cəmiyyətə bir xeyir dəyə bilir.
Öz zərrəsinin mahiyyətini dərk edən insanlar onu bu
maddi dünyanın yazılmış-yazılmamış qanunlarından qoru-
mağa çalışır, onu çirklənməyə, zədələnməyə, kiçilməyə, yad
təsirlər altına düşməyə qoymur və həmin zərrənin üzərinə
qabıq üstündən qabıq gəlməyə başlayır: insanın iradəsi
möhkəmlənir, sərtləşir, məqsədi aydınlaşır, təfəkkürü itiləşir.
Əvəzində nüvə neçə qalın qatın altına düşür. Təsadüfi deyil
ki, polad qılınc ancaq min bir əziyyətdən, istidən, soyuqdan,
zərbələrdən sonra tükü qırx bölə bilir. Ekxart yazır: «İnsanın
özündə onun qəlbinin dərinliklərini gizlədən çoxlu pərdələri
var. İnsan çox şey bilir, bir özünü bilmir. Bəli, ruhu örtən
otuz ya da qırx pərdə, öküz və ya ayınınkı kimi qalın və
möhkəm dəri var. Öz mülkünə daxil ol və orada özünü dərk
etməyi öyrən».
1
Qabıqların çoxalması həm də kəşf olunmaq imkanının
azalması, hətta heçə enməsi deməkdir. Əbu Turxan yazır:
«Yüksək mənəviyyatlı, incə ruhlu, parlaq qəlbli insanları
heyrətləndirmək, məftun etmək üçün (məhz bu heyranlıq,
1
Хаксли О. Вечная философия. М., Эксмо, 2004, с. 248.
-106 -
aşiqlik ilahi zərrəni kəşf edir! – K.B.) daha böyük gözəllik,
daha həssas və daha mürəkkəb tərəf-müqabil lazımdır».
1
Sokrat tələbələrinin təfəkkür aynasını cilalayıb özünə
«baxmaqla» Sokrat oldu. Cəlaləddin Rumi Şəms Təbriziyə
rast gələndən, özünü kəşf edəndən, Şəmsin könül aynasında
özünü görəndən sonra Mövlana oldu. Həllac isə insanlar
arasında özünü görə biləcəyi bir könül görmədi və …ölüm
arzuladı.
Öz zərrəsini kəşf etmiş və bununla kifayətlənməyib
başqalarının zərrələrinin kəşf olunmasına köməklik etməyə
çalışan, onlara ayna olmağa çalışan insanlar seçilmişlərdir və
ya Kamil İnsanlardır.
Onu da bildirək ki, Kamil İnsan İslam fəlsəfəsində, xü-
susilə təsəvvüfdə geniş, mürəkkəb və ayrıca tədqiqat möv-
zusu ola biləcək bir fenomendir. Biz isə onun yalnız kon-
tekstimizə uyğun gələn bir tərəfinə aydınlıq gətirməyə
çalışırıq.
Zamana və şəraitə uyğun olaraq Kamil İnsanlar adam-
lara müxtəlif həqiqətləri anlatmağa can atırlar: azadlıq, mü-
barizə, ülviyyət, yüksək iman və s. Lakin bunların hamısı bir
həqiqətə dayanır – İnsan həqiqəti, yəni onlar hər şeyə məhz
İnsan zirvəsindən baxmağı öyrədir. Bioloji quruluşundan
çıxış edib insanın heyvan olduğunu iddia edənlərdən fərqli
olaraq Kamil İnsan heyvan olmaq istəməyəndir. O, özünün
insani sifətlərini dərk edən, insanlara da onların özlərini
tanıtmağa çalışan şəxsdir. Rabindranat Taqorun bildirdiyi
1
Хялилов С. Мящяббят вя интеллект. Фялсяфи есселяр. Б.,
Нурлан, 2006, с. 37.
- 107 -
kimi: «Güclü və qüdrətli olmaq qüvvəyə görə üstün olmaq
deyil, zəifi öz zirvənə qaldıra bilməkdir».
1
İlk baxışda gözəl bir missiya, ali bir niyyət, xeyirli bir
addımdır. Bəs elədiklərinə görə aldıqları cavab nə olur? Ağrı
və əzab dolu bir həyat, yaxşı halda nifrət, cəmiyyətdən təcrid
edilmə, pis halda edam. Qəribədir, cəmiyyət nadir halda
onun qayğısına qalanı sağ ikən sevir.
Kamil şəxslərin dönə-dönə ölüb doğulmaqları və ka-
milləşməkləri mənəvi bir prosesdir və əksəriyyətin diqqə-
tindən kənarda qalır. Bundan fərqli olaraq, tarixdən belə
məlum olur ki, əksər hallarda onların fizioloji ölümü böyük
səs-küyə səbəb olmuşdur. O da məlumdur ki, bəzən onların
fiziki məhvi cəmiyyət üçün (və ya kimlər üçünsə) o dərəcədə
zərurətə çevrilmişdir ki, onu hətta edam vasitəsilə həyata
keçirməli olmuşlar: Sokrat, Həllac, Bruno, Sührəvərdi və
daha kimlər.
Kamil İnsanların fiziki məhvi üç hiss doğurur (bu hal
bütün dövrlər üçün xarakterik olduğuna görə, onun haqqında
keçmiş zamanda yazmağın bir əhəmiyyəti yoxdur): onlar öz-
ləri sevinir, onların tələbələri kədərlənir, xalq isə laqeyd
qalır.
Onlar özləri ruhlarının qanadlarını kəsən fiziki bə-
dəndən qurtulmaqlarına, müvəqqəti yolu bitirib əbədi yola
başlamaqlarına, həqiqət
aləminə qovuşmaqlarına, ölümün
növlərini yaşamaqdan və tutqun könül güzgülərinə baxmaq-
dan qurtulmaqlarına sevinirlər. Ancaq onlarda bir narahatlıq
da qalır: onları duymayan, anlamayan cəmiyyətin oyan-
1
Лазарев С.Н. Диагностика кармы. Книга 1. Система полевой
саморегуляции, С.-П., 2002, с. 45.
-108 -
mamasından, su kimi lal qalmasından, daha artıq könüllərin
güzgüsünü cilalaya bilməməklərindən doğan narahatlıq. Ka-
mil şəxsin ölümünə ağlayan onların fiziki məhvinə ağlayır.
Kamil İnsan isə bu an, bu saniyə üçün öz missiyasının
bitməməsinə və ya lazımi şəkildə bitməməsinə, bəlkə də
ondan sonra insanların yenə də ölüm yuxusuna gedəcək-
lərindən əmin olduğuna, güc və qüdrətini bütünlüklə realizə
edə bilməməsinə görə ağlayır.
Ən dərin kədəri duyan və ən ağır zərbəni alan onların
tələbələri olur. Tələbələr yollarına düşən işığın söndüyünü,
qalxdıqları dağda bələdçisiz qaldıqlarını, onların şəx-
siyyətlərinin formalaşmasının yarıda qırıldığını dərk edir,
bundan təşvişə düşür və öz hallarına (!) göz yaşı tökürlər.
Xalq maraqla onların halına onlardan çox yanan insa-
nın ölümünə, hətta edamına baxır, bir insanın məhvinə
baxır, eşafotda baş verən faciəni böyük maraqla izləyir, ən
yaxşı halda öz ölümünü gözünün qabağına gətirib ağlayır,
daha böyük faciəyə – bu insanın ölümü ilə daha bir nurun
sönməsinə isə tamamilə laqeyd qalır, çünki bu faciənin
mahiyyətini dərk etmir. Bəli, xalq onun qayğısına qalanı
sağlığında sevə bilmir, çünki o, onları incidir, adət etdiyi
düşüncələrdən, həyat tərzindən (rəzil bir həyat olsa belə!)
uzaq salmağa çalışır. Tarixin uzaq illərində qalmış bir dahi,
qəhrəman isə ümid, qürur və güvənc yerinə çevrilir.
Qəribədir, xalq uzaq keçmişdəki qəhrəman oğlu ilə qürur
duya-duya müasiri olan qəhrəmanının məhvinə, edamına
maraqla, laqeydliklə tamaşa edir. Qəbul etmək istəmirlər ki,
uzaq keçmişdə qalan qəhrəman da bir vaxtlar oxşar
laqeydliyin qurbanı olub. Yəqin bu, dağın yüksəkliyinin
ondan uzaqlaşdıqca daha aydın görünməsinin nəticəsidir.
- 109 -
Bəlkə də, korluq pərdəsinin çürüyüb yırtılması üçün zaman
lazımdır. Yadıma quyuya yıxılıb ölən qədim yunan filosofu
Fales düşdü: gözləri göylərdə həqiqət axtaran filosofu aya-
ğının altında görmədiyi bir quyu məhv edib.
İnsan ilahi zərrəsini saflaşdırdıqca, qoruduqca və ka-
milləşdikcə cəmiyyətdən, kütlədən aralanır (və ya cəmiyyət
ondan aralanır?!) və o, üzünü ən Kamilə – Allaha tutmalı
olur. İlahi aləmlə vəhdətə çatan, öz ilahi zərrəsinin
mahiyyətini anlayan, «Mən»ini kəşf edən (eyni zamanda onu
ilahi həqiqətdə əridən, məhv edən) insanın ilk baxışda heç
nəyə ehtiyacı yoxdur. Yaşanan fəna-bəqa halları, nirvanalar
buna gözəl nümunədir. Bu, «Mən»in ali mənada ölümüdür
və nadir şəxslərə qismət olur.
Bununla belə, ortaya başqa bir məsələ çıxır: vəhdət ta-
pan ruhdur. Lakin müəyyən bir maddi bədəndə var olduğuna
görə bu ruh yenə maddi dünyaya qayıtmalıdır. Ġlahi aləmdən
Dostları ilə paylaş: |