-122 -
Upanişadların fəlsəfəsində (e.ə. VI əsr) deyilir: «…At-
man… insan ruhunda olmaq etibarı ilə əsasdır,
ancaq ruhun
bütün şəxsi funksiyalarından azad olan «saf mən»dir. …Kim
bu «mən»i tanısa bütün kainatı tanımış olur.
1
Ağacın varlığı
kökündən, binanın quruluşu bünövrəsindən asılı olduğu
kimi, «mən» də insanın mahiyyətinin, var oluşunun
təməlidir. Lakin o, təməldədir, üzdə hər zaman görünmür.
Şteynerin yazdığına görə, «“Mən” nəfs və bədəndə yaşayır;
ruh isə «mən»də yaşayır. «Mən»də ruhdan olan şey əbədidir.
Çünki «mən» öz varlığını və
əhəmiyyətini əlaqəli olduğu
şeydən alır».
2
Berdyayev isə bildirir ki, «ağıl ruhun
məkanıdır və Allah orada təzahür edir. Ruhun ali idrakı eyni
zamanda həm də özünüdərkdir».
3
«Mən»lə ruhun əlaqəsini
nəzərə alsaq, onda Berdyayevin
fikrindən belə nəticə
çıxartmaq olar ki, «mən»in məkanı ağıldır. Dekart «mən»i
daha geniş anlamda götürür: «Deməli, «mən», ciddi qəbul
etsək, yalnız düşünən şeydir, yəni ruh və ya nəfs və ya ağıl
(intendement) və ya əql (raison)… «Mən» heç də insan bə-
dəni adlanan orqanlar birləşməsi deyil».
4
Əslində, ilk baxışda deyilənlərdə kəskin fərq yoxdur.
Lakin biz diqqəti başqa bir məsələyə yönəltmək istərdik:
«mən»in daşıdığı funksiyaya. Şteynerə görə, «mən» insanı
Allahla əlaqələndirməklə yanaşı, bir ruh daşıyıcısı kimi həm
1
Джнанакришна. Виджнанапада. Философия сосредоточения.
http://yogami.narod.ru/pada9.html
, с. 3.
2
Штейнер Р. Теософия. Введение в сверхчувственное познание
мира и назначение человека. М., Амрита-Русь, 2004, с. 37.
3
Бердяев Н.А. Дух и реальность. М., ООО «Издательство АСТ»;
Харьков: «Фолио», 2003, с. 247.
4
Декарт Р. Избранные сочинения. М., Наука, 1950, с. 344.
- 123 -
də bədən və nəfsi əlaqələndirir. Berdyayev insan bədənini bu
əlaqədən kənarlaşdırır, yəni «mən»
və bədəni bir-birindən
ayırmaqla «mən»i cəmiyyətdən də ayırmış olur. Dekart da
nəinki insan bədənini bu əlaqədən kənar qoyur, üstəlik
«mən»i bütün düşünən şeylərin məskəni olaraq qəbul edir.
Hər mütəfəkkirin öz prinsipindən irəli gələn bu fikirlərdə bir
şey məlumdur: «mən» insanın insanlıq
xüsusiyyətinin ən
başlıcası, Allahın insanda təzahür meydanıdır. Bu təzahürü
ruhda, təfəkkürdə, ağılda və s. görən mütəfəkkirlər müvafiq
olaraq «mən»i də ruh,
təfəkkür, ağıl və s. olaraq qəbul
edirlər.
Beləliklə,
«Mən» – insanda Allahdan olan ilahi zərrə-
dir və ya
insanı Allahla vasitəsiz olaraq bağlayan ilahi
bağdır.
Yenə qayıdaq insanın Ali Varlıqla müqayisəsinə. Yara-
dılış iyerarxiyasında Allahın əhədiyyət mərtəbəsindən sonra
Onun vəhdaniyyət mərtəbəsi gəlir. İbn Ərəbinin yazdığına
görə, «Allah zatına görə əhəd (bir), adlarına görə külldür
(çoxdur)».
1
Onu da bildirir ki, «ilahi adlar sonsuzdur, çünki o
adlar onlardan vaqe olan şeylə tanınır və onlardan vaqe olan
şeylər də sonsuzdur».
2
Nikolay Kuzanlı isə bütün mövcudatı
özündə ehtiva edən Allahı nöqtəyə bənzədir: «Yalnız bir tək
nöqtə mövcuddur; o, xəttin bükülüsü və kamilliyidir».
3
İnsan
müəyyən keyfiyyətlərə, qabiliyyətlərə, istedada
malikdir ki, onu tanıdır, haqqında təsəvvür yaradır və digər-
lərindən fərqləndirir. Onlardan bəziləri insanla zəruri olaraq
Dostları ilə paylaş: