K. Bünyadzadə



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə45/79
tarix19.07.2022
ölçüsü1,76 Mb.
#62818
1   ...   41   42   43   44   45   46   47   48   ...   79
Gəncliyin fəlsəfəsi

 
Zirvə
 
 
Uşaq doğulur və onun kiçik dünyasından hər şey elə 
böyük, elə nəhəng görünür ki! Uşaq böyüyür və o, əvvəlcə 
özündən böyük uşaqlar boyda, sonra da hamıdan «böyük» 
atası boyda olmaq istəyir. Beləcə həvəslə böyüyür. Gün gəlir 
onun fiziki boyartımı dayanır, ancaq onun böyümək arzusu 
hələ təzə-təzə başlayır. Bu dəfə o, mənən böyüməyə başlayır. 
Təhsilini artırır, dünyagörüşü böyüyür. 
Ancaq bu «böyümə»ni gözlə görmək çətindir, ona görə 
də… Bəziləri öz «yekə» boy-buxununa baxıb özünü hamı-
dan yekə, hamıdan nəhəng bilir və bundan artıq böyüməyə 
lüzum görmür. Belə olanda onun böyüməyi də dayanır. 


- 157 -
Zirvəyə qalxmaq istəyən geri boylananda keçdiyi 
yolun böyüklüyündən qürurlanıb daha artığına ehtiyac hiss 
etmir. Amma zirvəyə və ora qalxanlara baxan özünün kiçik-
liyini dərk edir, görür və «böyüməyə» cəhd edir. 
 
 
Kamillik
 
Kamillik bütöv və sadə bir fenomendir. Yəni o, elə bir 
tamamlanmış, bitkin, müəyyən keyfiyyətlərə malik bir məf-
humdur ki, onun kiçik və əhəmiyyətsiz görünə bilən bir 
xüsusiyyətinin olmaması artıq bütöv kamilliyin pozulması 
deməkdir.
Kamillik – vəhdətdir, ayrı-ayrı xüsusiyyətlərin üzvi şə-
kildə birləşdiyi bir vəhdət. O bölünməzdir. Onu hissələrə 
bölmək və hissələr vasitəsilə dərk etməyə çalışmaq ka-
milliyin dərki yox, ayrıca keyfiyyətlərin dərki sayıla bilər ki, 
bu xüsusiyyətlər də fərqli bir şəraitdə və fərqli bir şeyin 
tərkibində kamillikdən çox uzaq ola bilər. Və ya eyni xü-
susiyyətlər fərqli şəraitlərdə kamilliyə apardığı kimi, na-
qisliyə də apara bilər.
Kamillik – harmoniyadır, vəhdətdə olan hissələrin ara-
sında harmoniyadır. Bir daş bacarıqlı ustanın əlində gözəl bir 
sarayın bir hissəsi, naşı ustanın əlində evi təhlükə qarşısında 
qoya bilən artıq bir detal ola bildiyi kimi. Kamillik nə daş 
deyil, nə usta, nə də sarayın layihəsi. Kamillik hazır evdir. 
Burada hər şey vacibdir: həm düzgün seçilmiş sağlam daşlar, 
həm bacarıqlı usta əli, həm gözəl layihə, həm bu layihəyə 
uyğun məkan, …həm də onun sakinləri.


-158 -
Kamilliyin hissələri onun tamının daşıdığı mahiyyəti 
daşımadığına görə, onun ayrı-ayrı hissələrinə malik olmaq 
kamil olmaq deyil. Hər hissənin öz mahiyyəti var, lakin bu 
mahiyyət bütövün tərkibində dəyişir. Başqa sözlə desək, 
təklərin mahiyyəti tamın mahiyyətində əriyir.

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin