Birinci və ikinci təbiət
İnsanın birinci təbiəti ona yaranışından verilir. Bu, Al-
lah tərəfindən ona bəxş edilmiş «mən», məhz bu bədəndə var
olan ruhun həqiqəti, məhz bu ruhla bu bədənin vəhdətinin
mahiyyətidir.
İkinci təbiət isə insan öz «mən»ini görəndən, onun ba-
rəsində düşünüb onu dərk etməyə başlayandan sonra for-
malaşmağa başlayır. İnsan birinci təbiətə fitrən malikdir,
ikinci təbiəti isə təcrübə ilə qazanır və bu təbiətin xarakteri
həmin təcrübədən bilavasitə asılı olur. Əbu Turxan da yazır:
«Hər insanda iki insan var. Birincisi, öz təbiətinə, genlərinə,
proqramına uyğun olan insan, ikincisi, bu fani dünyada,
təsadüfi hadisələr sistemində formalaşmış sosial insan».
Birinci təbiət nüvə, əsas, mahiyyət, ikinci təbiət bu nü-
və üzərinə gələn qabıqdır. Birinci təbiət batin, ikinci təbiət
zahirdir.
Hər iki təbiət bir-biri ilə sıx bağlıdır, bir-birini tamam-
layırlar, daha doğrusu, insanın kamilləşməsi, düzgün inkişaf
-172 -
etməsi üçün tamamlamalıdırlar. Bununla belə, birinci və
ikinci təbiət bir-birlərinə uyğun gəldikləri kimi, gəlməyə də
bilirlər. S.Xəlilov yazır: «Uşaq taxta parçası deyil ki, onu
yonub nə isə düzəldəsən. O hələ ilk yaranışdan
proqramlaşdırılmış bir sistemdir. Gələcəkdə nə olacağı, necə
olacağı təkcə düşdüyü mühitdən və tərbiyədən yox, həm də
onun fitri payından asılıdır». Deyilənlərdən belə bir nəticə də
çıxartmaq olar ki, ikinci təbiət birincinin reallaşması, eyni
zamanda, tamamlanması üçün bir vasitə, «məkandır».
İlk baxışda deyilənlərdə nə böyük bir ziddiyyət, nə də
bir təhlükə var, hər kəsə bəlli həqiqətdir. Lakin məsələyə bir
də fərqli prizmadan baxaq: insanın ikinci təbiəti öz «mən»ini
dərk etməyə və ya şüurlu şəkildə ətraf mühiti öyrənməyə və
özünə də bir obyekt kimi kənardan baxmağa başlayanda
formalaşmağa başlayır. Yəni insan «gözünü açıb» bu təbiətini
görür, birinci təbiətinin varlığından isə bixəbər qalır və ya
anadan belə ağıllı doğulduğunu zənn edir. Hər iki təbiət
arasında bir uyğunluq olanda, onlar bir-birini tamamlayanda
isə bu zənn əminliyə çevrilir.
Əslində isə, ikinci təbiətini özünün birinci təbiəti hesab
etməklə, yəni birincini unutmaqla insanın itirdikləri qa-
zandıqlarından çox olur.
Nə qazanır? Yeni düşüncələr, ideyalar və bunlara mü-
vafiq olaraq daha geniş imkanlar və yollar – yeni şəxsiyyət.
Nə itirir? Birinci təbiətini, deməli, orijinallığını. İkinci
nə qədər güclü olsa da, surət, qabıq olaraq qalır.
İnsan ikinci təbiətinin əsl dəyərini dərk etməkdən məh-
rum qalır, çünki onu birinci sanır, yeniliyi, inkişafı sezmir.
Öz-özünə sual vermir: mən «anadangəlmə» beləyəmsə, bəs
mənim inkişafım nədədir? Fərqli bir mühitdə də mən bu
- 173 -
«mən» olardımmı? Deməli, eyni zamanda ikinci təbiətin
verdiyi üstünlüklər də qaranlıq, açılmamış qalır və insanı
yüksəltməkdənsə, ona yük olur.
Müvafiq olaraq insan özünün birinci təbiətini də dərk
edə bilmir, çünki onun mövcudluğunu qəbul etmək istəmir,
...ancaq qabıqdan ibarət qoz kimi. Deməli, o, ikinci təbiətin
məhz nəyi tamamladığını, nəyi qidalandırdığını, öz
«mən»inin haradan gəlib, hara getdiyini görmür.
Nəhayət, sonuncu təhlükə: insan ikiüzlülüyə, yəni ri-
yakarlığa, nankorluğa meyllənir, çünki hər kəsi həqiqət ol-
mayan bir şeyə inandırmağa çalışır.
Dostları ilə paylaş: |