K. Bünyadzadə


Bu SƏNƏ baxanda necə də MƏNsən!



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə49/79
tarix19.07.2022
ölçüsü1,76 Mb.
#62818
1   ...   45   46   47   48   49   50   51   52   ...   79
Gəncliyin fəlsəfəsi

Bu SƏNƏ baxanda necə də MƏNsən! 
Adam lal-kor bir ruhun başqa bir lal-kor ruhu 
görməyinə təəccüb edir! 
 
 
Bir udum nəfəs 
Görəsən hər an rahatlıqla nəfəs alan və bunun heç fər-
qində olmayanlar bilirlərmi ki, bir udum nəfəsin nə böyük 
hikməti var? Yəqin ki, yox. Bunu yalnız o bir uduma həsrət 
qalanlar bilər. 
Bir udum nəfəsi ciyərinə tam çəkə bilmirsən, yarımçıq 
qalır, …ancaq sənə bir ömür bəxş edir. Onun dadını ağzında 
doya-doya hiss etmirsən, çox azdır, …ancaq bütün dadları 
unutdurur. 
Bir ömür yaşayırsan və o bir udumun varlığından belə 
xəbərsiz olursan… Bir gün o nəfəs səni tapır: bir çiçəyin 


- 165 -
ləçəyindənmi, bir pıçıltının hənirindənmi, bir təbəssümün 
cazibəsindənmi, bir çatılmış qaşın düyünündənmi… Tapır, 
üsuluna, şəraitinə baxmadan. Sən təəccübdən, heyrətdən 
içini çəkəndə o nəfəs ciyərinə dolur və qanınla bütün 
bədəninə yayılır. Hər şeyə bir yeni rəng verir, hər şey sanki 
təzələnir. Baxışların, eşitməyin, hissiyyatın dəyişir, itiləşir, 
həssaslaşır. Göydə uçan quşun qanadlarının xışıltısını 
eşidirsən, suda üzən balığın qovaqcığının hava ilə dolub onu 
günəş işığına qaldırdığını hiss edirsən, bir udum nəfəsə 
həsrət qalan könüllərin susuz torpaq kimi çatladığını 
görürsən…
O bir udum nəfəs üçün indiyə qədər necə yaşadığına 
təəccüb edirsən, onun səni tapmasına sevinirsən, onun yalnız 
bir udum olmasına təəssüf edirsən. Bircə anın içində hisslər 
qarışır bir-birinə. Çalışırsan vaxtı dayandırasan ki, o nəfəs 
sənin içində qalsın, onu itirməkdən qorxursan. Amma o bir 
udum nəfəs çox kiçikdir, nə əllə tutulmaz, nə zamanla.
Bircə udumluq nəfəs içinə girir, çıxanda isə bütün ca-
nını çıxardır. Bəlkə də canın özü ondan qopa bilmir, onunla 
bərabər getmək istəyir.
O bir udum uçur… ancaq hikməti qanında qalır, ömrü 
boyu dolanır. Əvvəllər varlığından xəbərsiz olanda heç nəfəs 
aldığının fərqində belə deyildin. İndi o bir udumun həsrətini 
çəkə-çəkə geniş dünyada boğulursan, hey o bir udumu 
axtarırsan. Bu, başqa nəfəslərə qarşı insafsızlıq deyilmi? Bu, 
bir an, bir udum naminə ömrünü qurban vermək deyilmi? 
Bəlkə də belədir… yəqin elədir. Ancaq o bir udum nəfəsi 
ciyərinə çəkən üçün bunların heç bir fərqi yoxdur. 
Boğulmağın dadını bilən üçün o bir udumun qiyməti yoxdur.

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin