- 179 -
üstün tutdu, maddi
bir şeyə boyun əymək istəmədi,
yaradılmış, ötəri olan bir varlıq qarşısında öz zəifliyini qəbul
etmək istəmədi. Maddi pərdə şeytanın gözünü örtdü,
gördüyü ancaq qara torpaq oldu. Allahın insana öyrət-
diklərini əhəmiyyətli saymadı, Allahdan insana üflənən, bəxş
edilən ruhu görmədi. O dərəcədə kor oldu ki, lənətlənməyi
belə qəbul etdi. Şeytan maddiyyata
nifrət etdi və bu nifrət
ona ruhun gücünü görməyə mane oldu. Lənətlənmiş şeytan
insanları yoldan çıxaracağına və nankorluqlarını –
maddiyyata uyub öz mahiyyətlərini unudacaqlarını sübut
edəcəyinə and içdi. Və o, Allahdan Axirətə qədər möhlət
istədi – maddiyyatın yenə bir heç olduğu,
bir əhəmiyyət
daşımadığı, hər şeyin əsl mahiyyətinin üzə çıxacağı zamana
qədər.
Deyilənə görə, şeytanın vasitələri çoxdur və o, insana
hər yerdən təsir göstərə bilir, hər yerdə ola bilir: insanın göz-
lərində, qulaqlarında, dilində, əllərində, ayaqlarında, hətta
duruşunda, oturuşunda, gülüşündə, hər şeydə və hər yerdə.
Maddi olan hər şeydə! İnsanı maddi dünya ilə əlaqələndirən
hər orqanında!
Şeytan Allahı sevir – öz Yaradanı kimi. Mənsur Həl-
lacın dediyi kimi, bu sevgi yolunda hətta cəhənnəm odunda
belə yanmağa razı oldu. Şeytan Allahı sevsə də, bu sevginin
əvəzini cəhənnəmə döndərən insanı sevmir, insanın
ürəyindəki Allah sevgisini qısqanır, onu da cəhənnəm odu ilə
mükafatlandırmaq istəyir. Bunu yenə də maddiyyatla edir –
insana insan adını qazandıran maddiyyatla. İnsanın
Allaha
olan sevgisinə, xoş niyyətinə bir damcı maddi istək qatmaqla
bütöv bir sevgini məhv edə bilir. Ekxart dediyi kimi, «öz
-180 -
içində yaratdığın ən kiçik məxluqun surəti Allah qədər
böyükdür… Çünki o, səndən bütün Allahı alır».
Amma şeytan Allahdan həm də qorxur – Mütləq Qüd-
rət sahibi kimi. Artıq bütünlüklə onun hökmünə düşmüş,
Allahdan üz döndərmiş bir insandan şeytan da üz döndərir:
«mən aləmlərin Rəbbi olan Allahdan qorxuram» (Quran
59/16), – deyir. İnsanı onun bütün orqanlarını bürümüş
şeytanları ilə baş-başa qoyur. Şeytan insanı
edəcəyi günaha
qədər müşayiət edir, onu ürəkləndirir. Günaha isə insan tək,
yalnız girir. Şeytan isə günahın kandarında dayanıb
maddiyyatın çirkabından görünməz olan ruhun əzablarına,
bilikləri, elmi əl-qolunun zəncirinə çevrilmiş əqlin zavalı-
zavallı vurnuxmasına tamaşa edir. Tamaşa edir, onlarla
bərabər əzab çəkmir, o günahın içinə girmir. Şeytan
maddiyyata nifrət edir axı!
Onun sevgisini cəhənnəmə
çevirən maddiyyata!
Yerə göyə sığmayan Allah mömin bəndəsinin qəlbinə
sığıb. İnsanın ruhu Allahın bütün gözəl adlarının təzahür
məkanıdır. İnsanın ruhu Allahdan aldığı eşqin məkanıdır.
İnsanın ruhu Allaha pak imanın məkanıdır. Mövlana deyir:
«Şeytan belə aşiq olsa…Cəbrailə çevrilər, şeytanlığı ölər».
Şeytan insanın eşqi, sevmək qüdrəti qarşısında acizdi. Bu
deyilənlər şeytandan çox uca, çox uzaqdır. Bunu şeytan da
bilir və… bu məkana yaxın belə gəlmir. Şeytan insanın
Allahdan bəxş edilən ruhundan, onun sevgisindən qorxur.
Şeytan Allahın himayəsində olan şeyə yaxın gəlmir,
gələ bilmir, çünki ora yüksələ bilmir. Şeytanın davası mad-
diyyat çərçivəsindən kənara çıxmır. İnsanın ruhu pak olanda
Allahın himayəsindədir.
Bədən pak olanda ruhun hi-
mayəsindədir. Bunun əksini də demək mümkündür – bədən
- 181 -
paklaşdıqca ruhun himayəsi, əslində isə Allahın himayəsi
artır. Təbii ki, bu halda nə şeytanın təhlükəsi qalır, nə də
onun hiylələri.
Dostları ilə paylaş: