K. Bünyadzadə



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə65/79
tarix19.07.2022
ölçüsü1,76 Mb.
#62818
1   ...   61   62   63   64   65   66   67   68   ...   79
Gəncliyin fəlsəfəsi

Rəqslər
 
Rəqslər müxtəlifdir. Fərqli hisslərdən doğur və fərqli 
hisslər doğurur. Əbu Turxan: «Rəqs etmək sevdiyinə xə-
yanətdir, çünki hər şeyi unudub bütün hisslərinlə, vücudunla 
musiqinin hökmündə olursan», – deyir. Mən deyirəm: «Rəqs 
var səni ruhunun mənsub olduğu harmoniyadan çıxardır, 
bədəninin hökmünə düşürsən. Sən xəyanətkara çevrilirsən. 
Rəqs var mənsub olduğun harmoniyanı artırır, gözəlləşdirir. 
Sənə xəyanəti unutdurub, vəhdətə sədaqətini öyrədir». 
Rəqslərin əksəriyyəti bədənə xidmət edir, onun əzala-
rını, quruluşunu təqdim və təklif edir. Bunun ən bariz nü-
munəsini Latın Amerikası rəqslərində görmək olar.
Rəqs var ehtirasları oyadır. Daha dəqiq desək, rəqs 
edən ehtiraslar da. Tanqo kimi.
Rəqs var təfəkkürü oyadır. Hər hərəkət (pa) dəqiq öl-
çülür ki, gözəllik və harmoniya itməsin. Balet və yallı kimi.
Rəqs var sevgidən doğur. İki vücud deyil, iki ruh bir-
birini duyur, qoruyur, incə-incə toxunur. Vals kimi. 
Hiss və təfəkkür 


- 201 -
yaxud 
inam və Ģübhə 
Hisslər (istər nifrət olsun, istər sevgi) – yüngüldür, tə-
fəkkür – ağır. Hisslər – qanaddır, təfəkkür – bu qanadlara 
taxılan qurğuşun.
İnam əvvəlcə hisslər üzərində qurulur. Bu zaman o, bir 
növ xammalı xatırladır. Güclü təfəkkürlə istiqamətləndirilən 
inam isə qüvvədir.
Hər insanın bir zəif anı var. Bu zəif an hər hansı bir 
fikri yalnış anlamaqdan başlayır, sonra inciklik gəlir, son-
ra… kiçik bir şübhə onun inamında, etibarında yaranmış ki-
çik çatdan içəri daxil olur. Əvvəli kiçik olan bu şübhənin 
nəticəsi böyük olur: səhv yollar sənə yeganə çıxış yolu kimi 
görünür, inandığın bir şeydən üz döndərirsən, o olmadan da 
yaşaya biləcəyinə özünü inandırırsan. Ondan daha böyük bir 
qüvvə axtarırsan və sənə elə gəlir ki, tapırsan (axtaran tapır). 
Onu itirməyinlə ürəyinin bir hissəsinin öldüyünü hiss edə-
edə indiyə qədər ölü olduğuna və indi yaşamağa başladığına 
əmin olmağa çalışırsan. Amma Əbu Turxanın da yazdığına 
görə, «müqəddəslik duyğusu bitən yerdə şər ağacı bitər». 
Müqəddəslik insandakı iman və sevginin vəhdəti, insanı 
ayaqda saxlayan iki sütunun bərabər gücüdür. Bizim 
dediklərimiz hələ hisslər səviyyəsində yaranmış çatdan, 
xaosdan gedir. Bu çat dərinləşib insanın mahiyyətinə 
yetişəndə, onu bərpa etmək çox çətin olur, sütunlar yıxılır, 
insan məhv olur.
Bəzi insanlar hisslərinin yüngüllüyündən məmnun qa-
lır və bütünlüklə onların hökmündə ömürlərini başa vururlar. 
Onların sevgisi də, nifrəti də, sevinci də, kədəri də, 


-202 -
həyatlarının mənası da hisslər səviyyəsindən o tərəfə keçmir. 
Hisslər əsən külək kimidir, gah tez-tez istiqamətini dəyişə, 
gah sərin meh kimi həzz verə, gah da tufana dönüb qarşısına 
çıxanları dağıda bilir…
Bəzi insanlar isə külək yox, insan olduqlarını dərk 
edirlər və yardım axtarırlar. Belə anlarda isə yeganə köməkçi 
təfəkkürdür – fikirlərin, ideyaların, ifadələrin xaosunda itib-
batmış hissləri istiqamətləndirən yeganə qüvvə.
Təfəkkür əvvəlcə bu hisslər xaosunda bir nizam yara-
dır. Sonra onun mahiyyətindəki həqiqəti axtarır. Bu çətin 
olur, çünki bəzən həqiqət şübhə bataqlığında tamam gö-
rünməz olur. Nəhayət, sonuncu mərhələ inamın çat his-
səsinin bərpasıdır. Elə zənn olunmasın ki, bütün bu pro-
seslərdə hisslər sakitcə dayanır, əksinə, sıxılmış hava və ya 
su daha güclü təzyiq göstərdiyi kimi, onlar da get-gedə daha 
çox müqavimət göstərirlər. Təfəkkürə isə qüvvə verən iman 
və sevgidir – insanın ruhunda var olan və Mütləq Varlıqdan 
alınan qüvvə, etibar, dayaq. 
Deyilənlərdə əhəmiyyətli bir an var: şübhəyə düşmüş 
insanın hisslərini idarə edən və istiqamətləndirən, yenidən 
ayağa qaldıran təfəkkür insanın özünə məxsus ola bildiyi 
kimi, kənar bir şəxsə də məxsus ola bilər.
Öz hisslərini idarə edə bilən, ən zəif anında da, şübhə-
lərin içində itib-batanda da, hətta yalnış yolla bir neçə addım 
atsa da, öz təfəkkürünün gücünə arxalanan, öz təfəkkürünün 
işığı ilə aydınlanan şəxslər! Məşhur baron Münhauzenin 
bataqlığa düşəndə öz hörüyündən tutub özünü çıxartdığı 
kimi. Gülməlidir, inandırıcı görünmür, …amma bu, bir 
həqiqətdir. Bir çox filosofun, mütəfəkkirin həyat tarixçəsinə 
baxsaq eyni halın şahidi olarıq: Müqəddəs Avqustin, Əbu 


- 203 -
Hamid Qəzali və daha kimlər. Dante yazır ki, «şübhə mənə 
heç də bilikdən az həzz vermir». Və ya Hüseyn Cavid 
bildirir ki, «mərifət nuru şübhədən parlar». Belə şəxslər üçün 
şübhə – içindəki bütün ali hisslərin səfərbər olduğu an – 
həqiqətə aparan bir üslub, kateqoriyaya çevrilir.
Belə məlum olur ki, həmin şəxslərin güc mənbəyi on-
ların imanı olub, yəni onların təfəkkürləri xaosda itib-batmış 
hisslərdən, hər yeni səbəblərdə yeni nəticələr verən mən-
tiqdən deyil, ruhlarından qidalanıb – dəyişməyən, sabit, Uca 
Varlıqla daim əlaqəli olan, qidalandırıcı nurunu itirməyən, 
hərarətini günəşdən yox, Allahdan alan ruhlarından. Əbu 
Turxanın deyir kimi, «ruhun işıqlanması sahəsində hər bir 
addım ölməzliyə aparır». Bu, o deməkdir ki, belə şəxslərin 
təfəkkürləri ilə ruhları arasında vəhdət yaranır və onlar öz 
insanlıq mahiyyətlərini anlayırlar.
İkinci tip insanların hisslərini öz təfəkkürləri idarə et-
mək qüdrətində deyil: hisslər güclü, təfəkkür zəifdir. Ta-
rixən, həmçinin bu gün də, elə güclü təfəkkürlər vardır ki, 
nəinki öz hisslərini idarə etməklə kifayətlənir, həm də yüz-
lərlə, minlərlə insanların hisslərini də öz itaəti altına alırlar, 
öz qüdrətlərini artırırlar, bu təfəkkürsüz hissləri öz mə-
nafelərinə yönəldirlər. Bunun mükəmməl nümunələrini 
təriqətlərin, sektaların, fanatlıq üzərində qurulan terror-
çuluğun misalında aydın görmək mümkündür. Yeri gəl-
mişkən, belə həyat tərzi seçmiş şəxslərin həyat tarixçəsinə 
baxsaq, hər şeyin kökündə hansı isə bir şübhənin, narazılığın 
(bu, kiçik, ilk baxışda əhəmiyyətsiz görünən bir məqam da 
ola bilər) durduğunu görərik: dövlət quruluşundan
cəmiyyətdən, ailədən narazılıqdan tutmuş, sevgililərin, 


-204 -
dostların, doğmaların arasında baş vermiş kiçik an-
laşılmazlıqlara qədər.
İlk baxışda ikinci tipə dinlərin yaranmasını və ya-
yılmasını da aid etmək olar: bir insan (peyğəmbər) bir ide-
yanı milyonlarla insanlara təlqin edir. Lakin burada bir neçə 
əhəmiyyətli amil nəzərə alınmalıdır. Əvvəla, peyğəmbərlər 
öz ideyalarını deyil, Allahın buyurduqlarını insanlara 
çatdırırlar. Təbii ki, bu hal ancaq peyğəmbərlərə aiddir və bu 
dindən öz mənafeyi üçün istifadə edən ikinci bir şəxsə şamil 
edilə bilməz. İkincisi, bu ideyaların əksəriyyəti bilavasitə 
ruhlar üçün nəzərdə tutulur, yəni bir növ ruhlardakı imanın 
oyadılmasına xidmət edir. Üçüncüsü, onlar İNSANın düzgün 
formalaşmasına, onun öz azadlığını, ucalığını dərk etməsinə 
yönəldilirlər.
Cəmiyyətdə xoşbəxt hesab edilən şəxslər hisslərinin 
hökmündə olub, təfəkkürlərinə «əziyyət verməyənlərdir»; 
qüdrətlilər minlərlə hissi öz təfəkkürləri ilə idarə edənlərdir; 
müəyyən məqsədlərə aparan yolların «xammalları» bu 
qüdrətə tabe olanlardır; ən çox əzab çəkənlər isə – təfəkkür 
və ruhları ilə vəhdət tapanlardır, amma həqiqi İNSANlığın 
ucalığını, kamilliyini yaşayan da onlardır.

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin