- 199 -
Mövzu eşqdir. Hər zaman varlığına şübhə edilən, buna
baxmayaraq, axtarılan, tapıldığı yeri viran qoyan, viranəsi
üzərində yüksək sənət əsərləri yaradılan eşq!
Deyilənə görə, böyük fırça ustası Rafael sevdiyi qadı-
nın rəsmini yarada bilməyib. Onun şedevrlərində həmin qa-
dının dodaqlarını,
əllərini, baxışlarını, saçlarını görmək
mümkündür, ancaq qadının bütöv portreti uğursuz rəsm kimi
haradasa itib-batıb.
Gözəllərə əvəzsiz təriflər deyən,
bir sözündə min bir
məna çatdıran Aşıq Ələsgərin sevdiyi qıza yazdığı şeir zəif
şeirlərdən sayılır, nə yadda qalıb, nə də sevilib.
Eşq nə rəngə sığır, nə sözə. Onu nə fırça ilə çatdırmaq
mümkündür, nə qələmlə. Eşqin bir məkanı var – könül, bir
dilmancı var – baxışlar.
Maraqlıdır, könülün və baxışların meyarı necə, tarixlə
bərabər dəyişibmi? Kleopatraya baxan Antoninin göz-
lərindəki eşqlə, Leylaya baxan
Məcnunun gözlərindəki eşq
nə ilə fərqlənib? Müasir insanların sevgisi nə ilə fərqlənir?
Texnikanın, elmi biliklərin sevgiyə təsiri hansıdır? Əbu
Turxan
deyir:
«Müasirlik
– mənəviyyatın zamana
uyğunlaşmış üst qatılır». Bəli, dəyişən mənəviyyatın üst
qatıdır, binasıdır, alt qat isə təməl,
bünövrə kimi dəyişməz
olaraq qalır. Könül mənəviyyatın alt qatına aid bir məkandır
və eşqin baxışları üst qatdan asılı olmayaraq könülün əmr
etdiyi kimi baxır.
Heç kim inkar etmir ki, gözə görülən binadır, bünövrə
deyil. Böyük bir təməl üzərində möhtəşəm bir saray da, cılız
bir bina da tikmək mümkündür. Ən düzgün və möhkəm tikili
öz bünövrəsinə uyğun olandır.
-200 -
Maraqdır, əvvəllər möhkəm özüllər üzərində böyük,
min bir naxışlı, hər daşında
bir xatirə, hər divarında bir sirr
daşıyan tək bir saray tikirdilər. İndi ondan da dərin özüllər
qazırlar və üzərində… standart göydələnlər ucaldırlar.
Görəsən, bunda eşqə aid bir hikmət varmı?
Dostları ilə paylaş: