K. Bünyadzadə


Əbu Turxanın «qısa qapanma» prinsipi



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə67/79
tarix19.07.2022
ölçüsü1,76 Mb.
#62818
1   ...   63   64   65   66   67   68   69   70   ...   79
Gəncliyin fəlsəfəsi

Əbu Turxanın «qısa qapanma» prinsipi 
haqqında qeydlər 
İdeyanın doğum məkanı insanın daxilində, onun real-
laşma, təzahür məkanı isə insandan kənardadır. Yəni ide-
yanın müəyyən maddiyyat qazanması üçün onun insandan 


- 209 -
kənarlaşması zəruridir. İstər söz şəklində olsun, istər 
emosiya, istərsə də maddi bir cisim kimi. Berdyayev yazır ki, 
«idrak yadlaşmadır» və «idrak bizim cəmiyyətimizin 
genişlənməsidir». Xəlilov isə bildirir ki, «Mən»i «bölüşmək 
üçün əvvəlcə maddiləşdirmək – ifadə etmək lazımdır. Bu isə 
xüsusi bir prosesdir ki, ona yaradıcılıq deyilir».
Yaradıcılıq – içində doğulmuş ideyanın dərki və onu 
reallaşdırmaq cəhdidir. İdrak – öz ideyanın kənar obyektdə 
«tanınması» və bu «tanışlığın» öz şüurunda inikasıdır. «Ta-
nıma»nı həmçinin öz ideyanla kənardakı obyektin ideyasının 
harmoniyası, uyğunlaşması da adlandırmaq olar. Məsələn, 
heykəltaraşın ideyası ilə qranitin «ideyasının» üst-üstə 
düşməsi nəticəsində gözəl bir heykəl yaranır. Yəni bu, 
müəyyən başlanğıcı (ideyanın doğulması), kulminasiya anı 
(ideyanın «tanınması») və sonu (inikası) olan bir sikldir. Bu 
mərhələlərdən biri olmazsa, ideya dərk olunmamış və ya 
reallaşmamış qalar.
İnsan doğulandan şüurlu-şüursuz şəkildə qarşısına 
məqsədlər qoyur, ona can atır. Körpə yıxıla-dura ilk addımı-
nı atır, uşaq şirin uşaqlığından ayrılıb həyatın çətin dön-
gələrinin «dolaşıq xəritəsini» oxuya bilmək üçün elm öy-
rənir, təcrübə toplayır, gənc qarşısında qaldığı seçimlər üzə-
rində baş sındırır, tədbirlər tökür və s. və i.a. İnsan məqsədi 
qoyur və ona doğru addımlayır. Can atdığı ideyanı bəzən öz 
beynində o qədər aydın canlandırır ki, arada keçəcəyi 
vasitələr ona kiçik, əhəmiyyətsiz gəlir. Rəssamlar, 
heykəltaraşlar, yaradıcı insanlar kimi. Onlar yalnız atacaqları 
sonuncu addımı görür, onu atacaqlarını düşünürlər və onu 
atmaq üçün hər şeyə hazır olurlar. Əslində, onlar öz 
məqsədləri fonunda bu «hər şeyi» heç nə bilirlər. 


-210 -
Cəmiyyətdə belə adamlara Məcnun və buna bənzər adlar 
qoyurlar. Yəni insan və ideyası o qədər bir-birlərinə 
yaxınlaşırlar ki, aradakı vasitələr yoxa çıxır. Əbu Turxan 
yazır ki, «aradan maneənin götürülməsi «qısa qapanmaya» 
səbəb olur, son başlanğıcla birləşir». Belə məlum olur ki, 
maneə ideyaya kənardan baxmağa, onu soyuq təfəkkürlə 
dərk 
etməyə, onunla birləşməyin nəticəsini qiy-
mətləndirməyə imkan yaradır. Qısa qapanma – partlayışdır, 
məhvdir, başlanğıcın bir nöqtədə qalıb inkişaf etməməsi və 
sonla bərabərləşməsidir. Əbu Turxan dediklərini ilk 
məhəbbətlə əsaslandırır və zənnimizcə, inandırıcıdır. Lakin 
diqqəti başqa bir şeyə yönəldək: bunu yaşayan insanın 
təfəkkür səviyyəsinə. 
İlk məhəbbət dönəmi əsasən insanın hisslərinin təfək-
kür üzərində hegemon olduğu bir vaxtda – yetkinlik, ilk 
gənclik illərində baş verir. Yəni insan və ideyanı (sevgisini) 
hisslər əlaqələndirir. O, öz ideyasını görür, eşidir, duyur, 
onun doğmalığını, harmoniyasını hələ hissi səviyyədə tanıyır 
və bu hisslər o dərəcədə canlı olur ki, ideyanın – sevgisinin 
obyektinin ondan kənarda olduğunu unudur. Əbu Turxanın 
da etiraf etdiyi kimi, insan «özünə qapanır» və «qarşı tərəf 
sənin üçün qaranlıq qalır». Başqa sözlə desək, insanın 
yaşadığı iki ruhun harmoniyası olmur, yalnız öz hisslərinin 
təkbaşına «oynaması» olur.
Hisslər yüngüldür və hakim olduqları hər şeyi yüngül-
ləşdirirlər. İnsan ideyasını dərk etməyə can atmır, maneələri 
dəf etmir. O, öz ideyasının ideyasını (özünü deyil!) yaşayır, 
onu həqiqət zənn edir, buna qəti əmin olur. Belə hallarda 
təfəkkürün mövcudluğu arzuolunmazdır, çünki o, hisslərin 
ayaqlarından tutub yerə endirir, ideyanın ideyasının sadəcə 


- 211 -
bir kölgə olduğunu göstərir, qarşı tərəfin bəlkə də nə qədər 
yad olduğunu anladır və …insan əzab çəkir. Yəqin bu 
səbəbdən, məhəbbət məcnunları yana-yana sevgi və ağılın 
bir-birinə düşmən olduğuna, sevginin ağlı kor etdiyinə 
inanmağa və inandırmağa, soyuq təfəkkürlə dəli eşqin 
bərabər olmaqlarının mümkünsüzlüyünü sübut etməyə 
çalışırlar.
Hisslər bədənə məxsusdur. Sevginin, o cümlədən, baş-
qa bir həqiqətin yuxarıda dediyimiz bütün mərhələləri ya-
şaması – əsl mahiyyətinin reallaşması və dərk olunması, yəni 

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin