-212 -
ruh üçün hansı əhəmiyyət daşımasını dərk edir və bununla da
öz sevgisini dərk etmiş olur. Bayaq xatırlatdığımız
heykəltaraş kimi. Əbu Turxan yazır ki, «ruhun ruha
qovuşması daxili mənəvi yüksəliş gətirir». Bu, qana-qana
sevməkdir! Bu, sevginin insana verdiyi neməti dərk edib
dəyərləndirməkdir! Bu, iki könülün işığını birləşdirmək,
artırmaqdır! Yəqin buna görə Şihabəddin Sührəvərdi deyir
ki, «kamal sahibi olmayan qafil həzz ala bilməz.
Hər bir
həzzin qədəri kamillik dərəcəsindən asılıdır».
Biz sevginin iki halından danışdıq: hissi səviyyədə ya-
şanan, yəni məcnunluqdan və ruhun iştirakı ilə hisslə tə-
fəkkürün bir-birini tamamladığı sevgidən. Lakin sevginin
üçüncü, daha mürəkkəb və əzablı bir halı da mövcuddur:
təfəkkürün hisslər üzərində hegemon olduğu zaman yaşanan
sevgi.
Onu da qeyd etməliyik ki, söhbət maddi hisslərin, niy-
yətlərin üstünlüyündən getmir. Belə olan halda yüksək sevgi,
saf məhəbbət olmadığına görə, onu ümumiyyətlə müzakirə
mövzusundan kənarda saxlayırıq.
Diqqətə çatdırılmalı olan məsələ Əbu Turxanın öz mə-
həbbət konsepsiyasında ilk iki haldan danışdığı halda, hətta
bizim mövzudan kənarda qoyduğumuz məsələyə də geniş bir
açıqlama
gətirdiyi halda, qeyd etdiyimiz üçüncü haldan
danışmır.
Bildirdiyimiz kimi, sevgi əsasən hisslərin «məkanı» sa-
yıldığına görə, təfəkkür ora yaxın buraxılmır. Əbu Turxanın
düşüncələrinin köməyi ilə sevginin mahiyyətinə bir də
baxaq: «tamamlanmaya ehtiyac», «vahidin əzəmətinə, bü-
tövün gözəlliyinə, tamın harmoniyasına heyranlıq», «ruhlar
arasında körpü», «mənəvi kamilliyin təməlinin əsas şərti»,
- 213 -
«kamilliyə aparan yolun məqamı» və s. Deyilənlər hamısı
insanın mahiyyətinə xas olan və açılmağa ehtiyac hiss edən
zəruri hallardır. Maraqlıdır, insanın
zahirində də özünü
müsbət tərəfdən büruzə verən belə bir mənəvi kamilləşmə
yalnız hisslər səviyyəsində mümkündürmü? Yuxarıda qeyd
etdik ki, mümkün deyil və ruhun iştirakının vacibliyini
vurğuladıq. Elə isə alternativ sual verək? Bəs yalnız
təfəkkürlə belə bir yüksəliş, kamilləşmə mümkündürmü?
Əbu Turxanın bildirdiyinə görə, «alimlər qısa qapan-
madan qaçır, şairlər isə onu vəsf edir». Yalnız alimlər deyil,
ağlına güvənən, həyatında təfəkkürü
hegemon olaraq qəbul
edən hər kəs «qısa qapanmadan qaçır», təfəkkürün qurduğu
möhtəşəm sarayı bir anlıq partlayışın yerlə yeksan
etməsindən qorxur. Əbu Turxan qısa qapanmaya alternativ
olaraq normal elektrik cərəyanının yaranması üçün
tənzimləyici müqavimətin zəruriliyini vurğulayır. İdeyanın
normal inkişaf etməsi üçün haqlı və xeyirli bir iraddır. Lakin
digər bir tərəfdən, maneənin çoxluğu cərəyana hansı
təsiri
göstərir? Mən fizik deyiləm, amma güman etmək olar ki,
cərəyanın şiddətini azaldır, yəni işığı zəiflədir. Düzdür, Əbu
Turxan «güclü enerjinin tədricən işlətməyi» də xatırladır. Bu
nədir? Hissin enerjisinin təfəkkürə xidmətimi? Ruhu bədənin
xidmətçisinə çevirməkmi? Yaxud təfəkkürün dərk etdiyi
böyük bir sevgini qırıq-qırıq, səpələnmiş halda yaşamasımı?
Diqqəti cəlb edən daha bir məsələ: sevgi iki ideyanın
birləşməsidir. Təfəkkürün qoyduğu süni maneələr, «qısa qa-
panma» qorxusu hisslərin çərçivəsini həddindən artıq da-
raldır və bu naqislik ümumi vəhdətə mane olur. Başqa sözlə
desək, hiss və təfəkkür, ruh və
bədən bir-birindən təcrid
olunur və ruh öz əksini başqa bir ruhda görə bilmir, deməli
-214 -
tamamlanmaqdan da məhrum olur. Rəssam, heykəltaraş və
ya başqa bir yaradıcı insan can atdığı ideyaya yalnız
təfəkkürü ilə çata bilərmi? Yaxud onun çatmaq istədiyi
ideyanı mahiyyətdən uzaq səpələnmiş
ideyalar əvəz edə
bilərmi?
Maraqlıdır, təfəkkürün öz hakimiyyətini bölüşmək is-
təməməsini, özünə qapanmasını, hissi heç bir vəchlə yaxına
buraxmamasını, Əbu Turxanın təbirincə, «təfəkkürün qısa
qapanması» adlandırmaq olarmı?
Dostları ilə paylaş: