Əlcəzair – hisslər şəhəri
(Əlcəzair səfərindən təəssüratlar)
Bəzi şəhərlər öz tarixləri, ümumi auraları ilə nəyin isə
rəmzinə çevriliblər: şəhərlər şəhəri, çaylar şəhəri, sirli şəhər,
körpülər şəhəri, sevgi şəhəri. Yeri gəlmişkən, mən həmişə
- 205 -
Venesiyanı sevgilər şəhəri bilirdim, amma Əbu Turxanın
yazılarından birində İstanbul sevgilər şəhəri adlanır.
Müəlliflə qiyabi də olsa bir şeydə razılaşdım: insanın eşqi
harada bədəni ilə ruhunu barışdıra bilirsə ora sevgi
məkanıdır.
Əlcəzairə nərdivanlar şəhəri deyirlər. Şəhər uca bir da-
ğın üzərində inşa edildiyindən hər tərəf müxtəlif çeşidli pil-
ləkanlarla doludur. Sanki pilləkanlar evləri, küçələri bir-
ləşdirmir, əksinə, evlər pilləkanların üzərindəki məqamlardır.
Bu bənzətmə təsadüfi deyil. Deyilənə görə, Əlcəzair
təsəvvüfün paytaxtı elan olunub. Əslində mən təsəvvüf adlı
sərhədsiz bir diyarın paytaxtını insanların qəlbləri bilirdim.
Ancaq Əlcəzair şəhərini daha yaxından tanıyanda bu sözlərin
səbəbini anladım.
Əlcəzair köhnəlmiş, saralmış, amma xoş xatirəsi olan
fotoşəkilə oxşayır – Parisin fotoşəklinə. Tarixdən məlum
olduğu kimi, ölkə uzun müddət Fransanın müstəmləkəsi
olub. Qəribədir, şəhərin zahiri də, ruhu da neçə əsrlik
düşməninin surətidir sanki. Hətta sakinləri belə zahirən ərəb
olsalar da, ruhən artıq fransızdırlar.
Bu deyilənlər Əlcəzairin görünən tərəfidir. Amma mə-
ni, sözün əsl mənasında, heyran edən onun görünməyən
tərəfi, batini oldu: bura hisslər şəhəridir: sevgi, nifrət, sevinc,
qüssə, laqeydlik, daha hansı isə uca və ya alçaq hisslər,
ancaq hisslər.
Nə demək istədiyimi izah edim.
Əlcəzair əhalisinin əksər hissəsi İslam dininə etiqad
edir. Son illər bütün islam ölkələrində olduğu kimi, burada
da sələfilərin və ya fundamentalistlərin sayı get-gedə art-
maqdadır. Ölkədəki müsəlmanlar arasında dərin bir uçurum
-206 -
yaranıb və o, gündən-günə böyüməkdədir. Müsəlman
müsəlmana düşmən kəsilib və bu nifrət hissi elə açıq şəkildə
büruzə verilir ki, insan dəhşətə gəlir: fərq qoyulmadan
istənilən yerdə partlayışlar törədilir, qətllər baş verir, dinc
əhali qırılır və …hansı isə üçüncü və gözə görünməz bir
qüvvə bundan faydalanır. Bu üçüncü qüvvəni görmək və
ondan müdafiə olunmaq üçün hisslər dünyasından ağıl,
təfəkkür müstəvisinə keçmək lazımdır. Hisslər (istər nifrət
olsun, istər sevgi) – yüngüldür, təfəkkür – ağır. Hisslər –
qanaddır, təfəkkür – bu qanadlara taxılan qurğuşun.
Əlcəzairlilər səhra küləyi kimi yüngül olmağa üstünlük
verirlər.
Əlcəzairlilər fransızlara da nifrət edirlər. Əsrlər boyu
onları əsatirdə saxlayan bir xalq başqa hansı hissə layiqdir
ki? Ancaq bu nifrət gizli bir nifrətdir. Hələ də yüksək sə-
viyyənin, mədəniyyətin rəmzi hesab edilən fransızlıq əlcə-
zairlilərin qanına, canına hopub. Küçədəki dilənçi belə fran-
sızca dilənir! Fransızların əlcəzairlilərə qarşı törətdikləri
soyqırımı belə fransızca nəql edirlər. Buna görə də fran-
sızlara dərindən nifrət edəndə əlcəzairlilərin özlərinə də pay
düşür bu nifrətdən. Bəlkə də bu özünənifrət hissidir ki, hələ
də sıravi bir fransızın yanında özlərini əksik, naqis bilirlər,
hələ də onları təlqin etməyə çalışırlar, …məhz belə
olduqlarına görə də nə siyasi, nə iqtisadi inkişafa nail ola
bilirlər, elə surət olaraq qalırlar.
Əlcəzairlilər nifrətlə yanaşı bir də yüksək sevgi hissinə
malikdirlər və öz sevgilərini elə ürəkdən, elə candan ya-
şayırlar ki!
Bir statistik məlumata görə, Əlcəzairdə 40-dan çox sufi
təriqət var. Yerli sakinlər sufiliyi hava-su kimi mənim-
- 207 -
səyirlər. Bunu böyüklü kiçikli onların hamısının sufi
musiqisini dinlədiklərində müşahidə etmək mümkündür:
mistik musiqinin ritmləri ilə yüksəkliyə, bütün materiyadan
ucalara qalxır, gözəl, sirli hisslər yaşayırlar. Bu mühitin elə
ecazkar, elə saf, elə ülvi bir havası var ki, ixtiyarsız olaraq
gözlərini yumub bu ümumi harmoniyaya qoşulursan, böyük
bir sevgi dünyasına daxil olursan. Belə anda ilk dəfə gör-
düyün bu insanlar sənə elə doğma, elə səmimi görünürlər ki!
Yerli əlcəzairlilərə qədimdə azad ruhlu insan (səhv elə-
mirəmsə, «amazey») deyiblər. Onların ruhunun azadlığı
musiqilərindən də hiss olunur – sonsuz səhralıqda qum də-
nələrini qabağına qatıb qovan, sərhəd, maneə tanımayan
külək kimidirlər. Onların ruhunun azad olmasıdır ki, bir belə
zülümlərə, əsatirə, soyqırıma baxmayaraq, xoş sifətlərini,
mehribanlıqlarını, səmimiyyətlərini qoruyub saxlaya biliblər.
Yəqin ruhları hələ də sonsuz çöllərdə uçur ki, xarici sivil
cəmiyyətlərin hiylələrinə, siyasi oyunlarına asanlıqla
düşürlər və …maddi baxımdan uduzduqlarının fərqinə belə
varmırlar.
Dediklərim yalnız üç gündə gördüklərimdir, daha doğ-
rusu, hiss etdiklərimdir. Bu günlər ərzində sürətlə bir-birini
əvəz edən, bəzən bir-birinə qarışan, insanı bütünlüklə öz
hökmü altına alan hisslər çox güclü idi. Bütün yaşanan
ecazkarlığın, uca hisslərin arasında bir şeyi dərk etdim:
bütün bunlar yalnız hisslərdir! Əbu Turxan yazır ki, «hisslər
dərk edilməmiş düşüncələrdir». Əlcəzair ən müxtəlif, zidd
hissləri ən yüksək səviyyədə yaşayır və heç birinin
mahiyyətinə varmır. O, ruhunda baş verənləri ağlının
süzgəcindən keçirmir. O, sonsuz çöllərdə əsən azad ruhunun
göydələnlərin arasında əsə bilmədiyini hiss edir, ancaq
-208 -
bunun səbəbini anlamaq istəmir. O, nifrət edir, bu nifrətlə
yaşayır, ancaq bu nifrətin kökünü, nəticələrinin kimə xidmət
etdiyini, kimlərin alətinə çevrildiyini anlamaq istəmir. O,
sevir, yüksəlir, ancaq bu sevgidən faydalanmaq istəmir.
İstəmir, yoxsa bacarmır?
Əlcəzair – təsəvvüfün paytaxtıdır. Bəlkə onun hisslər
şəhəri olmağının əsas səbəbi budur? Bəlkə təsəvvüf əlcə-
zairliləri ruhlarının qayğısına qalıb, maddiyyatı unutmağa
sövq edir? Və ya bəlkə əslində saf bir düşüncə tərzi olan
təsəvvüf yalnız hisslər çərçivəsinə salınmaqla özü təhrif
edilir?
Əslində, həqiqət çox aydındır. Təsəvvüf İslam üzərin-
də təşəkkül tapmış bir təfəkkür tərzidir. Buna görə də onun
mərkəz nöqtəsində bütöv cəmiyyət yox, ayrı-ayrı fərdlərin
ruhları və təfəkkürləri durur. Söhbət sadəcə ruhdan deyil,
ruhu maddi bədəni ilə vəhdət təşkil edərək bütöv bir
cəmiyyəti irəli apara bilən İNSANdan gedir.
Əlcəzair – hisslər şəhəri olduğuna görədir ki, bu qədər
təbii, mehriban, səmimi və… sadəlövhdür. Bu, məndə ya-
ranmış təəssüratdır. Bəlkə də bir azərbaycanlı olaraq hər şeyi
öz arşınımla ölçmüşəm?!
Dostları ilə paylaş: |