ġeir
Şeir yazmaq qüdrəti Allahdan verilən bir nemətdir. Bu,
aşıb-daşan hisslərin yığcam, lakonik ifadəsidir. Üstəlik
burada bir ritm, ahəng, sözlərin bir-biri ilə səsləşib, bir-birini
tamamlaması da vacibdir. Şeirin bir gözəl funksiyası da var.
Şeirdə sanki sözlər adilikdən çıxır, sirli-tilsimli bir məzmun
alır. Nəsrlə deyə bilmədiklərini hətta qafiyəsiz belə «şeirlə»
deyəndə, sanki daha rahat olursan. Sanki həm hisslərini gizli
saxlayırsan, həm də onları aləmə car çəkirsən, həm susursan,
həm də danışırsan. Sanki adi cümlə quruluşunu dəyişməklə,
-192 -
cümləni daha pafosla deməklə çatdırmaq istədiyin hisslərin
möhtəşəmliyini, gözəlliyini, ülviliyini də saxlamış olursan.
Bu deyilənlər əsl şeir haqqındadır – ruhdan qopan, səni
səndən alıb, səni ilahi aləmə aparıb yenidən özünə qaytaran
və «bacarırsan yenə əvvəlki adam ol görüm, necə olursan», –
deyə meydan oxuyan duyğuların tərənnümçüsü olan şeir
haqqında. Elə şeir yazmaq, ruhunla yerlə göy arasında
çarpışmaq hər ruha qismət olan xoşbəxtlik deyil. İllər boyu
qazandığın bir adətlə sözləri, ifadələri qafiyələrə salıb «şeir
düzəltmək» də şairlik deyil.
Bəzən də olur ki, ruh oxumaq istəyir, amma nə şair de-
yil, nə bəstəkar. Ən əsası da, istəyir ki, oxuduqları öz kön-
lündən qopsun. Onda başlayır bildiyi bütün gözəl ifadələri,
sözləri yan-yana düzməyə və öz aləmində bundan gözəl
şedevr tanımır. Həqiqətən də belədir. Çünki bu, onun ən ülvi
bir duyğusu haqqında öz könlünün nəğməsidir! Lap bizim bu
«şeirimiz» kimi:
Çıxar ürəyindən ağrını ver mənə,
Yerinə könül dolu bir sevgi verim.
Çıxar içindəki sıxıntıları,
Üfüqlərə uzanan bir ümman verim.
Ver nə varsa ürəyini incidən,
Hər döyüntüsünə bir inci – nur verim.
Ürəyin o dar qəfəsdə darıxır,
Ürəyimdən ürəyinə gen yollar verim.
Əlbəttə, bu «şairlik» bir anlıqdır və ona «bu, şeir de-
yil», – demək artıqdır.
- 193 -
Zəhər
Zəhər deyəndə ilk yada düşən həyatın, şirinliyin ziddi
olan bir şey yada düşür. Bəzən acıya da zəhər deyilir, ağrılı-
problemli bir həyat da zəhərə bənzədilir; hər kəlməsində
ürək qıranların dili də zəhərlə müqayisə edilir. Maraqlıdır,
sözün düzünü çəkinmədən söyləyən də acıdil, zəhərdil ad-
lanır. Yəqin günah həqiqətin acı olmasındadır. Amma hə-
yatda elə zəhərlər də var ki, onlar barədə danışmağa dəyər.
Zəhər var dərmandır. Onun adı zəhərdir, özü «şəkər»-
dir. Arı zəhəri, ilan zəhəri, əqrəb zəhəri, …insan zəhəri. Bu
zəhərlər həm ağrıkəsici olur, həm zəhər zərərləşdirici.
Həqiqəti söyləyən dillərin zəhəri də belədir. Hamı arıdan,
ilandan, əqrəbdən, …həqiqəti deyəndən qorxur. Amma bu
zəhərə ehtiyacı olan «xəstələr» var. Əslində, missiyasına
uyğun olaraq bu dərmanların qiyməti də baha olmalıdır.
Bəzən olur da. Amma necə də ağırdır: həm «zəhər»
daşıyıcısı kimi qorxu mənbəyi olmaq, həm də səndən
qorxub, səni məhv etməyə çalışanların dərdinə qalmaq,
xilasına çalışmaq.
Zəhər var onu könüllü qəbul edirlər. Bunun adı «şə-
kər»dir, özü zəhər. Əslində, o da bir növ «dərman»dır – dər-
di, problemi unutduran bir vasitə. Nikotin, narkotik, alkoqol,
…yalan kimi. Özünü cəmiyyətdə tapa bilməyən bu zəhərdə
tapır. Özünü bir insan kimi təsdiq edə bilməyən bu zəhərlə
təsdiqləyir. Özünün varlığını unutmaq istəyən bu zəhərlə
unudur. Necə böyük bir yardım, necə «ali» missiya! Amma
-194 -
necə də ağırdır: sənə inanıb, sənə pənah gətirənləri boş tüstü
dumanları ilə, qarabasmalarla aldatmaq, onu yavaş-yavaş
məhvə sürükləmək!
Zəhər var hamı onu tanıyır. Bir damcısı belə dəhşət
gətirir. Onların müxtəlif kimyəvi adları var, amma yadda
qalan bir addır – zəhər. Siçan zəhəri, həşərat zəhəri, Onlar
vasitəsilə xoşagəlməz «ünsürlərdən» qurtulurlar. İnsafsızca
yeməyə qatıb verirlər, o da yeyib məhv olur. Amma yeməyə
qatmaq da şərt deyil, heç bir dəfəyə öldürmək də vacib deyil.
Bu zəhəri oxuduğu kitaba da qatmaq olar, dinlədiyi musiqiyə
də, aldığı təhsilə də, yaşadığı mühitə də. Onu damcı-damcı
verəndə tədricən məhv olur. …Bəzən də məhv olmur, bu
zəhərə o qədər alışır ki, ondan yeyib kökəlməyə başlayır.
Mutant deyilən bir varlıq alınır. Onun özü artıq bir zəhərə
çevrilir. Necə də dəhşətdir: Allahın yaratdığı bir varlığın
fitrətini pozub ona fərqli, özünü belə dəhşətə gətirəcək bir
həyat vermək, fərqli bir missiya üçün doğulmuşu özünə –
zəhərə oxşatmaq.
Zəhər var bircə onu qəbul edəni zəhərləyir. Bir tək ca-
nı məhv edir. Zəhər də var ətrafında hərlənən hər kəsi, hətta
bir neçə nəsli zəhərləyir. Radiasiya kimi, virus kimi, …rüş-
vət kimi. Bu zəhərin mənbəyini tapmaq, tapanda təcrid
etmək, təcrid edəndə isə məhv etmək çətindir. Bəzən, bəlkə
də əksər hallarda, bu zəhər bədənə o qədər hopur ki, ondan
qurtarmaq üçün vücudun özünü məhv etmək gərəkir …
qalanlarını xilas etmək naminə. Böyük bir ağac təsəvvür
edin. Zəhərlə suvarılan bu ağacın alıb-verdiyi hava belə
zəhərə dönür. Qollu-budaqlı, geniş kölgəli, bol meyvəli bu
ağac ancaq zəhərə xidmət edir. Onun ətrafında güllər əksən
ya solar, ya zəhər ətri verər, dibinə bulaq çəksən ya quruyar,
- 195 -
ya zəhər qaynadar, dibində dincələnlər ya boğular, ya
ciyərləri bu zəhərlə qidalanmağa başlayar, təmiz havada
boğulmağa başlayar. Lap Puşkinin «Ançar»ı kimi. Necə də
təəssüfləndirici haldır: böyük bir varlıq, orqanizm bir damcı,
bir zərrə zəhərin güdazına gedir.
Dəhşətdir, zəhərlə bağlı hər sözümüz ya təəssüflə bitdi,
ya qorxu ilə. Xoş sözümüz belə! Deyirlər alışqanlıq ikinci
xasiyyətdir. Alışdığından ayrılmaq ağrı verir. Zəhər bu
ayrılığı gətirən, ağrıdan şeydir. Fərqi yoxdur, səni nədən
ayırır: şirin həyatdanmı, problemdənmi, xəstəlikdənmi,
sağlamlıqdanmı. Hətta «rüşvət» adlı zəhəri qəbul edən belə
nədənsə ayrılır… və bu ayrılıq ona ağrı verir. Fərq ağrını
çəkəndədir: birinin bədəni ağrıyır, birinin vicdanı, birinin
könlü. Bu asılıdır zəhərin tipindən, növündən.
Dostları ilə paylaş: |