-220 -
FƏLSƏFI HEKAYƏTLƏR
Vətən
Bir gözəl saray vardı. Sakinləri bu gözəllikdən zövq
alıb, onun divarları arasında təhlükədən qorunurdular. Onlar
öz gözəl saraylarına nəğmələr qoşur, şeirlər yazırdılar.
Bir gün sakinlərdən biri bu gözəlliyi başqaları
ilə bö-
lüşməkdən bezdi, onu ancaq özününkü eləmək istədi. Ha-
mını qova bilməzdi, sarayı bütünlüklə oğurlaya, ya da mə-
nimsəyə də bilməzdi. Onda o, bu gözəllikdən kiçik bir daşı
qoparıb götürdü.
Gözəllik o qədər möhtəşəm, o qədər
mükəmməl, o qədər böyük idi ki, bu kiçik daşın yoxluğunu
heç kim nə hiss etmədi, nə də görmədi.
Bunu görən digər
sakin də həvəsləndi… o da bir taxta oğurladı. Yenə gözəlliyə
xələl gəlmədi. Bir daş, ya bir taxta nə idi ki, bu əzəməti
pozaydı!
Artıq əksər sakinlər bu
saraydan kiçik ya böyük bir
hissəni qoparıb aparıb kənarda özlərinə bir ev qurmuşdular.
Saraydan qopardıqları hissələr onların evlərinin bəzəyi,
dəyəri idi. Ancaq bu, onların
evlərinin yeganə dəyəri idi,
qalan hissələr heç bir dəyər daşımırdı, çünki başqa-başqa
yerlərdən toplanıb üst-üstə toplanmış şeylərdən başqa bir şey
- 221 -
deyildi. Saraydan götürdüyü hissə isə doğma idi, onunla eyni
tarix yaşamışdı, içində öz sakinlərinin mahiyyətini qoruyub
saxlayırdı.
…Gözəl saray dəlik deşik bir xarabaya çevrilmişdi. Sa-
kinləri artıq onu bəyənmirdilər, əslində bəyəniləsi bir halı da
qalmamışdı. Oxunan nəğmələr də ancaq onun keçmiş halı
haqqında idi. Hər kəs ordan köçüb-qaçmaq istəyirdi. Bir
vaxtlar bu saraydan qopardıqları həmin dəyərli şeyi
götürüb
başqa bir saraya köçməyə yol axtardılar. Bu dəyərli şey
başqa saraya köçmək üçün yeganə vasitə idi. Heç kimin
ağlına
da gəlmirdi ki, oturduğu bu sarayı təmir etsin, heç
olmasa ondan götürdüyü hissəni geri qaytarsın. Hər kəs
fikirləşirdi ki, ondakı hissə bu yekəlikdə xarabanı düzəltmək
iqtidarında deyil. Haqsız da deyildilər.
Dostları ilə paylaş: