- 183 -
Çiçəyi elə gözəl, elə incə edən onun çəkdiyi əzabdır.
Onun məqsədi o əzablara qalib gəlib, qara torpağın sərt
üzünü görəndən sonra zərif gün şüalarının
ləzzətini daha
yaxşı hiss etməkdir.
Bəlkə də elə qara torpaqdan, elə zərifliklə çıxmağıdır
çiçəyi sevdirən…
Allahın yardım əli
Allah insanı bütün varlıqlardan üstün yaratdı: Özünə
məxsus sifətlər verdi, Özünün bildiyi adları öyrətdi, Özün-
dən ruh üfürdü, yer
üzündə Özünün xəlifəsi etdi, Öz əma-
nətini ona etibar etdi, Ona səcdə edən mələkləri insana səcdə
etdirdi. Yaratdı və daim onun yanında, hətta şah damarından
daha yaxın oldu. Əslində Allahın insana verdiyi bütün bu
şeylər insanla Onun arasındakı qırılmayan tellərdir, bunlar
hamısı insana insan adını qazandıran keyfiyyətlərdir.
İnsan fiziki baxımdan varlıqlar arasında ən zəifidir. Bu
zəifliyinə baxmayaraq Allah bütün yaradılmışları onun
qulluğuna verib: geyim, qida, rahatlıq,
təhlükəsizliyin
təminatı, estetik zövq və s. İnsan bu dünyada hər şeydən
yararlanmaq iqtidarındadır.
İnsan mənəvi baxımdan varlıqlar arasında ən zəngini-
dir, çünki Allahdan bir ruh alıb. Bu səbəbdən maddi dünya
ilə bərabər ruhi dünyanın da qapıları onun üçün açıqdır. Öz
varlığında hər iki dünyanı birləşdirən insana mələklər də
heyran qala bilir, şeytan da.
-184 -
İnsan ağıl sahibi kimi arasında yeganədir. Yalnız
insanın qarşısında ən aşağı pillədən ən ali pilləyə qalxan bir
yol – kamillik yolu mövcuddur. Hər yaradılmış yalnız öz
varlığı çərçivəsində nəyə isə qadirdirsə,
insan bütün
yaradılmışların varlığının sirrinə hakim ola bilir, onların
sahəsində onlardan daha böyük qüvvə sahibi olur. Bu qüdrəti
ona verən Allahdan öyrəndiyi adlardır.
Allah insanı sevərək, sevgi ilə yaratdı. O, mayasına bü-
tün ali keyfiyyətlər qatdığı məxluqunun ən ali məqama ye-
tişməsi üçün bütün imkanlar yaradır: ona maddi və mənəvi
bələdçilər göndərir ki, həqiqət aləminin qapılarını açsın,
Özünün «üç kitabını – müqəddəs kitabı, təbiəti və insanın
özünü» (Əbu Turxan) oxumaq üçün ona yollar göstərsin.
İnsan öz varlığına
uyğun olaraq həm maddi, həm də
ruhi bələdçilərlə «ünsiyyətdə» olmağa qadirdir. Ta qədimdən
bəşəriyyətə peyğəmbərlər göndərilmiş, Allahın həqiqət-
lərindən insanları agah etmiş, onları yalnış
yoldan qoru-
muşlar. Bu yardım yalnız peyğəmbərlərin varlığı ilə deyil,
həm də onlara nazil olmuş müqəddəs kəlamlarla olmuş və
olmaqdadır. İnsan unutqan varlıqdır və Allah sevdiyi
bəndəsinə hər kəlməbaşı öz ağlından istifadə etməyi
xatırladır.
Kamilliyə gedən yol daha ağır, daha mürəkkəbdir. Bu,
insanın onun əl-qolunu bağlayan
bütün tellərdən azad olub
bir tək teldən – onu Allaha bağlayan teldən yapışmasıdır. Bu,
uca dağa qalxanda yapışdığın, bağlandığın bütün kəndirləri
kəsmək, heç bir yerdən tutmadan ümidini bir tək kəndirə
bağlamağa bənzəyir. Bu, etibardır! Bu, ümiddir! Bu,
sınaqdır!
- 185 -
Bu kəndirin iki ucu var – biri səndə, biri Allahda. Və
bu etibar, ümid, sınaq yalnız Allaha deyil, həm də sənə aid-
dir. Sən bilirsən ki, bu kəndirin
möhkəmliyi həm də səndən
asılıdır: sənin imanından, ağlından, bacarığından.
İnsan zəif məxluqdur və bu zəifliyi onun kəndirində də
özünü göstərəndə …Allah əlini uzadır. Bu əl müxtəlif for-
mada sənə uzanır: bu, bir xoş kəlmə də ola bilər, acı bir
tənqid də, bir nəvazişli baxış da ola bilər, sərt bir sillə də,
səmimi bir söhbət də ola bilər, tozlanmış kitabdakı bir ifadə
də, bu, bir yuxu da ola bilər, bir körpə təbəssümü də, bu, bir
sənət əsəri də ola bilər, dənizin möhtəşəm dalğası da…
Allah
hər yerdədir, Onun tükənməz işarətlərinə və de-
diklərinə hər yerdə, hər zaman rast gəlmək mümkündür.
Yetər ki, onları görməyə gözün, eşitməyə qulağın, duymağa
könlün olsun. Yetər ki, uzanmış həmin Əldən tuta biləsən.
Dostları ilə paylaş: