-190 -
hisslər aşıb-daşsa da, bu barədə ən gözəl sözü orada deyə
bilmir. Gərək bu möhtəşəmlikdən ayrıla, təkliyə çəkilə. Özü
ilə baş-başa qala.
O harmoniya fonunda insan da, insanın
sözü də bir toz dənəciyi qədər olur. Təklikdə isə insan
İnsandır, söz demək qüdrətində olan, Yaradanın yardımı ilə
yarada bilən bir könüldür.
Bəlkə buna görə təbiət qoynunda böyümüş şəxsin de-
məyə sözü də çoxdur, təbi də. Uzun illər təbiət «danışıb», o
susub, susmağa məcbur olub. İndi də özü danışmaq,
təəccübləndirmək,
heyrətləndirmək istəyir, kimləri isə
«dinləməyə» məcbur etmək istəyir. Yalnız özünün gördük-
ləri, yalnız ona açılan həqiqətləri
hər kəsə mütləq həqiqət
kimi çatdırmaq ehtiyacı hiss edir içində.
Bu, ilhamdır.
Qəribədir, insanlar öz təfəkkürlərinin, düşüncələrinin
həcminə uyğun da harmoniya tapırlar:
kimi sonsuz dəniz,
uca dağlar, geniş düzənlər, kimi də gecə klubları, barlar,
rəqqasələr, içki şüşələri. Onların ruhlarının dərk etdikləri də
elə tapdıqları, uyğunlaşdıqları «harmoniya» boydadır.
Elə insanlar da var ki, ruhları nəinki dağa, dənizə, heç
bu maddi dünyaya da sığmır. Belələri üçün isə Allah ülvi bir
aləmin «qapılarını» açır, bu aləmə aparan yolları, vasitələri
ona tanıdır.
Bu, artıq ilham deyil,
vəcddir.
Belə insanların çatdırmaq
istədikləri sonsuz bir aləm-
dən gəlir və bir-iki nəfər üçün nəzərdə tutulmur. Musiqi,
rəsm, heykəl, elmi kəşf, bədii və ya fəlsəfi əsər şəklini alan
bu «ilahi xəbərlər» ruhu oyaq, könül gözü açıq, mənəvi
dünyası işıqlı olan hər kəs üçündür.
Bunlar yaradılış iyerarxiyasında alt-yuxarı, yəni insan-
dan Allaha uzanan kamillik yolunun vasitələridir. Bir də var
Allahdan insana doğru uzanan bir yol. Allah insanı sevə-sevə
- 191 -
yaradıb və bunu xatırlaması, öz insanlığını qoruması üçün
onun qayğısına qalır.
Belə olan hallarda, yəni insanlıq üçün
bir təhlükə yarananda Allah özü seçim edir: Onun sözünü
insanlara çatdıracaq şəxsi də, deyiləcək xəbəri də.
Bu,
vəhydir və ya missiyadır. Sonuncu peyğəmbərimizlə (s.)
vəhy kəsilsə də, insan öz unutqanlığını unutmayıb. Və
Allahın seçimini bu gün sözün ən ülvi mənasında
missiya
adlandırmaq olar.
Vəhy – Allahın insana vacib sözüdür, nəsihətidir. Bunu
əsrlər boyu peyğəmbərlər insanlara çatdırıb. Lakin Allahın
sözləri bitməyib. Bunun üçün Allah yenə də təmiz ruhları
seçir, bəndələrinə həmin ruhlar vasitəsilə müraciət edir.
Missiya –Allahın insanları qəflət yuxusundan ayıldan söz-
lərinin seçilmiş ruhlar vasitəsilə səslənməsidir.
Dostları ilə paylaş: