Heyvan
Allahın yaratdıqları arasında tez-tez müqayisələr aparı-
lır, bənzərliklər tapılır. İnsanı da gah gülə-çiçəyə, qoca
çinara, düz qamətli sərv ağacına, gah da məğrur qartala,
hiyləgər tülküyə və s.-ə oxşadırlar. Bu bənzətmələr əsasən
zahirə aid olsa da, bəzən daxili keyfiyyətlərdə də paralellər
aparırlar. Bizim dediklərimizlə Çarlz Darvinin insanın
əcdadlarının meymun olması haqqında çoxdan iflasa uğramış
düşüncələri arasında heç bir əlaqə yoxdur.
Məlum olduğu kimi, hələ orta əsrlərdə insan ruhunu
nəbati, heyvani, insani növlərə yaxud müvafiq mərtəbələrə
bölmüşlər. Bu, dərin və əsası olan bir hikmətdir. Lakin bizim
dediklərimizin onunla da bir əlaqəsi yoxdur.
Bir filosof Darvinin düşüncələrinin puçluğunu göstər-
mək üçün belə bir fikir söyləmişdi ki, meymun qədər digər
-174 -
heyvanların insanların da əcdad olmaq hüququ var. Məsələn,
ola bilsin ki, bəzilərinin əcdadı meymun, bir başqasınınkı
ayı, birininki də ceyrandır. Bu zarafatda bir həqiqət var. İn-
sanların öz heyvani ruhlarının səviyyəsində doğurdan da,
fərqli-fərqli heyvanları xatırlatmaqları heç kəsə gizli deyil.
Mən də iki heyvan haqqında bir-iki kəlmə demək istə-
yirəm: tarakan (ona bənzəyən adamların xatirinə onun hə-
şərat olduğunu unudun) və qoyun.
Tarakanlar. Mətbəxlərin ən üzlü, ən iyrənc, ən tez artan
«sakinləri». Bəlkə də onlar başqa yerlərdə də məskunlaşırlar,
lakin nədənsə tarakan deyəndə birinci yada düşən mətbəx və
qida olur. Tarakanları öldürmək üçün onlara bir kimyəvi
maddə verirlər. Maraqlıdır, bəzi tarakanlar ölür, ancaq
bəzilərində bu dərmana qarşı nəinki immunitet yaranır, hətta
onlar bu dərmanı yeyib kökəlməyə, daha sürətlə artmağa,
böyüməyə başlayırlar. Buna elmi dildə mutasiya deyirlər.
Belə insanlar da var. İlk dəfə başına dərd gələn insan
sonralar bu dərdlərə, problemlərə elə alışır ki, bu həyat onlar
üçün normal hala çevrilir. Hətta onları bu haldan çıxardana
belə nifrətlə, acıqla baxırlar, onların «rahatlığını» pozduğuna
görə ondan uzaqlaşır, ona düşmən kəsilirlər.
Qoyun. Təmizliyi sevən, sahibinə ən az problem yara-
dan, ən çox xeyir verən, Allah yolunda qurbanlıq üçün se-
çilən ev heyvanı. Eyni zamanda. Heyvanlar arasında, mənim
bildiyim qədər, yalnız qoyun öz ölümünə rahat-rahat tamaşa
edir, hətta altdan yuxarı bayaq yanında otlayan tayının
soyulmağını müşahidə edir. Mən bilmirəm o qoyun nə
hisslər keçirir, ancaq onun gözlərində nə qorxu görmək
mümkündür, nə təlaş.
- 175 -
Bəzi insanlar yoldaşlarının başına gələnləri məhz yol-
daşı üçün nəzərdə tutulduğunu zənn edir və heç cür eyni şeyi
özünün də yaşayacağını qəbul edə bilmir. Rahat-rahat onun
«edam olunmağına» tamaşa edir və özünün də xəbəri
olmadan … öz qurbanlıq vaxtını gözləyir.
İnsan bir bioloji varlıqdır və onda heyvani xüsusiyyət-
lərin olması təbii görünə bilər. Qeyri-təbii, daha doğrusu,
dəhşətli olan heyvaniliyin insaniliyi üstələməsi, hətta
unutdurmasıdır.
Dostları ilə paylaş: |