- 169 -
Bu dünya çox zəngindir. Rəngarəng təbiəti, çeşidli bit-
kiləri, heyvanları, al-əlvan çiçəkləri.
Bu dünyada zəngin-
liklər həm çoxdur, həm də müxtəlifdir. Kiminin pulu-parası,
kiminin oğul-uşağı, kiminin evi-tarlası, kiminin də elmi-
savabı. Bu dünyanın zənginləri də çoxdur. Əslində zən-
ginliklərin
növlərinə baxsaq, bu dünyada çox az adamın
kasıb olduğunu görərik. Ancaq bunu dərk edənlər azdır, yəni
əsl var-dövlətini tanıyıb, onun dəyərini bilənlər azdır.
Maraqlıdır, var-dövlətin mahiyyəti, meyarı kim tərə-
findən təyin edilib? O da maraqlıdır ki,
nə zamandan bəri
var-dövlət tərəzi və rəqəmlərlə ölçülməyə başlayıb? Bunu
kəşf edən kəs tərəzi ilə ölçülə bilməyən, rəqəmlərə sığmayan
var-dövlətə nə üçün bir ölçü vahidi düşünməyib? Əbu
Turxan deyir:
…….
Böyük kəşf olardı, amma nə yaxşı,
Mənəvi sərvətin ölçüsü yoxdur.
Kimin tərəfindən kəşf edildiyini bilməsəm də, bu tərə-
zinin çox əhəmiyyətli rolu olduğunu bilirəm. Bilirəm ki, tə-
rəzinin bir gözünə qoyulmuş var-dövlət nə qədər ağır gəlirsə,
digər gözündə oturmuş sahibini bir o qədər yuxarı qaldırır.
Amma bu işdəki paradoksu izah edə bilmirəm: var-dövlət
ağırlaşdıqca, sahibi yüngülləşir?! Var-dövlət artdıqca
insan
öz çəkisini itirir?! İnsanlıqdan çıxır?! Amma onu da bilirəm
ki, doğurdan da son nəticədə var-dövlət öz sahibindən daha
ağır və «hörmətli» olur? Yəqin bu «ucalmaya» düçar
olmamaq üçün var-dövlət tərəzisinin
o biri gözündən uzaq
-170 -
qaçmağı bacarmaq lazımdır. Yəni, bu mümkündürmü? Yenə
Əbu Turxan yazır:
Həyatda saxlanma qanunu varmı,
Pak admı üstündür, dövlətmi, varmı?
Biri azalanda o biri artsa,
Məcmuyu bunların sabit qalarmı?
Bəli, təəssüf ki, ancaq tərəziyə gələn, rəqəmlə hesabla-
nan şeylərə var-dövlət deyilir. Başqa şeyləri eyni adla ad-
landıranda mütləq yanına bir «məcazi məna» ifadəsi də ar-
tırırlar. Yoxsa sənə gülərlər ki, bir çiçək balaya da var-dövlət
deyirsən. Sənə ağılsız deyib məsxərəyə qoyarlar…
malik
olduğun dərin təfəkkürünə, sonsuz ideyalarına var-dövlət
desən! Sən də ağıllı olmaq üçün bir tərəzi almalısan.
Sənin
də səsini eşitsinlər deyə «ucalmalısan», malik olduğun dərin
təfəkkürünü rəqəmlərə sığdırmalısan.
Yox, əslində bu dünyanın sayıla bilən, rəqəmlərə sığan
zənginliyi heç də çox deyil. Bir şey ki, nəyə isə sığa! Əslində
o, sadəcə bir ovucdur. Dünya əlindəki bu bir ovuc var-
dövləti hər gedəndən alıb təzə gələnlərin başını qatır. Yunus
Əmrə demiş:
Mal sahibi, mülk sahibi
Hanı bunun ilk sahibi?
Mal da yalan, mülk də yalan,
Al, bir az da sən oyalan.
Bu dünyanın daha böyük bir xəzinəsi var. Düşünməyi
bacaran,
içində ilahi hiss, böyük eşq gəzdirən kəslər tapır o
xəzinəni. Könlünün səsini qızılın cingiltisi ilə səhv sal-
mayan, onu dinləməyi bacaran tapır o xəzinəni. Bu dünyaya
- 171 -
məxsus olanla insanın öz könlü üçün nəzərdə tutulmuş var-
dövləti fərqləndirə bilənlər faydalana bilir o xəzinədən.
Bu xəzinənin adını bilmirəm,
onu təsvir etsəm də an-
laşıqlı olmaz. Axı hər kəsin öz xəzinəsi var! Ancaq bu xə-
zinənin açarının adını bilirəm:
eşq. Ən qəliz qıfılları aça bi-
lən sadə və gözəl bir açar. Bilənlər onunla qapılar açırlar,
bilməyənlər tərəzinin gözünə qoyurlar ki, ağır gəlsin, bir az
da «ucalsınlar».
Dostları ilə paylaş: