- 161 -
Ruh tapdığı ruhun bədənini ilk anlar seçmir… bu, heç
onun üçün maraqlı da olmur.
Bədən də tapdığı bədənin ruhunu ilk anlar görmür…
bu, ona heç maraqlı da deyil.
Ruh öz bədənini unudaraq
yad bir bədəndəki ruhla
doğmalaşır.
Hər ikisi öz zövqünə can atır, bütün vasitələrlə öz var-
lığını qarşısındakına çatdırmaq istəyir, ən kiçik imkanları
belə qaçırmaq istəmir, harmoniya axtarır. Ruhun silahı
yalnız baxışlar, atəş dolu nəfəsdir, bədənin silahı isə çoxdur
– insanın bütün imkan və bacarıqları: bütün hiss orqanları
üstəgəl söz.
Ruh daha sərbəst, daha azaddır. Onlar tez qovuşur, tez
dil tapırlar.
Bədənlər isə maneə tapmaqda sanki bir-birilə yarışa gi-
rirlər. Bunun adı gah naz olur, gah qürur, gah küsü, gah abır-
həya, gah ictimai rəy, gah da romantika.
Ruhlar heç cür bir ahəngə gələ bilməyən bədənləri gör-
mədən belə öz vəhdətlərinin zirvəsinə çatırlar.
Hər addım başı maneələri dəf etməklə məşğul olan bə-
dənlər üçün heç bir sərhəd tanımayan ruhların ardınca ye-
tişmək çox çətindir, hətta mümkünsüzdür.
Ruhlar bərabər ola bilməyəndə bədənlər ünsiyyətdə ol-
salar da, bir-birilə müəyyən şərtlərlə bağlı qalsalar da, özləri
də bilmədən ayrı yaşayan, haralardasa öz həmdəmini axtaran
ruhlarının ayrılığını yaşamalı olurlar, bərabər olsalar da elə
hey bir ayrılıq mehindən üşüyürlər.
Bədənlər dil tapa bilməyib ayrılsalar da, ruhlar bərabər
qalırlar. Hərəsi öz bədənində təklikdən üşüsə də, bir-birinin
-162 -
hənirinə qızına bilirlər, bu atəş onları
donub heç olmağa
imkan vermir.
Ruhlar və bədənlər arasındakı təmaslar böyüdükcə,
hisslər dolub-daşdıqca, zövq oxşamaqdan sevgiyə, sevgidən
eşqə
yüksəldikcə bir an gəlir ki, ruhun bədənə, bədənin də
ruha möhtaclığı ortaya çıxır. Yaşanan duyğuların tam olması
üçün
ruh və bədənin təklikdə yox, bir-birilə vəhdət halında
olması bir zərurətə çevrilir. Ya bədən ruhu öz dalınca
sürüməyə çalışır, ya da ruh bədənə öz qanadlarını taxmağa
cəhd göstərir. Bəlkə buna görə Əbu Turxan deyir ki,
«məhəbbət ruhla bədənin ittifaqından yaranır»?
Bəlkə bu
ittifaq olmayanda yaranan duyğular qırıq və yarımçıq qalır?
Bəlkə ruh və bədəni bir ittifaqa gətirən elə məhəbbətdir?
Bəs ittifaqa gələ bilmiş ruh və bədən nə əldə edir?
Ruh bədənə ağırlığını, nisbiliyini, qara torpaqdan ya-
randığını unutdurur. Bədən ruhun aşıb-daşan işıq selini za-
hirə çıxardır. Ruh bədənin qaranlıqda azmış, vurnuxan hiss-
lərinə
nur verir, bədənin özünün də xəbərsiz olduğu cə-
hətlərini işıqlandırır. Bədən ruhun duyduqlarını, təsəvvür-
lərini reallaşdırır, onlara
maddiyyat qatmaqla ruhun tə-
səvvürünə belə gəlməyən həqiqətlər anladır ona.
Bir-birini kəşf edə-edə ruh və bədən bir varlıq kimi ka-
milləşir, bir-birini tamamlaya-tamamlaya bir varlıq kimi
bütövləşirlər.
İlk vaxtlar kənar bir qüvvə kimi təsir göstərən eşq hər
ikisinin tərkib hissəsinə çevrilir: nur olub ruhun işığına
qarışır, qan olub bədənin damarlarında axır, … mahiyyət
olub İnsanı var edir.
Dostları ilə paylaş: