5) Servis infrastrukturunun yaradılması Məktəblərə verilən İKT avadanlığına servis xidmətinin təşkili mühüm əhəmiyyət kəsb edir. Avadanlığın kütləvi şəkildə verilməsi və təhsil müəssisələrinin infrastrukturu çox ciddi servis xidmətinin qurulmasını zəruri edir.
Texniki xidmət işi avadanlığın cari, əsaslı təmirini və informasiya-metodiki köməyin göstərilməsini əhatə etməlidir. Bu isə aşağıdakıların gerçəkləşməsi deməkdir:
- Bütün ölkə üzrə servis xidmətinin təşkilati strukturunun formalaşdırılması;
- Texniki dəstək üzrə texniki-normativ və metodiki təminatın yaradılması;
- Bütün səviyyələrdə servis xidmətinin təşkili üçün kadrların hazırlanması;
- Servis xidmətinin maddi texniki bazasının yaradılması.