4) Təhsil müəssisələrinin İKT avadanlığı ilə təminatı Təhsil müəssisəsinin İKT avadanlığı ilə təminatı bu avadanlığın tədris prosesinə inteqrasiyasına və vahid təhsil-informasiya sisteminin yaradılmasına yönəlməlidir.
Təhsil müəssisələrinin kompüter avadanlığı və telekommunikasiya vasitələri ilə təminatı müntəzəm olaraq aparılmalıdır.
Təhsil müəssisələrinin İKT avadanlığı ilə təmin olunması və onun istifadəsi prosesində aşağıdakı prinsiplər nəzərə alınmalıdır:
• İKT-avadanlıqdan kompleks istifadənin daha effektiv olması;
• Avadanlığın parametrlərinin tez-tez dəyişməsi və maksimum səmərəli istifadənin mümkünlüyü;
• Təhsil müəssisələrinin İKT-dən səmərəli istifadə imkanlarının müxtəlif səviyyədə olması və s.