Kafedra : İnformatika Fənn: İnformatika və təhsildə İkt ixtisas


Qeyd olunan məqsədlərə nail olmaq üçün aşağıdakı ən mühüm məsələlər kompleks şəkildə həll olunmalıdır



Yüklə 0,68 Mb.
səhifə85/97
tarix28.01.2022
ölçüsü0,68 Mb.
#51728
1   ...   81   82   83   84   85   86   87   88   ...   97
İNFORMATİKA VƏ təhsildə İKT- tspx-3k

Qeyd olunan məqsədlərə nail olmaq üçün aşağıdakı ən mühüm məsələlər kompleks şəkildə həll olunmalıdır: 
1) Ölkənin vahid təhsil-informasiya sisteminin yaradılması. Bu sistem bütün səviyyəli təhsil və informasiya sistemlərini, habelə təhsilin idarəetmə, servis, elmi-tədqiqat, metodiki-tədris və texnoloji mərkəzlərini birləşdirməlidir;
2) İnformasiya texnologiyalarının tədris prosesinə inteqrasiyasının təmin edilməsi. Milli elektron dərsliklərin hazırlanması və tədris prosesində tətbiqi, onların ənənəvi dərs vəsaitləri ilə inteqrasiyası, habelə köməkçi metodiki vasitələrin hazırlanması. Keyfiyyətin təmin edilməsi, tədris məqsədli informasiya texnologiyaları vasitələrinin standartlaşdırılması və sertifikasiyası;
3) Təhsilin idarə edilməsi üzrə İKT-yə əsaslanan effektiv və şəffaf monitorinq və təhlil sisteminin yaradılması;
4) Təhsil ocaqları üçün pedaqoji və İKT kadrlarının hazırlanması sisteminin yaradılması. Onlara tədris prosesində ən yeni informasiya texnologiyalarından istifadə etmək bacarığının aşılanması. Tədris prosesinin bütün iştirakçıları üçün İKT bacarıqlarına yiyələnmək imkanının yaradılması;
5) Təhsil müəssisələrinin müasir İKT avadanlığı ilə və İnternetə geniş zolaqlı çıxışla təmin olunması;
6) İKT sahəsi üzrə terminologiyanın işlənib hazırlanması və onun vahid standart kimi tətbiq olunması;
7) İnformasiyalaşdırılma prosesinin elmi təminatının və informasiya texnologiyalarına əsaslanan müasir təlim üsullarının hazırlanması; 
8) Təhsil sahəsində dövlət idarəçiliyi və tənzimləmə sisteminin vahid informasiya infrastrukturunun yaradılması; 
9) Ölkənin informasiya təhlükəsizliyinizin təmin olunması və təhlükə doğuran halların aradan qaldırılması üçün kompleks tədbirlərin həyata keçirilməsi. Yalnız lisenziyali proqramlardan istifadə olunmasına keçid.


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin