Kafedra : İnformatika Fənn: İnformatika və təhsildə İkt ixtisas


Təhsildə İKT-nin tətbiqində əsas problemlər



Yüklə 0,68 Mb.
səhifə83/97
tarix28.01.2022
ölçüsü0,68 Mb.
#51728
1   ...   79   80   81   82   83   84   85   86   ...   97
İNFORMATİKA VƏ təhsildə İKT- tspx-3k

2. Təhsildə İKT-nin tətbiqində əsas problemlər
Hazırda təhsil sistemində aparılan informasiyalaşdırma prosesi bir sıra ciddi problemləri üzə çıxarıb. 
1. Mövcud idarəetmə strukturunun yetərli olmamağı. Təhsil Nazirliyində bu sahənin gücləndirilməsinə yönələn struktur dəyişikliyinin vacibliyi. Regionlarda təhsilin informasiyalaşdırılması ilə bilavasitə məşğul olan strukturların olmaması. Regionlarda İnformasiya-Metodiki Mərkəzlərin yaradılmaması.
2. Pedaqoji və rəhbər kadrların İKT üzrə qeyri-qənaətbəxş hazırlığı. Müəllimlərdə kompüterlə işləmək vərdişlərinin formalaşdırılması, bu istiqamətdə onlarla treninqlərin keçirilməsi ləng aparılır. Kompüterlərin proqram təminatının sürətlə dəyişməsi onlarla işləyəcək kadrların daha sürətlə yetişdirilməsini zəruri edir.
3. Bu günə qədər Azərbaycanda İKT sahəsi üzrə vahid stabil terminologiyanın işlənib hazırlanmaması.
4. Elektron tədris vəsaitlərinin ləng hazırlanması və məktəblərə çatdırılmaması. Fənlərin çoxunu tədris etmək üçün milli elektron vasitələrinin azlığı və ya yoxluğu. Tədrisdə istifadə üçün müxtəlif fənlər üzrə rəqəmsal məhsulların olmaması. Elektron metodiki vəsaitlərin sifariş olunmaması. Bütün bunlar mövcud avadanlığın tədris prosesinə inteqrasiyası prosesinin qarşısını alır.
5. Məktəblərin İnternetə qoşulmasının təhsil müəssisələrinin kompüterləşdirilməsi ilə paralel aparılmaması. Eyni zamanda təhsil sahəsi ilə əlaqəli internet resurslar da formalaşdırılmayıb. 
6. Mövcud kompüter siniflərindən effektiv istifadə olunmaması. 
7. Məktəblərə verilən avadanlıqla bağlı standartların və kompüter siniflərinə qoyulan tələblərin hazırlanmaması.
8. Avadanlığın, elektron tədris vəsaitlərinin dövlət satınalınmasında sərbəst və azad rəqabət mühitinin formalaşmaması. Bu cür rəqabət mühitinin olmamağı alınan məhsulların keyfiyyətinə də ciddi təsir göstərir.
9. Çevik servis infrastrukturunun qurulmamağı və məktəblərdə avadanlığın vaxtından əvvəl sıradan çıxması.
10. Hüquqi-normativ bazanın, elmi-metodiki bazanın yetərincə formalaşdırılmaması. Təhsildə İKT-nin tətbiqi ilə bağlı mövcud hüquqi bazanın yeniləşdirilməsi və müasir tələblərə adaptasiya olunmasına az diqqət yetirilməsi. 
11. İKT-nin təhsildə qısa müddətdə və geniş tətbiqinə nail olmaq üçün güclü vasitə olan stimullaşdırma və motivasiya elementlərinin olmaması.
12. İdarəetmə üzrə, informasiya resursları üzrə Vahid informasiya sisteminin yaradılmamağı. (Hansı funksiyanı yerinə yetirən?)
13. Əksər hallarda İKT avadanlıqlarından istifadə ilə bağlı məktəb rəhbərliyinin ifrat məsuliyyətli yanaşma tərzi.
14. İKT –dən istifadənin üstünlükləri və imkanları ilə bağlı məlumatlandırma işinin yetərincə olmamağı.


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin