1.4. Treninqlər
Proqramın icra planına digər bir bölmə – məktəb müəllimlərinin İKT-savadlılığını artırmaq məqsədi ilə treninqlərin keçirilməsi də daxildir. Bununla bağlı Bakı Elm və Tədris mərkəzində 300 nəfər informatika müəllimi treninqlərə cəlb olunmuş və onlar treninqlərin sonunda ECDL proqramı çərçivəsində imtahan verib Beynəlxalq dərəcəli sertifikat almışlar. 26 nəfər müəllim İntel şirkətinin xətti ilə keçirilən treninqlərdə iştirak etmiş və İntel şirkətinin “Öyrədənləri öyrədən” sertifikatını almışlar. Ümumiyyətlə, 2005-2006-cı illərdə 5000 müəllim İKT üzrə treninqlərdən keçmiş, 2007-ci ildə isə 3500 müəllimin müvafiq treninqlərdən keçməsi planlaşdırılıb.