Kafedra : İnformatika Fənn: İnformatika və təhsildə İkt ixtisas


Mühazirə 13 Təhsildə İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi Plan



Yüklə 0,68 Mb.
səhifə78/97
tarix28.01.2022
ölçüsü0,68 Mb.
#51728
1   ...   74   75   76   77   78   79   80   81   ...   97
İNFORMATİKA VƏ təhsildə İKT- tspx-3k

Mühazirə 13

Təhsildə
İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi

Plan:

Giriş

1. Təhsildə İKT-nin tətbiqi ilə bağlı mövcud vəziyyət 



1.1. Məktəblərin İKT avadanlığı ilə təchizatı

1.2. Əməkdaşlıq

1.3. Multimedia (elektron tədris materialları) dərsliklərinin hazırlanması 

1.4. Treninqlər

1.5. İnternetə qoşulma

1.6. Təhsilin İdarə olunmasının Məlumat Sistemləri

2. Təhsildə İKT-nin tətbiqində əsas problemlər

3. Təhsildə İKT-nin tətbiqində əsas məqsəd və vəzifələr

4.Təhsildə İKT-nin tətbiqində əsas istiqamətlər


5. Təhsilin informasiyalaşdırılmasında mərhələlər və prioritetlər
6.Təhsildə İKT-nin resurs təminatı
 

Giriş

Müasir dünyada ölkələrin rəqabətə davamlılığı artıq ciddi bir faktora çevrilib. Qloballaşma istiqaməti götürən müasir dünyada hər bir ölkənin dayanıqlı və davamlı inkişafı üçün cəmiyyətin bütün sahələrində beynəlxalq rəqabət prinsiplərinə çevik surətdə yiyələnmək tələb olunur.


İnformasiya cəmiyyətinin və rəqabətə davamlı yüksək texnologiyalı milli iqtisadiyyatın yaradılması bir sıra dövlətlərin dövlət siyasətinin əsas istiqamətinə çevrilib. Bu ölkələrdə informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsi inkişafın ən önəmli amili kimi çıxış edir. Bu sahə dövlətlərin siyasi, iqtisadi və sosial fəaliyyətinə aktiv təsir edərək, iqtisadiyyatın və ictimai münasibətlərin qloballaşmasını şərtləndirir. İnformasiya cəmiyyətinin təhsil sisteminin necə qurulması, təhsilin modernləşdirilməsi üçün hansı texnologiyalardan istifadə edilməsi hazırda ən aktual məsələlərdən birinə çevrilib. 
Bu gün dünya iqtisadiyyatı biliklərə söykənən iqtisadiyyat xətti götürdüyündən ölkələrin təhsil sistemlərindən də məhz bu tələblərə cavab verən sistemin qurulmasını tələb edir. Odur ki, yalnız ölkədaxili sosial-iqtisadı tələblərə cavab verən mexanizmlərin deyil, bütövlükdə qlobal dünyanın rəqabətinə cavab verən mexanizmlərin hazırlanması tələb olunur. Bütün inkişaf etmiş ölkələrdə təhsilin informasiyalaşdırılması istiqamətində sistemli şəklidə bir neçə mərhələ islahatlar keçirilib. İnkişaf etməkdə olan ölkələrdə bu cür islahatlar davam etdirilir.
2003-cü ildə qəbul edilmiş “Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafı üzrə Milli Strategiya (2003-2012-ci illər)” sənədində hazırkı dövrdə Azərbaycan üçün məhz təhsil sahəsi İKT-nin tətbiq istiqamətləri içərisində ən yüksək prioritetə malik istiqamət hesab edilmişdir. Artıq Azərbaycanda təhsilin modernləşdirilməsi, təhsildə informasiya texnologiyalarının tətbiqi istiqamətində ilkin addımlar atılıb. Azərbaycan hökuməti və bir sıra beynəlxalq qurumlar tərəfindən təhsil sisteminin yenidən qurulması istiqamətində müəyyən proqramlar və layihələr gerçəkləşdirilməkdədir. İKT-nin təhsildə tətbiqi üzrə bir sıra nəzəri məsələlər araşdırılıb və həm müsbət, həm də mənfi tərəflər ortaya çıxarılıb. 
Bu Konsepsiya Azərbaycanda orta ümumtəhsil sistemində İKT-nin tətbiqində mövcud vəziyyəti nəzərə alaraq əsas prinsiplərin müəyyən edilməsi və inkişaf etdirilməsinə yönəlib. Bu Konsepsiya ölkənin orta məktəblərində İKT-nin tətbiqinə sistemli bir baxış olmaqla bu sahədə əsas məqsəd və vəzifələri, fəaliyyət istiqamətlərini, tətbiq olunmalı metod və mexanizmləri özündə ehtiva edir. 
Konsepsiyanın hazırlanmasında təhsildə informasiyalaşma sahəsində beynəlxalq təcrübədən, o cümlədən, MDB məkanında bu sahədə müəyyən uğurları olan ölkələrin təcrübəsindən, ötən dövlət Proqramının icrası müddətində əldə olunan təcrübədən, həmçinin ölkənin təhsil sistemində bir sıra beynəlxalq və yerli qurumlar tərəfindən gerçəkləşdirilən layihələrin təcrübəsindən istifadə olunub.


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin