Kafedra : İnformatika Fənn: İnformatika və təhsildə İkt ixtisas


Təhsildə İKT-nin tətbiqində əsas istiqamətlər



Yüklə 0,68 Mb.
səhifə86/97
tarix28.01.2022
ölçüsü0,68 Mb.
#51728
1   ...   82   83   84   85   86   87   88   89   ...   97
İNFORMATİKA VƏ təhsildə İKT- tspx-3k

4. Təhsildə İKT-nin tətbiqində əsas istiqamətlər
Azərbaycanını təhsil sisteminin informasiyalaşdırılması prosesinin aşağıdakı istiqamətlərdə aparılması məqsədəuyğun hesab edilir: 

1) Ölkənin təhsil sisteminin informasiya infrastrukturunun yaradılması
- Bu infrastruktur öz daxilində idarəetmə, monitorinq, akkreditasiya, attestasiya və biliyin qiymətləndirilməsi, servis, informasiya-texnoloji mərkəzlər üzrə vahid dövlət informasiya sistemlərini birləşdirməlidir;
- Elektron avadanlıqlara, elektron tədris vəsaitlərinə və kadrlara tələbatın öyrənilməsi üzrə monitorinq sisteminin yaradılması;
- Vahid məlumat bazasının yaradılması. TİMS-in yaradılıb bütün ölkə məktəblərində istifadəsinin təmin edilməsi;
- Təhsil müəssisələri arasında elektron sənəd dövriyyəsinin təmin olunması;
- Təhsildə İKT layihələrinə nəzarət üzrə monitorinq və onun nəticələrinin təhlili sisteminin yaradılması; 
- Rayondaxili, rayonlararası və beynəlxalq informasiya mübadiləsinin təşkili, dünyanın informasiya-məlumat mənbələrinə çıxış imkanı;
- Təhsil ocaqlarının idarəetmə və maliyyə fəaliyyətinin avtomatlaşdırılması;
- Təhsil sahəsində qanunvericilik aktlarının informasiya sisteminin yaradılması; 
- Bütün təhsil prosesi iştirakçıları arasında normal informasiya mübadiləsinə şərait yaradan telekommunikasiya sisteminin qurulması;
- Məktəblərdə hər bir kompüterin İnternet bağlantısının yaradılması. İnternetdən səmərəli istifadə edilməsinin təşkili;
- Mövcud olan təhsil-informasiya resursları və sistemlərinin qeydiyyatı, yoxlanması və modifikasiyası. Bu cür resursların reyestrinin yaradılması;
- Təhsil sahəsi ilə əlaqəli elektron xidmətlərin göstərilməsi
- Məsafədən tədris sistemlərinin mərhələli şəkildə yaradılması və istifadəyə verilməsi.


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin