İnikasın tarixən ikinci səviyyəsi bioloji inikasdır. Canlı orqanizm xarici təsirlərə
başqa cür cavab verir, o mühitə uyğunlaşır, xaricdən olan müxtəlif təsirlərə müxtəlif
cavablar verərək, mühitin əlverişli və zərərli amillərini bir-birindən fərqləndirir. Xarici
təsirlərin nəticələrindən fəal istifadə edilməsinə əsaslanan bu inikası funksional
informasiya inikası adlandırmaq olar. Bu halda informasiya geniş mənada, yəni
orqanizmin ətraf aləmdə fəal oriyentasiyasına imkan yaradan xassəsi kimi başa
düşülməlidir. İnformasiya inikasına məruz qalan sistem xarici təsir ilə öz halını
dəyişməklə yanaşı, həm də öz hərəkətlərini buna müvafiq qurur. Məsələn, günəş
şüasının təsirinə məruz qalan daş öz hərəkətlərini bu təsir altında qura bilmədiyi halda,
bitki mühitdə düzgün oriyentasiya götürə bilmək üçün özünün bütün imkanlarından
istifadə edərək günəşə doğru can atır.
İnformasiyalı inikas maddi aləmin təkamülünün canlı təbiət mərhələsində
fəaliyyətə başlayır. Onun aşağıdakı növləri məlumdur:
birhüceyrəli sadə bitki və heyvanların qıcıqlanması;
heyvan və insanın orqandaxili reaksiyalarının tənzimlənməsi zamanı əsəb
toxumalarının həyacanlanmaları (neyrofizioloji inikas) ;
və nəhayət, psixi inikas.
Dostları ilə paylaş: |