Sual 1. Fəlsəfədə şüur problemi
Fəlsəfə tarixinin öyrənilməsi bir daha sübut edir ki, şüur problemi ən çətin və ən
müəmmalıdır. İnsanın gözləri qarşısında dünya durur, çoxsaylı predmetlər, onların
xassələri, hadisələr və proseslər bu qəbildəndir. Adamlar dünyanın sirlərini öyrənmək,
gözəlliklə, bəzən də eybəcərliklərlə rastlaşdıqda öz həyəcanlarının səbəblərini izah
etmək, öz fikirlərinin mənbəyini axtarmaq və s. ilə məşğul olmağa çalışırlar. Lakin
bütün bunlar – əhval–ruhiyyə, hiss və fikirlər şüur adlanan nə varsa onun vasitəsilə bizə
gəlib çatır. Şüur dünyanın mənimsənilməsində insanın yol yoldaşıdır. Şüur aləminə daxil
olmaqdan ötrü sadəcə olaraq fikirləşmək, həyəcan keçirmək, hiss etmək, qavramaq
kifayət deyildir; bunun üçün bir növ əlavə aktlar da zəruridir ki, onların köməyilə Mən
sadəcə olaraq düşünürəm, “Mən fikirləşməliyəm”, “Mən həyəcanlanıram”, “Mən sadəcə
nəyi isə bilirəm yox” və s. və i.a.
Şüur – yalnız insana xas olan xüsusi vəziyyətdir ki, onunla dünya və eyni
Dostları ilə paylaş: |