Kafedra: «İctimai elmlər»


zamanda insanın özü başa düşüləndir



Yüklə 448,49 Kb.
Pdf görüntüsü
səhifə3/15
tarix12.05.2022
ölçüsü448,49 Kb.
#57728
1   2   3   4   5   6   7   8   9   ...   15
298 felsefe m N4shuur onun mensheyi ve mahiyyeti qiyabi

zamanda insanın özü başa düşüləndir. Şüur – ani olaraq insanın gördüyünü, eşitdiyini, 

hiss etdiyini, düşündüyünü və yaşadığını əlaqələndirir. Bir çox filosoflar şüuru dünyanın 

möcüzələr  möcüzəsi  kimi,  insana  bəlli  edilən  ən  böyük  və  ilahi  hədiyyə  kimi 

müəyyənləşdirirlər. Yalnız şüur vasitəsilə öz–özünə “mən” kimi təqdim olunur. “Mən” 

isə  mənəvi  varlığın  ən  yüksək  zirvəsinə  yüksələndir.  Burada  iztirab  və  məhəbbət, 

dostluq,  sevinc  və  s.  hissləri  mühüm  yer  tutur.  Şüur–  dünyanın  təkcə  möcüzəsi  deyil, 

həmçinin əzab və işgəncəsidir.  

Fəlsəfi  fikirlər  tarixində  şüur  problemi  özünün  həllinin  iki  səviyyəsinə  malikdir. 

Birincisi,  hansı  şeylərin  şüura  verilməsi  və  orada  mövcudluğu  üsullarının  təsviri  ilə 

əlaqədardır.  Fəlsəfi  dildə  bu  şüur  fenomenin  təsviridir.  İkincisi,  bu  məqsəd  daşıyır  ki, 

şüurun özünün mümkünlüyü, daha dəqiq desək, fenomeninin özünün izahıdır. Antik və 

yeni  dövr  fəlsəfəsində  göstərilən  səviyyələr  fərqləndirilmirdi,  ona  görə  də  belə  hesab 

edilirdi  ki,  şeylərin  şüurda  mövcudluğunun  üsulları  təsvir  olunubsa,  deməli  şüurun 

təbiəti  məsələsi  həll  olunmuşdur.  XX  əsrdə  filosoflar  şüurun  müstəqilliyi  imkanlarını 

xüsusi  qeyd  etməyə  başladılar.  Şüur  ayrıca  predmet  və  yaxud  şey  kimi  mövcud 



 

olmadığına görə onu dərk etmək, təsvir etmək, müəyyənləşdirmək olduqca çətindir. Bizə 



hər  şey  şüurun  sayəsində  verilmişdir.  O,  bizim  bütün  qavrayışlarımızı,  hisslərimizi, 

fikirlərimizi  bir  an  içində  əlaqələndirir,  özü  də  bütün  bunları  bizdən  asılı  olmayaraq, 

nəzarətimizdən  kənarda,  razılığımız  olmadan  edir.  Bu  əlaqələr  zənginliyindən  şüuru 

kənarlaşdırmaq  olmaz,  çünki  şüursuz  onlar  mövcud  ola  bilməz.  Ona  görə  də  XX  əsrə 

qədər fəlsəfə şüurda şeylərin mövcudolma üsullarının təsviri ilə məşğul idi. XX əsrdə isə 

vəziyyət  dəyişmişdir.  Alimlər  şüur  haqqında  daha  çox  suallar  verir  və  onları  müxtəlif 

formada  cavablandırırdılar.  Dünyanın  izahını  asanlaşdırmaq,  obrazların  qavrayışı  şüur 

fenomenini izah etməyə bərabərdir. 

Qeyd etmək lazımdır ki, hər bir dövr şüur nədir? – sualına öz təsəvvürlərinə uyğun 

cavabını  da  vermişdir.  Nəticədə  bir  dövrdə  şüur  adlanan  şey,  digər  dövrlərdə  şüur 

adlanmırdı.  Şüur  haqqında  təsəvvürlər  hakim  dünya  görüşü  qaydaları  ilə  sıx  əlaqədə 

olmuşdur. Təsadüfi deyildir ki, antik kosmosentrizm, orta əsrlərin teosentrizmi və Yeni 

dövrün antroposentrizmi şüurun müxtəlif anlamlarını formalaşdırmışdır. Öz növbəsində 

bu və ya digər dövr adamlarının şüuru necə başa düşmələrindən, onların dünya obrazları, 

onların  mənəviyyatı  necə  başa  düşmələri,  siyasət,  incəsənət  və  s.  asılı  idi.  Çünki  şüur 

həmişə real həyatın dililə çulğalaşmışdır. Şüur – qeyri–maddidir. Şüuru təsvir etmək 




Yüklə 448,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin