İ.Disgen (1828 - 1898) ciddi tənqid edirdi. O, göstərirdi ki, ruh stoldan, rəng səsdən
fərqlənmirsə, onda bu şeylər bir – birindən nə ilə fərqlənirlər? Bəzi filosoflar vulqar
materialistləri "beynsiz filosoflar" adlandırmış və qeyd etmişlər ki, fikri maddi
adlandırmaq, materializmi idealizm ilə qarışdırmağa tərəf atılmış yanlış addımdır.
XX əsrin əvvəllərində geniş yayılmış empiriokritisizmin baniləri E.Max və
R.Avenarius şüuru, duyğunu beynin məhsulu olan fikrini sözdə qəbul etmirdilər. Lakin
onlar həm "məni", həm də mühiti "duyğu kompleksləri"ndən ibarət hesab etməklə
idealizmə qapılırdılar. Onların fikrincə, bir halda bütün cisimlər "duyğu
kompleksləridir", onda beyin də cisimdir, deməli, duyğu "kompleksidir". Hər şeyin
əsasında "duyğu kompleksləri"ni qoymaq isə "xalis idealizmdir". XIX əsrin sonu XX
əsrin əvvəllərində şüura, xüsusilə duyğuların gerçəkliyi əks etdirməsinə münasibətlə
əlaqədar simvollar, heroqliflər nəzəriyyəsi də mövcud olmuşdur. Bu mövqedən çıxış
8
edən alman fizioloqu İ.Müller duyğunun xarici aləmi əks etdirdiyini inkar edirdi. O,
göstərirdi ki, duyğu xarici aləmi əks etdirdiyini inkar edir, duyğu xarici aləmin təsiri
məhsulu deyil, duyğu orqanların özündə doğur, onlara "daxilən xas olan spesifik
xüsusiyyətidir". L.Feyerbax bunu "fizioloji idealizm" adlandırmışdı. XIX əsrin digər
təbiətşünas alimi K.Helmhols isə qeyd edirdi ki, duyğu xarici aləmin inikası olsa da,
onun təsirindən baş versə də, xarici şeylərə oxşamır, onların surəti deyil, ancaq
"simvolları, heroqlifləridir". G.PIexanov da duyğuları xarici aləmin işarələri,
heroqlifləri adlandırırdı. Bununla da onlar duyğunun adekvatlığını, gerçəkliyin surəti
olduğunu inkar edir, subyektiv idealizm mövqeyində dururdular.
Fəlsəfə tarixində şüurun mahiyyəti, onun varlığa, materiyaya münasibəti ətrafında
əsas fəlsəfi istiqamətlər arasında aparılan prinsipial mübahisələrdə həlli böyük çətinlik
törədən məsələ şüurun mənşəyi məsələsi olmuşdur. Şüuru əzəli qəbul edən idealizm,
maddi və mə"nəvi substansiyaların, materiya və şüurun paralel mövcudluğunu iddia
edən dualizm, sözsüz ki, burada böyük çətinliklə qarşılaşmışlar. Öz mövqeyində
prinsipial ardıcıllıq nümayiş etdirmək istəyən materialistlər isə materiyaya yanaşarkən
"özü-özünün səbəbidir" prinsipini pozmadan duyğu və şüur xassələrinə malik
materiayanın mövcudluğunu sübut etmək kimi çətin və mürəkkəb bir məsələni həll
etməli olmuşlar. Odur ki, köhnə materializm, hətta məsələnin düzgün həllinə xeyli
yaxınlaşan fransız materialistləri bunu sübut etmək üçün təbii-elmi biliklərin
çatışmaması üzündən idealizmə güzəştə getməli olurdular. Problemin pozitiv həlli
sahəsində səmərəli addım yalnız keçən əsrin ortalarında atıldı. Şüurun varlığın atributu
olması haqqında hilozoist Spinoza təliminin səmərəli toxumunu qəbul edən F.Engels
diqqəti belə bir cəhətə yönəltdi ki, əvvəla, şüur materiyanın özü tərəfindən törədilmişdir,
ikincisi, özünün bütün çevrilmələrində həmişə eyni qalan materiya "atributlarından heç
birini itirmədiyindən o, gələcəkdə düşünən ruhun məhv edəcəyi təqdirdə belə, onu başqa
bir yerdə, başqa bir vaxtda hökmən yenidən törədəcəkdir". Beləliklə, Engelsə görə, şüur,
"düşünən ruh" materiyanın modusu, onun yalnız bə"zi formalarına məxsus təsadüfi
xassəsi olmayıb, onun atributu, elə zəruri əlamətidir ki, bunsuz materiya natamam,
9
yarımçıq olardı. Lakin Spinozadan fərqli olaraq Engels şüurun atributluğu məsələsinə
materiyanın inkişaf dialektikası baxımından yanaşaraq ruha, şüura materiyanın
bünövrəsində reallaşması imkanı kimi baxırdı. Başqa sözlə, materiya öz inkişafının ən
yüksək zirvəsində "düşünən ruhun" təşkil etdiyi bir sıra xassə və qabiliyyətlər
törətmişdir.
Şüurun yaranmasına dair bu konsepsiya onun təbiəti haqqında məsələnin də pozitiv
həllinə imkan verirdi. Sual olunur: görəsən materiyanın təşkilinin ən yüksək
səviyyəsində şüurun yaranmasına səbəb olan xassəsi hansıdır? Materiyanın ən ümumi
xassəsi olan, "duyan materiya" ilə "duymayan materiya" arasında əlaqə yaradan "inikas"
xassəsidir.
İnikas materiyanın bünövrəsində duran ən ümumi xassədir. O, predmetlərin
qarşılıqlı təsirinin universallığı ilə şərtlənir. Maddi aləmin bütün obyektləri, prosesləri
öz aralarında fasiləsiz qarşılıqlı əlaqə və təsirdədirlər. Qarşılıqlı təsirdə olan obyektlərin
biri digərində müəyyən "iz" buraxmaqla onları müvafiq dəyişikliyə uğradır. Başqa
sözlə, qarşılıqlı təsir prosesində təsirə məruz qalan obyekt və proses öz dəyişmələrində
təsir göstərən obyektin, hadisənin, prosesin müəyyən xassələrini yenidən hasil edir.
Deməli, materiyanın atributiv xassəsi olmaq etibarilə inikasın mahiyyəti aşağıdakından
ibarətdir.
A obyekti V obyektinə təsir edərək onda müəyyən dəyişikliklər yaradır. Bu
dəyişiklik isə bundan ibarətdir ki, V obyekti A obyektinin strukturunu və bir sıra
funksional münasibətlərini özündə yenidən hasil edir. V obyektinin bu xassəsi bütün
maddi sistemlər üçün ümumi olub materiyanın "inikas" xassəsi adlanır. Məsələn,
insanın güzgüdə əksi, dəmirin rütubətdə paslanması, elektronun elektrik sahəsində meyl
etməsi, həyat şəraitinin dəyişməsilə orqanizmin rəngini və formasını dəyişməsi və s.
inikasa misal ola bilər.
Yuxarıda göstərilən mənada inikas hər yerdə, ixtiyari qarşılıqlı təsir prosesində
mövcuddur. Hər bir qarşılıqlı təsir inikas momentini - bir maddi törəmənin digər maddi
törəmədə əks olunmasını ehtiva edir. İnikasın atributiv xarakteri hərəkətin özünün
10
atributiv xarakterindən törəyir. Hərəkət və qarşılıqlı təsirin mövcud olduğu hər yerdə
inikas vardır. Həm də inikas bütövlükdə qarşılıqlı təsir olmayıb, onun yalnız bir
momenti, tərəfidir. Qarşılıqlı təsir ikitərəfli (təsir və əks təsir) olduğu halda inikas bu
prosesdə yalnız müəyyən münasibət kimi çıxış edir. Real inikas prosesləri maddi
qarşılıqlı təsir əsasında yaranıb onları tələb etsələr və əksinə, inikas xassəsi yalnız maddi
qarşılıqlı təsirlərdə təzahür etsə də, qarşılıqlı təsir və inikas anlayışlarını eyniləşdirmək
olmaz. İnikası materiyanın bünövrəsində duran atributiv xassə kimi səciyyələndirməklə
fəlsəfə duyğu, qavrayış və psixikanı, insan şüurunun genezisini başa düşmək üçün
müqəddəm şərtləri formulə etmiş olur. Bu müqəddəm şərtlərdən başlıcası budur ki,
inikasın ixtiyari forması və növü yalnız inkişafın müxtəlif səviyyələrində duran maddi
törəmə və sistemlərin qarşılıqlı təsiri çərçivəsində meydana gəlib mövcud olurlar.
Dostları ilə paylaş: |