Kafedra: «İctimai elmlər»



Yüklə 448,49 Kb.
Pdf görüntüsü
səhifə14/15
tarix12.05.2022
ölçüsü448,49 Kb.
#57728
1   ...   7   8   9   10   11   12   13   14   15
298 felsefe m N4shuur onun mensheyi ve mahiyyeti qiyabi

Sual 3. Mənlik şüuru 

İnsan şüuru tələb edir ki, dünyaya münasibətdə müəyyən fəal mövqeyin daşıyıcısı 

olmaq  etibarilə  subyekt  özünü  digər  subyektlərdən  seçib  ayırsın.  İnsanı  özünü  seçib 

ayırması,  özünə  müəyyən  münasibət  bəsləməsi,  öz  imkanlarını  obyektivcəsinə 

qiymətləndirməyi  bacarması  insan  xarakteristikasının  spesifik  formasını  təşkil  edib 

mənlik şüuru və ya özünüdərketmə adlanır. Mənlik şüuru insanın özünə doğru yönəltdiyi 

şüurudur. Onun obyekti şüurun özüdür. 

Müxtəlif  səviyyələrdə  və  müxtəlif  formalarda  təzahür  edən  mənlik  şüuru  tarixi 

inkişafda  götürülən  mürəkkəb  törəmədir.  Onun  hal-əhval  adlanan  birinci  forması 




16 

 

insanın öz varlığını elementar şəkildə başa düşməsinə və özünü onu əhatə edən cisimlər 



və insanlar sırasına daxil etməsinə əsaslanır. Hətta şeylərin mövcudluğunun insandan və 

onun şüurundan kənarda elementar tərzdə qavranılması belə mənlik şüurunun müəyyən 

formasını  tələb  edir.  Hər  hansı  bir  cismin  mövcudluğuna  inanmaq  üçün  onun 

qavranılması prosesinə insanın digər təbii və sosial sistemlər içərisində yerini müəyyən 

edən  və  onda  baş  verən,  mahiyyətcə  xarici  aləmdəki  dəyişikliklərdən  fərqlənən 

prosesləri nəzərə ala bilən bir mexanizm daxil edilməlidir. Psixoloqlar təsdiq edirlər ki, 

gerçəkliyin  heç  olmasa  qavrayış  səviyyəsində  dərk  olunması  bu  prosesə  müəyyən  bir 

"dünya sxeminin" daxil edilməsini tələb edir. 

Mənlik  şüurunun  ikinci  səviyyəsi  insanın  öz-özünü  hər  hansı  bir  insan  birliyinə, 

ayrıca  bir  mədəniyyətə  və  ya  sosial  qrupa  məxsus  olan  varlıq  kimi  dərk  etməsilə 

bağlıdır. 

Nəhayət, bu prosesin inkişafının ən yüksək üçüncü səviyyəsini "Mənlik" şüurunun 

yaranması təşkil edir. Bu səviyyədə insan öz "Mən"inin digər şəxslərdən oxşar və fərqini 

-  özünün  nadir  varlıq  olmasını  və  təkrar  olunmazlığını,  sərbəst  hərəkətlərə  qadir 

olmasını,  hərəkət  və  davranışları  üçün  məsuliyyət  hissi  daşımasını,  onlara  nəzarət 

etməyin və onları düzgün qiymətləndirməyin vacibliyini dərk edir. 

Lakin  mənlik  şüuru  özünüdərkin  müxtəlif  forma  və  səviyyələri  olaraq  qalmır. 

Mənlik şüuru həm də özünü qiymətləndirmə və özünə nəzarətdir. Mənlik şüuru insanın 

özünü özü üçün ideal kimi qəbul etdiyi "Mən" ilə tutuşdurmasının və bu müqayisənin 

gedişində özü haqqında razılıq və ya narazılıq hissinin yaradılmasını tələb edir. 

Mövcudluğu  heç  bir  şübhə  doğurmayan  mənlik  şüuru  insanın  mühüm 

keyfiyyətlərindən olub, onun intellektual həyatında mühüm rol oynayır. R.Dekart təsdiq 

edirdi  ki,  mənlik  şüuru  təkzibedilməz  yeganə  faktdır.  Əgər  mən  hər  hansı  bir  cismi 

görürəmsə o, həqiqətdə illüziya və ya qarabasma da ola bilər. Lakin mən nə özümün, nə 

də  qavrama  qabiliyyətimin  mövcudluğuna  şübhə  edə  bilmərəm.  Bununla  belə  mənlik 

şüuru haqqında düşüncələr müəyyən paradoksallıqdan da məhrum deyil. Axı özünü dərk 

edə bilməsi üçün insan özünə kənardan baxmağı bacarmalıdır. 



17 

 

Halbuki  özümü  kənardan  mən  deyil,  ancaq  başqası  görə  bilir.  Zira  göz  özündən 



başqa  hər  şeyi  görməyi  bacarır.  Özünü  kənardan  görə  bilmək,  özünü  qavraya  bilmək 

üçün, sözsüz ki, insana güzgü lazımdır. Güzgüdə öz surətini görən və bunu yaddaşında 

möhkəm saxlayan insan sonradan güzgüsüz də öz şüurunda özünü "kənardan" görmək 

imkanı qazanır.  Lakin  güzgüdə özünü görən  adam  özünü inandırmağı bacarmalıdır  ki, 

onun güzgüdə gördüyü adam başqası deyil, məhz onun özüdür. İlk baxışdan adama elə 

gəlir ki, onun güzgü inikası mütləq mənada onun özüdür. Lakin həqiqətdə bu belə deyil. 

Nəzərə  almaq  lazımdır  ki,  hisslərə  malik  olan  heyvan  güzgüdə  özünü  tanıya  bilmir. 

Deməli, özünü görə bilməsi üçün insanda irəlicədən mənlik şüurunun müəyyən forması 

olmalıdır. Lakin insan üçün belə formalar əzəli deyildir, onları insan özü quraşdırır və 

mənimsəyir.  Həm  də  bu  formaları  o,  real  güzgü  ilə  deyil,  metaforik  güzgü  vasitəsilə 

mənimsəyir. Bu metaforik güzgü isə digər adamlardır, insan cəmiyyətidir. 

İnsanın  öz-özünə  münasibəti  onun  digər  adamlara  münasibətilə  müəyyən  olunur. 

Mənlik şüuru təcrid edilmiş, ayrıca bir şəxsin daxili tələbatından deyil, kollektiv praktiki 

fəaliyyətdə, insanlararası münasibətlər sistemində yaranır. 

Mənlik  şüuru  nəinki  müxtəlif  formalarda,  həm  də  müxtəlif  dərəcədə  təzahür  edir. 

Yuxarıda qeyd  etdik ki,  müəyyən  qrup  hadisəni dərk  etməyə  çalışan  insan  hər  şeydən 

əvvəl həmin hadisələr sistemində özünün yerini, rolunu aydınlaşdırmağa və öz şüurunun 

bu  hadisələrdən  keyfiyyət  fərqini  müəyyənləşdirməyə  çalışır.  Lakin  bu  halda  insanın 

şüuru bütövlükdə xarici aləmə tuşlandığından onun şüuru, idrakı bilavasitə onun şüurlu 

fəaliyyət sahəsinə daxil olmur. Necə deyərlər, bu halda mənlik şüuru hələ "qeyri-aşkar" 

səciyyə daşıyır. Cismin qavranılmasının bir sıra məqamları məhz bu maraqlı hadisə ilə 

bağlıdır.  Belə  bir  misala  baxaq.  Məlumdur  ki,  insan  cismə  toxunduqda  öz  əlini  deyil, 

cismi duyur. Bu halda hissi qavrayış insan haqqında deyil, predmet haqqında məlumat 

verdiyindən  insan  şüurun  yalnız  "arxa  planında"  cismə  toxunduğunu  hiss  edir  və 

qazanılmış  informasiyanı  barmaqlarının  uclarında  lokallaşdırır.  Cismə  barmaqları  ilə 

deyil, çubuqla toxunan adamın hissi qavrayışları yenə də çubuğa deyil, cismin özünə aid 

olacaqdır. Buna görə də çubuq şüurun fokusunda olmayıb, onun periferiyasında duracaq 



18 

 

və  insan  bədəninin  davamı  kimi  qavranılacaqdır.  Həm  də  bu  halda  cismin  adamda 



yaratdığı qavrayış onun barmaqlarında deyil, çubuğun ucunda lokallaşacaqdır. 

Şüur  hadisələrinin  subyektin  xüsusi  analitik  fəaliyyət  predmetinə  çevrildiyi 

hallarda  təzahür  edən  mənlik  şüuru  formaları  refleksiya  adlanır.  Qeyd  etməliyik  ki, 

refleksiya  dedikdə  yalnız  insanın  ayrı-ayrı  tərəflərinin  dərk  olunması  deyil,  həm  də 

müəyyən  amillərin  təsiri  altında  insanın  dəyişməsi,  şəxsiyyətin  əldə  edilmiş  inkişaf 

səviyyəsindən kənara çıxması halları da nəzərdə tutulur. 

İnsan öz  "Mən"ini  dərk  etdikcə  şəxsi  psixi həyatının  bəzi  momentlərini özü  üçün 

dayanıqlı predmetə çevirir. Bu halda insan özünü ideal şəxsiyyət fonunda reflektiv təhlil 

edir,  o  özünə  öz  xüsusiyyətləri  haqqında  hesabat  verməyə  çalışır,  həyata  münasibəti 

haqqında düşünür, öz şüurunun sirlər dünyasına daxil olmasına çalışaraq, bununla şəxsi 

həyatında  nədən  daha  çox  uzaqlaşmalı  olduğunu  əsaslandırmaq  istəyir.  Refleksiya 

prosesində fərdi şüurun dəyişməsi və inkişafı baş verir. Lakin düşünmək səhv olardı ki, 

guya insanın mənlik şüuru vasitəsilə yaratdığı obraz öz predmetinə - real insana və onun 

şüuruna həmişə adekvat olmalıdır. Xüsusi refleksiya halında obraz ilə real insan arasında 

kəskin  fərq  də  ola  bilər.  Belə  bir  hal  mənlik  şüurunun  sadə  formaları  üçün  xüsusilə 

səciyyəvidir. 

 

 



19 

 


Yüklə 448,49 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin