Sünnilərə müxalif olmaq
“Kafi” kitabının müqəddiməsində yazılır:
"Sünnülərin (müxaliflərin) dediyi ilə müvafiq olanı atın.Çünki,həqiqət onlara müxalif olandadır" (“Kafi” müqəddimə səh 8-9) http://www.alkadhum.org/other/mktba/hadith/alkafe01/01.htm#01
Kuleyni “Kafi” kitabında bu baradə uzun bir rəvayyət nəql edir.Orada deyilir: “Ömər ibn Hənzaladan,o da Əbu Abdullahdan rəvayyət edir ki,imamdan soruşdum: “Bizim əshamızdan iki nəfər bir borc vəya miras üstündə ixtilaf etsələr və nəticədə sultana vəya qaziyə hökm üçün getsələr,bu onlar üçün halal olarmı?..... Ravi dedi: “Əgər iki hakimin verdiyi hökm rəvayyət və raviləri etibarlı olan səbəblərə əsaslanırsa,onda nə etməli?
İmam buyurdu: “Bunlardan hansısı Kitaba,sünnətə uyğun,əimmə (sünnilər)-in fikirlərinə ziddirsə ona əsaslanılır. Ravi dedi: “Sənə fəda olum!Əgər hər iki hakim verdiyi hökmü Quran və sünnətə əsaslandırsalar və biz də rəvayyətlərdən birinin əimmənin görüşünə uyğun,digərinin isə ona zidd olduğunu görsək,bu rəvayyətlərdən hansını qəbul edək? İmam buyurdu: “Əimmənin görüşünə zidd olan rəvayyəti əsas alın.Çünki,uğur və qurtuluş ondadır. Ravi dedi: “Əgər hər iki rəvayyət də əimmədən olan iki dəstənin fikirlərinə uyğun isə,bunlardan hansı əsas alınmalıdır?”İmam dedi: “Onların hakimlərinin və qazilərinin hansı rəvayyətə meyl etdiklərinə baxılar və meyl etmədikləri rəvayyət əsas alınar.” (“Usul əl-Kafi” “Hədisdə ixtilaf” bölümü 1/68,hədis 10 (198)
Dostları ilə paylaş: |