İmamların mələklərə,peyğəmbərlərə və elçilərə çatan bütün elmlərə sahib olmaları”fəsli
“İmamlarda bütün kitablar vardır və onları dilləri müxtəlif olsa da oxuyub anlaya bilirlər.” fəsli
“Möminlərin bütün əməllərini imamlar və Peyğəmbər (s.a.s) tərəzidə çəkəcəklər” fəsli
“İmamlar peyğəmbərlərdən daha alimdirlər” fəsli. Bu fəsildə 30 rəvayyət nəql olunur.
Muhəmməd Baqir dedi: “İmamın on əlaməti vardır: “İmam təharətli və sünnət olaraq doğulur,doğulduğu zaman əlləri üzərində düşər,səcdə vəziyyəti alar və yüksək səslə iki şəhadəti söyləyər,heç vaxt cənabət olmaz,gözləri yatar,amma qəlbi yatmaz,əsnəməz,qarşısını gördüyü kimi,arxasını da görər,nəcisi müşk ətiri verər,yerə əmr olunub ki,İmamın nəcisi örtülsün və udulsun,Peyğəmbər (s.a.s)-in zirehi əyinlərinə çox münasib halda oturar.” (“Kafi” c.1,səh 388,müq.üçün bax tər.”Mübahilə” nəşr.səh 678)
İshaq ibn Cəfər İmam Cəfər Sadiqdən rəvayyət edir ki,analar İmamları doğacaq gecə evdə bir nur görərlər.Bu nuru ondan və İmamdan başqa heç kəs görməz.Onu dünyaya gətirən zaman oturaq halda doğar.Doğuluş əsnasında ananın bətnində (cins.üzv) elə bir açıqlıq yaranar ki,o dördbucaq şəklində bayıra çıxar.Uşaq yerə düşdükdən sonra yumrulanar və hansı istiqamətdə olmasından asılı olmayaraq üzünü qiblə tərəfə tutaraq üç dəfə asqırar,barmağı ilə işarə edərək Allahı həmd edər.Göbəyi kəsilmiş,sünnət olunmuş,yuxarı və aşağı,azı və kəsici dişləri çıxmış vəziyyətdə dünyaya gələr.Əllərinin arasından işıq saçılar.Onun əllərindən gecə və gündüz qızıl axar.” (“Kafi” c.6 səh 387-388; müq.üçün bax tər.”Mübahilə” nəşr.səh 678)
Əli ibn Huseyn dedi: “Qulların gunahları çoxaldıqda və Allah Təbərəkə və Təalə onlara öz nişanələrinin biri ilə danlamaq (çəzalandirmaq) istədikdə. Ulduzların, plnetlərin, ay və günəşin axarı (orbitası) yerləşdiyi fələyin (qalaktika) cavabdehi olan mələyə həmən fələyi öz axarından dəyişməyi əmr edər.. O mələk 70 000 mələyi onu öz axarından dəyişməyi əmr edər. (Sonra İmam deyir): “Onlar onu dəyişirlər və günəş o fələydə axan dənizə düşür. Onun işığı sönür rəngi isə dəyişir. Allah öz nişanələrini böyük tutmaq istədikdə günəşi o dənizdə batırır və istədiyi kimi öz məxluqatını qorxuzur”. (Sonra İmam deyir): “Bu günəşin tutulması vaxtı olur”. (Sonra deyir):”Ayla da belədir”. (Sonra deyir):”Allah onları üzə çixartmaq və ya öz axarlarına qaytarmaq istədikdə fələyə cavabdeh olan mələyə həmən onu öz axarına qaytarmağı əmr edər. O da fələyi qaytarır, günəşdə öz axarına qayidir”( “Kafi” c.8, səh 70)
Kuleyn rəvayyət edir: “Əlinin imamətinə şübhə Muhəmmədin risalətinə olan şübhə kimidir. Özünü müsəlman sayan şəxs buna şübhə edərsə hər 2-si mümkündürsə öldürülməlidir. Digər tərəfdən yəhudi və xristian kimi kafirlər buna görə öldürülməli deyil.”(“Kafi” c.6 səh 393)
Kuleyninin “Kafi” əsərində ki, rəvayyətində deyilir: “Zeyd bin Əli, Əbu Cəfərə dedi: “Ey Əbu Cəfər! Atamla birlikdə masa qarşısında oturardıq,mənə yağlı tikə yedizdirərdi və isti tikələri soyuyana qədər soyudardı.Çünki,mənə ürəyi yanırdı. Necə olur ki, cəhənnəm atəşindən mənə urəyi yanmamışdır, sənə öyrətdiyi dini mənə öyrətməmişdir?!” Şeytanut-Taq ona
belə cavab verdi: “Sənə fəda olum! Cəhənnəm atəşinə görə də sənə urəyi yandığı üçün bunu sənə xəbər verməmişdir.Çünki, qəbul etməyərək cəhənnəmə daxil olacağından qorxmuşdur. Lakin, mənə xəbər vermişdir.Əgər qəbul etsəm nicat tapacam, əgər qəbul etməsəm, cəhənnəmə daxil olacağıma görə mənə ürəyi yanmayacaqdır.” (“Usul əl-Kafi”, c.1,səh 174)
Əlidən rəvayyət olunur: "Məndən əvvəlki valilər qəsdən Rəsulullahın xilafına olan işlər görmüş, ona verdikləri əhdi pozmuş, onun Sünnəsini dəyişmişlər" ("Kitab ər-Rovzə", səh 59,Tehran)
“
Dostları ilə paylaş: |