"Kafi" kitabından seçmələr بسم الله الرحمن الرحيم


İmamlar öz şiələri haqqında



Yüklə 100,42 Kb.
səhifə8/24
tarix26.12.2016
ölçüsü100,42 Kb.
#3704
1   ...   4   5   6   7   8   9   10   11   ...   24
İmamlar öz şiələri haqqında
Musa ibn Cəfər öz şiələri barədə demişdir: “Mən öz şiələrimi başqaları ilə müqayisə edəndə onları ancaq boşboğaz gördüm, onları imtahan etdim, amma mürtəd gördüm.(“Kitabur-ravda” c.8,səh 228)
Bir qrup şiə imam Əbu Abdullahın yanına gəlib dedilər: “Bizə elə ad qoyublar ki,o bizə ağır gəlir və qəlbimizi incidir.Buna görə Əmirləri də onların fəqihlərinin bildirdikləri hədisə görə bizim qanımızı halal hesab etmişlər.Əbu Abdullah dedi: “Bu Rafizi adıdır?”

Onlar: “Bəli”dedilər.

İmam: “Allaha and olsun ki, onlar sizə (rafizi) ad qoymayıblar. Lakin, o adı sizə Allah qoyub Tövratda və İncildə Musa və İsa (a.s) dili ilə.” (“Kafi” c.5,səh 34)
İmam Sadiq dedi: “Allaha and olsun ki,mən sizin aranızdan mənim dediyimi saxlayan üç mömin görsəydim,onun haqqında danışmaqdan vaz keçməzdim.” (“Usuli Kafi” c.1,səh 496)

Sədir Əssayazafi rəvayyət edir ki, Əbu Abdullah ona deyib: “Allaha and olsun ey Sədir, əgər mənim şiələrimin sayı bu çəpiş (keçi balası) qədər olsaydı, mən belə oturmazdım”. Düşdük və namaz qıldıq. Namazdan sonra, çəpişləri saydım, onların sayı 17 idi”(“Kafi” c.2, səh 243)


Musa Kazım deyib: “Əğər onları imtahan etsən (yani şiələri), onların mürtəd olduğlarını görərsən. Əgər lap araştırsan yalnız 1000 nəfər sadiq olduğunu görərsən” (“Kafi” c.88, səh 107)
“Azzə və Cəllə olan Allahın şiələrə qəzəbi tutdu. Özümü və ya onları fəda etmək üçün sərbəst buraxdı. And olsun Allaha, mən özümü fəda edərək onları qorudum”(“Kafi” c.1,səh 260; Müqaisə üçün Azərbaycan dilində, “Mubahilə” tərəfindən, 2005 ildə nəşr olunan “Usuli kafi” kitabında səh 429)
İmam Cəfər demişdir ki; “İnsanlar bizdən bir söz eşidirlər, sonra da o sözün üstünə onunu qoyurlar.”(“Kafi” 8/192)

Kuleyni “Kafi” (2/20)-də Əbu Abdullahın belə dediyini nəql edir: “Şiələr Əbu Cəfərə qədər nə həcc,nə halal-haram qaydalarını bilmirdilər.Əbu Cəfər gəldikdə isə onlara həcc qaydaları və halal-haramları öyrətdi.”





Yüklə 100,42 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin