Kardiologiya 01. 06. 2015-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Qan dövranı sistemi neçə yerə bölünür?



Yüklə 453,92 Kb.
səhifə9/40
tarix01.01.2017
ölçüsü453,92 Kb.
#4005
1   ...   5   6   7   8   9   10   11   12   ...   40

338) Kəskin ürək çatmamazlığının daha çox təsadüf olunan səbəbi kimi miokardın kəskin infarktının (Mİ) hansı forması hesab olunmur? (SM - sol mədəcik, ÜİX - ürəyin işemik xəstəliyi, MAÇ - mədəciklərarası çəpər, MT - mədəcik taxikardiyası, AV - atrioventrikulyar)
A) ağır aritmiyalarla fəsadlaşmış ( MT, səyriyici aritmiya ilə, AV - blokadayla və s.) Mİ

B) Q dişli və SM –in böyük həcmli zədələnməsi ilə yayılmış Mİ

C) MAÇ cırılması ilə fəsadlaşmış Mİ

D) Q dişsiz və SM –in kiçik həcmli zədələnməsi olan Mİ

E) məməcikli əzələlərin cırılması və mitral qapaqların kəskin çatmamazlığı ilə fasadlaşmış Mİ
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 74
339) Xroniki ürək catmamazlığı olan xəstələrdə təngnəfəsliyin bilavasitə səbəbi hansı pozuntular hesab olunur?

1. ağ ciyərlərdə ventilyasion - perfuzion munasibətin əsaslı pozuntuları (qan axınının normal ventilyasiya edən və ya, hətta hiperventilyasiyalı alveollardan keçərkən zəifləməsi)

2. ağ ciyərlərdə interstisiyanın ödemi və riqidliyin yüksəlməsi, onun genişlənməsinin azalmasına gətirib çıxartması

3. qalınlaşmış alveolyar - kapilyar membrandan qazların diffuz etməsinin pozulması

4. ağ ciyərlərdə interstisiyanın ödeminin olmaması və riqidliyinin zəifləməsi, onun genişlənməsinin artmasına gətirib çıxartması

5. nazikləşmiş alveolyar - kapilyar membrandan qazların diffuz etməsinin pozulması
A) 3, 4, 5

B) 1, 3, 5

C) 1, 2, 4

D) 2, 4, 5

E) 1, 2, 3
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 75», 2007, стр. 75 П.Ф.Литвицкий. Патофизиология.Том 2, 2003, стр. 152
340) Ayaqlarda ödem - xroniki ürək çatmamazlığı (XÜC) olan xəstələrdə xarakterik şikayətlərdən biridir. XÜC - in erkən mərhələlərində, o, harada lokalizə olunur, nə vaxt başlayır və nə vaxt keçir?
A) pəncə və topuq nahiyyəsində lokalizə olunur, axşama yaxın əmələ qəlir, səhərə yaxın isə keçə bilir

B) pəncə və topuq nahiyyəsində lokalizə olunur, səhərə yaxın əmələ qəlir, axşama yaxın isə keçə bilir

C) pəncə nahiyyəsində lokalizə olunur, nahara yaxın əmələ qəlir, axşama yaxın isə yox olur

D) pəncə və topuq nahiyyəsində lokalizə olunur, səhərə yaxın əmələ qəlir, nahara yaxın isə keçə bilir

E) topuq nahiyyəsində lokalizə olunur, səhərə yaxın əmələ qəlir, axşama yaxın isə keçə bilir
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 76
341) Xroniki ürək çatmamazlığı olan xəstələrdə boyun venalarının şişməsi zamanı hansı hemodinamik dəyişikliklər vacib klinik əlamət hesab olunur?

1. mərkəzi venoz təzyiqin, belə ki, sağ qulaqcıqdakı təzyiqin yüksəlməsi

2. böyük qan dövranının venoz yatağında qan durğunluğu

3. mərkəzi venoz təzyiqin, belə ki, sol qulaqcıqdakı təzyiqin enməsi

4. kiçik qan dövranının venoz yatağında qan durğunluğu

5. mərkəzi venoz təzyiqin, belə ki, aortadakı təzyiqin yüksəlməsi
A) 2, 4, 5

B) 1, 2


C) 1, 2, 4

D) 1, 3


E) 3, 4
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 80
342) Xroniki ürək çatmamazlığının terminal mərhələsində hansı xarakterli tənəffüs pozuntusu əmələ gəlir?
A) Biot tənəffüsü, bərabər ritmiki tənəffüs hərəkətlərinin və uzunmüddətli ( yarım dəqiqə və cox) fasilələrin bir - birilə əvəz olması ilə xarakterizə olunan

B) inspirator dispnoe, nəfəsalma çətinləşməsinin obyektiv əlamətlərinin və tənəffüs müddətinin pozuntusu ilə

C) Çeyn - Stoksun aperiodik tənəffüsü, nə vaxt ki, tezləşmiş tənəffüsün arasındakı qısa müddət apnoe müddəti ilə əvəzlənir

D) Kussmaul tənəffüsü («böyük tənəffüs»), nə vaxt ki, tənəffüs hərəkətlərinin dayanması tək - tək, dərin, qicolmalı, küylü nəfəsalma ilə əvəz olunur

E) taxipnoe, nəfəsalma və ya nəfəsvermənin çətinləşməsinin əsaslı obyektiv əlamətlərinin üstünlüyü olmadan
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 84
343) Xroniki ürək çatmamazlığı olan xəstələrdə Çeyn - Stoks aperiodik tənəffüsün əmələ gəlməsi nə ilə əlaqədardır?

1. ağır tənəffüs çatmamazlığı

2. metabolik və tənəffüs asidozu

3. baş beyinin perfuziya pozuntusu

4. metabolitik və tənəffüs alkalozu

5. beyinciyin zədələnməsi hesabına tənəffüs mərkəzinin oyanıqlığının zəifləməsi
A) 2, 4, 5

B) 1, 3, 5

C) 3, 4, 5

D) 1, 2, 4

E) 1, 2, 3
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 84
344) Ağ ciyər hipertenziyası əmələ gələrkən və ürəyin sağ kameraların dilyatasiyasında nə cür ürək zərbəsi əllənir ?
A) qara ciyər nahiyəsinə ötürülən qüvvətli və yayılmış ürək zərbəsi

B) epiqastral nahiyəyə ötürülən zəif və lokal ürək zərbəsi

C) qüvvətli və yayılmış ürək zərbəsi

D) qüvvətli və yayılmış ürək zərbəsi və epiqastral pülsasiya

E) epiqastral nahiyəyə ötürülməyən zəif və lokal ürək atması
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 85
345) Sol qulaqcığın genişlənməsi ilə əlaqədar olan lokal ürək zərbəsi harada təyin olunur və pulsasiyası hara yayılır?
A) döş sümüyündən sağa, lakin epiqastral nahiyəyə yayılan

B) döş sümüyündən sağa və qara ciyər nahiyəsinə yayılan

C) döş sümüyündən sola və epiqastral nahiyəyə yayılan

D) döş sümüyündən sola, lakin epiqastral nahiyəyə yayılmayan

E) döş sümüyündən sağa və epiqastral nahiyəyə yayılan
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 85
346) Sol mədəciyin protodiastolik qalop ritminə harada qulaq asmaq lazımdır ?
A) döş sümüyünün sağ kənarında II qabırğaarası sahədə, daha yaxşı xəstənin sağ böyrü üstə uzanmış vəziyyətində

B) döş sümüyünün sol kənarında V qabırğaarası sahədə, daha yaxşı xəstənin sol böyrü üstə uzanmış vəziyyətində

C) döş sümüyünün sol kənarında II qabırğaarası sahədə, daha yaxşı xəstənin sol böyrü üstə uzanmış vəziyyətində

D) ürəyin zirvəsində, daha yaxşı xəstənin sol böyrü üstə uzanmış vəziyyətində

E) xəncərəbənzər çıxıntı üzərində, daha yaxşı xəstənin sağ böyrü üstə uzanmış vəziyyətində
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 87
347) Sağ mədəciyin protodiastoliok qalop ritmi harada daha yaxşı eşidilir?
A) ürəyin zirvəsində və ya döş sümüyünün sol kənarında V qabırğaarası sahədə

B) II qabırğaarası sahədə döş sümüyünün sol kənarında və ya döş sümüyünün sol kənarında V qabırğaarası sahədə

C) xəncərəbənzər çıxıntının üzərində və döş sümüyünün sol kənarında II qabırğaarası sahədə

D) xəncərəbənzər çıxıntının üzərində və ya döş sümüyünün sol kənarında V qabırğaarası sahədə

E) xəncərəbənzər çıxıntının üzərində və döş sümüyünün sağ kənarında II qabırğaarası sahədə
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 87
348) Sol mədəciyin nəzərə çarpan diastolik disfunksiyası («bərk», sərt mədəcik) olan xroniki ürək çatmamazlıqlı xəstələrdə sol qulaqcığın qüvvətli yığılması zamanı çox vaxt, adətən, nə müəyyən olunur?
A) ürəyin patoloji III tonu və, müvafiq olaraq, presistolik qalop ritmi

B) ürəyin patoloji IV tonu və, müvafiq olaraq, presistolik qalop ritmi

C) ürəyin patoloji IV tonu və, müvafiq olaraq, protodiastolik qalop ritmi

D) ürəyin patoloji III tonu və, müvafiq olaraq, protodiastolik qalop ritmi

E) ürəyin patoloji III və IV tonları və, müvafiq olaraq, mezodiastolik qalop ritmi
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 87.А.Л.Гребнев. Пропедевтика внутренных болезней.2001, стр. 153
349) Ağır xroniki ürək çatmamazlığı olan xəstələrdə arterial nəbzin dəyişikliyini göstərin?

1. tezləşmiş (pulsus frequens)

2. aritmik (pulsus irregularis)

3. zəif dolğunluqlu və gərginlikli (pulsus parvus et tardus)

4. dolğun nəbz (pulsus plenus)

5. nadir (pulsus rarus)

6. gərgin, və ya bərk nəbz (pulsus durus)
A) 3, 5, 6

B) 1, 3, 6

C) 1, 2, 3

D) 1, 2, 4

E) 2, 4, 5
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 88.А.Л.Гребнев. Пропедевтика внутренных болезней.2001, стр. 159
350) II funksional sinif xroniki ürək çatmamazlığı olan xəstələrə nəyin əsasında diaqnoz qoyulur? (Nyu - York ürək assosiasiyasının təsnifatına əsaslanaraq).
A) Narahatsızlıqsız hər - hansı bir yükün öhdəsindən gəlmək mümkünsüzdür. Sakit halda ürək çatmamazlığının simptomları vardır və hər hansı fiziki yük zamanı artır

B) Fiziki aktivlik bir qədər məhdudlaşıb. Sakitlikdə hər - hansı bir patolojı siptomlar yoxdur. Adi fiziki yük zəiflik, yorğunluq, ürəkdöyünmə, təngnəfəslik və başqa simptomlar yaradır

C) Xəstə veloerqometrdə 150 - 300 kqm/dəq yükün öhdəsindən - 3 dəqiqə ərzində gələ bilir

D) Fiziki aktivlikdə məhdudlaşma yoxdur. Adi fiziki yük nəzərə carpan yorğunluq, zəiflik, təngnəfəslik və ya ürəkdöyünmə yaratmır

E) Fiziki aktivlik kəskin məhdudlaşıb. Yalnız sakit halda xəstə özünü yaxşı hiss edir, lakin cüzi fiziki yük zəiflik, ürəkdöyünmə, təngnəfəslik və başqa əlamətlərin əmələ gəlməsinə səbəb olur
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 91
351) Ürək çatışmazlığın (ÜÇ) diaqnostika və müalicəsi üzrə AzRSN - nin klinik protokolun ümumi müddəalarına əsasən xəstələrdə ÜÇ - ı hansı əlamətlərlə xarakterizə olunan kompleks sindromdur?

1. sakitlik və ya fiziki gərginlik zamanı yaranan təngnəfəslik və/və ya ümumi zəiflik

2. ağciyərlərdə və ya aşağı ətraflarda durğunluq əlamətləri

3. sakit vəziyyətdə ürəkdə struktur və ya funksional dəyişikliklərin obyektiv əlamətləri

4. müalicənin 5 günü nəticəsində bədən kütləsinin 4kq və daha artıq azalması

5. ürək vurğularının sayının dəqiqədə 120 - dən çox olması
A) 1, 3, 5

B) 2, 3, 5

C) 2, 3, 4

D) 1, 3, 4

E) 1, 2, 3
Ədəbiyyat: Ürək çatışmazlığın diaqnostika və müalicəsi üzrə klinik protokol. AzRSN. Вакı, 2010, səh 9.
352) Sol mədəcik çatışmazlığı əsasən hansı qan dövranında durğunluğa səbəb olur və ilk olaraq hansı şikayətlərlə təzahür edir?
A) kiçik qan dövranında, ilk olaraq təngnəfəslik, baş ağrıları ilə

B) kiçik qan dövranında, ilk olaraq tez yorulma, fiziki gərginlik zamanı təngnəfəsliklə

C) böyük qan dövranında, ilk olaraq tez yorulma, fiziki gərginlik zamanı təngnəfəsliklə

D) böyük qan dövranında, ilk olaraq təngnəfəslik, zəifliklə

E) kiçik və böyük qan dövranında, ilk olaraq huşun pozulması, zəiflik, ətrafların soyumasıyla
Ədəbiyyat: Ədəbiyyat: Ürək çatışmazlığın diaqnostika və müalicəsi üzrə klinik protokol. AzRSN. Вакı, 2010. Səh 10
353) Təcrid (izolə) olunmuş sağ mədəcik çatışmazlığı haqqında nələri demək olar?

1. nadir hallarda rast gəlinir

2. bir qayda olaraq, sağ mədəcik çatışmazlığı sonradan sol mədəcik çatışmazlığına qoşulur

3. sağ və sol mədəcik çatışmazlığın klinik əlamətləri birgə müşahidə olunur

4. tez - tez rast gəlinir

5. sağ mədəcik çatışmazlığına sol mədəcik çatışmazlığı heç vaxt qoşulmur
A) 1, 2, 3

B) 3, 4, 5

C) 2, 4, 5

D) 1, 3, 5

E) 1, 2, 4
Ədəbiyyat: Ədəbiyyat: Ürək çatışmazlığın diaqnostika və müalicəsi üzrə klinik protokol. AzRSN. Вакı, 2010. Səh 10.
354) Amerika Kardiologiya Kolleci (ACC) və Amerika Ürək Assosiasiyasının (AHA) ürək çatışmazlığın (ÜÇ - ün) təsnifatının B mərhələsində nələr baş verir?
A) ÜÇ - ün inkişafı üçün yüksək risk

B) Kombinə olunmuş dərman müalicəsinə baxmayaraq, ürəyin nəzərə çarpan struktur dəyişikliyi və sakitlik vəziyyətində ÜÇ - ün nəzərə çarpan əlamətləri

C) Ürəyin struktur dəyişiklikləri ilə bağlı olan simptomsuz ÜÇ

D) Ürəkdə funksional və ya struktur dəyişikliklər aşkar olunmur

E) Ürəyin struktur dəyişikləri ilə bağlı olan simptomlu ÜÇ
Ədəbiyyat: Ədəbiyyat: Ürək çatışmazlığın diaqnostika və müalicəsi üzrə klinik protokol. AzRSN. Вакı, 2010. Səh 11.
355) Amerika Kardiologiya Kolleci (ACC) və Amerika Ürək Assosiasiyasının (AHA) ürək çatışmazlığı (ÜÇ) təsnifatının D mərhələsində nələr baş verir?
A) Kombinə olunmuş dərman müalicəsinə baxmayaraq, ürəyin nəzərə çarpan struktur dəyişikliyi və sakitlik vəziyyətində ÜÇ - ün nəzərə çarpan əlamətləri mövcuddur

B) Ürəyin funksional və ya struktur dəyişiklikləri aşkar olunmur

C) Ürəyin struktur dəyişikliyi ilə bağlı olan simptomlu ÜÇ

D) ÜÇ - ün inkişafı üçün yüksək risk mövcuddur, lakin şikayət və ya əlamətlər yoxdur

E) Ürəyin struktur dəyişiklikləri ilə bağlı olan simptomsuz ÜÇ (ürəyin struktur dəyişikliyi, lakin şikayət və ya əlamətlər yoxdur)
Ədəbiyyat: Ədəbiyyat: Ürək çatışmazlığı diaqnostika və müalicəsi üzrə klinik protokol. AzRSN Вакı, 2010. Səh 11.
356) Ürək çatışmazlığın struktur pozulmalarına əsaslanan (ACC/AHA) təsnifatındakı A mərhələ şikayət və fiziki fəaliyyətə əsaslanan (NYHA) təsnifatındakı hansı funksional sinfə uyğun gəlir? (ACC - Amerika Kardiologiya Kolleci - , AHA - Amerika Ürək Assosiasiyasının - , NYHA - Nyu - York Ürək Assosiasiyası).
A) Sinif IV

B) Sinif V

C) Sinif III

D) Sinif I

E) Sinif II
Ədəbiyyat: Ədəbiyyat: Ürək çatışmazlığın diaqnostika və müalicəsi üzrə klinik protokol. AzRSN. Вакı, 2010. Səh 11.
357) Ürək çatışmazlığın struktur pozulmalarına əsaslanan (ACC/AHA) təsnifatındakı C mərhələ şikayət və fiziki fəaliyyətə əsaslanan (NYHA) təsnifatındakı hansı funksional sinfə uyğun gəlir? (ACC - Amerika Kardiologiya Kolleci, AHA - Amerika Ürək Assosiasiyası, NYHA - Nyu - York Ürək Assosiasiyası)
A) Sinif V

B) Sinif I

C) Sinif II

D) Sinif III

E) Sinif IV
Ədəbiyyat: Ədəbiyyat: Ürək çatışmazlığın diaqnostika və müalicəsi üzrə klinik protokol. AzRSN. Səh 11.
358) Ürək çatışmazlığın struktur pozulmalarına əsaslanan (ACC/AHA) təsnifatındakı D mərhələ şikayət və fiziki fəaliyyətə əsaslanan (NYHA) təsnifatındakı hansı funksional sinfə uyğun gəlir? (ACC - Amerika Kardiologiya Kolleci, AHA - Amerika Ürək Assosiasiyası, NYHA - Nyu - York Ürək Assosiasiyası).
A) Sinif IV

B) Sinif V

C) Sinif I

D) Sinif II

E) Sinif III
Ədəbiyyat: Ədəbiyyat: Ürək çatışmazlığın diaqnostika və müalicəsi üzrə klinik protokol AzRSN. Вакı, 2010. Səh 11.
359) Sol mədəciyin saxlanılmış atım fraksiyalı diastolik ürək çatışmazlığına (SAFÜÇ) xas olan şikayətlər və əlamətlərlə yanaşı, adekvat saxlanılmış atım fraksiyası dedikdə aşağıdakı hansı faiz nəzərdə tutulur?
A) 25 - 30%

B) 70% - dən çox

C) 35 - 40% - dən az

D) 45 - 50%

E) 60% - dən çox
Ədəbiyyat: Ürək çatışmazlığın diaqnostika və müalicəsi üzrə klinik protokol. AzRSN. Вакı, 2010. Səh 12
360) Təngnəfəslik, tez yorulma, ümumi zəiflik, iştahasızlıq şikayətləri olan xəstədə periferik ödemlər, vidaci venalarda şişkinlik, ağ ciyər ödemi, hepatomeqaliya, assit, maye durğunluğu, kaxeksiya əlamətləri vardır. Bu xəstədə ürək çatışmazlığın (ÜÇ - ın) hansı aparıcı kliniki əlaməti mövcuddur?
A) periferik ödemlər/durğunluq

B) kardiogen şok (ürəyin dəqiqəlik həcminin azalma sindromu)

C) diastolik ÜÇ

D) ağ ciyər ödemi

E) yüksək qan təzyiqli ÜÇ (hipertenziv ÜÇ)
Ədəbiyyat: Ədəbiyyat: Ürək çatışmazlığın diaqnostika və müalicəsi üzrə klinik protokol. AzRSN. Вакı, 2010. Səh 12.
361) Sakit vəziyyətdə ağır təngnəfəslik şikayətləri olan xəstədə ağ ciyərlərdə krepitasiya və müxtəlif qabarcıqlı yaş xırıltılar, plevral boşluqlarda transudat (mayenin) yığılması, taxikardiya, taxipnoe əlamətləri vardır. Bu xəstədə ürək çatışmazlığının (ÜÇ - ın) hansı aparıcı klinik əlaməti mövcuddur?
A) yüksək qan təzyiqli (hipertenziv ÜÇ)

B) ağciyər ödemi

C) sağ ÜÇ

D) kardiogen şok (ürəyin dəqiqəlik həcminin azalma sindromu)

E) periferik ödemlər/durğunluq
Ədəbiyyat: Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. AzRSN. Вакı, 2010. Səh 12.
362) Huşun pozulması, zəiflik, ətrafların soyuması şikayətləri olan xəstədə periferik perfuziyanın zəifləməsi, sistolik AT <90 mm c.st, anuriya və ya oliqouriya əlamətləri vardır.Bu xəstədə ürək çatışmazlığının (ÜÇ - ın) hansı aparıcı kliniki əlaməti mövcuddur?
A) ağ ciyər ödemi

B) sağ ÜÇ

C) kardiogen şok (ürəyin dəqiqəlik həcminin azalma sindromu)

D) yüksək qan təzyiqli (hipertenziv ÜÇ)

E) periferik ödemlər/durğunluq
Ədəbiyyat: Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. AzRSN. Вакı, 2010. Səh 12.
363) Təngnəfəslik, zəiflik şikayətləri olan xəstədə vidaci venalarda şişkinlik, periferik ödemlər, hepatomeqaliya, qəbizlik əlamətləri vardır. Bu xəstədə ürək çatışmazlığının (ÜÇ - ın) hansı aparıcı kliniki əlaməti mövcuddur?
A) yüksək qan təzyiqli (hipertenziv ÜÇ)

B) kardiogen şok (ürəyin dəqiqəlik həcminin azalma sindromu)

C) ağ ciyər ödemi

D) periferik ödemlər/durğunluq

E) sağ ÜÇ
Ədəbiyyat: Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. AzRSN. Вакı, 2010. Səh 12.
364) Xroniki ürək çatışmazlığı (XÜÇ) olan xəstələrdə sakitlik vəziyyətində ürəkdə struktur və ya funksional dəyişikliklərin obyektiv əlamətləri nələrdir? (SM –sol mədəcik).

1. kardiomeqaliya, auskultasiyada çapma ritmi

2. sistolik ürək küyləri, ÜÇ xas olan exokardioqrafik dəyişikliklər (SM atım və vurğu fraksiyaların azalması, SM dilatasiyası və s.)

3. natriumuretik peptidin səviyyəsinin artması

4. natriumuretik peptidin səviyyəsinin azalması

5. hepatomeqaliya, auskultasiyada bildirçin ritmi
A) 1, 3, 5

B) 1, 3, 4

C) 1, 2, 3

D) 2, 3, 5

E) 2, 3, 4
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. AzRSN. Вакı, 2010. Səh 12.
365) Ürək çatışmazlığı zamanı ürək funksiyasının zəiflənməsinin əsas etiolojı səbəbləri nədir?

1. kəskin və ya xroniki işemiya nəticəsində miokardın zədələnməsi və ya tələf olması

2. hipertoniya zamanı damar rezistentliyinin artması

3. sol qulaqcıqda son sistolik həcmin azalması

4. natriumuretik peptidin səviyyəsinin azalması, sol qulaqcıqda son sistolik həcmin artması

5. hipertoniya zamanı damar rezistentliyinin azalması
A) 1, 2

B) 1, 3


C) 3, 4

D) 2, 5


E) 4, 5
Ədəbiyyat: Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. AzRSN. Вакı, 2010. Səh 13.
366) Ürək çatışmazlığı əmələ gəlmiş hansı xəstəliklər zamanı əsasən ritm pozğunluğu baş vermir?
A) mitral qapağın prolapsı

B) miokarditlər

C) stabil stenokardiya

D) qazanılmış ürək qüsurları

E) anadanqəlmə ürək qüsurları
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 173
367) Xroniki ürək çatışmazlıqlı xəstələrdə exokardioqrafiya, qan axınının dopler müayinəsinin hansı göstəriciləri xroniki ürək çatışmazlığının səbəbini müəyyənləşdirərkən sol mədəciyin sistolik disfunksiyasının əlamətləri hesab olunmur?(E - sol mədəciyin erkən sürətli dolma fazasında diastolik dolmanın ən yüksək həddi, A - sol qulagcığın sistolası nəticəsində gecikmiş sol mədəciyin diastolik dolmasının ən yüksək həddi, Е/А- erkən və gecikmiş dolmanın maksimal sürətlərinin münasibətləri).
A) Ürək indeksi, vurğu həcmi

B) Son diastolic və son sistolik həcm

C) Aortadan qan axının sürəti

D) A və ya E pik dəyişiklikləri, Е/А-ya münasibəti

E) Atım fraksiyası və dəqiqəlik həcm
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94
368) Xroniki ürək çatışmazlıqlı xəstələrdə exokardioqrafiya, qan axınının dopler müayinəsinin hansı göstəriciləri xroniki ürək çatışmazlığının səbəbini müəyyənləşdirərkən sol mədəciyin diastolik disfunksiyasının əlamətləri hesab olunur?(İVRT - izovolyumik boşalma fazasının müddəti, DT - erkən diastolik dolmanın yavaşıma vaxtı).
A) İVRT, DT-in dəyişiklikləri

B) Dəqiqəlik həcm

C) Vurğu indeksi

D) Son sistolik həcm

E) Atım fraksiyası
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94
369) Müalicənin hansı effekti xroniki sistolik ürək çatışmazlıqlı xəstələrdə əsas hesab olunmur?
A) Xəstənin çəkisinin azalması

B) Xəstəliyin proqnozunun yaxşılaşdırılması (ömrün uzadılması)

C) Hədəf orqanların zədələnməsinin qarşısının alınması (ürək, böyrək, baş beyin, damarlar, skelet əzələləri)

D) Həyat keyfiyyətinin yaxşılaşdırılması

E) Ürək çatışmazlıgının kliniki simptomlarının aradan götürülməsi (təngnəfəslik, yüksək yorulma, ürəkdöyünmə, ödem sindromu)
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 102
370) Hansı xəstəliklər və sindromlar zamanı β-adrenoblokatorların istifadəsi əks göstəriş deyil? (XÜÇ - xroniki ürək çatışmazlığı).
A) Nyu-York Ürək Assosiasiyasına (NYHA) ğörə II–III funksional sinifə aid olan sistolik disfunksiyalı XÜÇ-lı xəstələrdə (atım fraksiyası (AF) 40%-dən aşağı)

B) Arterial hipotenziya, sinus bradikardiyası, atrioventrikulyar blokadalarda

C) Bronxial obstruksiyanın şiddətlənməsində (ağ ciyər xəstələrində), qlükozaya tolerantlığın aşağı düşməsində (əsasən qeyri - selektiv β-adrenoblokatorlar)

D) Triqliseridlərin və çox aşağı sıxlıqlı lipoproteidlərin (ÇASLP) yüksəlməsində (əsasən qeyri-selektiv β-adrenoblokatorlar)

E) XÜÇ-ın kəskinləşməsində və ürək çatışmazlığının (ÜÇ) kliniki şəklinin destabilləşməsində (ağ ciyər ödemi, kardiogen şok, ödem sindromunun artması)
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 156
371) P. Mc. Kee-in 1971-ci il modifikasiyasına əsasən ürək dekompensasiyasının hansı klinik meyarları xroniki ürək çatışmazlığının diaqnostikasında «böyük» meyar hesab olunmur?
A) ağciyərlərdə durğun yaş xırıltılar

B) paroksizmal gecə təngnəfəsliyi

C) fiziki yüklənmə zamanı quru öskürək

D) daban və pəncənin ödemi

E) fiziki yüklənmə zamanı təngnəfəslik
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 75», 2007, стр. 92


Yüklə 453,92 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin