Kardiologiya 01. 06. 2015-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Qan dövranı sistemi neçə yerə bölünür?


) Xroniki ürək çatışmazlığında bisoprololun optimal sutkalıq terapevtik dozasını (mq) göstərin?



Yüklə 453,92 Kb.
səhifə12/40
tarix01.01.2017
ölçüsü453,92 Kb.
#4005
1   ...   8   9   10   11   12   13   14   15   ...   40

462) Xroniki ürək çatışmazlığında bisoprololun optimal sutkalıq terapevtik dozasını (mq) göstərin?
A) 10, 0

B) 5, 0


C) 20, 0

D) 25, 0


E) 50, 0
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 157
463) Xroniki ürək çatışmazlığında metoprololun başlanğıc sutkalıq dozasını (mq) göstərin?
A) 6, 25

B) 25, 0


C) 50, 0

D) 12, 5


E) 75, 0
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 157
464) Xroniki ürək çatışmazlığında metoprololun optimal sutkalıq terapevtik dozasını (mq) göstərin?
A) 150, 0

B) 200 , 0

C) 50, 0

D) 100, 0

E) 250, 0
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 157
465) Diastolik xroniki ürək çatışmazlıqlı xəstələrin uzunmüddətli müalicəsində əsas prinsipə aid olmayan xususiyyət hansıdır?
A) mədəciküstü taxiaritmiyalı xəstələrdə yararlı qulaqcıq sistolasının bərpa olunması

B) ürək qlikozidlərinin yüksək dozada istifadəsi

C) ürək vurğularının azaldılması

D) sinus ritminin bərpası

E) kicik qan dövranında durğunluq əlamətlərini azaltmaq
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 171
466) Xroniki ürək çatışmazlıgının diastolik növündə xəstələrin uzunmüddətli müalicəsində əsas prinsipə aşagıdakilardan hansı aid deyil?
A) kardiofibrozun formalaşmasını ləngidən angiotenzin - çevirici - fermentin inhibitorundan istifadə

B) mədəciklərin hipertrofiyasını geri döndərən kalsium antaqonistlərindən istifadə

C) ürəyin yığılma qüvvəsini artıran ürək qlikozidlərindən istifadə

D) mədəciklərin hipertrofiyasını geri döndərən β - adrenoblokatorlardan istifadə

E) ürəyin işemik xəstəliyi olanlarda antiişemik təsirə malik nitratlardan istifadə
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 171
467) Ürək əzələsinin aktiv diastolik boşalma prosesinə müsbət təsir etməyən, kardiofibrozun formalaşmasını zəiflətməyən və mədəciklərin hipertrofiyasını geri döndərməyə malik olmayan dərman vasitəsi hansıdır?
A) Angiotenzin çevirici fermentin inhibitorları

B) β - adrenoblokatorlar

C) Angiotenzin II reseptorlarının antaqonistləri

D) Diuretiklər

E) Zəif kalsium kanallarının blokatorları
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 171
468) Hansı dərman vasitəsinin uzunmüddətli istifadəsi ürək əzələsinin aktiv diastolik boşalma prosesinə müsbət təsir edir, kardiofibrozun formalaşmasını zəiflədir və mədəciklərin hipertrofiyasının inkişafını geri döndərir?
A) diqoksin

B) spironolakton

C) izoket

D) koraksan

E) etakrin turşusu
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 171
469) II sinif antiaritmik preparatlar - β - adrenergik reseptorların blokatorları hansı xüsusiyyətlərə malikdirlər? (HP - hərəkət potenisialı).
A) QRS kompleksinin davam müddətinin artmasına aparan sürətli natrium kanallarını blokada etmək

B) "Sürətli" cavab verən toxumalarda 0 HP dövrünü birdən nəzərə çarpan zəiflətmək

C) Xüsusilə katexolaminlərin ürəyə aritmoqen təsirini aradan qaldırmaq

D) Hiss - Purkinye sistemi miokardında əsasən başlanğıc depolyarizasiya hüceyrələrinə təsir göstərmək

E) Repolyarizasiya prosesinin zəifləməsilə müşayiət olunan çıxan kalium nöqtələrinin qarşısını almaq
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 268
470) Iа sinif antiaritmik dərmanların istifadəsi zamanı hansı əlavə effekt və fəsadlaşmalar baş vermir?
A) əsmə, dizartriya, klonik - tonik qıcolmalar

B) “piruet” tipli mədəcik taxikardiyası, Hiss dəstəsi ayaqcıqlarının blokadası

C) arterial hipotenziya, sol mədəciyin atım fraksiyasının aşağı düşməsi

D) sinus düyününün zəifliyi sindromu, distal tip atrioventrikulyar blokada

E) mədəciklərin fibrillyasiyası, qəfləti ürək ölümü
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 265
471) Lənq kalsium kanalları blokatorlarından istifadə zamanı hansı xoşagəlməz reaksiyalar olmur?
A) ürək çatışmazlığı əlamətlərinin dərinləşməsi

B) atrioventrikulyar blokada

C) sinoatrial blokada

D) arterial hipertenziya

E) sinus düyününün zəifliyi sindromu
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. стр. 273
472) Verapamil və diltiazemin təyini hansı pozğunluqda əks göstəriş deyil?
A) sinus düyününün zəifliyi sindromunda

B) sistolik arterial təzyiq 100 mm c. süt. - dan aşağı olduqda

C) ağır xroniki ürək çatışmazlığında

D) mədəciküstü paroksizmal taxiaritmiyalarda

E) nəzərə çarpan bradikardiyalarda
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 273
473) Qulaqcıq səyriməsi paroksizmlərinin müalicəsində effektiv hesab olunmayan antiaritmik preparat hansıdır?
A) amiodaron

B) sotalol

C) maqnezium sulfat

D) anaprilin

E) propafenon
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 276
474) Atrioventrikulyar resiprok paroksizmal taxikardiyasında seçim preparatlar hansılardır?
A) sotalol, propafenon

B) etasizin, allapinin

C) adenozin (ATF), verapamil

D) amiodaron (kordaron), maqnezium sulfat

E) novokainamid, dizopiramid
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 278
475) Taxikardiya zamanı ürəkdə hansı dəyişikliklər baş verir?
A) diastolanın və son yüklənmənin nəzərə çarpan uzanması

B) diastolanın və ön yüklənmənin nəzərə çarpan qısalması

C) diastolanın və ön yüklənmənin nəzərə çarpan uzanması

D) ön yüklənmənin və son yüklənmənin cüzi uzanması

E) diastolanın və son yüklənmənin cüzi qısalması
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 34
476) Qulaqcıq səyriməsi (titrəməsi) zamanı hemodinamikası qeyri-stabil olan xroniki ürək çatışmazlıqlı xəstələrdə (miokardın işemiyası, kəskin hipotenziya və ya ağciyər ödemi) başlanğıc hansı müalicə tövsiyə olunur?
A) diqoksin

B) amiodaron

C) anaprillin

D) elektrik kardioversiya

E) verapamil
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 42. ; Болезни сердца и сосудов. Под редакцией А. Джона Кэмма и др. «ГЭОТАР-Медиа» 2011, стр. 890. Руководство для врачей скорой медицинской помощи. Под редакцией проф. В.А Михайловича, А.Г. Мирошниченко. 2007 Стр.449-450
477) Ürək çatışmazlığı və səyrici aritmiyası olan xəstələrdə diqoksin və β - adrenoblokatorla müalicəyə əlavə olaraq tromboemboliyanın profilaktikası məqsədilə əsasən hansı tədbirin həyata keçirilməsi mütləq vacibdir?
A) aspirin -kardio

B) kardioverter defibrillyatorun implantasiyası

C) fraksiparin

D) varfarin

E) amiodaron
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh.42; Болезни сердца и сосудов. Под редакцией А. Джона Кэмма и др. «ГЭОТАР-Медиа» 2011, стр. 890
478) Nə qədər ki, ürək əzələsi “artıq dərəcədə uzanmış” hala düşməmişdir, mədəciklərin dıastolik dolması və qanın son diastolik həcminin azalması nə ilə müşayiət olunur?
A) mədəciklərin ürək atımının və vurğu həcminin düşməsi ilə

B) mədəciklərin vurğu həcmi və mərkəzi venoz təzyiqinin artması ilə

C) dövr edən qanın artması və ağciyər damar müqavimətinin düşməsi ilə

D) mədəciklərin atım fraksiyasının artması və son sistolik həcmin dəyişməməsi ilə

E) nəbz təzyiqinin və ümümi damar müqavimətinin düşməsi ilə
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр, 33
479) Sübut olunmuş sol mədəcik disfunksiyalı arterial hipertenziyanın müalicəsində hansı halın həyata keçirilməsi vacib deyil? (AÇFİ - angiotenzin çevirici fermentin inhibitorları, ARB - angiotenzin II reseptorlarının blokatorları, pq/ml - pikoqram 1 millilitrdə).
A) risk dərəcəsi yüksək olanlarda arterial təzyiqi 130/80 mm. c.süt. - dan aşağı həddə saxlamaq

B) beyin natriumuretik peptidinin konsentrasiyası 100 pq/ml - dan az olan xəstələrə yüksək dozada ilgək diuretiklərinin təyini

C) şəkərli diabet xəstərdə arterial təzyiqi 130/80 mm. c.süt. - dan aşağı həddə saxlamaq

D) arterial təzyiqin hədəf səviyyəsinin < 140/90 mm c.süt. - dan aşağı endirilməsi

E) renin - angiotenzin sisteminin antaqonistlərinə (AÇFİ və ARB) əsaslanan antihipertenziv müalicəyə üstünlük vermək
Ədəbiyyat: Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010 - cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 44
480) Şəkərli diabeti (ŞD) olan ürək çatışmazlıqlı (ÜÇ) xəstələrdə aşağıdakılardan hansının həyata keçirilməsi məsləhət deyil? (AÇFİ - angiotenzin çevirici fermentin inhibitorları, ARB - angiotenzin II reseptorlarının blokatorları, NYHA - Nyu - York Ürək Assosiasiyası, FS - funksional sinif).
A) Artıq çəkili II - ci tip ŞD üçün ciddi böyrək disfunksiya yoxdursa metformin birinci seçim preparatdır

B) Hədəf orqanların zədələnməsinin və ÜÇ - nın inkişaf riskini azaltmaq məqsədi ilə AÇFİ - nın təyini

C) Qlükozanın hədəf səviyyəsinə nail olmaq mümkün deyilsə, insulinlə erkən müalicəyə başlamaq lazımdır

D) Troqlitazon (tiazolidindion qrupu) III - IV FS - lı (NYHA) xəstələrə göstərişdir

E) Hədəf orqanların zədələnməsinin və ÜÇ - nın inkişaf riskini azaltmaq məqsədi ilə ARB - nın təyini
Ədəbiyyat: Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010 - cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 44
481) Ürək çatışmazlığı olan xəstələrdə böyrək disfunksiyasının meydana çıxması ehtimalının yüksəlməsinə səbəb olmayan amil hansıdır?
A) anamnezində arterial hipertenziyanın olması

B) ağır dərəcəli ürək çatışmazlığı

C) xəstənin yaşı

D) xəstənin depressiv halı

E) anamnezində şəkərli diabetin olması
Ədəbiyyat: Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010 - cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 45. Болезни сердца и сосудов. Под редакцией А. Джона Кэмма и др. «ГЭОТАР - Медиа», 2011, стр.896
482) Ürək çatışmazlığı olan xəstələrdə böyrək funksiyasının zəifləməsinə səbəb olmayan amil hansıdır?
A) qeyri selektiv β - adrenoblokatorlarla müalicə

B) böyrək arteriyalarının stenozu

C) bəzi antibakterial preparatlarla (məsələn, trimetoprim) müalicə

D) dehidratasiya

E) hipotenziya
Ədəbiyyat: Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010 - cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 45. Болезни сердца и сосудов. Под редакцией А. Джона Кэмма и др. «ГЭОТАР - Медиа», 2011, стр.896
483) Ürək çatışmazlığı olan ağ ciyərlərin xroniki obstruktiv xəstəliklərində hansı tövsiyyə özünü doğrultmur? (AÇFİ - angiotenzin çevirici fermentin inhibitorları, ARB - angiotenzin II reseptorlarının blokatorları, ACXOX - Ağciyərlərin xroniki obstruktiv xəstəlikləri).
A) AÇFİ və ARB - nın istifadəsi göstərişdir

B) Ağciyərlərin funksiyasında hətta yüngül pisləşmə müşahidə edildikdə, müalicə dərhal dayandırılmalıdır

C) Ağciyərlərin durğunluğunun aşkar edilib müalicə olunması vacibdir

D) Əlavə xroniki böyrək çatışmazlığı olanlarda qeyri steroid iltihab əleyhinə preparatların istifadəsi

E) ACXOX - ı olanların əksəriyyəti β - blokatorlarla müalicəni yaxşı keçirirlər
Ədəbiyyat: Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010 - cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 45. Болезни сердца и сосудов. Под редакцией А. Джона Кэмма и др. «ГЭОТАР - Медиа», 2011, стр.1449
484) Ürək çatışmazlığı olan xəstələrdə anemiyanın meydana gəlməsində bilavasitə rolu olmayan səbəb hansıdır?
A) qeyri steroid iltihab əleyhinə preparatlardan istifadə

B) yaşlı olmaq

C) yanaşı böyrək xəstəliklərinin olması

D) qadın cinsi

E) ağır gedişli ürək çatışmazlığı
Ədəbiyyat: Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010 - cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 45.
485) Anemiyanın hansı təsiri ürək çatışmazlığının gedişini ağırlaşdırmır?
A) kardiomiositlərin daxilində Ca2+ miqdarının artması

B) miokardın funksiyasına mənfi təsiri

C) neyrohumoral sistemlərin aktivləşməsi

D) böyrək funksiyasının zəifləməsi

E) qan dövranı çatışmazlığının artması
Ədəbiyyat: Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010 - cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 45. Болезни сердца и сосудов. Под редакцией А. Джона Кэмма и др. «ГЭОТАР - Медиа», 2011, стр.1443
486) Depressiyası olan ürək çatışmazlıqlı xəstələrdə nə baş vermir?
A) hipotalamo - hipofizar sisteminin funksiyasının pozğunluğu

B) trisiklik antidepressantların istifadəsində müsbət nəticə

C) xəstənin funksional vəziyyətinin pisləşməsi

D) əlverişsiz proqnozla assosiasiya olunması

E) həkim təyinatına müntəzəm riayət edilməməsi
Ədəbiyyat: Ədəbiyyat: Болезни сердца и сосудов. Под редакцией А. Джона Кэмма и др. «ГЭОТАР - Медиа», 2011, стр.1450.
487) Adətən, aşağıdakı hansı klinik variantda kəskin ürək çatışmazlığı gec təzahür edir?
A) Kəskin koronar sindromda

B) II - III dərəcəli hipertoniya xəstəliyində

C) Xroniki beyin qan dövranı pozğunluğunda

D) Kardiogen şokda

E) Dekompensasiya olunmuş xroniki ürək çatışmazlığında
Ədəbiyyat: Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010 - cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 48
488) Xəstələrin klinik qiymətləndirilməsi mövcud simptomlara və klinik müayinələrin nəticələrinə əsaslanan kəskin ürək çatışmazlığının I sinfinə aid olanları göstərin?
A) periferik toxuma perfuziyası pozulmuş (“soyuq”) və ağciyərlərdə durğunluq əlamətləri var (“yaş”)

B) ağciyər arteriyasında pazlama təzyiqi 18 - 20 mm c. süt. bərabərdir və periferik hipoperfuziya əlamətləri var (“soyuq”)

C) periferik hipoperfuziya əlamətləri yoxdur (“isti”) və ağ ciyərlərin ancaq yuxarı şöbələrində durğunluq əlamətləri var (“yaş”)

D) ümumi periferik damar müqaviməti 800 - yə bərabərdir və ağciyərlərdə durğunluq əlamətləri yoxdur (“quru”)

E) periferik toxuma perfuziyası pozulmamış (“isti”) və ağciyərlərdə durğunluq əlamətləri yoxdur (“quru”)
Ədəbiyyat: Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010 - cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 48
489) Xəstələrin klinik qiymətləndirilməsi mövcud simptomlara və klinik müayinələrin nəticələrinə əsaslandığından kəskin ürək çatışmazlığının II sinfinə aid olanları göstərin?
A) qanında kreatinin miqdarı yüksək olanlar və toxuma perfuziyası pozulmuşlar (“soyuq”)

B) hipovolemiyası və mikrovaskulyar perfuziya pozğunluğu olanlar (“soyuq”)

C) ağciyərlərdə durğunluq əlamətləri olmayanlar (“soyuq”) və beyin qan dövranı pozulmuşlar

D) qanında sidik cövhəri yüksək olanlar və periferik toxuma perfuziyası pozulmamışlar (“isti”)

E) periferik toxuma perfuziyası pozulmamış (“isti”) və ağciyərlərdə durğunluq əlamətləri olanlar (“yaş”)
Ədəbiyyat: Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010 - cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh. 48
490) Xəstələrin klinik qiymətləndirilməsi mövcud simptomlara və klinik müayinələrin nəticələrinə əsaslandığından kəskin ürək çatışmazlığının III sinfinə aid olanları göstərin?
A) periferik toxuma perfuziyası pozulmuş (“soyuq”) və ağ ciyərlərdə durğunluq əlamətləri olmayanlar (“quru”)

B) arterial təzyiqi 100/70 mm c.süt. - na bərabər olanlar və toxuma perfuziyası pozulmuşlar(“soyuq”)

C) yuxu pozğunluğu və “paroksizmal gecə təngnəfəsliyi” olanlar

D) aşağı ətrafı soyumuşlar və qanında troponin T - nın miqdarı normadan artıq olanlar

E) səyrici qulaqcıq aritmiyası olanlar və periferik toxuma perfuziyası pozulmamışlar (“isti”)
Ədəbiyyat: Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010 - cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 49
491) Xəstələrin klinik qiymətləndirlməsi mövcud simptomlara və klinik müayinələrin nəticələrinə əsaslandığından kəskin ürək çatışmazlığının IV sinfinə aid olanları göstərin?
A) ayaqlarında şişkinlik və qanında kreatininfosfokinazın normadan artıq olanlar

B) aşağı ətraflarda trofik xorası və Ritis əmsalı 1, 33 - dən yüksək olanlar

C) periferik toxuma perfuziyası pozulmuş (“soyuq”) və ağ ciyərlərdə durğunluq əlamətləri olanlar (“yaş”)

D) yuxarı ətrafların soyuması və nikturiya (sidik 500 ml qədər) olanlar

E) yuxarı ətraflarda şişkinlik və qeyri - produktiv quru öskürəyi olanlar
Ədəbiyyat: Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010 - cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh. 49
492) Dekompensasiyalı xroniki ürək çatışmazlığı olan xəstələrdə yaranmış kəskin ürək çatışmazlığı baş verdikdə hansı prosedurun həyata keçirilməsi məsləhət deyil?
A) maye köçürülməsi

B) daxili üzvlərdə hipoperfuziya əlamətləri olanlarda, müsbət inotrop təsirli dərmanlardan istifadə

C) vazodilatatorların və ilgək diuretiklərinin birqə istifadəsi

D) vazodilatatorların istifadəsi

E) hipotoniya əlamətləri olanlarda, müsbət inotrop dərman vasitələrindən istifadə
Ədəbiyyat: Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010 - cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh. 61
493) Ağciyər ödemli kəskin ürək çatışmazlığında hansı müalicənin aparılması vacib deyil?
A) qan təzyiqi normal və ya yüksək olanlarda, vazodilatatorlardan istifadə

B) həcmlə yüklənmə və ya maye durğunluğu yarandıqda, diuretiklərdən istifadə

C) adekvat oksigenləşməyə nail olmaq üçün intubasiya və mexaniki ventilyasiyadan istifadə

D) maye köçürmək (200 - 400 ml) və sonra inotrop dərman vasitələri təyin etmək

E) təngnəfəslik, ağrı və həyəcan olanlarda, morfindən istifadə
Ədəbiyyat: Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010 - cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 61
494) Hipertoniyası olan xəstədə kəskin ürək çatışmazlığında əsasən hansı prosedurun aparılması tövsiyə olunur?
A) maye köçürülməlidir (monitor nəzarəti vacib deyil)

B) mütlək koronar angioqrafiya aparılmalıdır

C) monitor nəzarəti ilə vazodilatatorlar və diuretiklərdən istifadə

D) maye köçürməklə yanaşı inotrop dərmanlar təyin olunmalıdır

E) aortadaxili balonlu kontrpulsasiya və intubasiya nəzərdən keçirilməlidir
Ədəbiyyat: Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010 - cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 61
495) Anamnezində sağ ürək çatışmazlığı olan xəstələrdə kəskinləşmə yarandıqda hansı müalicənin aparılması tövsiyə olunur?
A) orqanların hipoperfuziya əlamətləri varsa inotrop vasitələrdən istifadə

B) maye köçürmədən sonra simpatomimetiklər təyin edilməlidir

C) aorta - koronar şuntlama əməliyyatı mütlək aparılmalıdır

D) maye köçürülməsi yaxşı effekt verir

E) vena daxilinə β - adrenoblokatorlardan istifadə edilməlidir
Ədəbiyyat: Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010 - cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 62
496) Miokard infarktı olan kəskin ürək çatışmazlıqlı xəstələrdə (ağciyər ödemi) hansı müalicənin aparılması məsləhət deyil?
A) maye köçürmək və sonra inotrop dərman vasitələri təyin etmək

B) sistolik təzyiq normal və ya yüksək olduqda, vazodilatatorlardan istifadə

C) oksigen təminatını yaxşılaşdırmaq məqsədilə intubasiyadan və mexaniki ventilyasiyadan istifadə

D) ürək astması yarandıqda, morfindən istifadə

E) həcmlə yüklənmə zamanı diuretiklərdən istifadə
Ədəbiyyat: Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010 - cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 61
497) Hospitalizasiya olunmuş β - adrenoblokatorlar və AÇFİ/ ARB ilə müalicə alan xroniki ürək çatışmazlıqlı xəstələr kəskin dekompensasiya halına düşərsə, aşağıdakılardan hansı tövsiyə məsləhət görülmür? (AÇFİ - angiotenzin çevirici fermentin inhibitoru, ARB - angiotenzin - II reseptorları blokatorların inhibitoru).
A) İlkin müalicə qeyri - adekvat nəticə verdikdə β - adrenoblokatorların dozası müvəqqəti azaldılır

B) AÇFİ və ARB fonunda xəstənin vəziyyəti sabitləşdikdən sonra xəstəxanadan evə yazılanadək β - adrenoblokatorlarla müalicənin başlanılması nəzərdən keçirilir

C) AÇFİ/ARB ilə müalicə davam etdirilməlidir

D) β - adrenoblokatorın qəbulu təcili dayandırılmalı, əvəzində ürək qlikozidləri və sidikqovucular təyin edilir

E) β - adrenoblokatorların dozasını yavaş - yavaş azaltdıqdan sonra dayandırmalı
Ədəbiyyat: Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010 - cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 62.


Yüklə 453,92 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin