542) Hansı EKQ göstəriciləri olduqda kəskin koronar sindromlu xəstələrdə trombolitik terapiya göstərişdir?
A) Hiss dəstəsi sol ayaqcığının yeni əmələ gələn blokadası
B) normal EKQ
C) ST seqmetinin qalxması
D) ST seqmentinin depressiyası və/və ya mənfi T dişcikləri
E) EKQ -də qeyri-spesifik dəyişikliklərin olmağı
Ədəbiyyat: Метелица В.И. Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. - 2-е изд., перераб. И доп. - М.: Издательство БИНОМ - СПб.: Невский диалект, 2002. - 926с.
543) Prinsmetal stenokardiyasının müalicəsində hansı dərman preparatları daha vacibdir?
A) kalium kanalların aktivatorları
B) kalsium antaqonistləri,dihidropiridin qruppundan
C) kalsium antaqonistləri və nitratlar
D) AÇF inhibitorları
E) AÇF inhibitorları və nitratlar
Ədəbiyyat: Метелица В.И. Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. - 2-е изд., перераб. И доп. - М.: Издательство БИНОМ - СПб.: Невский диалект, 2002. - 926с.
544) Kəskin koronar sindromlu xəstələrdə miokardial zədələnmənin üstünlük verilən markeri hansıdır?
A) AST
B) ALT
C) KFK MB
D) Mioqlobin
E) Troponin İ və T
Ədəbiyyat: Кардиология : национальное руководство / под ред. Ю.Н.Беленкова, Р.Г.Оганова. - М. : ГЕОТАР - Медиа, 2007.
545) Bu mexanizmlərdən hansı kəskin və ya xroniki koronar çatışmazlığının əsas mexanizmi hesab olunmur?
A) koronar arteriyanın trombozu, eyni zamanda mikrosirkulyator damar axınında mikrotrombların əmələ gəlməsi
B) koronar arteriyanın nəzərə çarpan stenozu (“dinamik stenoz”)
C) proksimal (epikardial) koronar arteriyanın aterosklerotik piləglə daralması
D) mikrovaskulyar disfunksiya
E) distal yerləşmiş koronar arteriyanın mövcud cüzi funksional pozğunluğu
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр.370 - 371
546) Ürəyin işemik xəstəliyi olan xəstələrdə koronar arteriyanın spazmı və tonusun yüksəlməsinin əsas səbəblərinə aid deyil:
A) aqreqasiyaya məruz qalmış trombositlərdə araxidon turşusu metabolizmin aktivləşməsi
B) zədələnmiş koronar arteriyada azot oksidi və prostasiklinin PGl2 ifrazının azalması
C) simpatik - adrenal sistemin aktivliyinin və katexolaminlərin qatılığının azalması
D) aqreqasiyaya məruz qalmış trombositlərdə tromboksan А2 məhsulunun artması
E) zədələnmiş endotelinin məhsulunun - anqiotenzin II, endotelin, serotoninin artması
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. стр.377
547) Tac damarların divarlarını daraldan aterosklerotik piləklər, əsasən, harada lokalizə olunur?
A) Başlıca olaraq proksimal koronar arteriyaların mənsəbində
B) Başlıca olaraq intramural tac damarlarda
C) Proksimal (epikardial) koronar arteriyaların uzunlugu boyu
D) Aterosklerotik piləklərin koronar damarlarda seçim lokalizasiyası qeyd olunmur
E) Distal koronar arteriyaların uzunlugu boyu
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 369
548) Bu mexanizmlərdən hansı kəskin və ya xroniki koronar çatışmazlığının əsas mexanizmi hesab olunmur?
A) Proksimal koronar arteriyanın aterosklerotik piləglə daralması, koronar axının məhdudlaşması və tac damarların adekvat genişlənə bilməməsi
B) Koronar arteriyanın trombozu, eyni zamanda mikrosirkulyator damar axınında mikrotrombların əmələ gəlməsi
C) Mikrovaskulyar disfunksiya
D) Koronar arteriyanın nəzərə çarpan stenozu (“dinamik stenoz”)
E) Distal yerləşmiş koronar arteriyanın mövcud cüzi funksional pozğunluğu
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 370 - 371
549) “X sindromu”nun klassik təsvirinə aşağıdakılardan hansı aid deyil?
A) Normal koronar arteriyalar
B) Müsbət cavablı fiziki yük sınağı
C) Iki böyük koronar arteriyanın ciddi stenozu
D) Müsbət cavablı stress təsvir üsulları
E) Fiziki yük zamanı meydana çıxan tipik stenokardiya (sakitlik stenokardiyası və təngnəfəslik də ola bilər)
Ədəbiyyat: Ədəbiyyat: Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 32
550) Mikrovaskulyar stenokardiyada (“X-sindromunda”) kiçik koronar arteriyalar hansı disfunksiyaya məruz qalmır?
A) Mediada saya əzələ hüceyrələrinin hiperplaziyasına
B) Damar mənfəzin əhəmiyyətli daralmasına
C) Mediada fibroplastik prosseslərə
D) Mediada saya əzələ hüceyrələrinin hipertrofiyasına
E) Intimada saya əzələ hüceyrələrinin hiperplaziyasına
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. , 380
551) Mikrovaskulyar stenokardiyalı (“X-sindromu”) xəstələrdə kiçik damarların qeyri - bərabər daralması və onların genişlənmə qabiliyyətinin aşağı düşməsi və, müvafiq olaraq, miokardın oksigenə tələbatının artmasında hansı dəyişikliyin rolu yoxdur?
A) Azot oksidi məhsulunun azalmasının
B) Endotel qatında nəzərə çarpan disfunksiyanın
C) Endotelin və neyropeptid Y vazokonstriktor substansiyaların məhsulunun artmasının
D) Prostasiklin məhsulunun azalmasının
E) Kinin-kallikrein sisteminin funksiyasının artmasının
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. , 381
552) Sol mədəciyin işemiyaya uğramış seqmentlərində lokal yığılma pozğunluğunun (hipokinez) əmələ gəlməsinə gətirib çıxaran kardiomiositlərin energetik təminatının azalmasında (koronar axının azalmasında) nə baş vermir?
A) Elektrik impulsunun keçiriciliyinin pozulması və miokardın mexaniki funksiyasının azalması
B) Oksidləşmə fosforlaşma prosesinin pozulması (yağ turşularının daha az oksidləşməsi hesabına qlükoza laktata çevrilir, hüceyrənin рН-ı azalır, hüceyrədaxili К+ miqdarı və makroerqik birləşmələrin hasilatı azalır)
C) Hüceyrənin elektrik aktivliyinin proqressiv azalması (eyni zamanda transmembran hərəkət potensialının amplitudasının və müddətinin azalması)
D) Yüksək enerjili fosfatlar - adenozintrifosfat və kreatin fosfatın əmələ gəlməsi
E) Anaerob mübadilə yoluna keçmiş zədələnmiş hüceyrələrin hesabına miokardda oksigenin defisiti
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. , 381
553) Aşağıda qeyd olunmuş xüsusi koronar anatomiyalı hansı xəstələrin aorta koronar şuntlanmadan sonrakı prognozu yaxşı deyil?
A) Sol əsas kötüyün ciddi stenozu olan
B) Pozulmuş sol mədəcik funksiyası ilə yanaşı üç damar xəstəliyi olan
C) Sol ön enən arteriyanın proksimal seqmentində yüksək dərəcəli stenozu da daxil olmaqla iki böyük koronar arteriyanın ciddi stenozu olan
D) Ön mədəciklərarsı koronar arteriyanın stenozu və yanaşı II tip şəkər xəstəliyi olan
E) Üç böyük koronar arteriyanın ciddi proksimal stenozu olan
Ədəbiyyat: Ədəbiyyat: Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 26
554) Kəskin koronar sindromda, eyni zamanda miokard infarktın yaranmasına şübhə olduqda morfinin başlanğıc yox, sonrakı dozasını göstərin?
A) 2 - 4 mq hər 3 - 5 dəqiqədən bir, cəmi 5 - 6 mq-dan çox olmamaqla
B) 1 - 2 mq hər 5 - 6 dəqiqədən bir, cəmi 10 - 15 mq-dan çox olmamaqla
C) 6 - 8 mq hər 10 - 12 dəqiqədən bir, cəmi 8 - 10 mq-dan çox olmamaqla
D) 2 - 6 mq hər10 - 15 dəqiqədən bir, cəmi 20 - 30 mq-dan çox olmamaqla
E) 8 - 10 mq hər 15 - 20 dəqiqədən bir, cəmi 30 - 40 mq-dan çox olmamaqla
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 531
555) Kəskin koronar sindromlu xəstələrdə, eyni zamanda miokardın infarktına şübhə olanlarda anginoz tutmanı aradan qaldırmaq ücün hansı preparatdan istifadə olunur (əks göstəriş olmadıqda)?
A) analgin- əzələ daxilinə, sonra isə vena daxilinə
B) morfin - ancaq vena daxilinə
C) morfin - ancaq əzələyə
D) baralgin - ancaq vena daxilinə
E) no-şpa əzələ daxilinə, sonra isə vena daxilinə
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 532
556) Kəskin koronar sindromlu xəstələrdə, və eyni zamanda miokard infarktına şübhə olanlarda anginoz tutmanı yox etməkdən ötəri 0,1% nitroqliserin məhlulunun vena daxilinə damcı üsulu ilə başlanğıc yeridilmə sürətini göstərin (mkq/dəq)?
A) 5
B) 10
C) 8
D) 15
E) 12
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 532
557) Kəskin koronar sindromlu xəstələrdə və eyni zamanda miokard infarktına şübhə olanlarda anginoz tutmanı yox etməkdən ötəri 0,1% nitroqliserin məhlulunun damcı üsulu ilə vena daxilinə yeridilmə surəti necə artırılmalıdır?
A) 20 mkq/dəq. hər 2-3 dəqiqədən bir, qulaqlarda küyün əmələ gəlməsinə qədər
B) 10 mkq/dəq. hər 3-5 dəqiqədən bir arterial təzyiqin reaksiyasının əmələ gəlməsi və ya simptomların dəyişməsinə qədər
C) 15 mkq/dəq. hər 1-2 dəqiqədən bir, baş ağrısı əmələ gələnə qədər
D) 2 mkq/dəq. hər 8-10 dəqiqədən bir, SPO2-nin 89% enənə qədər
E) 5 mkq/dəq. hər 6-7 dəqiqədən bir, sifətin qızarmasına qədər
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 532
558) Kəskin koronar sindromlu xəstələrdə və eyni zamanda miokard infarktına şübhə olanlarda anginoz tutmanı yox etməkdən ötəri nitroqliserin məhlulunu damcı üsulu ilə vena daxilinə yeridildikdə sistolik arterial təzyiq hansı həddən aşağı olmamalıdır (mm c. süt.)?
A) 120
B) 110
C) 100
D) 90
E) 80
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 532
559) Arterial hipertenziyalı, kəskin koronar sindromlu xəstələrdə və eyni zamanda miokard infarktına şübhə olanlarda, anginoz tutmanı yox etməkdən ötəri nitroqliserin məhlulunu damcı üsulu ilə vena daxilinə yeridildikdən sonra, sistolik arterial təzyiqin necə faizdən aşağı düşməsi məsləhət deyil (mm c. süt.)?
A) 40
B) 30
C) 25
D) 10
E) 15
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 532
560) ST seqmentin davamlı qalxması olmayan kəskin koronar sindromlu xəstələrin müalicəsində hansı preparatın istifadəsi məsləhət deyil?
A) nitrosorbidin
B) absiksimabın
C) klopidoqrelin
D) streptokinazanın
E) heparinin
Ədəbiyyat: Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010 - cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 62
561) Kəskin ürək çatışmazlığı və kəskin koronar sindromlu xəstələrdə hansı prosedurun aparılması tövsiyə olunmur?
A) ST - nın qalxması olmayanlarda trombolitik müalicə
B) Ritm pozğunluğu baş verərsə antiaritmik preparatlar və ya elektroimpuls terapiyası
C) Mümkün qədər tez aortadaxili balonlu kontrpulsasiya
D) ST - nın qalxması olmayanlarda troponin - T və İ markerlərin yüksəlməsi təsdiqlənərsə, koronar angioqrafiya
E) ST - nın qalxması olanlarda koronar perfuziyanın erkən bərpası
Ədəbiyyat: Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010 - cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh. 62
562) Kəskin koronar sindrom nə deməkdir?
A) QT intervalının uzanması və koronar arteriyanın spazmıyla ifa olunan kliniki əlamətlərdir
B) Xəstənin heç bir şikayəti olmadığı halda epikardial koronar arteriyaların stenozlaşmış ateroslerozudur
C) Kəskin miokard infarktı və ya qeyri stabil stenokardiyanın yaranmasına şübhələnməyə əsas verən klinik əlamətlər və simptomlardır
D) Sol mədəciyin uzun müddətli sistolik disfunksiyası nəticəsində EKQ - da koronar dəyişiklik olmadan baş verən klinik əlamətlərdir
E) Sol mədəciyin diastolik disfunksiyası nəticəsində baş verən klinik əlamətlərdir
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 464.V.Ə.Əzizov səh.192.
563) Kəskin koronar sindromun əsasında hansı patofizioloji prosess durur?
A) iri epikardial koronar arteriyalarda “fəsadlaşmamış” aterosklerotik piləklərin mövcudluğu
B) endotelinin zədələnməsi hesabına yalnız vazokonstriktor faktorlarının məhsulunun artması (endotelinlər, tromboksan А2)
C) endotelinin zədələnməsi hesabına yalnız vazodilatator faktorlarının məhsulun azalması (prostasiklin, azot oksidi)
D) koronar arteriyaların nəzərə çarpan spazmı (aterosklerotik dəyişikliksiz)
E) dağılmış aterosklerotik piləyin və ya zədələnmış endotelinin (erroziyalar) üstündə müxtəlif dərəcəli trombozun formalaşması
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 464.
564) Miokard infarktı nədir?
A) koronar arteriyanın kəskin okklüziyası nəticəsində ürək əzələsinin nekrozu (ölməsi)
B) miokardın işemik zədələnməsi
C) miokardın miokardiopatiya ilə əlaqədar baş vermiş nekrozu
D) ürək əzələsinin aşkar iltihabi dəyişikliklər nəticəsində zədələnməsi
E) ürək əzələsinin aşkar metabolik dəyişikliklər nəticəsində zədələnməsi
Ədəbiyyat: Люсов В.А. Кардиология / Рук. для врачей под ред. Оганова Р.Г. и Фоминой И.Г./ М., 2004 - С. 397-478.
565) Miokard infarktının ən çox təsadüf olunan səbəbi hansıdır?
A) iltihablaşmış tac arteriyaların trombozu
B) tac arteriyaların aterosklerotik kütlə ilə emboliyası
C) tac damarların tromboemboliyası
D) tac arteriyaların uzunmüddətli spazmı
E) aterosklerotik dəyişikliyə uğramış tac arteriyaların trombotik okklüziyası
Ədəbiyyat: Чазов Е.И. Инфаркт миокарда. М., 1982 - Т.3 - С. 53-102.
566) Miokard infarktının ən kəskin dövrünün morfoloji dəyişiklikləri hansı müddətə qədər inkişaf edir?
A) 13 saatdan 24 saata kimi
B) 3 saatdan 6 saata kimi
C) 30 dəqiqə
D) 30 dəqiqədən 2 saata kimi
E) 7 saatdan 12 saata kimi
Ədəbiyyat: Люсов В.А. Кардиология / Рук. для врачей под ред. Оганова Р.Г. и Фоминой И.Г./ М., 2004 - С. 397-478.
567) Miokard infarktının kəskin dövrünün (nekroz ocağının və miomalyasiyanın formalaşması) morfoloji dəyişiklikləri hansı müddət ərzində inkişaf edir?
A) 30 gündən artıq
B) 11-16 gün
C) 27-30 gün
D) 17-25 gün
E) 2-10 gün
Ədəbiyyat: Амосова Е.Н. Клиническая кардиология. Киев, 1997 - Т.1 - С. 338-395.
568) Hansı müddətdən sonra miokard infarktının yarımkəskin mərhələsi başa çatır?
A) 2-3 həftə
B) 6-8 həftə
C) 4-8 həftə
D) 8 həftə və çox
E) 4-5 həftə
Ədəbiyyat: Чазов Е.И. Инфаркт миокарда. М., 1982 - Т.3 - С. 53-102.
569) Hansı müddətdə infarktdan sonrakı çapığın tam formalaşması başa çatır?
A) 8-10 ay
B) 6-8 həftə
C) 12 aydan çox
D) 10-12 ay
E) 6 aya qədər
Ədəbiyyat: Люсов В.А. Кардиология / Рук. для врачей под ред. Оганова Р.Г. и Фоминой И.Г./ М., 2004 - С. 397-478.
570) Miokard infarktının ən çox təsadüf olunan klinik variantı hansıdır?
A) astmatik variant
B) qastralgik variant
C) aritmik variant
D) serebrovaskulyar variant
E) anginal variant
Ədəbiyyat: Люсов В.А. Кардиология / Рук. для врачей под ред. Оганова Р.Г. и Фоминой И.Г./ М., 2004 - С. 397-478.
571) Miokard infarktı olan xəstələrdə ağrı tutmasından hansı müddət sonra kreatinfosfokinazanın (KFK) MB fraksiyasının fəallığı maksimuma çatır ?
A) 48-56 saat
B) 24-36 saat
C) 4-6 saat
D) 12-18 saat
E) 66-72 saat
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр 516
572) Miokard infarktı olan xəstələrdə ağrı tutmasından hansı müddət sonra ürək troponinlərinin səviyyəsi artır ?
A) 8-12 saat
B) 3-6 saat
C) 14-24 saat
D) 2-ci sutkadan
E) 3-cü sutkadan
Ədəbiyyat: Национальные клинические рекомендации. М., 2008 - С. 233-326
573) Miokard infarktında ağrı tutmasından neçə müddət sonra mioqlobinin konsentrasiyası artır?
A) 8-10 saat
B) 6-8 saat
C) 18-12 saat
D) 4-6 saat
E) 0,5-2 saat
Ədəbiyyat: Люсов В.А. Кардиология / Рук. для врачей под ред. Оганова Р.Г. и Фоминой И.Г./ М., 2004 - С. 397-478.
574) Aşağıdakılardan hansı miokard infarktlı xəstələrin EKQ-də işemik zədələnmə zonasını göstərir?
A) U dişciyinin dəyişməsi
B) ST intervalının qalxması
C) QRS kompleksinin dəyişməsi
D) QT intervalının uzanması
E) T dişciyinin dəyişməsi
Ədəbiyyat: Амосова Е.Н. Клиническая кардиология. Киев, 1997 - Т.1 - С. 338-395.
575) Ön-çəpər-zirvə lokalizasiyalı miokard infarktı zamanı xarakterik dəyişikliklər hansı EKQ aparmalarında qeyd edilir?
A) II, III, aVF, V5, V6
B) I, aVL, V1, V2, V3, V4
C) II, III, aVF
D) I, aVL, V1, V2, V3, V4, V5, V6
E) I, aVL, V1, V2, V3
Ədəbiyyat: Люсов В.А. Кардиология / Рук. для врачей под ред. Оганова Р.Г. и Фоминой И.Г./ М., 2004 - С. 397-478.
576) Aşağı lokalizasiyalı miokard infarktı olan xəstələrdə səciyyəvi dəyişikliklər hansı EKQ aparmalarında qeyd edilir?
A) I, aVL, V4, V5, V6
B) I, aVL, V1, V2, V3, V4
C) II, III, aVF
D) II, III, aVF, V5, V6
E) I, aVL, V1, V2, V3
Ədəbiyyat: Люсов В.А. Кардиология / Рук. для врачей под ред. Оганова Р.Г. и Фоминой И.Г./ М., 2004 - С. 397-478.
577) Aşağı-yan lokalizasiyalı miokard infarktı olan xəstələrdə səciyyəvi dəyişikliklər hansı EKQ aparmalarında qeyd edilir?
A) I, aVL, V1, V2, V3, V4, V5, V6
B) I, aVL, V1, V2, V3, V4
C) I, aVL, V1, V2, V3
D) I, III, aVF
E) II, III, aVF, V5, V6
Ədəbiyyat: Люсов В.А. Кардиология / Рук. для врачей под ред. Оганова Р.Г. и Фоминой И.Г./ М., 2004 - С. 397-478.
578) V1-V2 aparmalarında ST seqmentinin depressiyası və müsbət T dişi ilə birgə R dişinin hündürlüyünün və eninin qısa müddətdə artması nəyi göstərir?
A) His dəstəsinin sağ ayaqcığının blokadasını
B) sağ mədəciyin miokard infarktını
C) arxa-bazal miokard infarktını
D) ön çəpər miokard infarktını
E) miokardın kiçik ocaqlı infarktını
Ədəbiyyat: Орлов В.Н. Руководство по электрокардиографии. - 5-е стер. Изд. - М.: «Медицинское информационное агентство», 2006
579) Aşağıda qeyd olunanlardan hansı miokardın aşağı infarktı olan xəstələrdə yanaşı olaraq sağ mədəciyin infarktının olduğunu göstərə bilər?
A) I, aVL, V3-V4 aparmalarında R dişinin hündürlüyünün və eninin artması
B) V4-V5 aparmalarında ST seqmentinin depressiyası
C) V1-V2 aparmalarında R dişinin hündürlüyünün və eninin artması
D) V4R aparmasında ST seqmentinin elevasiyası
E) aVR aparmasında R dişinin hündürlüyünün və eninin artması
Ədəbiyyat: Орлов В.Н. Руководство по электрокардиографии. - 5-е стер. Изд. - М.: «Медицинское информационное агентство», 2006
580) Miokardın oksiqenə tələbatı nə ilə müəyyən olunur?
1. miokarddaxili gərginliyin ölçüsü ilə
2. vurğu həcmi ilə
3. ürək əzələsinin yığılması ilə (onun inotropizm həddi ilə)
4. ümumi damar müqaviməti ilə
5. ürək vurğularinin sayı ilə
A) 3, 4, 5
B) 2, 3, 5
C) 2, 3, 4
D) 1, 2, 4
E) 1, 3, 5
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр54
581) Arterial təzyiqin səviyyəsinin korreksiyası və tütün çəkməkdən imtina etmə hansı xəstəliklərin azalmasıyla müşayiət olunur?
A) dilatasion kardiomiopatiya və kəskin koronar sindromun tezliyinin
B) hipertrofik kardiomiopatiya və qəfləti ölüm tezliyinin
C) stabil stenokardiya və mitral qapagın catışmazlığının tezliyinin
D) aorta qapağının stenozunun və Prinsmetal stenokardiyasının tezliyinin
E) təkrari miokard infarktın və qəfləti ölüm tezliyinin
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 353
582) Hansı xəstəlikdə trombositar hemostazın aktivləşməsi (damardaxili trombun əmələ gəlməsi, həmçinin, trombdan və aterosklerotik piləgdən qopan hissəsi ilə distal yerləşmiş tac damarın embollarla tutulması) baş verir?
A) Miokarditdə
B) Vazospastik stenokardiyada
C) Dilatasion kardiomiopatiyada
D) Hipertoniya xəstəliyinin II-III dərəcəsində
E) Kəskin miokard infarktda
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 380
583) Miokardın işemiyasında meydana gələn stenokardiya tutmalarında ağrı hissiyatının formalaşmasında hansı faktorlarun rolu yoxdur?
A) Toxumaların zədələnmə dərəcəsinin və əsas ağrı mediatorlarının ifraz olunma səviyyəsinin - serotonin, histamin, bradikinin
B) Prostasiklinlərin və Са2+ və Na+ ionlarının miqdarı ilə tənzimlənən spesifik ağrı reseptorlarının fərdi həssaslığının
C) Afferent sinir keçiriciliyi pozğunluğunun olmamasının
D) Р substansiyasının azad olmasına və baş beyin qabığına ağrı impulslarının ötürülməsinə mane olan sinir sistemindəki endogen opioidlərin miqdarının (enkefalinlər və endorfinlər)
E) Prostaqlandinlərin və К+ və Н+ ionlarının miqdarı ilə tənzimlənən spesifik ağrı reseptorlarının fərdi həssaslığının
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 389
584) Müasir təsnifata əsasən, xəstəliyin hansı mərhələsi miokard infarkt üçün səciyyəvi hesab olunmur?
A) kəskin
B) yarımkəskin
C) miokard infarktından sonrakı
D) prodromal
E) ən kəskin
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 501
585) Hansı fəsadlar miokard ınfarktın daha çox rast gəlinən fəsadlarına aid deyil?
A) ekssudatıv perikardit və tromboflebit
B) sol mədəciyin kəskin anevrizması, miokardın xarici və daxili cırılması
C) mədəcik və mədəciküstü ritm və keçiricilik pozğunluqları
D) epistenokardik perikardit və tromboemboliya
E) sol mədəcik çatışmazlığı və kardiogen şok
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 501
Dostları ilə paylaş: |