586) Miokardın işemiyası hansı metabolizm və funksiya pozğunluqlarına səbəb olmur?
A) sistolik funksiyanın zəifləməsinə
B) hüceyrələrinin oyanmasının zəifləməsinə
C) kardiomiositlərin yığılma funksiyasının artmasına
D) ürək əzələsinin nəzərə çarpan qeyri homogen elektrofizioloji xüsusiyyətlərinin meydana çıxmasına
E) diastolik boşalma prosesinin pozulmasına
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 503
587) Miokard infarktı zamanı sol mədəciyin sistolik funksiyasının qlobal aşağı düşməsi nə ilə nəticələnmir?
A) periferik qan dövranında sistemli və eyni zamanda mikrosirkulyator səviyyədə pozğunluq əlamətlərinin əmələ gəlməsi ilə
B) sol mədəcik çatışmazlığı klinik əlamətlərinin və kiçik qan dövranında durğunluğun əmələ gəlməsi ilə
C) sol mədəciyin son diastolik təzyiqin və son diastolik həcmin artması ilə
D) atım fraksiyasının, vurğu həcminin, dəqiqəlik həcmin, arterial təzyiqin azalması ilə
E) psevdonormal E/A münasibətinin formalaşması ilə (sol qulaqcıqda təzyiqin qalxması və onun divarının elastikliyinin zəifləməsi hesabına)
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 505
588) Kəskin miokard infarktlı xəstələrdə sol mədəciyin remodelləşməsində hansı struktur dəyişiklik formalaşmır?
A) sol mədəciyin ümumi ölcüsünün kiçilməsi
B) ürək əzələsinin zədələnməmiş sahəsinin kompensator hipertrofiyası
C) ürək əzələsinin nekrozlaşmış sahəsinin nazikləşməsi
D) ürək əzələsinin nekrozlaşmış sahəsinin gərilməsi
E) sol mədəciyin dilatasiyasının formalaşması
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 506
589) Kəskin miokar infarktlı xəstələrdə hansı faktor remodelləşmə prosesinə təsir etmir? (AT - arterial təzyiq, ÜPDM - ümumi periferik damar müqaviməti, SM – sol mədəcik).
A) son yüklənmənin ölçüsü, eyni zamanda AT, ÜPDM - ın həddi, SM boşluğunun ölçüsü
B) nekroz zonasının mexaniki xüsusiyyəti (sonradan - çapıq zonası)
C) infarktın ölçüsü (nekroz sahəsi nə qədər böyüksə, SM - ın struktur dəyişiklikləri o qədər də dərindir)
D) infarkt ətrafı zonanın ölçüsü (nekrozla həmsərhəd işemiyalı və ya hibernasiyalı miokard)
E) vazodilyatator substansiyası hesab olunan azot oksidinin hiperproduksiyası
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 506
590) Hansı faktor kəskin miokard infarktlı xəstələrin remodelləşmə prosesinin dərinləşməsinə təsir etmir?
A) prostasiklin İ 2 - in hiperproduksiyası (vazodilyatator substansiya)
B) ön yüklənmənin ölçüsü (ürəyə qayıdan venoz qan axınının həcmi)
C) endotelinin hiperproduksiyası (vazokonstriktor substansiya)
D) simpatik - adrenal sistemin hiperaktivləşməsi
E) renin - angiotenzin - aldosteron sistemin hiperaktivləşməsi
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 506
591) Hansı laborator göstəricinin təyini kəskin miokard infarktını təsdiqləmir?
A) eozinofiliya
B) qanda troponinlərin miqdarının artması
C) toxuma nekrozunun qeyri spesifik göstəriciləri və miokardın iltihab reaksiyaları
D) hiperfermentemiya
E) qanda mioqlobulinin miqdarının artması
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 515
592) Əgər xəstədə köhnə EKQ yoxdursa, ancax hal - hazırda His dəstəsinin sol ayaqcığının blokadasının əlamətləri mövcuddursa (və ya əgər blokada çoxdan varsa), onda hansı spesifik əlamətin olması miokard infarktın ən yüksək ehtimalına dəlalət edir və beş bal təşkil edir?
A) V1, V2 - də ST seqmentinin ≥ 1мм - dən (çox və ya bərabər) qalxması
B) ST seqmentinin ≥ 1мм - dən(çox və ya bərabər) qalxması, diskordant QRS kompleksinin olması
C) ST seqmentinin QRS kompleksinə konkordant olaraq, ≥ 1мм - dən (çox və ya bərabər) olması
D) ST seqmentinin ≥ 5мм - dən (çox və ya bərabər) qalxması, diskordant QRS kompleksinin olması
E) Ancax V3 - də ST seqmentinin ≥ 1мм - dən (çox və ya bərabər) qalxması
Ədəbiyyat: Б. Гриффин, Э Тополь. Кардиология. «Москва», 2011, стр. 35, 39
593) Aşağıda göstərilənlərdən hansı vaxt Q dişli miokard infarktın ən kəskin dövrünə uyğun gəlir?
A) hemodinamıkanı lazımı səviyyədə saxlamaq məqsədi ilə kompensator mexanizmlərin işə salınması (zədələnməmiş miokardın hiperfunksiya və hipertrofiyası, sol mədəciyin mötədil dilatasiyası)
B) nekrotik kütləni əvəz edən birləşdirici toxumada çapığın formalaşması
C) nekroz ocağının formalaşması və rezorbsion - nekrotik sindromun əmələ gəlməsi
D) miokardın kəskin işemiyasının ilk klinik və/və ya instrumental (EKQ) əlamətlərinin əmələ gəlməsindən nekroz ocağının formalaşmasının başlanmasına qədər
E) çapıq nahiyyəsində kollagenin formalaşması və onun bərkiməsi (çapığın möhkəmlənməsi)
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 508
594) Q dişli miokard infarktın ən kəskin dövrü nə qədər davam edir?
A) 12 - 24 saat
B) 1 - 2 sutka müddətində
C) 6 - 12 saata qədər
D) 20 dəqiqədən 2 saata qədər
E) 2 - 3 saata qədər
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 508
595) Aşağıda göstərilənlərdən hansı zaman Q dişli miokard infarktın kəskin dövrünə uyğun gəlir?
A) birləşdirici çapıq toxumasının formalaşması, sol və sağ mədəciyin remodelləşməsi
B) miokardın kəskin işemiyasının ilk klinik və EKQ əlamətlərinin əmələ gəlməsindən nekroz ocağının formalaşmasına qədər
C) çapıq nahiyyəsində kollagen və elastin kütləsinin artması və bərkiməsi
D) nekroz ocağının formalaşması və rezorbsion - nekrotik sindromun əmələ gəlməsi
E) intakt miokardın hipertrofiyası və sol mədəciyin mötədil dilatasiyası
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 512
596) Q dişli miokard infarktın fəsadlaşmamış gedişində kəskin dövr adətən nə qədər davam edir?
A) 7 - 10 günə qədər
B) 24 saatdan 72 saata qədər
C) 4 - 6 həftə
D) 14 gündən 30 günə gədər
E) 2 - 3 saata qədər
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 508
597) Hansı prosesin formalaşması Q dişli miokard infarktın yarımkəskin dövrünə uyğun gəlir? (SM - sol mədəcik).
A) Çapıq nahiyyəsində kollagen kütləsinin çoxalması və bərkiməsi
B) EKQ - də işemik əlamətlərin əmələ gəlməsindən nekrozun başlanmasına qədər
C) Nekrotik kütləni əvəz edən çapıq birləşdirici toxumanın və sol mədəciyin remodelləşmə prosesinin
D) Hemodinamikanı lazımı həddə saxlamaq ücün intakt miokardın hipertrofiyası və sol mədəciyin dilatasiyası
E) Nekroz ocağın və rezorbsion - nekrotik sindromun əmələ gəlməsi dövrü
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 512
598) Yarımkəskin Q dişli miokard infarktın davam müddəti nədən asılı deyil?
A) kollateral damarların inkişaf dərəcəsindən
B) nekrozlaşma prosesinə qoşulmayan və miokardı əhatə edən toxumanın vəziyyətindən
C) nekroz ocağının həcmindən
D) nekroz ocağında elastinin miqdarından
E) yanaşı xəstəliyin və infarktın fəsadlaşmalarının mövcud olmasından
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 513
599) Q dişli miokard infarktın yarımkəskin dövrü nə qədər davam edir?
A) 7 - 10 gün
B) 4 - 6 həftə
C) 2 - 3 gün
D) 2 - 6 ay
E) 2 - 3 həftə
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 508
600) Hansı dəyişiklik Q dişli miokard infarktından sonrakı ən yaxın dövrə uyğun gəlir?
A) miokardın işemiyasının ilk klinik və ya EKQ əlamətlərinin əmələ gəlməsi
B) çapıq nahiyyəsində kollagen kütləsinin artması və onun bərkiməsinin sona çatması (konsolidasiya)
C) nekrotik prosesə qoşulmamış sahələrdə kollateralların inkişafı
D) nekroz ocağının və rezorbsion-nekrotik sindromun əmələ gəlməsi
E) nekrotik kütləni əvəz edən birləşdirici toxumanın inkişafı
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 512
601) Q dişli miokardın infarktından sonraki uzaq dövr nə vaxt başlayır?
A) 1 - 1,5 ay sonra
B) 2 - 6 ay sonra
C) 7 - 8 ay sonra
D) 9 - 12 ay sonra
E) 20 - 30 gün sonra
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 513
602) Miokardın infarktından sonrakı dövrün klinik şəkli hansı faktorun təsirindən asılı deyil?
A) toxuma renin - angiotenzin sisteminin davamlı stimulyasiyasından
B) ürək fəaliyətinin kompensator mexanizmlərinin formalaşmasından
C) koronar aterosklerozun sonrakı proqressivləşməsinin sürətindən
D) infarktan sonrakı çapığın həcmindən
E) nekrozu əhatə edən intakt miokardın funksional vəziyyətindən
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 513
603) Hansı əsas faktorlar miokardın infarktından sonra 2 - 6 ay müddətində hemodinamik pozğunluqlarının dərəcəsini təyin edir?
1. koronar aterosklerozun sonrakı proqressivləşməsinin sürəti
2. intakt miokardın funksional vəziyyəti
3. miokardın infarktından sonrakı erkən stenokardiya
4. infarktan sonrakı çapığın həcmi
5. ürək fəaliyətinin kompensator mexanizmlərinin formalaşması
A) 1, 3, 5
B) 1, 2, 3
C) 2, 4, 5
D) 3, 4, 5
E) 1, 2, 4
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 514
604) Ön yan lokalizasıyalı miokard infarktlı xəstələrdə hansı aparmalarda Q(QS), RS–T elevasiyası və mənfi koronar T dişinin olması şəklində EKQ dəyişikliyi aşkar edilir?
A) III, aVF, V5, V6
B) II, III, V3, V4
C) I, aVL, V5, V6
D) V7, V8, V9
E) I, aVL, V1, V2
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 525
605) Hansı kompensator mexanizm yaxın infarktdan sonrakı dövrdə formalaşmır və hemodinamikanın lazımı səviyyədə saxlanılmasına yönəlmir?
A) Zədələnməmiş miokardın hipertrofiyası
B) Kollaqen kütləsinin azalması
C) Zədələnməmiş miokardın hiperfunksiyası
D) Frank - Starlinq mexanizminin qoşulması
E) Sol mədəciyin mötədil dilatasiyası
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 514
606) Kəskin miokard infarktlı xəstələrdə anginoz tutmadan neçə saat sonra troponinlər I və Т - ın konsentrasiya həddi normanın yuxarı sərhəddini ötür?
A) 12 - 24
B) 1 - 1,5
C) 6 - 8
D) 2 - 6
E) 10 - 12
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 515
607) Qanda troponinlər I və Т - ın konsentrasiyası miokard infarktın başlanmasından sonra nə qədər müddət ərzində yüksəkdə qalır?
A) 2 sutka
B) 5 - 6 sutka
C) 1 - 2 həftə
D) 3 - 4 sutka
E) 3 həftə
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 515
608) Kəskin Q dişli miokard infarktlı xəstələrdə troponinlər I və Т - ın konsentrasiyasının qanda aktiv yüksəlmə zirvəsi hansı saatlarda qeyd olunur?
A) 24 - 48
B) 1 - 2
C) 2 - 3
D) 4 - 7
E) 7 - 14
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 515, 516
609) Kəskin Q dişli miokard infarktlı xəstələrdə anginoz tutmadan neçə saat sonra mioqlobulinlərin konsentrasiyası normanın yuxarı sərhəddini ötür?
A) 6 - 12
B) 1 - 2
C) 14 - 16
D) 2 - 4
E) 4 - 6
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 515
610) Qanda mioqlobulinlərin konsentrasiyası Q dişli miokard infarktın başlanmasından sonra nə qədər müddət ərzində yüksəkdə qalır?
A) 2 həftə
B) 1 həftə
C) 24 - 48 saat
D) 12 - 24 saat
E) 6 - 12 saat
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 515
611) Kəskin Q dişli miokard infarktlı xəstələrdə mioqlobulinlərin konsentrasiyasının qanda maksimum zirvə həddi hansı saatlarda baş verir?
A) 2 - 4
B) 4 - 8
C) 12 - 24
D) 24 - 48
E) 1 - 2
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 516
612) Kəskin Q dişli miokard infarktlı xəstələrdə qanda mioqlobulinin konsentrasiyası neçə müddətdən sonra normaya qayıdır?
A) 2 sutka
B) 12 saat
C) 6 saat
D) 24 saat
E) 3 sutka
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 516
613) Kəskin Q dişli miokard infarktlı xəstələrdə kreatinfosfokinaza fermentinin МВ - fraksiyasının qanda aktivliyinin artması neçə saatdan sonra başlayır?
A) 6 - 12
B) 12 - 18
C) 2 - 3
D) 1 - 2
E) 4 - 6
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 515
614) Kəskin Q dişli miokard infarktlı xəstələrdə kreatinfosfokinaza fermentinin МВ - fraksiyasının qanda aktiv yüksəlmə zirvəsi neçə saatdan sonra başlayır?
A) 6 - 12
B) 4 - 6
C) 12 - 18
D) 2 - 3
E) 1 - 2
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 515
615) Qanda kreatinfosfokinazanın МВ - fraksiyasının konsentrasiyası Q dişli miokard infarktın başlanmasından nə qədər müddət sonra normaya qayıdır?
A) 4 - 5 həftə
B) 2 - 3 sutka
C) 3 - 4 sutka
D) 8 - 14 sutka
E) 6 - 7 həftə
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 515
616) Ön arakəsmə lokalizasıyalı miokard infarktlı xəstələrdə hansı aparmalarda Q (QS), RS–T elevasiyası və mənfi koronar T şəklində EKQ dəyişikliyi aşkar edilir?
A) II, III, aVF, V1 - V4
B) III, aVF, V3 - V6
C) V1 - V3
D) V3 - V4
E) I, aVL, V5, V6
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 525
617) Ön zirvə lokalizasıyalı miokard infarktlı xəstələrdə hansı aparmalarda Q(QS), RS–T elevasiyası və mənfi koronar T dişi şəklində EKQ dəyişikliyi aşkar edilir?
A) I, aVL, V5, V6
B) V3, V4
C) V1, V2, V3
D) I, aVL, V1, V2
E) III, aVF, V7, V8, V9
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 525
618) Verapamilin (finoptin) venadaxili yeridilməsi aşağıdakı hallardan hansına səbəb olur?
A) idiopatik subaortal stenozlu xəstələrdə sinus taxikardiyasını yox edir
B) yaranan II-III dərəcəli atrioventrikulyar blokadanı aradan götürür
C) supraventrikulyar taxikardiya tutmasıını aradan qaldırır
D) kəskin miokard infarktlı xəstələrdə yaranan sinoatrial blokadanı aradan qaldırır
E) mədəcik taxikardiya tutmasını aradan qaldırır
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.273; В. И. Метелица «Справочник кардиолога по клинической фармакологии сердечно-сосудистых лекарственных средств», 2005 г.
619) Ön bazal (ön yüksək) lokalizasıyalı miokard infarktlı xəstələrdə EKQ-nın hansı aparmalarında Q(QS), RS-T elevasiyası və mənfi koronar T dişi dəyişikliyi aşkar edilir?
A) V4-V6 (elektrodlar həmişəki həddən 1-2 və/və ya 3 qabırğaarası yuxarı yerləşdirilir)
B) II, III, aVF, V5-V6 (elektrodlar həmişəki həddən 1 və ya 2 qabırğaarası yuxarı yerləşdirilir)
C) I, II, aVL, V1-V2 (elektrodlar döş sümüyünün sağ kənarında yerləşdirilir)
D) V3-V4 (elektrodlar həmişəki həddən 2 barmaq yuxarı yerləşdirilir)
E) V1-V3 (elektrodlar həmişəki həddən 1-2 və ya 3 qabırğaarası yuxarı yerləşdirilir)
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 525
620) Ön yayılmış lokalizasıyalı miokard infarktlı xəstələrdə EKQ-nın hansı aparmalarında Q(QS), RS-T-nın elevasiyası, mənfi koronar T dişi və resiprok əlamətlər (RS-T-nın depressiyası, hündür müsbət T dişi) aşkar edilir?
A) V3, V4 (I, III, aVL-də resiprok dəyişikliklər)
B) I, aVL, V1-V6 (III, aVF, II -də resiprok dəyişikliklər)
C) V1, V2, V3 (II, III, aVF-də resiprok dəyişikliklər)
D) III, aVF, V5, V6 (V1-V3-də resiprok dəyişikliklər)
E) II, III, aVF (V1, V2-də resiprok dəyişikliklər)
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 525
621) Arxa diafraqmal (aşağı) lokalizasıyalı miokard infarktlı xəstələrdə EKQ- nın hansı aparmalarında Q(QS), RS-T elevasiyası və mənfi koronar T dişi aşkar edilir?
A) III, aVF, V5, V6 (resiprok V1-V3)
B) III, aVF, II
C) V7- V9 (resiprok V1-V3, lakin daim olmur)
D) II, III, aVF, V3, V4
E) I, aVL, V5, V6
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 525
622) Arxa bazal lokalizasıyalı miokard infarktlı xəstələrdə EKQ- nın hansı aparmalarında Q(QS), RS-T elevasiyası və mənfi koronar T dişi dəyişikliyi aşkar edilir?
A) V5, V6, III, aVF (I, II, aVL -də resiprok dəyişikliklər)
B) Bəzi hallarda V7- V9 –da (V1 - V3-də resiprok dəyişiklik)
C) I, aVL, V5, V6 (III, aVF, II-də resiprok dəyişiklik)
D) III, aVF, II, V5, V6, V7 - V9 (V1 -V3-də resiprok dəyişiklik)
E) III, aVF, II (V1 - V3-də resiprok dəyişiklik)
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 525
623) Arxa yan lokalizasıyalı miokard infarktlı xəstələrdə EKQ-da hansı aparmalarda Q(QS), RS-T elevasiyası və mənfi koronar T dişi aşkar edilir?
A) II, III, aVF
B) V5, V6, III, aVF
C) II, III, aVF, V5, V6, V7 - V9
D) I, aVL, V5, V6
E) V4-V6, V7- V9
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 525
624) Yayılmış arxa lokalizasıyalı miokard infarktlı xəstələrdə EKQ-da hansı aparmalarda Q(QS), RS-T elevasiyası və mənfi koronar T dişi aşkar edilir?
A) III, aVF, II, V7 - V9 (resiprok - V1 - V3-də)
B) V7 -V9 (resiprok - V1 -V3-də)
C) I, aVL, V5, V6 (resiprok II, III, aVF -da)
D) III, aVF, II, V5, V6, V7- V9 (resiprok - V1 -V3-də)
E) V5, V6, III, aVF (resiprok I, II, aVL -da)
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 525
625) Q dişsiz miokard infarktın hansı dəyişikliyi tipik EKQ əlamətləri hesab olunmur?
A) RS-T seqmentinin izoxətdən aşağı yerini dəyişməsi
B) Patolojı Q dişi və ya QS kompleksi
C) Mənfi simmetrik və itiləşmiş koronar Т dişi
D) 2-5 həftə müddətində saxlanılan, uzunsürən və intensiv ağrı tutmalarından sonra EKQ-da dəyişikliklərin əmələ gəlməsi
E) RS-Т seqmentinin elevasiyası
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 525
626) Miokardın infarktında istifadə olunan ikiölçülü, birölçülü və doppler - exokardioqrafiya müayinəsi sol mədəciyin hansı dəyişikliyini aşkar etməyə imkan vermir?
A) intakt miokardın oksigenlə təminat dərəcəsini
B) yığılmaların lokal pozğunluğunu
C) anevrizmanın əlamətlərini
D) remodelləşmə əlamətlərini (mədəcik boşluğunun dilatasiyasını, sol mədəciyin həndəsi dəyişikliyini)
E) sistolik və diastolik funksiyaların miqdarca qiymətləndirilməsini
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 527
627) Miokardın infarktı xəstəliyində ikiölçülü, birölçülü və doppler - exokardioqrafiya müayinəsi hansı dəyişikliyi aşkar edə bilmir?
A) magistral və periferik arteriya və venalarda morfoloji və funksional dəyişiklikləri
B) perikard boşluğunda mayenin və ürəkdaxili trombların olmasını
C) qapaq aparatının vəziyyətini və mədəciklərarası cəpərin qüsurunu
D) ağciyər arteriyasında təzyiq həddini və hipertenziya əlamətlərini
E) ritm pozğunluqlarının növlərini və baş vermə səbəblərini
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 527
628) Q dişli miokard infarktlı xəstələrdə hansı tədbir hospitalaqədər və hospital mərhələlərdə müalicənin əsas strateji məqsədlərinə aid deyil?
A) yanaşı xəstəliklərin müalicəsi
B) miokardın erkən reperfuziyası və ya koronar revaskulyarizasiya, sonrakı trombun əmələ gəlməsinin aradan qaldırılması
C) fəsadların qarşısının alınması və tezliklə aradan qaldırılması
D) ürəyin hemodinamik və metabolik yükünün boşaldılması hesabına nekroz ocağının və infarkt ətrafı işemik zonanın məhdudlaşdırılması
E) xəstələrin fiziki və psixoloji reabilitasiyası
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 531
629) Q dişli miokard infarklı xəstələrin bazis terapiyasına hansı tədbir daxil olunmayıb?
A) ağrının yox edilməsi (analgeziya), antiişemik dərman maddələrinin istifadəsi
B) antitrombotik və antiaqreqant terapiya, oksigenoterapiya
C) metabolik dərman maddələrinin istifadəsi
D) angiotenzin çevirici fermentlərin inhibitorlarının və angiotenzin II reseptorlarının antaqonistlərinin istifadəsi
E) trombolitik terapiya (individual göstəriş və əks göstərişləri nəzərə almaqla)
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 531
630) Opioid reseptorlarının aqonisti hesab olunan morfin hansı effektə malik deyil?
A) ön yüklənmənin həcminin və miokardın oksigenə tələbatının artmasına
B) venoz tonusunu azaltmaqla, ürəyə venoz qan axınının enməsinə
C) sinus bradikardiyasına və arterial hipotenziyaya
D) nəzərə çarpan sedativ effektə
E) nəzərə çarpan vaqotonik təsirə
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 531
Dostları ilə paylaş: |