41) I tonun əmələ gəldiyi izovolümik yığılma fazası nə ilə xarakterizə olunur?
A) aorta və ağ ciyər arteriyasının qapaqlarının bağlanması, mədəcik miokardının başlanan boşalması nəticəsində yaranan təzyiqin magistral damarlardakı təzyiqdən az qədər aşağı düşməsi ilə
B) mədəcik miokardının sürətli və qüvvətli yığılması, atrioventrikulyar və aypara qapaqların tam bağlanması fonunda mədəcikdaxili təzyiqin təcili yüksəlməsi ilə
C) təzyiqlər fərqi hesabına qanın qulaqcıqlardan mədəciklərə “passiv” tökülməsi, bu fazada mədəciklərin maksimal qanla dolması baş verir
D) qulaqсıqların yığılması və qanın aktiv qulaqcıqlardan mədəciklərə qovulması ilə
E) mədəciklərdə təzyiqin qulaqcıqlardakı təzyiq həddinə düşdükdən sonra atrioventrikulyar qapaqların açılmasıyla
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 27
42) Ürəyin I tonu nə zaman yaranır?
A) qulaqcıqların sistola fazasında
B) mədəciklərın sürətli dolma fazasında
C) izovolümik yığılma fazasında
D) protodiastolik dövrdə
E) izovolümik boşalma dövründə
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 27
43) Mədəciklərdən qanın qovulması fazasında ardıcıllığı göstərin.
A) mədəciklərdə təzyiq, aorta və ağ ciyər arteriyasındakı təzyiqdən aşağı olduqda, bu vaxt aypara qapaqlar bağlanır və qan maqistral damarlara daxil olur
B) mədəciklərdəki təzyiq, aorta və ağ ciyər arteriyasındakı təzyiqdən azacıq artıq olduqda, bu vaxt aypara qapaqlar açılır və qan maqistral damarlara daxil olur
C) mədəciklərdə təzyiq, qulaqcıqlardakı təzyiq həddinə düşdükdə, atrioventrikulyar qapaqlar açılır və mədəciklərdən qanın qovulması başlayır
D) qulaqcıqların aktiv yığıldığı və qanın qulaqcıqlardan mədəciklərə vurulduğu vaxt
E) mədəciklərdə təzyiq, aorta və ağ ciyər arteriyasındakı təzyiqlə bərabərləşdikdə, bu vaxt aypara qapaqlar açılır və qan maqistral damarlara daxil olur
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 27
44) Mədəciklərin diastolası neçə fazadan ibarətdir?
A) 1
B) 3
C) 4
D) 5
E) 2
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 28
45) Mədəciklərin diastola fazasına nə aid deyil?
A) mədəciklərin zəif dolması
B) asinxron yığılma
C) qulaqcıqların sistolası
D) mədəciklərın sürətli dolması
E) izovolümik boşalma
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 28-29
46) Mədəciklərin diastola fazasının ardıcıllığını göstərin:
1. mədəciklərin zəif dolması
2. protodiastolik dövr
3. mədəciklərin izovolümik boşalması
4. qulaqcıqların sistolası
5. mədəciklərın sürətli dolması
A) 5, 1, 2, 3, 4
B) 2, 3, 5, 1, 4
C) 1, 2, 3, 4, 5
D) 4, 2, 3, 5, 1
E) 3, 1, 5, 2, 4
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 28-29
47) II tonun baş verdyi protodiastolik dövr hansı vaxta uyğun gəlir?
A) yaranmış təzyiqlər fərqi hesabına qanın qulaqcıqlardan mədəciklərə “passiv” tökülmə vaxtına
B) mədəciklərin sürətlə və qüvvətli yığılması vaxtına
C) mədəciklərdəki təzyiqin qulaqcıqlardakı təzyiq dərəcəsinə düşmə vaxtına
D) aorta və ağ ciyər arteriyası aypara qapaqlarının bağlanması vaxtına
E) qulaqcıqların yığılması vaxtına
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 28
48) II tоn nə zaman yaranır?
A) qulaqcıqların sistolası
B) izovolümik boşalma
C) mədəciklərin sürətli dolma
D) izovolümik yığılma
E) protodiastolik dövrdə
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 28
49) İzovolümik boşalma fazasında nə baş verir?
A) mədəciklərin aktiv boşalması davam edir
B) qulaqcıqlarda təzyiq artır
C) mədəciklərdə və qulaqcıqlarda təzyiq maqistral damarlardakı təzyiqdən bir az aşağı düşür
D) mədəciklərdə və qulaqcıqlarda təzyiq artır
E) mədəciklərdə təzyiq artır
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 28
50) İzovolümik boşalma fazasında nə müşahidə olunur?
1.atrioventrikulyar qapaqlar bağlanır
2.mədəciklərin aktiv boşalması davam edir
3.mədəciklərin qanla maksimal dolması baş verir
4.mədəciklərdə təzyiq qulaqcıqlardakı həddə düşür
5.atrioventrikulyar qapaqların açılması baş verir
6.mədəciklərdə təzyiq magistral damarlardakından bir az aşağı düşür
A) 1, 2, 4, 6
B) 2, 4, 5
C) 1, 2, 3
D) 1, 3, 5, 6
E) 3, 4, 5, 6
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 28
51) İzovolümik boşalma fazası ürəyin hansı vəziyyətində baş verir?
A) Atrioventrikulyar qapaqların açıq, aypara qapaqların isə bağlı qaldığı
B) Mədəciklərin həcminin artdığı və aypara qapaqların açıq qaldığı
C) Mitral qapaqların hermetik bağlı, aypara qapaqların açıq qaldığı
D) Ürəyin bütün qapaqlarının hermetik bağlı və mədəciklərin həcminin dəyişmədiyi
E) Trikuspidal və aorta qapaqlarının hermetik bağlı və mədəciklərin həcminin artdığı
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 28
52) Müəyyən hallarda əlavə III tonun baş verə bildiyi mədəciklərin sürətli dolma fazası nə ilə xarakterizə olunur?
A) magistral damarlardakı təzyiqin azca aşağı düşməsi ilə (mədəciklərin boşalması nəticəsində)
B) mədəciklərdə təzyiqin qulaqcıqlardakı təzyiq həddinə düşməsi ilə
C) qulaqcıqların yığılması və qanın mədəciklərə "aktiv" qovulması ilə
D) atrioventrikulyar və aypara qapaqların tam bağlanması ilə
E) təzyiqlər fərqi hesabına qanın qulaqcıqlardan mədəciklərə “passiv” tökülməsi və mədəciklərin maksimal qanla dolması ilə
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 28
53) Müəyyən şəraitdə hansı fazanın sonunda ürəyin əlavə III tonu yarana bilər?
A) mədəciklərin izovolümik yığılması
B) mədəciklərin sürətli dolması
C) qulaqcıqların sistolası
D) mədəciklərin izovolümik boşalması
E) mədəciklərin yavaş dolması
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая систе ма). «Бином-пресс», 2007, стр.,28
54) Mədəciklərin yavaş dolması fazasında nə baş verir?
A) qan aktiv olaraq qulaqcıqlardan mədəciklərə qovulur
B) qulaqcıq və mədəciklərdə təzyiq bərabərləşir və mədəciklərin dolması yavaşıyır
C) mədəciklərin boşalmaları nəticəsində təziq, magistral damarlardakı həddən azacıq fərqlə aşağı düşür
D) təzyiqlər fərqi hesabına qan qulaqcıqlardan mədəciklərə "passiv" tökülür
E) mədəciklərdəki təzyiq qulaqcıqlardakı təzyiqə nisbətən artır və atrioventrikulyar qapaqlar açılır
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 29
55) Müəyyən şəraitidə ürəkdə əlavə IV tonun baş verə bildiyi qulaqcıqların sistola fazası nə ilə xarakterizə olunur?
A) qulaqcıqların yığılması və qanın mədəciklərə aktiv qovulması ilə
B) qanın qulaqcıqlardan mədəciklərə passiv daxil olması ilə
C) magistral damarlarda qan təzyiqinin mədəciklərdəkinə nisbətən aşağı düşməsi ilə
D) mədəciklərdəki təzyiqin qulaqcıqlardakı təzyiq həddinə çatması ilə
E) atrioventrikulyar və aypara qapaqların tam bağlanması şəraitində mədəcikdaxili təzyiqin ani qalxması ilə
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 29
56) Müəyyən şəraitdə hansı fazanın sonunda ürəkdə əlavə IV ton baş verə bilər?
A) mədəciklərin izovolümik yığılması
B) mədəciklərin izovolümik boşalması
C) mədəciklərin sürətli dolması
D) mədəciklərin zəif dolması
E) qulaqcıqların sistolası
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.,29
57) Sol mədəcikdə son diastolik təzyiqin artması nəyə səbəb olur?
A) Sol qulaqcıqda və aşağı boş venada təzyiqin enməsinə
B) Sağ qulaqcıqda təzyiqin yüksəlməsinə
C) Sol qulaqcıqda və ağciyər kapilyarlarında təzyiqin yüksəlməsinə
D) Sağ qulaqcıqda və yuxarı boş venada təzyiqin yüksəlməsinə
E) Yuxarı və aşağı boş venalarda təzyiqin enməsinə
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 30
58) Sol mədəcikdə son diastolik təzyiqin normal ölçüsü neçə mm c.süt-dür?
A) 20-22
B) 8-10
C) 6-8
D) 4-6
E) 9-12
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 30
59) Sol mədəcikdə son diastolik təzyiqin düşməsi nəyə səbəb olur?
A) sol mədəciyin vurğu həcminin qalxmasına
B) sol mədəciyin dəqiqəlik həcminin qalxmasına
C) sol mədəciyin atım fraksiyasının yüksəlməsinə
D) sol mədəciyin son diastolik həcminin enməsinə
E) sol mədəciyin son diastolik həcminin qalxmasına
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 30
60) Ağciyər arteriyasında son diastolik təzyiqin normal ölçüsü nə qədərdir (mm c.süt.)?
A) 9-12
B) 0-2
C) 25-30
D) 21-23
E) 4-6
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.,30
61) Sol qulaqcıqda orta təzyiqin normal ölçüsü nə qədərdir (mm c.st.)?
A) 12-14
B) 18-21
C) 8-12
D) 25-30
E) 3-5
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.,30
62) Sağ qulaqcıqda orta təzyiqin normal ölçüsü nə qədərdir (mm c.st.)?
A) 12-14
B) 3-5
C) 4-5
D) 9-12
E) 25-30
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.,30
63) Sağ mədəcikdə son diastolik təzyiqin normal ölçüsü nə qədərdir (mm c.st.)?
A) 0-3
B) 4-6
C) 9-12
D) 8-12
E) 25-30
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.,30
64) Aortada son diastolik təzyiqin normal ölçüsü nə qədərdir (mm c.st.)?
A) 120-145
B) 70
C) 4-6
D) 9-12
E) 25-30
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 30
65) Sakit halda və fiziki yüklənmədə sol mədəciyin funksiyasının xarakterizə olunmasında hansı hemodinamık göstərici mühüm praktiki əhəmiyyət kəsb edir?
A) sol mədəcikdə son sistolık təzyiq
B) sol mədəcikdə son sistolık həcm
C) sol mədəcikdə son diastolik təzyiq
D) sol mədəcikdə orta təzyiq
E) sol mədəcikdə maksimal sistolık təzyiq
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 30
66) Sol mədəcikdə son diastolik təzyiqin yüksəlməsi nəyə gətirib çıxarır?
A) sağ mədəcikdə və ağciyər arteriyasında təzyiqin yüksəlməsinə
B) sol qulaqcıqda və ağciyər kapillyarlarında təzyiqin enməsinə
C) sağ mədəcikdə və sağ qulaqcıqda təzyiqin yüksəlməsinə
D) sol qulaqcıqda və ağciyər kapillyarlarında təzyiqin yüksəlməsinə
E) sağ mədəcikdə və ağciyər arteriyasında təzyiqin enməsinə
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 30
67) Sol mədəcikdə son diastolik təzyiqin enməsi cox vaxt nəyi qöstərir?
A) hipertenziyayanı
B) hipervolemiyayanı
C) aortal stenozu
D) mitral stenozu
E) hipovоlemiyanı
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 30
68) Ürəyin sistolik funksiyasını xarakterizə edən əsas göstərici hansıdır?
A) sol mədəciyin son diastolik həcmi
B) sol mədəciyin son sistolik həcmi
C) ümumi damar müqaviməti
D) sol mədəciyin vurğu həcmi
E) qanin dəqiqəlik həcmi
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 31
69) Ürək atımı- dəqiqəlik həcm lazım gələrsə sakit haldakından neçə dəfə artıq arta bilər?
A) 7-8
B) 1-2
C) 2-3
D) 3-5
E) 5-6
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.,31
70) Vurğu həcmi (VH) nədir? (DH-qanın dəqiqəlik həcmi, SDH -mədəciklərin son diastolik həcmi, SSH-mədəciklərin son sistolik həcmi, S –bədən səthinin sahəsidir: nomoqramma vasitəsilə müəyyən olunur və ya xüsusı formula ilə hesablanır, m2)
A) hər ürək yığılmasında mədəciklərin magistral damarlara vurduğu qanın mıqdarıdır
B) VH-nin, bədən səthinin sahəsinə nisbətidir
C) qanın DH –nin, bədən səthinin sahəsinə nisbətidir
D) VH-nin mədəciklərin SSH nisbətidir
E) VH-nin mədəciklərin SDH nisbətinin faizlə ifadəsidir
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.,31
71) Atım fraksiyası nə deməkdir? (DH- dəqiqəlik həcm, VH-vurğu həcmi, SDH- mədəciklərin son diastolik həcmi, SSH- mədəciklərin son sistolik həcmi, S- bədən səthinin sahəsi: nomoqramma vasitəsilə müəyyən olunur və ya xüsusı formula ilə hesablanır, m2)
A) qanın DH –nin, bədən səthinin sahəsinə nisbətidir
B) VH-nin mədəciklərin SDH nisbətinin faizlə ifadəsidir
C) VH-nin mədəciklərin SSH nisbətidir
D) hər ürək yığılmasında mədəciklərin magistral damarlara vurduğu qanın mıqdarıdır
E) VH-nin, bədən səthinin sahəsinə nisbətidir
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 31
72) Atım fraksiyası necə ölçülür? (DH- dəqiqəlik həcm, SDH- mədəciklərin son diastolik həcmi, VH-vurğu həcmi (litr),UVS-ürək vurğularının sayı, SDÖ- mədəciklərin son diastolik ölçüsü, SSÖ- mədəciklərin son sistolik ölçüsü, S- bədən səthinin sahəsi: nomoqramma vasitəsilə müəyyən olunur və ya xüsusı formula ilə hesablanır, м2)
A) VH x S
B) DH x S
C) (SDÖ – SSÖ) / SDÖ
D) VH / SDH x 100%
E) VH x ÜVS
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 31
73) Ürəyin sistolik funksiyasını və qanın son-diastolik həcminin hansı hissəsinin sistola zamanı mədəciklərdən qovulmasını göstərən, əsas inteqral göstəricisi necə adlanır?
A) vurğu həcmi
B) ürək indeksi
C) mədəciyin son sistolik həcmi
D) atım fraksiyası
E) ümumi damar müqaviməti
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.,31
74) Vurğu indeksi nədir ? (DH- dəqiqəlik həcm, VH-vurğu həcmi, SDH- mədəciklərin son diastolik həcmi,SSH- mədəciklərin son sistolik həcmi, S- bədən səthinin sahəsi: nomoqramma vasitəsilə müəyyən olunur və ya xüsusı formula ilə hesablanır, м2)
A) vurğu həcminin bədən səthinin sahəsinə (S) nisbətidir
B) qanın dəqiqəlik həcminin bədən səthinin sahəsinə olan nisbətidir
C) vurğu həcminin mədəciklərin son sistolik həcminə nisbətidir
D) hər ürək yığılmasında mədəciklərin magistral damarlara vurduğu qanın miqdarıdır
E) vurğu həcminin mədəciklərin son diastolik həcminə nisbətinin faizlə ifadəsidir
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.,31
75) Əsas göstəricilərdən başqa ürəyin sistolik funksiyasının adekvat qiymətləndirilməsi ücün hansı əlavə göstəricilər nəzərə alınmalıdır?
1. mədəciklərin son diastolik həcmi
2. mədəciklərin son sistolik həcmi
3. mədəciklərin son diastolik təzyiqi
4. mədəciklərin vurğu həcmi
5. ümumi damar müqaviməti
A) 1, 3, 5
B) 2, 4, 5
C) 1, 2, 3
D) 1, 2, 5
E) 3, 4, 5
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.,31
76) Qanın dəqiqəlik həcmi – ürək atımı (DH) necə hesablanır? (VH-vurğu həcmi, DH- dəqiqəlik həcm, ÜVS-ürək vurğularının sayı, SDH- mədəciklərin son diastolik həcmi, AF- atım fraksiyası, % -lə)
A) DH = VH + ÜVS
B) DH = VH / ÜVS
C) DH = ÜVS + AF
D) DH = VH + ÜVS + SDH
E) DH = VH x ÜVS
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 31
77) Mədəciklərin vurğu həcmi (VH) göstəricisi necə hesablanır? (DH-ürək atımı- dəqiqəlik həcm, ÜVS-ürək vurğularının sayı, SDH-mədəciklərin son diastolik həcmi, SSH- mədəciklərin son sistolik həcmi )
A) VH = SSH + DH
B) VH =SDH - SSH
C) VH = SSH -SDH
D) VH= DH + ÜVS
E) VH =DH x ÜVS
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 31
78) Ürək indeksi göstəricisi necə hesablanır? ( VH-mədəciklərin vurğu həcmi, DH-ürək atımı- dəqiqəlik həcm, ÜVS-ürək vurğularının sayı, SDH-mədəciklərin son diastolik həcmi, SSH- mədəciklərin son sistolik həcmi, S- bədən səthinin sahəsi: nomoqramma vasitəsilə müəyyən olunur və ya xüsusı formula ilə hesablanır,m2)
A) (SDH-SSH) x 100%) / SDH
B) DH (l/dəq) / ÜVS
C) VH x 100% / SDH
D) DH / S
E) VH/ S
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.,31
79) Vurğu indeksi necə hesablanir? (VH-mədəciklərin vurğu həcmi, DH-ürək atımı- dəqiqəlik həcm, ÜVS-ürək vurğularının sayı, SDH-mədəciklərin son diastolik həcmi, SSH- mədəciklərin son sistolik həcmi, S- bədən səthinin sahəsi: nomoqramma vasitəsilə müəyyən olunur və ya xüsusı formula ilə hesablanır,m2)
A) DH / S
B) VH x 100% / SDH
C) DH / ÜVS
D) (SDH-SSH) x 100%) /SDH
E) VH / S
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 31
80) Bunlardan hansı səhvdir?
A) Frank-Starlinq mexanizmi - ürəyin qanla dolması zamanı miofibrillərin gərilməsinə cavab olаraq yığılma qüvvəsinin artması və ya ürəyin işinin artmasına cavab olaraq diastolanın kompensator uzanmasıdır
B) Laplas qanunu- ürəyin qanla dolmasının artması hesabına ürək əzələsinin gərginlik dərəcəsinin yüksəlməsidir
C) ön yüklənmə - ölcülə bilən əzələ liflərinin yığılmadan əvvəlki uzunluğu və ya mədəciklərin son diastolik həcminin ölcüsüdür
D) miokardın inоtrop (yığılma) halı - «qüvvə- sürət» aslılığı və əzələ liflərinin ilkin uzunluğu arasındakı münasibətdir
E) son yüklənmə–elə bir gərginlikdir kı, yığılma vaxtı, ürək əzələsi onu artırmalıdır
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.,33
81) Ürək atımı – vurğu həcmi və ürək əzələsinin yığılma dərəcəsi hansı əsas faktorlarla təyin edilir?
A) ön yüklənmənin ölçüsü, dromotrop halla, son yüklənmənin ölçüsü ilə
B) ön yüklənmənin ölçüsü, batmotrop halla, son yüklənmənin ölçüsü ilə
C) ön yüklənmənin ölçüsü, xromotrop halla, son yüklənmənin ölçüsü ilə
D) ön yüklənmənin ölçüsü, inоtrop hal, son yüklənmənin ölçüsü ilə
E) ön yüklənmənin ölçüsü, inotrop və xromotrop hallarla
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 33
82) Frank-Starlinq qanununa əsasən diastola zamanı mədəciklərin tam dolması (qanın son diastolik həcmi ), hələ ki, ürək əzələsi «normadan artıq acılma» həddində deyilsə nə baş vermir?
A) ancaq qanın dəqiqəlik həcminin ölçüsünün artması
B) növbəti yığılmanin gücünün artması
C) növbəti yığılmanin gücünün azalması
D) ancaq mədəciklərin vurğu həcminin ölçüsünün artması
E) mədəciklərin vurğu həcminin və qanın dəqiqəlik həcminin ölçülərinin artması
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 33
83) Önyüklənmənin ölcüsünün və mədəciklərin son diastolik həcminin müəyyən olunmasında hansı faktor vacib sayılmır?
A) diastolanın ümumi davam müddəti
B) qanın ürəyə axını
C) qanın yapışqanlığı
D) qulaqciqların yığılması
E) dövr edən qanın həcmi
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.,34
84) Ürəyə qanın axınının, müvafiq olaraq, qanın dəqiqəlik həcminin azalması, nə vaxt baş verir?
A) müayinə olunan şəxsin vertikal vəziyyətində
B) müayinə olunan şəxsin horizontal vəziyyətində
C) skelet əzələlərinin «nasos» funksiyasının artması zamanı
D) psixoemosional gərginlik zamanı
E) işlək əzələlərdə vena tonusunun artmasında
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 34
85) Ürəyin sağ şöbələrinə qanın axınının, müvafiq olaraq, qanın dəqiqəlik həcminin azalması, nə vaxt baş verir?
A) döş qəfəsi daxili təzyiqin artması zamanı (gərginləşmiş pnevmotoraks, ağ ciyərlərin obstruktiv xəstəliklərində)
B) işlək əzələlərdə vena tonusunun artması zamanı
C) skelet əzələlərinin «nasos» funksiyasının artması zamanı
D) müayinə olunan şəxsin horizontal vəziyyətində
E) psixoemosional gərginlik zamanı
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 34
86) Ürəyə qanın axını və ürək atımının azalması, nə vaxt baş verir?
A) işlək əzələlərdə vena tonusunun artması zaman
B) perikard boşluğunda təzyiqin artması zamanı (ekssudativ və ya konstriktiv perikarditlərdə, hidroperikapd zamanı)
C) psixoemosional gərginlik zamanı
D) skelet əzələlərinin «nasos» funksiyasının artması zamanı
E) müayinə olunan şəxsin horizontal vəziyyətində
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 34
Dostları ilə paylaş: |