Kardiologiya 01. 06. 2015-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Qan dövranı sistemi neçə yerə bölünür?


) Xroniki ürək çatışmazlıqlı xəstələrdə aşağıdakılardan hansı halın yaranması kəskin dekompensasiyanı xarakterizə etmir?



Yüklə 453,92 Kb.
səhifə13/40
tarix01.01.2017
ölçüsü453,92 Kb.
#4005
1   ...   9   10   11   12   13   14   15   16   ...   40

498) Xroniki ürək çatışmazlıqlı xəstələrdə aşağıdakılardan hansı halın yaranması kəskin dekompensasiyanı xarakterizə etmir?
A) kardiogen şokun

B) ağır bronxospazmın

C) kəskin bradikardiya, atrioventrikulyar blokadanın

D) kəskin ağciyər ödeminin

E) sol ön hemiblokun
Ədəbiyyat: Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010 - cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 62.
499) Aşağıdakılardan hansı xroniki sistolik ürək çatışmazlığının (XÜÇ) proqnozunun qiymətləndirilməsi markerlərinə aid deyil?
A) Vidaci venalarda təzyiqin qalxması, zirvədə III tonun mövcudluğu

B) Xəstənin bədən kütləsi, sutka ərzində istifadə edilən xörək duzunun miqdarı

C) Böyrəklərin disfunksiyası, depressiv hal

D) Etnik mənsubiyyət, XÜÇ - nın funksional sinfi

E) XÜÇ - nın isemik etiologiyalı olması və aşağı sistolik təzyiq
Ədəbiyyat: Ədəbiyyat: Болезни сердца и сосудов. Под редакцией А. Джона Кэмма и др. «ГЭОТАР - Медиа», 2011, стр. 1419


500) Aşağıdakılardan hansı ilk dəfə baş verən stenokardiyanın nəticəsi ola bilər?

A) sabit stenokardiyaya keçid

B) miokard infarktının inkişafı

C) qəfləti ölüm, klinik sağalma, miokard infarktının inkişafı, sabit stenokardiyaya keçid

D) klinik sağalma

E) qəfləti ölüm


Ədəbiyyat: Метелица В.И. Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. - 2-е изд., перераб. И доп. - М.: Издательство БИНОМ - СПб.: Невский диалект, 2002. - 926с.

501) Miokardın keçici transmural işemiyası üçün hansı səciyyəvidir?

A) Patoloji Q dişciyi

B) T dişciyinin simmetrik mənfi olması

C) ST seqmentinin qalxması

D) T dişciyinin simmetrik mənfi olması, ST seqmentinin qalxması, patoloji Q dişciyi

E) ST seqmentinin depressiyası


Ədəbiyyat: Орлов.В.Н. Руководство по электрокардиографии. -5-е.стер.изд. - М.: «Медицинское информационное агентство», 2006

502) Vazospastik stenokardiyası olan xəstələrdə daha çox effektiv olan preparat hansıdır?

A) beta-blokatorlar

B) nitratlar

C) kalsium antaqonistləri

D) sinus düyünün blokatoru

E) diuretiklər


Ədəbiyyat: Метелица В.И. Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. - 2-е изд., перераб. И доп. - М.: Издательство БИНОМ - СПб.: Невский диалект, 2002. - 926с.

503) Yanaşı gedən arterial hipertenziya ilə birlikdə ÜİX olan xəstələrdə daha çox hansı preparata üstünlük vermək lazımdır?

A) nitratlar

B) beta-blokatorlar

C) kalium kanalların aktivatorları

D) kalsium antaqonistləri

E) sinus düyünün blokatoru


Ədəbiyyat: Метелица В.И. Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. - 2-е изд., перераб. И доп. - М.: Издательство БИНОМ - СПб.: Невский диалект, 2002. - 926с.

504) Hansı preparat kalsium antaqonistlərinə aiddir?

A) dipiridamol

B) enalapril

C) nebivolol

D) metoprolol

E) diltiazem


Ədəbiyyat: Метелица В.И. Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. - 2-е изд., перераб. И доп. - М.: Издательство БИНОМ - СПб.: Невский диалект, 2002. - 926с.

505) Sistematik qəbul nəticəsində hansı preparata qarşı tolerantlıq (həssaslığın azalması) inkişaf edə bilər?

A) AÇF inhibitorlarına

B) beta-blokatorlara

C) Angiotenzin II reseptorlarının blokatorlarına

D) nitratlara

E) kalsium antaqonistlərinə


Ədəbiyyat: Метелица В.И. Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. - 2-е изд., перераб. И доп. - М.: Издательство БИНОМ - СПб.: Невский диалект, 2002. - 926с.

506) Nitratlara qarşı tolerantlıq inkişaf edərsə, lazımı effekti almaq üçün müalicəni hansı müddətə kəsmək lazımdır?

A) 2-3 həftəyə

B) 6 aya

C) bir neçə günlüyə

D) terapevtik "pəncərə" yaratmaq

E) 3 aya
Ədəbiyyat: Метелица В.И. Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. - 2-е изд., перераб. И доп. - М.: Издательство БИНОМ - СПб.: Невский диалект, 2002. - 926с.



507) Hansı qrup dərman preparatlarının qəbulu başağrısını törədə bilər?

A) beta-blokatorlar

B) AÇF inhibitorları

C) nitratlar

D) dihidropiridin qrupu kalsium antaqonistləri

E) nitratlar və dihidropiridin qrupu kalsium antaqonistləri


Ədəbiyyat: Метелица В.И. Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. - 2-е изд., перераб. И доп. - М.: Издательство БИНОМ - СПб.: Невский диалект, 2002. - 926с.

508) Hansı qrup dərman preparatlarının qəbulu topuqların ödemi kimi əlavə təsir törədə bilər?

A) angiotenzin II reseptorlarının blokatorları

B) AÇF inhibitorları

C) dihidropiridin qrupu kalsium antaqonistləri

D) beta-blokatorlar

E) nitratlar


Ədəbiyyat: Метелица В.И. Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. - 2-е изд., перераб. И доп. - М.: Издательство БИНОМ - СПб.: Невский диалект, 2002. - 926с.

509) Hansı qrup dərman preparatları lipoproteid mübadiləsinə mənfi təsir göstərir?

A) nitratlar

B) beta-blokatorlar

C) dihidropiridin qrupu kalsium antaqonistləri

D) angiotenzin II reseptorlarının blokatorları

E) AÇF inhibitorları


Ədəbiyyat: Метелица В.И. Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. - 2-е изд., перераб. И доп. - М.: Издательство БИНОМ - СПб.: Невский диалект, 2002. - 926с.

510) AV keçiriciliyi ləngidən antianginal dərman preparatlarının qrupu hansıdır?

A) dihidropiridin qrupu kalsium antaqonistləri

B) beta-blokatorlar

C) angiotenzin II reseptorlarının blokatorları

D) AÇF inhibitorları

E) nitratlar


Ədəbiyyat: Метелица В.И. Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. - 2-е изд., перераб. И доп. - М.: Издательство БИНОМ - СПб.: Невский диалект, 2002. - 926с.

511) İdiopatik subaortal stenozu olan sabit stenokardiyalı xəstələrdə antianginal dərmanlardan hansı əks göstərişdir?

A) Fenilakilamin qrupuna mənsub kalsium antaqonistləri

B) Antikoaqulyantlar

C) Diuretiklər

D) β-blokatorlar

E) Nitratlar


Ədəbiyyat: Метелица В.И. Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. - 2-е изд., перераб. И доп. - М.: Издательство БИНОМ - СПб.: Невский диалект, 2002. - 926с.

512) IV FS sabit stenokardiyanın əlamətləri hansılardır?

A) çox böyük fiziki yükdən sonra ağrıların başlanması

B) spontan stenokardiya tutmasının baş verməsi

C) hər hansı fiziki yükdən sonra ürək nahiyəsində ağrıların başlanması

D) nitroqliserinin təsirinin olmaması

E) 1 mərtəbədən çox məsafə qət etdikdə ağrıların başlanması


Ədəbiyyat: Кардиология : национальное руководство / под ред. Ю.Н.Беленкова, Р.Г.Оганова. - М. : ГЕОТАР - Медиа, 2007.

513) Proqressivləşən (qeyri-sabit) stenokardiyası olan xəstələrdə aşağıdakı əlamətlərdən hansı qeyd edilir?

A) nitroqliserinin təsirinin azalması

B) tutmaların yüngül fiziki yükdən sonra əmələ gəlməsi, sakit halda stenokardiya tutmasının əmələ gəlməsi, stenokardiya tutmalarının müddətinin uzanması, nitroqliserinin təsirinin azalması

C) stenokardiya tutmalarının müddətinin uzanması

D) tutmaların yüngül fiziki yükdən sonra əmələ gəlməsi

E) sakit halda stenokardiya tutmasının əmələ gəlməsi


Ədəbiyyat: Метелица В.И. Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. - 2-е изд., перераб. И доп. - М.: Издательство БИНОМ - СПб.: Невский диалект, 2002. - 926с.

514) ÜİX ilə yanaşı bradikardiyası olan xəstələrə hansı preparatdan istifadə məqsədəuyğundur?

A) dihidropiridin qrupundan olan kalsium antaqonistləri

B) fenilalkilamin qrupundan olan kalsium antaqonistləri

C) benzotiazepin qrupundan olan kalsium antaqonistləri

D) qlikozidlər

E) beta-blokatorlar


Ədəbiyyat: Метелица В.И. Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств. - 2-е изд., перераб. И доп. - М.: Издательство БИНОМ - СПб.: Невский диалект, 2002. - 926с.

515) Miokard infarktı keçirmiş ÜİX olan xəstələrdə ürək çatmamazlığının inkişafına aşağıdakılardan hansı səbəb ola bilər?

A) atım fraksiyasının azalması

B) sol mədəciyin anevrizmasının formalaşması

C) sol mədəciyin anevrizmasının formalaşması, papilyar əzələlərinin disfunksiyası nəticəsində mitral çatmamazlığın inkişafı, keçirilmiş infarkt sahəsinin böyük olması, atım fraksiyasının azalması

D) papilyar əzələlərinin disfunksiyası nəticəsində mitral çatmamazlığın inkişafı

E) keçirilmiş infarkt sahəsinin böyük olması


Ədəbiyyat: Кардиология : национальное руководство / под ред. Ю.Н.Беленкова, Р.Г.Оганова. - М. : ГЕОТАР - Медиа, 2007.

516) Hansı hallarda ambulator EKQ monitorlamanın aparılması vacibdir?

A) aritmiya, vazospastik stenokardiya və normal fiziki yük sınağından sonra stenokardiyaya şübhə

B) vazospastik stenokardiyaya şübhə

C) miokard infarktına şübhə

D) aritmiyaya şübhə

E) normal fiziki yük sınağından sonra stenokardiyaya şübhə


Ədəbiyyat: Кардиология : национальное руководство / под ред. Ю.Н.Беленкова, Р.Г.Оганова. - М. : ГЕОТАР - Медиа, 2007.

517) Avropa Kardioloqlar Cəmiyyətinin tövsiyyəsinə əsasən statin müalicəsi sabit stenokardiyalı xəstələrdə aterosklerotik ürək-damar xəstəlikləri riskini nə qədər azaldır?

A) 20%


B) 5%

C) 40%


D) 10%

E) 30%
Ədəbiyyat: Метелица В.И. «Справочник по клинической фармакологии сердечно-сосудистых лекарственных средств » 2005 - 1528 с



518) Aşağıdakılardan hansı “ Prinsmetal stenokardiyası ” - vazospastik stenokardiyaya aid deyildir?

A) Kalsium antaqonistlərinin dihidropiridin qrupuna aid dərmanlar ağrını götürür

B) ST seqmentinin qalxması yalnız ağrı zamanı müşahidə olunur

C) Adətən sakitlik vaxtı, əsasən yuxuda baş verir

D) Nitratların təsirindən çox hallarda ağrı keçmir

E) Fiziki gərginliklə əlaqədardır


Ədəbiyyat: Шлант Р. К., Александер Р.В. Клиническая кардиология. Пер. с англ. - М.; СПб.: «Издательство БИНОМ» - «Невский диалект», 1998. - 576 с., ил.

519) Normada sol mədəcik miokardının qalınlığı nə qədərdir?
A) 7-8 mm

B) 8-9 mm

C) 6-7 mm

D) 4-5 mm

E) 5-6 mm
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 13
520) Aşağıdakılardan hansı ürəyin funksiyasına aid deyildir?
A) avtomatizm

B) oyanma

C) yığılma

D) keçiricilik

E) inteqrativ-koоrdinasion
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 15
521) Miokardın inotrop (yığılma) vəziyyətinin müəyyən olunmasında hansı faktor vacib sayılmır?

1.ümumi damar müqavimətinin ölcüsü

2.ağciyər damar müqavimətinin ölcüsü

3.aorta və ağ ciyər arteriyasında qan təzyiqinin həddi

4. miokardın yığılmasını zəiflədən patoloji hallar

5. miokardın fəaliyyətdə olan kütləsi
A) 2, 3, 5

B) 2, 4, 5

C) 1, 3, 5

D) 1, 2, 3

E) 1, 2, 4
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 34
522) Müsbət xronotrop effect ürəyə necə təsir edir?
A) ürək əzələsinin oyanması və ürək vurğularının sayı artır

B) qulaqcıq və mədəcik yığılmalarının qüvvəsi və sürəti artır

C) miokardın yığılma qabiliyyəti yüksəlir, ürək vurğularının sayı artır

D) atrioventrikulyar düyündə elektrik impulslarının keçiriciliyi artır

E) ürək əzələsinin oyanması artır
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 40
523) Hansı faktorlar endoteldən aslı vazadilatasion faktor olub damar tonusuna və trombositlərin aqreqasiyasına təsir edirlər?

1. Boşaldıcı endothelial faktorlar (azot oksidi, NO)

2. Prostasiklin PGI2

3. Endotelial hiperpolyarizəedici faktorlar (EHPF)

4. Endotelin -1 (ЕТ1)

5. Toxuma angiotenzini II (АII)
A) 2, 3, 5

B) 2, 4, 5

C) 1, 2, 3

D) 1, 2, 4

E) 1, 2, 5
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр 47-50
524) Əsas endoteldən aslı vazokonstriktor damar tonusunu, trombositlərin aqreqasiyasını və qanın laxtalanmasını artıran maddələrə nə aiddir?

1. Endotelin-1 (ЕТ1)

2. Toxuma angiotenzini II (АII)

3. Tromboksan А2, prostoqlandin PGH2

4. Boşaldıcı endotelial faktorlar (azot oksidi, NO)

5. Prostasiklin PGI2
A) 2, 4, 5

B) 1, 2, 3

C) 1, 3, 5

D) 1, 2, 5

E) 3, 4, 5
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.,49
525) Əsas risk faktrorları olan hiperlipidemiya, arterial hipertoniya və tütün çəkmək ayrılıqda hər biri ürəyin işemik xəstəliyi olan xəstələrdə ölümü neçə dəfə artırır?
A) 6

B) 4


C) 5

D) 2


E) 3
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 353
526) Əsas risk faktrorları olan hiperlipidemiya, arterial hipertoniya, tütün çəkmək birliyi ürəyin işemik xəstəliyi olan xəstələrdə ölümü neçə dəfə artırır?
A) 5

B) 4


C) 3

D) 2


E) 6
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 353
527) Aterosklerotik kardiosklerozlu xəstələrdə əsas risk faktorlarının təsirinin azalması və ya tam aradan qaldırılmasına yönəldilmiş aktiv tədbirlər, qanuna uyğun olaraq əsasən hansı xəstəliklərin tezliyinin azalmasıyla müşayiət olunmur?
A) miokard infarktının

B) kəskin koronar sindromunun

C) qəfləti ürək ölümünün

D) beyin insultunun

E) vazospastik stenokardiyanın
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр.353
528) Ürəyin işemik xəstəliyinin xüsusi forması olan mikrovaskulyar stenokardiyanın (“Х-sindromu”) meydana gəlməsinin əsasında duran disfunksiya nə ilə xarakterizə olunmur?
A) Iri (epikardial) koronar arteriyalarda tipik aterosklerotik dəyişikliklərin olması ilə

B) Proksimal yerləşmiş koronar arteriyalarda nəzərə çarpan funksional və morfoloji pozğunluğun mövcud olmaması ilə

C) Distal yerləşmiş koronar arteriyalarda nəzərəçarpan funksional pozğunluğun olması ilə

D) Sol koronar arteriyanın əsas şaxəsində aterosklerotik dəyişikliklərin olmaması ilə

E) Distal yerləşmiş koronar arteriyalarda nəzərəçarpan morfoloji pozğunluğun olması ilə
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 380
529) Ürəyin xroniki işemik xəstəliyinin uzun müddətli “ləng” kalsium kanalları blokatorları - benzotiazepin törəmələri ilə müalicəsi hansı hallarda məsləhət deyil?
A) Qoca və ahıl yaşlı gərginlik stenokardiyası olan şəxslərdə (kliniki vəziyyətlərdən asılı olaraq) və Prinsmetal vazospastik stenokardiyasında

B) Sinus bradikardiyası, sinus düyününün zəifliyi sindromu (SDZS), I dərəcəli atrioventrikulyar (AV) blokada gərginlik stenokardiyası ilə müştərək olduqda və zəif ürək catışmazlığının əlamətlərində

C) Əsasən simpatik-adrenal sistemin hiperaktivasiyası fonunda sinus taxikardiyasına meyillik olan gərginlik stenokardiyası və arterial hipertenziyada

D) Hiperlipidemiya və ya şəkərli diabet, həmçinin aşağı ətraf damarlarının obliterə olunmuş aterosklerozu ilə müştərək olan gərginlik stenokardiyasında

E) Gərginlik stenokardiyası və arterial hipotenziya ilə xroniki ürək catışmazlığının IIB-III mərhələsinin müştərək olmasında
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 445
530) Ürəyin işemik xəstəliyində ürək əzələsinin hansı funksiyasının pozğunluğu ən erkən hesab olunmur və onun yaranma səbəbinə aid deyil?
A) Diastolik disfunksiya hesabına Са2+-ın sarkoplazmatik retikuluma və hüceyrəarası mühitə geri qayıtmasının pozulması

B) Diastolik disfunksiya hesabına ürək əzələsinin rigidliyinin artması, aterosklerotik və postinfarkt kardiosklerozun mövcudluğu

C) Diastolik disfunksiya hesabına sol mədəcik miokardının kompesator hipertrofiyası

D) Diastolik disfunksiya hesabına aktiv diastolik boşalma prosesinin əhəmiyyətli zəifləməsi

E) Sistolo - diastolik disfunksiya hesabına ürək əzələsinin rigidliyinin zəifləməsi və sol mədəcik miokardının kompesator hipertrofiyası və dilatasiyası
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. , 384.
531) Ürəyin işemik xəstəliyində sol mədəciyin sistolik disfunksiyası hansı halda inkişaf etmir?
A) Miokardın işemiyası hesabına ürək əzələsinin rigidliyinin artmasında

B) Makroergik birləşmə ehtiyatının tükənməsi və ion nasosunun zədələnməsində

C) Makroergik birləşmələrin nəzərə çarpan defisitində

D) Са2+-in yığılma qabiliyyətli zülallara daşınmasının pozulmasında

E) Aktın - miozinin qarşılıqlı təsirinin pozulmasında
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. , 384
532) Hal hazırda praktikada istifadə olunan ürəyin işemik xəstəliyinin təsnifatına hansı klinik forma daxil deyil?
A) Stenokardiya

B) Mikrovaskulyar stenokardiya (“Х sindromu”)

C) Qəfləti ürək ölümü (ürəyin ilkin dayanması)

D) Aterosklerotik kardioskleroz

E) Miokardın ağrısız işemiyası
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. , 384
533) Ürəyin işemik xəstəliyi olan xəstələrdə aşağıdakılardan hansı β - adrenoblokatorların təsirinə aid deyil?
A) diastolanın davam müddətinin artması

B) müsbət inotrop

C) koronar təhcizatın cüzi artması

D) qismən xronotrop effekt

E) katexolaminlərin hüceyrə reseptorlarının təsirinə mane olması
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 440 - 441
534) β - adrenoblokatorların qəbulunun birdən kəsilməsi (ləğv edilmə sindromu) nə ilə müşayiət olunmur?
A) tremorla

B) taxikardiya ilə

C) baş ağrısı ilə

D) yuxululuqla

E) oyanma ilə
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 443
535) Kalsium kanallarının blokatorları - difenilalkilamin törəmələri (verapamil) hansı xüsusiyyətə malik deyil?
A) mənfi inotrop təsirə

B) sinoaurikulyar düyünün funksiyasını zəiflədilməsinə

C) durğunlug ürək çatışmazlığının dərinləşməsinə

D) atrioventrikulyar düyünün keçiriciliyinin zəiflədilməsinə

E) müsbət batmotrop təsirə
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 444, 445
536) Stabil stenokardiyalı xəstələrin müalicəsində anaprilinin (propranolol) sutkalıq dozası (mq) nə qədərdir?
A) 320-420

B) 220-320

C) 60-160

D) 160-220

E) 20-60
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.443; В. И. Метелица «Справочник кардиолога по клинической фармакологии сердечно-сосудистых лекарственных средств» 2005г., стр.69,70.
537) Mikrovaskulyar stenokardiya (“Х sinromu”) nədir?
A) iri koronar damarlarda (epikardial) aterosklerotik dəyişiklik olmadan, kiçik arteriyaların funksional və morfoloji pozğunluqlarıdır

B) sakit halda miokardın hipoperfuziyası nəticəsində koronar damarlarda qan axınının həcm sürətinin azalmasıdır

C) stenokardiya ilə müşayiət olunmayan miokardın perfuziya və elektrik aktivliyinin geri dönən pozğunluğudur

D) sol mədəciyin işemiyadan sonrakı disfunksiya vəziyyətinin dəyişməz qalmasıdır (koronar qan dövranın bərpa olunmasına baxmayaraq)

E) kəskin miokard infarktın yaranmasına şübhələnməyə əsas verən klinik əlamətlər və simptomlardır
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 460. V. Ə.Əzizov səh.192
538) Hibernasiyalı miokarda nə aid deyil?
A) çoxlu damar zədələnməsi olduğu halda, miokardın qeridönməz zədələnməsinin olmaması

B) koronar qan axınının davamlı zəifləməsi şəraitində miokardın xroniki yığılma disfunksiyası

C) aktivliyi aşağı olan miokardla (miokard elə bil yuxudadır) ona oksigen çatdırılması arasındaki balansın saxlanılması

D) adekvat qan təhcizatını bərpa olunan kimi yığılma funksiyasının da bərpa olunması

E) ağır işemiya dövründən sonra (nekrozsuz) miokardın uzun müddətli sistolik disfunksiyasının saxlanılması (hətta normal koronar axın bərpa olunduqda belə)
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 460.V.Ə.Əzizov səh.192
539) “Karlaşmış” miokarda nə aid deyil?
A) funksiyanın bərpa mexanizmi kardiomiositlərin kalsiumla yüklənməsi və sərbəst radikalların toplanması ilə əlaqədar ola bilər

B) koronar qan axınının davamlı zəifləməsi şəraitində miokardın xroniki yığılma disfunksiyası (işemiyasız)

C) karlaşmanın dərinliyi öncə keçirilmiş işemiyanın dərəcəsi ilə proporsionaldır

D) funksional, biokimyəvi və ultrastruktur işemik dəyişikliklərin qeri dönməsi və yığılma funksiyasının yavaş - yavaş bərpa olunması

E) hətta normal koronar axın bərpa olunduqda belə, ağır işemiya dövründən sonra (nekrozsuz) miokardın uzun müddətli sistolik disfunksiyasının saxlanılması
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 460. V. Ə. Əzizov səh.192.
540) Ürəyin ağrısız işemiyasını təsdiq etməyən hansı fikirdır?
A) ExoKQ və miokardın ssintiqrafiyası ilə müəyyən olunur

B) Çox vaxt stenokardiya tutmaları gecə yarısı baş verir və qorxu hissi ilə müşahidə olunur

C) 20 - 40% stenokardiyalı və kəskin koronar sindromlu xəstələrdə baş verir

D) Xəstə tərəfindən ağrı hiss olunmur, nə klassik, nə də digər stenokardik əlamətlər törətmir

E) EKQ və Xolter monitorinqi ilə müəyyən olunur
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 460.V.Ə.Əzizov səh.191
541) Mikrosirkulyator pozğunluğun korreksiyası və ağır ağ ciyər ödemi meydana çıxan xəstələrin koronar damarlarında sonrakı tromb əmələ gəlmənin qarşısını almaq üçün hansı preparatın istifadəsi məqsədə uyğun deyil?
A) Heparinin

B) Klopidoqrelin

C) Aspirinin

D) Absiksimabın

E) K vitaminin
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 567.


Yüklə 453,92 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin