866) “X sindromlu” xəstələrin təqribən yarısında nitratlar effektiv olur və əgər bunlar effektiv deyilsə, onda hansı preparatlar əlavə olunmalıdır?
A) Nitratlara bənzər preparatlar (molsidomin) və ya kalium kanalları aktivatorları
B) Kalsium antaqonistləri və ya β-adrenoblokatorlar (bəzi hallarda trimetazidin)
C) Natrium kanallaranın blokatorları və ya β-adrenoblokatorlar
D) Kaliun kanallarının blokatorları və ya angiotezin çevirici fermentin inhibitorları (bəzi hallarda if inhibitorları)
E) Sinus düyünü inhibitorları və ya antitrombositar preparatlar
Ədəbiyyat: Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 32
867) Son zamanlar stenokardiya simptomlarını və işemiya əlamətlərinin (gizli işemiya daxil olmaqla) aradan qaldırılmasında əlavə hansı antiişemik preparatlardan istifadə olunur?
A) Kalium kanalları aktivatorları
B) Birbaşa renin inhibitorları
C) Α-adrenerqik blokatorlar
D) Α-adrenergik antaqonistlər
E) Sinus düyününün inhibitorları
Ədəbiyyat: Ədəbiyyat: Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 22
868) Tienopiridin qrupundan olan klopidoqrel hansı hallarda aspirinə alternativ təyin edilə bilər?
A) kəskin koronar sindromundan sonra
B) stent implantasiyası olan xəstələrdə
C) aspirinə qarşı allergiya olduqda
D) səyirici aritmiyanın taxisistolik formasında
E) anamnezində WPW (Volf - Parkinson - Vayt) sindromu olanlarda
Ədəbiyyat: Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009 - cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 20
869) Tienopiridin qrupundan olan klopidoqrel hansı hallarda aspirinə əlavə olaraq təyin edilir?
A) stent implantasiyası olan xəstələrdə
B) anamnezində Klеrk - Levi - Kristesko (СLС) sindromu olanlarda
C) səyrici aritmiyanın paroksizmində
D) supraventikulyar taxikardiyalarda
E) mədəcik taxikardiyalarında
Ədəbiyyat: Ədəbiyyat: Sabit stenokardiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009 - cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 20
870) Sakit halda EKQ - sı qeyri normal olan ürəyin işemik xəstəliklərinin hansı pozğunluğunda stress sınaqları diaqnostik baxımdan əhəmiyyətli və informativ olur?
A) Uzun müddət digitalis preparatlarının qəbulu zamanı
B) Miokardın perfuziya pozğunluğunda
C) WPW (Volf - Parkinson - Vayt) sindromu olduğu halda
D) Kardiostimulyator ritmində
E) Mədəcikdaxili keçiriciliyin pozulmasında
Ədəbiyyat: Ədəbiyyat: Sabit stenokardiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009 - cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 15
871) Exokardioqrafiya və perfuzion ssintiqrafiya stress təsvir metodlarının adi fiziki yük EKQ sınağından üstün olmayan cəhəti nədir?
A) Yüksək diaqnostik və proqnostik əhəmiyyətə malik olması
B) Fiziki yük sınağının aparılması mümkün olmayan xəstələrdə diaqnostik əhəmiyyətliliyi
C) Agciyər arteriyasının tromboemboliyasında yüksək diaqnostik əhəmiyyətliliyi
D) İşemiya sahələrinin lokalizasiya etibarilə təyininin mümkünlüyü
E) Ritm pozğunluğu növlərinin təyinində informativ olması
Ədəbiyyat: Ədəbiyyat: Sabit stenokardiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009 - cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 16
872) Ürəyin işemik xəstəliyinin kəskinləşməsi olan xəstələrdə klinik riskin ilkin qiymətləndirilməsi və müalicə taktikasının seçilməsi üçün zəruri olan kəskin koronar sindromu diaqnozu sonradan hansı diaqnozla əvəz oluna bilər?
A) qeyri - sabit stenokardiya ilə
B) aterosklerotik kardiosklerozla
C) kiçik ocaglı infarktla
D) infarktdan sonrakı kardiosklerozla
E) kəskin ocaglı distrofiya ilə
Ədəbiyyat: Ədəbiyyat: Kəskin koronar sindromun diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 27 fevral 05 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2012, . Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 27 fevral 05 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2012, səh. 8
873) Avropa statistikasına görə kəskin koronar sindromlu ST seqmentinin qalxması olmayan xəstələrin illik rast gəlmə tezliyi ST seqmentinin qalxması olan xəstələrə nisbəti necədir?
A) ST-nın qalxması olan və miokardın infarktı ilə nəticələnənlər daha çoxdur
B) Xəstəliyin ilk altı ayında ST-nın qalxması olmayanlar daha çox, sonrakı altı ayda isə azdır
C) ST-nın qalxması olmayanlar daha azdır
D) ST-nın qalxması olmayan xəstələr daha çoxdur
E) ST-nın qalxması olmayan və ST-nın qalxması ilə gedən miokardın infarktı ilə nəticələnənlər bərabərdir
Ədəbiyyat: Ədəbiyyat: Kəskin koronar sindromun diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 27 fevral 05 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2012, . Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 27 fevral 05 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2012, səh. 8
874) ST-seqmentinin qalxması olmayan kəskin koronar sindromu ilə il ərzində xəstəxanaya olan qəbul hər 1000 nəfər əhaliyə neçə nəfər düşür?
A) 12
B) 10
C) 3
D) 6
E) 8
Ədəbiyyat: Kəskin koronar sindromun diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 27 fevral 05 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2012, səh. 8
875) Xəstəxanaya sağ çatan xəstələr arasında ST - seqmentinin qalxması olmayan kəskin koronar sindromlu xəstələrin 4 il ərzində olan ölüm faizi, ST - seqmentinin qalxması ilə gedən miokard infarktlı xəstələrə nisbətən neçə dəfə çoxdur?
A) 3
B) 2
C) 8
D) bərabərdir
E) 6
Ədəbiyyat: Ədəbiyyat: Kəskin koronar sindromun diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 27 fevral 05 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2012, . AzRSN. Вакı, 2012. Səh 8
876) Kəskin koronar sindromu diaqnozu hansı müayyinə metodu əsasında aparılır?
A) Exo KQ
B) EKQ
C) Fono KQ
D) Maqnit rezonans
E) Kompyuter tomoqrafiya
Ədəbiyyat: Ədəbiyyat: Kəskin koronar sindromun diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 27 fevral 05 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2012, . AzRSN. Вакı, 2012. Səh 10
877) Hansı klinik əlamətlər ST - seqmentinin qalxması olmayan kəskin koronar sindromlu xəstələrdə aid deyil?
A) Miokardın infarktından sonrakı stenokardiya ağrıları
B) Sakit halda əmələ gələn davamlı ağrılar (20 dəqiqədən artıq)
C) Yalnız fiziki gərqinlikdə 1 - 3 dəqiqə müddətində əmələ gələn stenokardiya ağrıları
D) III funksional sinifə uyğun olan ilk dəfə baş verən stenokardiya ağrıları
E) Ən azı III funksional sinifə keçməsi ilə nəticələnən proqressivləşmiş stenokardiya ağrıları
Ədəbiyyat: Ədəbiyyat: Kəskin koronar sindromun diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 27 fevral 05 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2012, . AzRSN. Вакı, 2012. Səh 10
878) ST - seqmentinin qalxması olmayan kəskin koronar sindromlu xəstələrin neçə faizində sakit halda əmələ gələn davamlı ağrılar (20 dəqiqədən artıq) müşahidə edilir?
A) 20
B) 90
C) 80
D) 40
E) 60
Ədəbiyyat: Ədəbiyyat: Kəskin koronar sindromun diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 27 fevral 05 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2012, . AzRSN. Вакı, 2012. Səh 10
879) ST seqmentinin qalxması olmayan kəskin koronar sindromlu xəstələrin neçə faizində proqressivləşən stenokardiya təsadüf edilir?
A) 80
B) 60
C) 40
D) 20
E) 10
Ədəbiyyat: Ədəbiyyat: Kəskin koronar sindromun diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 27 fevral 05 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2012, . AzRSN. Вакı, 2012. Səh 10
880) Aşağıdakı hallardan hansı ST seqmentinin qalxması olmayan kəskin koronar sindromlu xəstələrin tipik klinik təzahürlərinə aid deyil?
A) çənəyə yayılan fasiləli (adətən bir neçə dəqiqə davam edən) və davamlı ağrılar
B) döş sümüyü arxasında sıxılma
C) döş sümüyünün sol tərəfində nöqtəvari davamlı ağrılar
D) sol qola və boyuna yayılan fasiləli (adətən bir neçə dəqiqə davam edən) və davamlı ağrılar
E) döş sümüyü arxasında yandırıcı fasiləli (adətən bir neçə dəqiqə davam edən) və davamlı ağrılar
Ədəbiyyat: Kəskin koronar sindromun diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 27 fevral 05 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2012, . AzRSN. Вакı, 2012. Səh 10
881) Simptomları olmayan xəstələrlə qarşılaşdıqda ürəyin işemik xəstəliyi və həmçinin ST seqmentinin qalxması olmayan kəskin koronar sindromu diaqnozunun qoyulma ehtimalını artıran klinik meyarlara aşağıdakılardan hansı aid deyil?
A) ahıl yaş
B) periferik arteriyaların aterosklerozu
C) kişi cinsi
D) yuxu arteriyasının aterosklerozu
E) aşağı ətraf venalarının tromboflebiti
Ədəbiyyat: Ədəbiyyat: “Kəskin koronar sindromun diaqnostika və müalicəsi üzrə klinik protokol”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 27 fevral 05 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2012, səh 12
882) GRACE və TIMI TQ - ın risk hesablamaları əsasında aparılan kəskin koronar sindromlu xəstələrdə klinik riskin qiymətləndirilməsi dedikdə nə başa düşülür? ( GRACE - Kəskin Koronar Halların Qlobal Registri , TIMI TQ - Miokard Infarktında Trombolizis üzrə Tədqiqat Qrupu)
A) Miokard infarktın baş verməsi, təkrarlanması və ölüm riski
B) Davamlı stenokardiya ağrıları və anamnezində ürəyin dayanması kimi klinik göstəricinin olması
C) ST - nın qalxması olmadığı halda miokard infarktla nətiçələnmə tezliyi
D) ST - nın qalxmasının olması və tez - tez ölüm qorxususunun baş verməsi
E) Qanın laxtalanmasının yüksək olması fonunda ST - nın qalxması
Ədəbiyyat: Ədəbiyyat: “Kəskin koronar sindromun diaqnostika və müalicəsi üzrə klinik protokol”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 27 fevral 05 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2012, səh 12
883) ST - seqmentinin qalxması ilə gedən və miokard infarktı ilə nəticələnən kəskin koronar sindromun diaqnostik alqoritminə hansı dəyişikliklər aid deyil?
A) Döş qəfəsində ağrılar
B) EKQ - da ST/T dəyişiklikləri
C) Normal və ya qeyri - müəyyən EKQ
D) EKQ - da ST - seqmentinin davamlı qalxması
E) Biokimyəvi müayinədə troponin və kreatinfosfokinaza MB - ın yüksəlməsi
Ədəbiyyat: Ədəbiyyat: “Kəskin koronar sindromun diaqnostika və müalicəsi üzrə klinik protokol”. AzRSN. Вакı, 2012. Səh 12. V. Ə. Əzizov, “Daxili xəstəliklər”, İ - cild Kardiologiya, Bakı, 2007, Səh. 196
884) ST seqmentinin qalxması olmayan miokard infarktlı (və ya qeyri - sabit stenokardiya) xəstələrdə kəskin koronar sindromun diaqnostik alqoritminə hansı dəyişiklik aid deyil?
A) Döş qəfəsində ağrılar
B) Qeyri - müəyyən EKQ
C) EKQ - də ST - nın davamlı qalxması
D) Biokimyəvi müayinədə troponinin normal olması və ya düşməsi
E) EKQ - da ST/T dəyişiklikləri
Ədəbiyyat: Ədəbiyyat: “Kəskin koronar sindromun diaqnostika və müalicəsi üzrə klinik protokol”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 27 fevral 05 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2012, səh 12
885) Qeyri-sabit stenokardiyalı xəstələrdə diaqnostik meyarlara hansı dəyişiklik aid deyil?
A) ST - seqmentinin elevasiyasiyası və miokardial iltihab markerlərin yüksəlməsi
B) Kreatininin səviyyəsi, xəstəxanaya qəbulda Killip sinfi
C) ST - seqmentinin depressiyası və yüksəlmiş miokardial nekroz markerləri
D) Yaş, ürək vurğularının sayı, sistolik arterial təzyiq
E) Ürəyin dayanmasının klinik və EKQ göstəriciləri
Ədəbiyyat: Ədəbiyyat: “Kəskin koronar sindromun diaqnostika və müalicəsi üzrə klinik protokol”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 27 fevral 05 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2012, səh 13
886) ST - seqmentinin qalxması olmayan kəskin koronar sindromlu xəstələrdə qayıdan döş qəfəsi ağrıları və digər simptomlar olan hallarda EKQ - nın çəkilməsi nə vaxt məsləhətdir?
A) 24 və 36 - cı saatda və xəstələrin evə yazılmasından 72 saat sonra
B) Daxil olduqda və xəstələrin evə yazılmasından 24 saat sonra
C) Ən azı 6 və 24 - cü saatda və xəstələrin evə yazılmasından əvvəl
D) 2 və 3 - cü saatda və xəstələrin evə yazılmasından 48 saat sonra
E) Ən azı 12 və 18 - ci saatda və xəstələrin evə yazılmasından 7 gün sonra
Ədəbiyyat: Ədəbiyyat: “Kəskin koronar sindromun diaqnostika və müalicəsi üzrə klinik protokol”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 27 fevral 05 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2012, səh 15
887) Əgər EKQ - da ST - seqmentinin enməsi qeydə alınan aparmaların sayı, onun klinik əlamətləri işemiyanın yayılmasını, ağırlığını göstərirsə və proqnozla korrelyasiya edirsə, onda aşagıdakılardan hansını uyğun hesab etmək olmaz?
A) ST - nın enməsinin >1 mm - dən (çox) olması daha mühüm əhəmiyyətə malikdir və 1 il ərzində 11% hallarda miokardın infarktı və ölümlə müşayiət olunur
B) ST - nın >2 mm - dən (çox) enməsi ölüm riskinin təxminən 6 dəfədən çox olmasına səbəb olur
C) Ətraf aparmalarının hər hansı birində ST - nın >0, 5 mm - dən (çox) enməsi ölüm riskini təqribən 2 dəfə çoxaldır
D) ST - nın enməsi, keçici ST - nın qalxması ilə kombinasiyada, həmçinin yüksək riski müəyyən edir
E) İki və daha artıq qonşu aparmalarda ST - nın >0, 5 mm - dən (çox) enməsi ST seqmentinin qalxması olmayan kəskin koronar sindromu fikrinə yönəldir və proqnoza təsir edir
Ədəbiyyat: Ədəbiyyat: “Kəskin koronar sindromun diaqnostika və müalicəsi üzrə klinik protokol”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 27 fevral 05 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2012, səh 15
888) Ön döş aparmalarında T dişinin dərin simmetrik inversiyası əsasən hansı koronar arteriyanın əhəmiyyətli stenozu ilə əlaqəlidir?
A) sol koronar arteriyanın əsas şaxəsinin və ya sol ön enən koronar arteriyanın proksimal hissəsinin
B) sol ön enən koronar arteriyanın distal hissəsinin və ya sol arxa koronar arteriyanın distal hissəsinin
C) yalnız sol koronar arteriyanın əsas şaxəsinin distal hissəsinin
D) sağ koronar arteriyanın distal hissəsinin və Purkinye liflərinin
E) yalnız sağ koronar arteriyanın proksimal hissəsinin
Ədəbiyyat: Ədəbiyyat: “Kəskin koronar sindromun diaqnostika və müalicəsi üzrə klinik protokol”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 27 fevral 05 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2012, səh 15
889) ST - seqmentinin qalxması olmayan kəskin koronar sindromlu xəstələrdə fiziki yük sınağı hansı hallarda aparılmamalıdır?
A) ürək catışmazlığı əlamətləri olmadıqda
B) döş qəfəsi ağrıları olmadıqda
C) evə yazılmadan əvvəl
D) biomarkerlər normal olduqda (təkrar sınaqlarda)
E) tipik işemik davamlı döş qəfəsi ağrılarında
Ədəbiyyat: Ədəbiyyat: “Kəskin koronar sindromun diaqnostika və müalicəsi üzrə klinik protokol”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 27 fevral 05 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2012, səh 16
890) Miokardın zədələnməsində üstünlük verilən markerlər arasında daha spesifik və daha həssas olanları hansılardır?
A) Ürək troponinləri T və İ
B) Laktatdehidrokinazanın izofermenti 1
C) Aspartataminotransferaza
D) Ritis koeffisiyenti
E) Kreatininfosfokinazanın MB fraksiyası
Ədəbiyyat: Ədəbiyyat: “Kəskin koronar sindromun diaqnostika və müalicəsi üzrə klinik protokol”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 27 fevral 05 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2012, səh 16 Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 518
891) Son on il ərzində kəskin koronar sindromlu xəstələrdə çox saylı markerlərinin arasında öz təsdiqini tapmış iltihab markeri hansıdır?
A) Yüksək həssaslıqlı C - reaktiv zülal
B) Antineytrofil sitoplazmatik antitel
C) Fosfolipaza А2, eritrositlərin çökmə sürətinin artması
D) İltihab sitokinləri - interleykin - 6
E) Qanın plazmasında prokalsitoninin konsentrasiyasının artması
Ədəbiyyat: Ədəbiyyat: “Kəskin koronar sindromun diaqnostika və müalicəsi üzrə klinik protokol”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 27 fevral 05 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2012, səh 17
892) ST - seqmentinin qalxması olmayan kəskin koronar sindromlu xəstələrdə ağırlaşmaların qarşısını almaq və ölüm göstəricisini azaltmaqla proqnozu yaxşılaşdırmaq məqsədilə hansı müalicənin istifadəsi məsləhət deyil?
A) Antiişemik vasitələrin
B) Antitrombositar vasitələrin
C) Antikoaqulyantların
D) Fibrinolitiklərin
E) Koronar revaskulyarizasiyanın
Ədəbiyyat: Ədəbiyyat: “Kəskin koronar sindromun diaqnostika və müalicəsi üzrə klinik protokol”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 27 fevral 05 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2012, səh 19
893) ST - seqmentinin qalxması olmayan kəskin koronar sindromu baş verdikdə antitrombositar vasitələrin istifadəsinə dair aşağıdakı tövsiyələrdən hansı düzgün deyil?
A) aorta koronar şuntlamaya ehtiyacı olanlara klopidoqreli kəsmədən cərrahi əməliyyat aparılır
B) əks - göstəriş olmayanlarda aspirinin bağırsaqda həll olunan forması ilkin 150 - 300 mq, sonra isə saxlayıcı dozada uzun müddət 75 - 100 mq davam etdirilir
C) invaziv/perkutan koronar müdaxilə tələb olunarsa, yükləmə dozada klopidoqrel 600 mq istifadə olunur
D) yükləmə dozada - 300 mq klopidoqrel və sonra yalnız çox yüksək qanaxma riskini çıxmaq şərtilə, 12 ay müddətində gündə 75 mq davam etdirilir
E) aspirinə əks - göstəriş olanlarda klopidoqrel təyin edilir
Ədəbiyyat: Ədəbiyyat: “Kəskin koronar sindromun diaqnostika və müalicəsi üzrə klinik protokol”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 27 fevral 05 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2012, səh 19
894) ST - seqmentinin qalxması olmayan kəskin koronar sindromlu xəstələrdə diaqnostik və klinik riskin qiymətləndirilməsi biomarkerləri hansı patofizioloji aspekti əks etdirmir?
A) immunoloji fəallaşmanı
B) miokardın zədələnməsini
C) trombositar fəallaşmanı
D) neyrohumoral fəallaşmanı
E) iltihabi prosesi
Ədəbiyyat: Ədəbiyyat: “Kəskin koronar sindromun diaqnostika və müalicəsi üzrə klinik protokol”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 27 fevral 2012 - ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmişdir. Вакı - 2012. Səh 16
895) Ağciyər ürəyi zamanı xəstədə ürək nahiyəsində şiddətli ağrılar olduqda, AT isə kəskin aşağı olduqda, hansı dərmandan istifadə etmək zəruridir?
A) promedol
B) omnopon
C) morfin
D) baralgin
E) mezaton
Ədəbiyyat: Е.И. Чазов, Ю.Н. Беленков. «Рациональная фармокотерапия сердечно-сосудистых заболеваний» 2006.
896) Sol mədəcikdə son diastolik təzyiqinin hansı həddində ağ ciyərlərin alveollar ödemi başlayır?
A) 19 - 24 mm c.st. həddində
B) 25 - 30 mm c.st. cox
C) 12 - 18 mm c.st. həddində
D) 1 - 5 mm c.st. həddində
E) 6 - 11 mm c.st. həddində
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.,30
897) Ağciyər damar müqavimətinin artması hesabına yaranan ağciyər arterial hipertenziyası hansı rentgenoloji əlamətlərlə xarakterizə olunmur?
A) ağciyər arteriyasının genişlənməsilə
B) kiçik arteriyaların daralması ilə (funksional və və/ya orqanik)
C) ağciyər venaları və onun kiçik şaxələrinin daralması ilə
D) ağciyər arteriyasının iri şaxələrinin genişlənməsilə
E) arteriolaların daralması ilə (funksional və və/ya orqanik)
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 98
898) “Ağciyər arteriyası ölcüsünün sıçraması” adını almış hansı rentgenoloji əlamət ağciyər arteriyası hipertenziyası üçün xarakterik deyil?
A) periferik arteriyaların nəzərə çarpan daralması (hansılar ki, sanki “kəsilib gödəlmişdir”)
B) ağciyər arteriyası kötüyünün genişlənməsi
C) sağ və sol mədəciklərin ölçülərinin böyüməsi
D) ağciyər arteriyalarının iri şaxələrinin (sağ və sol) genişlənməsi
E) ağciyər arteriyası kötüyü və iri şaxələrinin pulsasiyasının güclənməsi
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 98 - 99
899) Çox vaxt ağciyərlərin başlanan interstisial ödeminə səbəb olan venoz durğunluq və arterial hipertenziya birliyi rentgenoloji hansı xarakter əlaməti üzə çıxarmır?
A) ağciyərlərin əsasən yuxarı paylarında və ya ağciyərlərin bütün şöbələrində venaların genişlənməsini
B) ağciyərlərn kökünün intensiv, homoqen tündləşməsini və nəzərə çarpan genişlənməsini
C) ağciyər arteriyasının kötüyünün və onun iri şaxələrinin pulsasiyasının güclənməsini
D) ən çox hər iki ağciyərlərin aşağı paylarında venaların daralmasını
E) hər iki ağciyərlərin periferiyasında ağciyər - damar şəklinin zəifləməsini
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 99
900) Ağciyərlərin rentgenoqrammasında aşağı lateral şöbələrdə horizontal yerləşən 0, 5 - dən 3, 0 sm - ə qədər uzunluqda sıx və nazik zolaqlar şəklində özünü göstərən “çəpərlərarası” B tipli Kerli xətti nə vaxt əmələ gəlir?
A) düz proyeksiyada ürəyin sağ konturunun aşağı qövsünün uzanmasında
B) ağciyər arteriyası kötüyündə pulsasiyasının yavaşımasında və ya orada sistolik arterial təzyiq 15 - 30 mm c. süt. olduqda
C) düz proyeksiyada ürəyin sol konturunun aşağı qövsünün uzanmasında
D) ağciyərlərin arteriyalarında pərçimləyici təzyiqin yüksəlməsində və ya sol qulaqcıqda təzyiq 18 - 25 mm c. süt. olduqda
E) ağciyər arteriyası kötüyünün və iri şaxələrinin büzüşməsində
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 99
901) Exokardioqrafiyanın üç əsas rejiminin: birölçülü (М), iki ölçülü (В) və dopler müayinəsi ilə kompleks istifadə zamanı hansı məlumatı əldə etmək mümkün deyil? (XÜÇ - Xroniki ürək çatışmazlığı, ÜİX - ürəyin işemik xəstəliyi, АH - arterial hipertoniya).
A) Ürək ritminin variabelliyini və ekstrasistoliyaların növlərini
B) XÜÇ - ın patofizioloji variantlarını (sistolik və ya diastolik disfunksiyasının üstünlüyü ilə)
C) Mədəciklərin sistolik disfunksiysını xarakterizə edən miqdar parametrlərini
D) Mədəciklərin diastolik disfunksiyasını xarakterizə edən miqdar parametrlərini
E) XÜÇ - ın səbəblərini (ÜİX, AH, qapaq zədələnmələri, kardiomiopatiyalar)
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 102
Dostları ilə paylaş: |