Kardiologiya 01. 06. 2015-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Qan dövranı sistemi neçə yerə bölünür?


) Miokardın enmiş inotrop funksiyası zamanı tələb olunan dəqiqəlik həcmi uzun müddət normal ölçüdə nəyin hesabına saxlanılır?



Yüklə 453,92 Kb.
səhifə29/40
tarix01.01.2017
ölçüsü453,92 Kb.
#4005
1   ...   25   26   27   28   29   30   31   32   ...   40

1259) Miokardın enmiş inotrop funksiyası zamanı tələb olunan dəqiqəlik həcmi uzun müddət normal ölçüdə nəyin hesabına saxlanılır?
A) ürək əzələsinin gərginliyinin artması, mədəciyin son diastolik həcminin yüksəlməsi və Frank-Starlinq mexanizminin qoşulması

B) ağ ciyər arteriyasında təzyiqin artması və Frank-Starlinq mexanizminin qoşulması

C) Frank-Starlinq mexanizminin qoşulması

D) ürək əzələsinin gərginliyinin artması və mədəciyin son diastolik həcminin yüksəlməsi

E) mədəciyin son diastolik təzyiqin yüksəlməsi
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 35
1260) Sinus bradikardiyasında ön yüklənmənin və mədəciklərin son diastolic həcminin təyinində rolu olan faktorlardan biri hesab olunan diastolanın ümumi davamiyyətinin uzanmaı zamanı nə baş verir?

A) qulaqcıqların və mədəciklərin birgə dolması zəifləyir

B) qulaqcıqların dolması zəifləyir

C) mədəciklərin dolması artır

D) mədəciklərin dolması zəifləyir

E) qulaqcıqların dolması artır


Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 34
1261) Səyriyici aritmiya zamanı ürək atımı-dəqiqəlik həcm necə dəyişir?
A) 15–25% azalır

B) 30–35% artır

C) 15–25% artır

D) 50% artır

E) 10–20% azalır
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.,36
1262) Parasimpatik sinirlərin oyanması nə ilə müşayət olunur?
A) atrioventrikulyar düyündə keçiriciliyin zəifləməsi, hətta keçiriciliyin tam blokada halına düşməsilə (mənfi dromotrop effekt) , ürək əzələsinin yığılma gücünün və sürətinin zəifləməsilə (mənfi inotrop effekt)

B) atrioventrikulyar düyündə keçiriciliyin zəifləməsi, hətta keçiriciliyin tam blokada halına düşməsilə (mənfi dromotrop effekt) , ürək əzələsinin yığılma gücünün və sürətinin artmasıyla (müsbət inotrop effekt)

C) atrioventrikulyar düyündə keçiriciliyin artmasıyla (müsbət dromotrop effekt) , ürək əzələsinin yığılma gücünün və sürətinin zəifləməsilə (mənfi inotrop effekt)

D) atrioventrikulyar düyündə keçiriciliyin artmasıyla (müsbət dromotrop effekt) , ürək əzələsinin yığılma gücünün və sürətinin artmasıyla (müsbət inotrop effekt)

E) atrioventrikulyar düyündə keçiriciliyin zəifləməsi, hətta keçriciliyin tam blokada halına düşməsilə (mənfi dromotrop effekt) , ürək əzələsinin yığılma gücünün və sürətinin dəyişilməməsilə
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.,40
1263) Aritmiyaların əmələ gəlməsinin elektrofizioloji mexanizmlərinin, xüsusilə impulsun pozulmasının meydana çıxması səbəbinin əsasında nə durmur?
A) kardiomiositlərin ixtisaslaşmış hüceyrələrində patoloji avtomatizmin meydana çıxması (ektopik aktivləşmə)

B) impulsun dekrement (sönən), eyni zamanda qeyri - bərabər keçiriciliyi

C) təkmilləşmiş və yığılma qabiliyyətli hüceyrələrin trigger (yönəldilmiş) aktivləşməsi

D) keciricilik sistemi hüceyrələrində patoloji avtomatizmin əmələ gəlməsi

E) sinoaurikulər düyünün normal avtomatizminin dəyişikliyi
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 173
1264) Hansı elektrolit mübadilə pozğunluqlarında ürək ritminin pozulması əsasən baş vermir?
A) hiperkaliemiya

B) hipomaqniemiya

C) hiperkalsiemiya

D) hiponatriemiya

E) hipokaliemiya
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 173
1265) İmpulsun keçiricilik pozğunluğu hansı hallarda baş vermir?
A) oyanma dalğası təkrar daxil olduqda (re - entry)

B) parasistolik aktivləşmədə

C) sadə fizioloji refrakterliyin patoloji uzanmasında

D) sadə fizioloji refrakterlikdə

E) impulsun dekrement (enən), qeyri - bərabər keçiriciliyində
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 173
1266) Hansı hallarda impulsun əmələ gəlməsi və ötürülməsinin kombinasiya olunmuş pozğunluğu baş vermir?
A) oyanma dalğası təkrar daxil olduqda (re - entry)

B) sadə fizioloji refrakterlik və ya onun patoloji uzanmasında

C) membranın hipopolyarizasiyası + tezləşmiş diastolik depolyarizasiya

D) parasistolik aktivləşmədə

E) membranın hipopolyarizasiyası + sərhədd potensialının müsbətə doğru yerini dəyişməsi
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 173
1267) Sinus taxikardiyasının meydana çıxmasına səbəb olan ekstrakardial faktorlara hansı səbəblər aid deyil?
A) β - adrenoblokatorların istifadəsi

B) hipertireoz

C) hərarət

D) kəskin damar çatışmazlığı

E) periferik vazodilatatorların istifadəsi
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 202
1268) Sinus taxikardiyasının meydana çıxmasına səbəb olan ekstrakardial faktorlara hansı səbəblər aid deyil?
A) anemiyalar

B) kəllədaxili təzyiqin artması

C) simpatomimetiklərdən istifadə olunması

D) tənəffüs çatışmazlığı

E) simpatikoadrenal sistemin aktivləşməsilə müşayiət olunan neyrosirkulyator distoniyanın bəzi variantları
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 202
1269) Sinus taxikardiyasının intrakardial formasının daha tez - tez rast gəlinən səbəbləri hansı xəstəlik hesab olunmur?
A) xroniki ürək çatışmazlığı

B) ağır stenokardik tutması olan ürəyin işemik xəstəliyi

C) kəskin miokardit

D) miokardın infarktı

E) hipotireoz
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 202
1270) Sinoatrial düyünə toksik təsirin və ya parasimpatik aktivliyin üstünlüyü hesabına yaranan ekstrakardial forma sinus bradikardiyasının səbəblərinə nə aid deyil?
A) kəllədaxili təzyiqin artması

B) hipotireoz

C) ürək qlikozidlərinin artıq dozada istifadəsi

D) tənəffüs çatışmazlığı

E) β-adrenoblokatorların artıq dozada istifadəsi
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 203 - 204
1271) Ekstrakardial forma sinus bradikardiyasının səbəblərinə hansı pozğunluqlar aid deyil?
A) hipotermiya

B) obturasion sarılıq

C) miokardın infarktı

D) hiperkalsiemiya

E) metabolik alkaloz
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, 203 - 204
1272) Sinus ritminə aid olan EKQ - nı təsvir edin.
A) Hər bir P - QRS kompleksində qeyri - sinus aparıcı ritmin olması (qulaqcıq, atrioventrikulyar birləşmədən və ya mədəciklərdən çıxan)

B) PII və PIII dişləri mənfidir

C) R - R intervalı özündən əvvəlki sürüşən ektopik kompleksdəkinə nisbətən uzanıb, lakin ondan sonra gələn R - R intervalı normaldır və ya qısadır

D) РII dişi müsbətdir və hər bir QRS mədəcik kompleksinin önündə yerləşir, bütün Р dişlərinin formaları bir aparmada eynidir

E) Mənbəyi atrioventrikulyar birləşmədən və ya mədəciklərdən çıxan impulslar hesab olunan tək - tək qeyri - sinus kompleksləri
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр.188
1273) Aşağı şöbələrdən çıxan qulaqcıq ritminin EKQ - nı təsvir edin.
A) Р dişlərinin forması bütün aparmalarda eynidir və müsbətdir, QRS kompleksi V1, 2 aparmalarında genışlənib

B) PII və PIII dişləri mənfidir və hər bir Р dişinın ardınca dəyişilməmiş QRS kompleksi gəlir

C) PII və PIII dişləri mənfidir və hər bir Р dişinin ardınca genışlənmiş QRS kompleksi gəlir

D) PII və PIII dişləri ikifazalıdır, digər aparmalardakı P dişləri müsbətdir, QRS kompleksləri genişlənmişdir

E) Р dişi bütün aparmalarda ikifazalıdır və QRS mədəcik kompleksindən öndə yerləşir
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр.188
1274) Ektopik mərkəzlərin üstün olması səbəbindən yaranan heterotop ritmə aid olmayan aritmiyanı qeyd edin?
A) sürətlənmiş ektopik ritmlər (qeyri paroksizmal taxikardiyalar)

B) atrioventrikulər düyünündən ləng (əvəz edici) sürüşən komplekslər və ritmlər

C) parasistoliya

D) ləng (əvəz edici) sürüşən qulaqcıq komplekslər və ritmlər

E) aparıcı supraventrikulyar ritmin miqrasiyası
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр.200
1275) Keçiriciliyin pozulması ilə baş verən aritmiyalara aid deyil:
A) aparıcı supraventrikulyar ritmin miqrasiyası

B) atrioventrikulyar blokada

C) monofassikulyar mədəcikdaxili blokadalar (Hiss dəstəsinin ayaqcıqlarının blokadası)

D) sinoatrial blokada

E) qulaqcıq daxili (qulaqcıqlararası) blokada
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. стр. 201
1276) Hansı aritmiya keçiriciliyin pozulmasına aid deyil?
A) Mədəciklərin asistoliyası

B) PQ intervalının qısalma sindromu (mədəciklərin vaxtından əvvəl oyanma sindromu)

C) İkişaxəli mədəcikdaxili blokadalar (Hiss dəstəsinin ayaqcıqlarının blokadası)

D) WPW sindromu (mədəciklərin vaxtından əvvəl oyanma sindromu)

E) Sürətlənmiş ektopik ritmlər (qeyri paroksizmal taxikardiyalar)
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр.202
1277) Nəzərəçarpan sinus taxikardiyasında EKQ - də hansı dəyişiklər müşahidə olunmur?
A) P dişinin formasının və qütbünün bir aparmadan digərinə doğru yavaş - yavaş dəyişməsi

B) T dişinin amplitudasının artması və ya azalması

C) PI, PII, PaVF - ın amplitudalarının artması

D) P - Q(R) intervalının qısalması (lakin 0, 12 san az olmayaraq) və QT interval müddətinin qısalması

E) RS - T seqmentinin çəp qalxan depressiyası (lakin izoxətdən aşağı 1, 0 mm - dən çox olmayaraq)
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр.203
1278) Sinus bradikardiyasında EKQ - də hansı dəyişiklər müşahidə olunmur?
A) РI, PII, PaVF dişinin müsbət olması

B) Düzgün sinus rirtminin saxlanılması

C) РV4 - V6 dişlərinin müsbət olması

D) РI, PII, PaVF –ın amplitudalarının artması

E) Ürək vurğularının sayının dəq. 59 və daha aşağı enməsi
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр.203
1279) Sinus aritmiyasının tənəffüs formasında (tənəffüsü saxlayarkən) aritmiyanın itməsi ilə bərabər EKQ - də R - R intervallarının müddətinin dəyişməsi necə saniyədən cox deyil?
A) 0, 10

B) 0, 08


C) 0, 15

D) 0, 06


E) 0, 12
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр.205
1280) Mədəcik taxikardiyasının (MT) “piruet” tipinin EKQ əlamətlərinə aid deyil:
A) QRS kompleksi böyük olmayan amplitudada olur və onların davamlılığı 0, 11san - ı keçmir

B) MT tutmaları olmadan EKQ - də Q - Т intervalının əhəmiyyətli uzanması qeyd olunur

C) Mədəcik ritmlərinin sayı dəq. 150 - 250 vurğu təşkil edir, 0, 2 - 0, 3 san həddində dəyişən R - R intervalıyla qeyri - düz ritm

D) MT tutmalarını mədəcik ekstrasistoliyaları provokasiya edir və QRS - ın davamiyyəti 0, 12 san kecir

E) MT paroksizmi adətən bir neçə saniyə davam edir, öz - özünə keçir (dəyişkən MT), lakin tutmaların dəfələrlə yenidən əmələ gəlməyə meyilliyi var
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 240
1281) I dərəcəli qulaqcıqlararası blokadanın EKQ əlamətlərinə aid deyil:
A) Sinus ritmi, lakin qeyri düzdür, periodik olaraq tək - tək ürək siklləri düşür (P - QRST kompleksləri)

B) Ətraf aparmalarında P dişinin müddətinin daimi 0, 11 san çox olması

C) P dişlərinin diş - diş olması (dəyişkən əlamət)

D) Ətraf aparmalarında P dişinin müddəti daimi (hər bir ürək siklində) artması

E) P dişlərinin parçalanması (dəyişkən əlamət)
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 244
1282) II dərəcəli qulaqcıqlar arası blokadanın EKQ əlamətlərini sadalayın.

1. Ətraf aparmalarında P dişinin müddətinin tədricən artması

2. Ətraf aparmalarında P dişinin müddətinin parçalanması

3. V1 aparmasında periodik olaraq P dişinin sol qulaqcıq fazasının itməsi

4. Ətraf aparmalarında P dişinin müddətinin (0, 11 san çox) daimi artrması

5. P dişlərinin parçalanması və ya diş - diş olması
A) 1, 2, 4

B) 1, 3, 5

C) 1, 2, 3

D) 3, 4, 5

E) 2, 4, 5
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 244
1283) I dərəcəli atrioventrikulyar blokadanın qulaqcıq proksimal formasının EKQ əlamətlərinə aid deyil:
A) Müntəzəm (3:2; 4:3; 5:4; 6:5 və s. tipli) və ya nizamsız QRST kompleksinin düşməsi (Р dişinin saxlanılmasıyla)

B) P dişi çox vaxt parçalanması

C) P - Q(R) intervalının uzunluğu əsasən Р dişinin uzunluğu hesabına böyüməsi (0, 11 san - dən çox)

D) Р - Q(R) seqmentinin uzunluğu 0, 10 san çox olmaması

E) QRS kompleksinin normal formada və davamiyyətli olması
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 246
1284) Hansı pozğunluqlar sinus bradikardiyasının ekstrakardial formasının səbəblərinə aid deyil?
A) obturasion sarılıq

B) bəzi infeksiyalar (virus hepatiti, qrip, qarın yatalağı, sepsis)

C) miokardın infarktı

D) hiperkalsiemiya və ya nəzərə çarpan hiperlkaliemiya

E) metabolik alkaloz
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 203 - 204
1285) Atrioventrikulər birləşmədən çıxan ritmin EKQ - nə aid deyil.
A) ektopik impuls birinci mədəciyə, sonra isə qulaqcığa çatarsa, EKQ - da mənfi РII, III qeyd olunur və ondan sonra adi dəyişməmiş QRS kompleksi yerləşir

B) ektopik impuls əvvəlcə mədəciyə və yalnız sonra qulaqcığa çatarsa, EKQ - da mənfi РII, III qeyd olunur

C) ektopik impuls eyni zamanda qulaqcığa və mədəciyə çatarsa, EKQ - da P dişсikləri olmur

D) ektopik impuls qulaqcığa və mədəciyə eyni vaxtda çatarsa, EKQ - da P dişсikləri dəyişməmiş QRS kompleksinə qatılırlar

E) ektopik impuls eyni vaxtda qulaqcığa və mədəciyə çatarsa, РII dişi müsbət olur və hər bir QRS mədəcik kompleksindən əvvəl gəlir
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр.188
1286) İdioventrikulyar - mədəcik ritminin EKQ - nə aid deyil:
A) Bütün aparmalarda QRS kompleksləri genişlənib

B) Р dişi ilə QRS kompleksləri arasında qanunauyğun əlaqə yoxdur

C) Р dişi ilə QRS kompleksləri arasında qanunauyğun əlaqə mövcuddur

D) Ürək vurğularının sayı dəq. 40 - 45 - i keçmir

E) Bütün QRS kompleksləri deformasiyaya uğrayıb
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр.188
1287) Elektrik impulslarının qulaqcıqlara keçmə sürətini xarakterizə edən Р dişinin hansı davamiyyəti (san) normaya uyğundur?
A) 0, 14

B) 0, 16


C) 0, 12

D) 0, 08


E) 0, 17
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. стр.189
1288) II standart aparmada qulaqcıqlara, AV - birləşməyə, Hiss sisteminə impulsun ümumi keçmə sürətini əks etdirən P - Q(R) intervalının hansı davamiyyəti (san) normaya uyğundur?
A) 0, 24

B) 0, 08


C) 0, 18

D) 0, 10


E) 0, 36
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. стр.189
1289) QRS mədəcik komplekslərinin - oyanmanın mədəciklərə keçməsinin hansı davamiyyəti (san) normaya uyğundur?
A) 0, 08

B) 0, 12


C) 0, 16

D) 0, 14


E) 0, 04
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. стр.189
1290) I dərəcəli distal-üçdəstəli forma atrioventrikulyar blokadanın EKQ əlamətlərinə aid deyil:
A) QRS kompleksinin genişlənməsi (0,12 san-dan cox)

B) P-Q(R) intervalının davam müddəti əsasən Р dişinin (0,11 san çox) uzunluğu hesabına artıb

C) Р dişinin uzunluğunun 0,11 san-dan artıq olması

D) P-Q(R) intervalının müddətinin artması

E) QRS kompleksinin Hiss sistemində ikidəstəli blokada tipində deformasiyalaşması
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр.246
1291) II dərəcəli atrioventrikulyar blokada - I tip və ya Mobits I - in EKQ əlamətlərinə hansı aid deyil?
A) Bir kompleksdən digərinə doğru, yavaş - yavaş P - Q(R) intervalının müddətinin uzanması, hansı ki, QRST (Р dişinin saxlanmasıyla) kompleksinin düşməsilə ara kəsilir

B) Р dişinin parçalanması və ya diş - diş olması və QRS kompleksinin genişlənməsi

C) QRST kompleksi düşdükdən sonra hər şey təkrarlanır (Samoylov - Venkebax dövrü)

D) QRST kompleksi düşdükdən sonra yenidən normal və ya azacıq uzanmış P - Q(R) intervalı qeyd olunur

E) EKQ - də qeydə alınmış Р dişi və QRS kompleksinin nisbəti, əsasən 3:2, 4:3 və s. təşkil edir
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр.247.
1292) II dərəcəli atrioventrikulyar blokada - II tip və ya Mobis II - in EKQ əlamətlərinə aid deyil:
A) Bəzən QRS kompleksinin genişlənməsi və deformasiyası

B) Normal və ya uzanmış P - Q(R) intervalının daimi proqressivləşməyən uzanması

C) QRST (Р dişinin saxlanmasıyla) kompleksinin nizamsız (3:2; 4:3; 5:4 və s. tipli) düşməsi

D) QRST (Р dişinin saxlanmasıyla) kompleksinin müntəzəm (3:2; 4:3; 5:4 və s. tipli) düşməsi

E) Saxlanılmış düzgün sinus ritmi şəraitində QRST kompleksinin hər ikisindən birinin düşməsi
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр.247
1293) Atrioventrikulyar proksimal III dərəcəli blokadanın EKQ əlamətlərinə aid deyil:
A) Tam əlaqəsiz qulaqcıq və mədəcik ritmləri (atrioventrikulyar dissosiasiya)

B) QRS mədəcik kompleksləri denişlənməyib, ensizdir

C) Р - Р və R - R intervalları daimidir, lakin R - R Р - Р - dən böyükdür

D) Mədəcik yığılmalarının sayı dəq. 40 - 60 arasında tərəddüd edir

E) QRS mədəcik komplekslərinin genişlənməsi və deformasiyaya uğraması
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр.248
1294) Hiss dəstəsinin sağ ayaqcığının tam blokadasının EKQ əlamətlərinə aid deyil.
A) QRS kompleksinin davamiyyətinin 0, 11 san qədər cüzi artması

B) Sol döş (V5, V6) və I, aVL aparmalarında genişlənmiş, çox vaxt diş - diş olmuş S dişini olması

C) V1, V2 - sağ döş aparmalarında (bəzən III və aVF - da) rSR' və ya rsR' tipli QRS kompleksi

D) М - şəkilli görünüş almış QRS kompleksi, eyni zamanda R' > r şəklində olması

E) V1 (bəzən III) aparmasında RS - T seqmentinin depressiyası və mənfi və ya ikifazalı (–+) asimmetrik Т dişinin olması
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр.254
1295) Hiss dəstəsinin sol ön şaxəsinin blokadasının EKQ əlamətlərinə aid deyil:
A) I və aVL aparmalarında rS tipli QRS kompleksi

B) II, III, aVF aparmalarında rS tipli QRS kompleksi

C) I və aVL aparmalarında qR tipli QRS kompleksi

D) QRS mədəcik kompleksinin ümumi davamiyyəti 0, 08 san - 0, 11 san qədər

E) Ürəyin elektrik oxunun kəskin sola əyilməsi (α bucağının mənfi 30° - dən mənfi 90° - a qədər olması)
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр.256
1296) Hiss dəstəsinin sol arxa şaxəsinin blokadasının EKQ əlamətlərinə hansı aid deyil?
A) I və aVL aparmalarında QRS kompleksi rS şəklindədir

B) III, aVF aparmalarında QRS kompleksi qR şəklindədir

C) QRS mədəcik kompleksin ümumi davamiyyəti 0,08 san - 0,11 san qədər olması

D) Ürəyin elektrik oxunun kəskin sola əyilməsi (α bucağının mənfi 30°- mənfi 90° qədər olması)

E) Ürəyin elektrik oxunun kəskin sağa əyilməsi (α bucağının müsbət 120° və daha çox olması)
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр.256
1297) Hiss dəstəsinin sol ayaqcığının tam blokadasının EKQ əlamətlərinə aid deyil:
A) V1, V2 sağ döş aparmalarında (bəzən III və aVF ətraf aparmalarında) rSR' və ya rsR' tipli QRS kompleksin mövcudluğu

B) V1, V2, III, aVF aparmalarında genişlənmiş deformasiyaya uğramış S dişi və ya parçalanmış və ya qeniş zirvəli QS kompleksinin mövcud olması

C) V5, V6, I, aVL aparmalarında diskordant QRS - ə münasibətdə RS - T seqmentinin yerini dəyişməsi və mənfi və ya ikifazalı (–+) asimmetrik T dişinin mövcud olması

D) V5, V6, I, aVL aparmalarında geniş deformasiyaya uğramış parçalanmış və ya hündür zirvəli R dişi

E) Ürəyin elektrik oxunun sola əyilməsi (bəzi hallarda), QRS kompleksinin davamiyyəti 0, 12 san qədər və daha artıq böyüməsi
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 257
1298) Hiss dəstəsinin sol ayaqcığının (ikidəstəli) natamam blokadasının EKQ əlamətlərinə aid deyil:
A) S dişinin (və ya QS kompleksinin) başlanğıcda parçalanmasıyla III, aVF, V1, V2 aparmalarında genişlənmiş və dərinləşmiş QS və ya rS kompleksinin mövcudluğu

B) I, aVL, V5, V6 aparmalarında hündür genişlənmiş, bəzən parçalanmış R dişinin mövcud olması

C) ürəyin elektrik oxunun sola əyilməsi (dəyişkən əlamət)

D) V6 aparmasında q dişinin olmaması

E) QRS kompleksinin davamiyyətinin 0, 12 san və daha artıq böyüməsi
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 257 - 258
1299) Sinus aritmiyasının yaranmasında aşagıdakılardan hansının rolu yoxdur?
A) tənəffüs fazaları ilə əlaqədar azan sinirin tonusunun reflektor dəyişikliyi

B) tənəffüslə əlaqədar olmayan azan sinirin tonusunun özbaşına dəyişməsi

C) sinoaurikulyar düyünündə impulsların qeyri requlyar əmələ gəlməsi

D) sinoaurikulyar düyünün orqanik zədələnməsi

E) atrioventrikulyar düyündə impulsların qeyri - requlyar əmələ gəlməsi
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. стр.205


Yüklə 453,92 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin