Kardiologiya 01. 06. 2015-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Qan dövranı sistemi neçə yerə bölünür?



Yüklə 453,92 Kb.
səhifə32/40
tarix01.01.2017
ölçüsü453,92 Kb.
#4005
1   ...   28   29   30   31   32   33   34   35   ...   40

1384) Ürək çatışmazlığının (ÜÇ) əlamətləri olan və natriumuretik peptidlərlə müalicə almamış xəstələrdə bu peptidlərin hansı miqdarında xroniki ÜÇ-nın olması qeyri müəyyənlik təşkil edir? (BNP- beyin natriumuretik peptidi, NT-proВNР – N-terminal beyin natriumuretik peptidinin sələfi, pq/ml - pikoqram millilitr).
A) BNP >600 pq/ml-dan çox, NT-proВNР>3000 pq/ml-dan çox

B) BNP >400 pq/ml-dan çox, NT-proВNР>2000 pq/ml-dan çox

C) BNP = 100-400 pq/ml-ə bərabər, NT-proВNР = 400-2000 pq/ml-a bərabər

D) BNP >800 pq/ml-dan çox, NT-proВNР>4000 pq/ml-dan çox

E) BNP < 100 pq/ml-dan az, NT-proВNР< 400 pq/ml-dan az
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh. 14
1385) Ürək çatışmazlığının (ÜÇ) əlamətləri olan və natriumuretik peptidlərlə müalicə almamış xəstələrdə bu peptidlərin hansı miqdarında xroniki ÜÇ-nın olması ehtimal olunur? (BNP - beyin natriumuretik peptidi, NT - pro ВNР – N-terminal beyin natriumuretik peptidinin sələfi, pq/ml - pikoqram millilitr).
A) BNP >700 pq/ml-dan çox, NT-proВNР>3000 pq/ml-dan çox

B) BNP =100-400 pq/ml-ə bərabər, NT-proВNР =400-2000 pq/ml-ə bərabər

C) BNP >400 pq/ml-dan çox, NT-pro ВNР>2000 pq/ml-dan çox

D) BNP <100 pq/ml-dan çox, NT-pro ВNР <400 pq/ml-dan az

E) BNP >500 pq/ml-dan çox, NT-proВNР>2500 pq/ml-dan çox
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh. 14
1386) Xroniki ürək çatışmazlıqlı xəstələri diuretiklər və/və ya AÇFİ, ARB və ya aldosteronun antaqonistləri ilə müalicə edərkən, hansı xəstəlik və ya simptoma rast gəlinmir? (AÇFİ - angiotenzin çevirici fermentin inhibitorları, ARB- angiotenzin II reseptorlarının blokatorları).
A) anemiyaya

B) hiperkaliemiyaya

C) hiponatriemiyaya

D) zərdab kreatininin azalmasına

E) böyrək funksiyasının zəifləməsinə
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh18
1387) Klinik əlamətləri olan xroniki ürək çatışmazlıqlı xəstələrdə natriumuretik peptidlərin qan plazmasındakı konsentrasiyasının aşağıdakı halların hansında əhəmiyyəti yoxdur?
A) hospitalizasiya qərarı verildikdə

B) proqnozun təyinində

C) evə yazılmaq haqqında qərar verildikdə

D) mülicə bazis preparatla başlandıqda

E) mərhələnin müəyyənləşdirilməsində
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 20
1388) Xroniki ürək çatışmazlıqlı xəstələrdə nebivololun başlanğıc dozası sutkada nə qədərdir?
A) 2,5 mq gündə 1 dəfə

B) 5,0 mq gündə 2 dəfə

C) 10,0 mq gündə 2 dəfə

D) 7,5 mq gündə 2 dəfə

E) 1,25 mq gündə 1 dəfə
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 30
1389) Xroniki ürək çatışmazlıqlı xəstələrdə nebivololun hədəf dozası sutkada nə qədərdir?
A) 20,0 mq gündə 1 dəfə

B) 2,5 mq gündə 2 dəfə

C) 12,5 mq gündə 1 dəfə

D) 10,0 mq gündə 1 dəfə

E) 5,0 mq gündə 3 dəfə
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 30
1390) Xroniki ürək çatışmazlıqlı xəstələrdə kandesartanın başlanğıc dozası sutkada nə qədərdir?
A) 1 və ya 2 mq gündə 1 dəfə

B) 24 və ya 32 mq gündə 1 dəfə

C) 4 və ya 8 mq gündə 1 dəfə

D) 12 və ya 16 mq gündə 1 dəfə

E) 20 və ya 24 mq gündə 1 dəfə
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 30
1391) Xroniki ürək çatışmazlıqlı xəstələrdə kandesartanın hədəf dozası sutkada nə qədərdir?
A) 8,0 mq gündə 2 dəfə

B) 12,0 mq gündə 1 dəfə

C) 4,0 mq gündə 1 dəfə

D) 32 mq gündə 1 dəfə

E) 24,0 mq gündə 2 dəfə
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh
1392) Xroniki ürək çatışmazlıqlı xəstələrdə valsartanın başlanğıc dozası sutkada nə qədərdir?
A) 80 mq gündə 2 dəfə

B) 40 mq gündə 2 dəfə

C) 60 mq gündə 3 dəfə

D) 120 mq gündə 3 dəfə

E) 160 mq gündə 2 dəfə
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 30
1393) Xroniki ürək çatışmazlıqlı xəstələrdə valsartanın hədəf dozası sutkada nə qədərdir?
A) 160 mq gündə 1 dəfə

B) 20 mq gündə 3 dəfə

C) 40 mq gündə 3 dəfə

D) 120 mq gündə 2 dəfə

E) 80 mq gündə 1 dəfə
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, sə
1394) Xroniki ürək çatışmazlıığı olan xəstələrdə spironolaktonun başlanğıc dozası sutkada nə qədərdir?
A) 50 mq gündə 1 dəfə

B) 12,5 mq gündə 3 dəfə

C) 25 mq gündə 1 dəfə

D) 100 mq gündə 2 dəfə

E) 75 mq gündə 2 dəfə
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 30
1395) Xroniki ürək çatışmazlıqlı xəstələrdə spironolaktonun hədəf dozası sutkada necə milliqramdır?
A) 25-50 mq gündə 1dəfə

B) 75-100 mq gündə 1dəfə

C) 2,5-5,0 mq gündə 2dəfə

D) 5,0-10,0 mq gündə 2dəfə

E) 100-150 mq gündə 1dəfə
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 30
1396) Simptomlu ürək çatışmazlığı və sistolik disfunksiyası (azalmış atım fraksiyası) olan xəstələrdə diuretik və AÇFİ-nin kombinasiyası effekt vermədikdə hansı preparatı əlavə etmək lazımdır? (AÇFİ- angiotenzin çevirici fermentin inhibitorları, ARB- angiotenzin II reseptorlarının blokatorları, H/İSDN - hidralazin və izosorbid dinitrat).
A) Kalsium antaqonistlərinin dehidropiridin törəmələrini

B) H/İSDN-ı

C) ARB-nı

D) Aldosteron antaqonistlərini

E) β - adrenoblokatorları
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 29
1397) Simptomlu ürək çatışmazlığı və sistolik disfunksiyası (azalmış atım fraksiyası) olan xəstələrdə klinik sabitlik alınana qədər titrlədikdə hansı qrup dərman kombinasiyasını başlamaq lazımdır? (AÇFİ- angiotenzini çevirici fermentin inhibitorları, ARB- angiotenzin II reseptorlarının blokatorları, H/İSDN- hidralazin və izosorbid dinitrat).
A) H/İSDN və kalium antaqonistləri

B) Kalsium antaqonistləri və hidralazin

C) Ürək qlikozidi və β - adrenoblokator

D) Diuretik və AÇFİ (və ya ARB)

E) α - adrenoblokator və AÇFİ
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 29
1398) Simptomlu ürək çatışmazlığı və sistolik disfunksiyası (azalmış atım fraksiyası) olan xəstələrdə diuretik, AÇFİ və β-blokatorların kombinasiyası effekt vermədikdə və xəstəliyin əlamət və şikayətləri davam edərsə, onda hansı qrup preparatı klinik sabitliyə uyğun titrləmə ilə əlavə etmək lazımdır? (AÇFİ - angiotenzin çevirici fermentin inhibitorları, H/İSDN- hidralazin və izosorbid dinitrat, ARB- angiotenzin II reseptorlarının blokatorları).
A) Diuretiklərdən digər preparatı

B) Aldosteron antaqonistlərini və ya ARB- nı

C) Kalsium antaqonistlərinin fenilalkilamin törəmələrini

D) β - adrenoblokator qrupundan digər preparatı

E) H/İSDN-ı və ya ürək qlikozidlərini
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 29
1399) Xroniki ürək çatışmazlıqlı xəstələrdə angiotenzini çevirici fermentin inhibitorlarıyla (AÇFİ) müalicəyə başlayarkən, aşağıdakıların hansı daha çox əhəmiyyət kəsb etmir?
A) 2-4 həftədən sonra dozanın tədricən artırılmasının nəzərdən keçirilməsi

B) Sol mədəciyin atım fraksiyası ≤ 40%-dən (kiçik və ya bərabər) olan xəstələrə AÇFİ təyin edilməsi

C) Böyrək funksiyası və plazma elektrolitləri yoxlanılması

D) Ciddi nəzarət altında olan xəstələrdə titrləmənin daha sürətlə aparılması

E) Böyrək funksiyasının pisləşməsi və ya hiperkaliemiya zamanı dozanın artırılması
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 31
1400) Xroniki ürək çatışmazlıqlı xəstələrdə β - adrenoblokatorlarla müalicəyə başlayarkən, aşağıdakılardan hansı daha çox əhəmiyyət kəsb etmir? (AÇFİ - angiotenzin çevirici fermentin inhibitorları, ARB- angiotenzin II reseptorlarının blokatorları, FS-funksionaql sinif, NYHA- Nyu-York Ürək Assosiasiyası).
A) Sol mədəciyin atım fraksiyasının ≤ 40%-dən kiçik və ya bərabər olması

B) Ürək çatışmazlığı əlamətlərinin olması (NYHA II-IV FS)

C) AÇFİ və/və ya ARB-nın optimal dozada qəbulu

D) Xəstələrin vəziyyətinin klinik cəhətdən sabit olması (məsələn, sidikqovucuların dozasının yaxın zamanlarda dəyişdirilməsinə ehtiyac olmadıqda)

E) Böyrək funksiyası nəzərə alınmaqla, plazma elektrolitlərinin yoxlanılması
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 32
1401) Xroniki ürək çatışmazlıqlı xəstələrin β - adrenoblokatorlarla müalicəsi zamanı dozasının titrlənməsində hansı şərtlər nəzərdə tutulur? (ÜÇ- ürək çatışmazlığı).

1. 2-4 həftədə bir dəfə həkimin qəbulunda olmaq (bəzi hallarda dozanın yavaş-yavaş artırılmasına zərurət yarana bilər)

2. ÜÇ-ın ağırlaşması əlamətləri, simptomlu hipotenziya (məs.: baş gicəllənmə) meydana çıxarsa, hər müraciətdə dozanın artırılması

3. diastolik disfunksiya əlamətləri yaranarsa, hər müraciətdə dozanın ikiqat artırılırması (əks göstəriş olmadığı halda)

4. ÜÇ-ın ağırlaşması əlamətləri, kəskin bradikardiya (nəbz dəqiqədə 50-dən az) meydana çıxarsa, hər müraciətdə dozanın artırılması

5. hər müraciətdə dozanın tədricən artırmaqla, dördüncü həftədən dozanı daha sürətlə artırmalı (arterial təzyiq nəzərə alınmalıdır)
A) 1, 3, 5

B) 1, 2, 4

C) 3, 4, 5

D) 2, 4, 5

E) 1, 2, 3
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 32
1402) Saxlanılmış atım fraksiyalı ürək çatışmazlığı (SAFÜÇ) diaqnozunu müəyyənləşdirərkən, hansı şərtə əməl edilməsi o qədər də vacib deyil? (SMAF - sol mədəciyin atım fraksiyası, ÜÇ - ürək çatışmazlığı).
A) Diastolik disfunksiya əlamətləri (sol mədəciyin relaksasiyasının pozulması və ya diastolik rigidlik)

B) Ümumi periferik damar müqavimətinin yüksəlməsinə nəzarət

C) Sol mədəciyin sistolik funksiyasının normal olması

D) Sol mədəciyin sistolik funksiyasının mülayim pozulması (SMAF > 45-50%- dən çox)

E) Xroniki ÜÇ-ə aid şikayət və ya əlamətlərin olması
Ədəbiyyat: Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 23
1403) Xroniki ürək çatışmazlıqlı xəstələrdə furosemidin başlanğıc dozası sutkada neçə mq-dır?
A) 40-80

B) 10-20


C) 20-40

D) 80-120

E) 5-10
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 30
1404) Xroniki ürək çatışmazlıqlı xəstələrdə furosemidin hədəf dozası sutkada nə qədərdir?
A) 360-480 mq

B) 240-360 mq

C) 20-40 mq

D) 40-240 mq

E) 10-20 mq
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 33
1405) Xroniki ürək çatışmazlıqlı xəstələrdə bumetanidinin hədəf dozası sutkada necə milliqramdır?
A) 0,5-1,0

B) 5-10


C) 10-20

D) 1-5


E) 30-40
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 30
1406) Xroniki ürək çatışmazlıqlı xəstələrdə torasemidin başlanğıc dozası sutkada necə milliqramdır?
A) 10-20

B) 1-2


C) 20-40

D) 5-10


E) 2-4
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 33
1407) Xroniki ürək çatışmazlıqlı xəstələrdə torasemidin hədəf dozası sutkada necə milliqramdır?
A) 80-120

B) 20-40


C) 5-10

D) 60-80


E) 10-20
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 33
1408) Xroniki ürək çatışmazlıqlı xəstələrdə indapamidin başlanğıc dozası sutkada necə milliqramdır?
A) 10

B) 0,5


C) 1,25

D) 2,5


E) 5
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 33
1409) Xroniki ürək çatışmazlıqlı xəstələrdə indapamidin hədəf dozası sutkada necə milliqramdır?
A) 20-40

B) 2,5-5


C) 10-20

D) 5-10


E) 40-80
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 33
1410) Xroniki ürək çatışmazlıqlı xəstələrin ilgək diuretikləri ilə müalicəsi zamanı əgər hipokaliemiya və ya hipomaqneziemiya kimi dəyişikliklər üzə çıxarsa, onda aşağıdakılardan hansı preparatın istifadəsinin əhəmiyyəti yoxdur? (AÇFİ - angiotenzin çevirici fermentin inhibitorları, ARB - angiotenzin II reseptorlarının blokatorları).
A) Maqnezium əlavələrinin təyin edilməsi

B) β - adrenoblokatorların əlavə edilməsi

C) AÇFİ/ARB-nın dozasının artırılması

D) Aldosteron antaqonistinin əlavə edilməsi

E) Kalium əlavələrinin təyin edilməsi
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 34
1411) Xroniki ürək çatışmazlıqlı xəstələrdə diuretiklərlə müalicədə aşagıdakılardan hansı düzgün deyil? (ÜÇ - ürək çatışmazlığı).
A) Böyrək funksiyası və plazma elektrolitlərinin miqdarı nəzarətdə saxlanılmalıdır

B) Diurez və natriurezə münasibətdə daha effektli olmalarını nəzərə alaraq, əksər xəstələrə ilgək diuretikləri təyin edilməlidir

C) ÜÇ olan ambulator xəstələrdə çəkinin gündəlik ölçülməsi və maye durğunluğunun digər klinik əlamətlərinə əsasən, diuretikin dozasının xəstə tərəfindən korreksiya olunması dəstəklənməlidir

D) Əksər xəstələrə β - adrenoblokatorlarla birlikdə tiazidlər təyin edilməlidir

E) Xəstənin daima maarifləndirilməsi məsləhətdir
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 35
1412) Xroniki ürək çatışmazlıqlı xəstələrin ilgək diuretiklərlə müalicəsi zamanı hiponatriemiya kimi problemlər üzə çıxdıqda, aşağıdakılardan hansı tədbirin həyata keçirilməsi vacib deyil?
A) Maye qəbulu məhdudlaşdırılmalı və arginin-vazopressin antaqonistinin (məs.: tolvaptan) təyini nəzərdən keçirilməlidir

B) Tiazid diuretiklərinin qəbulu dayandırılmalı və ya mümkün olduqda, ilgək diuretiklərinin qəbuluna başlanılmalıdır

C) Venadaxili inotrop müalicə başlanılmalı, həmcinin ultrafiltrasiya nəzərdən keçirilməlidir

D) Kalium və maqnezium əlavələri təyin edilməli və allopurinolla müalicə nəzərdən keçirilməlidir

E) Mümkün olarsa, ilgək diuretiklərinin dozası azaldılmalı və onların qəbulu dayandırılmalıdır
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 34
1413) Xroniki ürək çatışmazlığı olan xəstələrdə diqoksinlə müalicə zamanı aşağıdakılardan hansı praktiki tövsiyələrə aid deyil? (ÜÇ- ürək çatışmazlığı, SMAF-sol mədəciyin atım fraksiyası).
A) Aritmiyalı xəstələrə amiodaronun istifadəsindən yaranan QT intervalının uzanmasında bu preparat təyin olunmalıdır

B) Sinus ritmi olan simptomlu ÜÇ-lı xəstələrdə bu preparatın təyini xəstənin vəziyyətini yaxşılaşdırır

C) ÜÇ-nın ağırlaşması ilə əlaqədar hospitalizasiya hallarını azaldır

D) SMAF < 40%-dən az olan sinus ritmli xəstələrdə bu preparatın təyini xəstənin vəziyyətini yaxşılaşdırır

E) Qulaqcıqların səyriməsində ürək yığılmalarının sayı sakitlik halında dəqiqədə 80-ı və fiziki gərginlikdə 110-120-ni keçərsə bu preparat təyin olunmalıdır
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 36
1414) Sinus ritmli sol mədəciyin sistolik disfunksiyası olan (SMAF < 40% -dən az) xroniki ürək çatışmazlıqlı xəstələrdə diuretik, AÇFİ və/və ya ARB, β - adrenoblokator və göstəriş olduqda aldosteron antaqonistinin optimal dozaları ilə müalicəyə baxmayaraq, ÜÇ əlamətləri təzahür etməkdə davam edərsə, onda hansı preparatın təyini nəzərdən keçirilə bilər? (SMAF- sol mədəciyin atım fraksiyası, AÇFİ - angiotenzin çevirici fermentin inhibitorları, ARB - angiotenzin II reseptorlarının blokatorları, ÜÇ - ürək çatışmazlığı).
A) diqoksin

B) nimesil

C) verapamil

D) lidokain

E) koraksan
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 36
1415) Ürək çatışmazlığı və ürəyin işemik xəstəliyi olan xəstələrin müalicəsində angiotenzin çevirici fermentin inhibitorları hansı halda tövsiyə olunmur? (SMAF- sol mədəciyin atım fraksiyası).
A) Ürək çatışmazlığı olan ürəyin işemik xəstəliyində və SMAF-ı saxlanılmış xəstələrdə

B) Ürək çatışmazlığı simptomları olan xəstələrdə

C) Arteriyaların aterosklerotik zədələnməsində

D) Orqanizmdə Na+ ionlarının çatışmazlığında (məs., dussuz diyeta zamanı)

E) SMAF-ın < 40%-dən az azalmasında
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 36
1416) Xroniki ürək çatışmazlığı olan xəstələrə angiotenzin II reseptorlarının blokatorları hansı halda təyin olunmur? (SMAF- sol mədəciyin atım fraksiyası, AÇFİ - angiotenzin çevirici fermentin inhibitorları).
A) keçirilmiş miokard infarktından sonra ürək çatışmazlığı əlamətləri olanlara

B) keçirilmiş miokard infarktından sonra SMAF-ın azalmasında (< 40%-dən az)

C) birincili hiperaldosteronizmdə

D) angiotenzin çevirici fermentin inhibitorlarına davamsızlıq zamanı

E) bütün xroniki ürək çatışmazlığı olan xəstələrdə
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 36
1417) Xroniki ürək çatışmazlığı olan xəstələrə β - adrenoblokatorların hansı halda ehtiyatla qəbulu tövsiyə olunur? (SMAF - sol mədəciyin atım fraksiyası, FS - funksional sinif, NYHA - Nyu-York Ürək Assosiasiyası).
A) Miokard infarktı keçirmiş, lakin SMAF-ı saxlanılmış xəstələrə

B) Stabil yüngül ürək çatışmazlığı əlamətləri olan ürəyin işemik xəstəliklərində

C) SMAF-ı 40%-dan az olan ürəyin işemik xəstəliklərində

D) Mülayim xroniki ürək çatışmazlığı olan xəstələrdə

E) Ağır xroniki ürək çatışmazlığı olan xəstələrdə (NYHA FS IV)
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 36. ; Болезни сердца и сосудов. Под редакцией А. Джона Кэмма и др. «ГЭОТАР-Медиа» 2011, стр. 888.
1418) Xroniki ürək çatışmazlığı olan xəstələrə aldosteron antaqonistləri hansı halda təyin olunmur? (Mİ - miokard infarktı, ÜÇ- ürək çatışmazlığı, SMAF- sol mədəciyin atım fraksiyası, FS-funksional sinif, NYHA- Nyu-York Ürək Assosiasiyası).
A) Miokard infarktı keçirmiş SMAF-ı aşağı olan xəstələrə

B) III-IV FS (NYHA görə) xroniki ürək çatışmazlığı olan xəstələrə

C) Miokard infarktı keçirmiş ÜÇ-nın simptomu və əlamətləri olan xəstələrə

D) I-II FS (NYHA görə) ÜÇ-ı olan xəstələrə

E) Kalium ionlarının miqdarı 5,0 mmol/l-dan az olanlara
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 36. ; Болезни сердца и сосудов. Под редакцией А. Джона Кэмма и др. «ГЭОТАР-Медиа» 2011, стр. 890


Yüklə 453,92 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin