Kardiologiya 01. 06. 2015-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Qan dövranı sistemi neçə yerə bölünür?



Yüklə 453,92 Kb.
səhifə31/40
tarix01.01.2017
ölçüsü453,92 Kb.
#4005
1   ...   27   28   29   30   31   32   33   34   ...   40

1341) İKD implantasiya olunmuş xəstələrdə tez - tez təkrarlanan aritmiyalar zamanı əsasən hansı preparatın istifadəsi tövsiyə olunur? (İKD - implantasiya edilən kardioverter defibrillyator).
A) verapamil

B) amiodaron

C) robisol

D) xinidin

E) diqoksin
Ədəbiyyat: Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010 - cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 43. Под редакцией А. Джона Кэмма и др. «ГЭОТАР - Медиа», 2011, стр.895
1342) Ürək çatışmazlığı və davamlı mədəcik aritmiyası olan xəstələrdə hansı sinif antiaritmik dərmanlar təyin olunmamalıdır?
A) II

B) IC


C) IB

D) IA


E) III
Ədəbiyyat: Ədəbiyyat: Ürək catışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010 - cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 43
1343) Xroniki ürək çatışmazlıqlı xəstələrdə aritmiya riskinin azalmasına kömək edən standart müalicəyə aid olmayan hansı qrup preparatdır?
A) ARB (angiotenzin II reseptorlarının blokatorları)

B) Aldosteronun blokatorları

C) Kalsium antaqonistləri

D) β - adrenoblokatorlar

E) Angiontenzin çevirici fermentin inhibitorları
Ədəbiyyat: Ədəbiyyat: Болезни сердца и сосудов. Под редакцией А. Джона Кэмма и др. «ГЭОТАР - Медиа», 2011, стр.891
1344) III dərəcəli atrioventrikulyar blokadanın distal formasının EKQ əlamətlərinə aid olmayan hansıdır?
A) Mədəcik yığılmalarının (QRS kompleksinin) dəq. 40 - 45 - ə qədər və daha az azalması

B) P - Q (R) intervalının müddətinin uzanması

C) Tam atrioventrikulyar dissosiasiya

D) QRS kompleksinin genişlənməsi və deformasiyaya uğraması

E) P - P və R - R intervalların daimi, lakin R - R məsafəsinin P - P - dən çox olması
Ədəbiyyat: Ədəbiyyat: М. С. Кушаковский « Аритмии и блокады сердца» 2004г., səh. 178 - 181 V.Ə.Əzizov “Daxili xəstəliklər” Baki - 2011, səh. 433
1345) Miokard infarktında təsadüf olunan hansı ritm və keçiricilik pozğunluğu həyat üçün təhlükəli aritmiya hesab olunmur?
A) His dəstəsinin sağ ayaqcığının blokadası

B) Mədəciklərin fibrilyasiyası

C) III dərəcəli tam atrioventrikulyar blokada

D) Mədəcik taxikardiyası

E) Asistoliya
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 570
1346) Miokard infarktında təsadüf olunan hansı aritmiya ürək çatışmazlığını və həyatı vacib orqanların hipoperfuziyasını dərinləşdirən ritm pozğunluğu hesab olunmur? (AV – atrioventrikulyar).
A) I və II dərəcəli AV blokadalar (Mobitsə görə I tip)

B) Mədəciküstü taxikardiya paroksizmi

C) Hər hansı mənşəli nəzərə çarpan bradikardiya

D) Qulaqcıq titrəməsi və səyriməsi

E) Nəzərə çarpan sinus taxikardiyası
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 570
1347) Kəskin miokard infarktın “müşayiətçisi” hesab olunan, lakin eyni zamanda həyat üçün təhlükəli ritm pozğunluğundan xəbər verməyən aşagıdakilardan hansıdır? (AV - atrioventrikulyar).
A) Mobitsə görə II dərəcəli II tip AV - blokada

B) Tez - tez, qoşa, erkən, politop mədəcik ekstrasistoliyalar

C) Mədəcik taxikardiyasının qısa paroksizmi (“qaçan”)

D) Proqressivləşən mədəcikdaxili blokadalar

E) Ləng və sürətli düyün ritmi
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 570
1348) Hansı ritm və keçiricilik pozğunluğu kəskin miokard infarktın “müşayiətçisi” hesab olunmur? (AV - atrioventrikulyar).
A) Mötədil sinus bradikardiyası

B) Tək - tək mədəcik ekstrasistoliyaları

C) Ləng və sürətli düyün ritmi

D) Mədəciküstü ekstrasistoliyalar

E) I və II dərəcəli AV - blokadalar (Mobitsə görə I tip)
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 571
1349) Kəskin miokard infarktın “müşayiətçisi” hesab olunan ritm və keçiricilik pozğunluqlarında hansı antiaritmik preparat istifadə edilir?
A) III - cü qrup preparatlar

B) IV - cü qrup preparatlar

C) Xüsusi müalicə tələb olunmur

D) IB qrup preparatlar

E) IA qrup preparatlar
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 571

Ürək-qan dövranın çatmamazlığı

1350) Ürək çatışmazlığı olan xəstələrdə bisoprololun başlanğıc dozası hansıdır?

A) 1,25 mq

B) 5 mq

C) 2,5 mq



D) 2 mq

E) 10 mq
Ədəbiyyat: С.Ю. Марцевич «β - адреноблокаторы с позиции доказательной медицины», кардиология, 2002, 4.


1351) Digoksini təyin etmək üçün göstərişlər hansıdır?

A) Ürək çatışmazlığının funksional sinif I.

B) Hipokalemiya

C) Hiperkalemiya

D) Ürək çatışmazlığının funksional sinif II.

E) Ürək çatışmazlığının funksional sinif III və V


Ədəbiyyat: Б.А. Сидоренко и др. «Место сердечных гликозидов в лечении ХСН», Кардиология, 2005, 4, с. 68
1352) Sistolik formalı ürək çatışmazlığı olan xəstələrdə I-ci pillə seçim preparatına hansı preparatlar aiddir?

A) Kalsium kanallarının antaqonistləri.

B) Nitratlar

C) Diqoksin

D) Kardioselektiv β-adrenoblokatorları

E) Furosemid


Ədəbiyyat: Современные подходы к диагностике и лечению ХСН (изложение рекомендаций АКК И АСС 2001 год), Кардиология, 2002, 6, с. 69
1353) Aşağıdakılardan hansı ürək çatışmazlığının sistolik formasının əmələ gəlməsinə daha tez səbəb olur?

A) Ürəyin işemik xəstəliyi

B) Revmatik mənşəli aortal çatışmazıq

C) Mitral gapağının revmatik mənşəli stenozu

D) Qulaqcıq paroksizmal taxikardiyası zamanı ağciyər ödeminin inkişafı

E) Aortaqapaglarının revmatik mənşəli stenozu


Ədəbiyyat: Современные подходы к диагностике и лечению ХСН (изложение рекомендаций АКК И АСС 2001 год), Кардиология, 2002, 6.
1354) Ürək çatışmazlığının sistolik formasını təyin etmək üçün əsas simptom hansıdır?

A) Ürək nahiyəsində sıxıcı ağrı

B) Ortopnoe

C) Baş gicələnmə

D) Boyun damarlarının şişməsi

E) Hepatomeqaliya


Ədəbiyyat: О.А. Штегман «Систолическая и диастолическая дисфункция левого желудочка – самостоятельные типы сердечной недостаточности», Кардиология, 2004, 2.
1355) Hansı exokardioqrafik göstərici ürək çatışmazlığının sistolik formasını təsdiqləyir?

A) Sol və sağ mədəciklərdə dəyişiklik baş vermir

B) Sol mədəciyin ölçüləri norma daxilində olur

C) Sol mədəciyin ölçüsü yüksək dərəcədə artır

D) Atım fraksiyası 40%-dan az

E) Sol mədəcik miokardının qalınliğı artır


Ədəbiyyat: Feyqenbaum H."Руководство по эхокардиографии", 5 издание, Вивар,1999
1356) Ümumi qanın neçə faizi, müvafiq olaraq, böyük və kicik qan dönranının payına düşür?
A) 88% və 12%

B) 74% və 26%

C) 84% və 16%

D) 66% və 34%

E) 44% və 56%
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 42
1357) Amortizasiyalı damarlara hansılar aiddir?
A) divarları qalın saya-əzələ lıflərindən təşkil olunmuş və nisbətən dar mənfəzli damarlar

B) divarları qalın saya-əzələ lıflərindən təşkil olunmuş və geniş mənfəzli damarlar

C) divarında çoxlu elastik liflər olan elastik tipli damarlar

D) divarları az mıqdarda elastik və əzələ lıflərindən, lakin coxlu birləşdirici toxumadan ibarət damarlar

E) divarları, ancaq bir qat endotel hüceyrələrindən təşkil olunmuş, saya-əzələ lıfləri elementləri olmayan damarlar
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 42
1358) Ürək əzələsinin ikincili zədələnməsi hesabına əmələ gələn ürək çatmamazlığı hansı xəstəliklər zamanı baş verir?

1. hipo - və ya hipertireoz

2. miokardın toksiko - allerqik zədələnməsi

3. birləşdirici toxumanın sistem xəstəliyi zamanı ürək əzələsinin zədələnməsi

4. miokarditlər

5. idiopatik dilatasion kardiomiopatiya
A) 1, 2, 3

B) 3, 4, 5

C) 1, 3, 5

D) 1, 2, 4

E) 2, 4, 5
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр 60
1359) Aşağıda göstərilən şikayətlərdən hansı xroniki ürək çatmamazlığının erkən simptomu hesab olunmur?
A) baş ağrıları

B) ürək astması və tez yorulma

C) aşağı ətraflarda ödem

D) nəzərə çarpacaq əzələ zəifliyi və aşağı ətraflarda ağırlıq hissiyatı

E) ürəkdöyünmə
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 75
1360) Xroniki ürək çatmamazlığı olan xəstələrdə təngnəfəslik əksər hallarda hansı xarakter daşıyır?
A) qarışıq, nəfəsalma və nəfəsvermə çətinləşməsinin obyektiv əlamətləri ilə

B) ekspirator, nəfəvermə çətinləşməsinin obyektiv əlamətləri ilə

C) inspirator dispnoe, nəfəsalma çətinləşməsinin obyektiv əlamətləri ilə

D) qisa müddətli tezləşmiş tənəffüs apnoe ilə növbələnir

E) taxipnoe, nəfəsalma və ya nəfəsvermə çətinləşməsinin əsaslı obyektiv əlamətlərinin üstünlüyü olmadan
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 83
1361) Xroniki ürək çatmamazlığı olan xəstələrdə ürək ritminin və keçiriciliyinin çox vaxt hansı pozuntuları aşkar olunur? (AV - atrioventrikulyar ).
A) I - II dərəcəli AV blokadalar

B) qulaqcıqların və mədəciklərin fibrillyasiyaları

C) tez - tez yaranan politop mədəcik ekstrasistoliyası

D) mədəciklərin fibrillyasiyası və qayıdan ekstrasistoliya

E) qulaqcıqların fibrillyasiyası və ekstrasistoliya
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 86
1362) IIа mərhələ xroniki ürək çatmamazlığı olan xəstələrdə hansı hemodinamik dəyişikliklər baş verir? (N.D.Strajesko və V.X.Vasilenko təsnifatı əsasən. XÜÇ - xroniki ürək çatmamazlığı).
A) Nəzərə çarpan hemodinamik dəyişikliklər və yalnız kiçik qan dövranında venoz durğunluq əlamətləri, həmçinin orqan və toxumaların kəskin perfuziya və metabolizm pozuntuları

B) Şikayətlər yalnız fiziki yüklənmədə meydana çıxır - təngnəfəslik, ürəkdöyünmə, tez yorulma ilə. Sakit halda bu klinik əlamətlər yox olur, hemodinamika normallaşır

C) Nəzərə çarpan hemodinamik dəyişikliklər və ancaq böyük qan dövranında venoz durğunluq əlamətləri, həmçinin orqan və toxumaların kəskin perfuziya və metabolizm pozuntuları

D) Sakit halda XÜÇ əlamətləri zəif nəzərə çarpır. Hemodinamika ürək - damar sisteminin yalnız bir dövranında pozulmuşdur (kiçik və ya böyük qan dövranında)

E) Bütöv ürək - damar sistemin (həm kiçik, həm də böyük qan dövranı) nəzərə çarpan hemodinamik pozuntuları
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 91.
1363) III funksional sinif xroniki ürək çatmamazlığı olan xəstələrə nəyin əsasında qoyulur? (Nyu - York ürək assosiyasının təsnifatına əsaslanaraq).
A) Xəstə veloerqometrdə 150 kqm/dəq yükün öhdəsindən 3 dəqiqə gələ bilir

B) Fiziki aktivlik kəskin məhdudlaşıb. Təkcə sakit halda xəstə özünü yaxşı hiss edir, lakin azacıq fiziki yük zəiflik, ürəkdöyünmə, təngnəfəslik və başqa əlamətlərin əmələ gəlməsinə səbəb olur

C) Fiziki aktivlikdə məhdudlaşma yoxdur. Adi fiziki yük nəzərə carpan yorulma, zəiflik, təngnəfəslik və ya ürəkdöyünmə yaratmır

D) Narahatsızlıqsız hər - hansı bir yükün öhdəsindən gəlmək mümkünsüzdür. Sakit halda ürək çatmamazlığının simptomları vardır və hər hansı fiziki yük zamanı artır

E) Fiziki aktivlik bir qədər məhdudlaşıb. Sakitlikdə hər - hansı bir patoloji siptomlar yoxdur, adi fiziki yük zəiflik, yorulma, ürəkdöyünmə, təngnəfəslik və başqa simptomlar yaradır
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 91
1364) Xəstəliklərin sonuncu Beynalxalq Təsnifatına (XBT - 10) əsasən ÜÇ ( ÜÇ - ürək çatışmazlığı) - nın klinik təsnifatına aşağıdakılardan hansılar aid edilir?

1. kəskin və xroniki

2. sol mədəcik və sağ mədəcik

3. sistolik və diastolik

4. yarımkəskin

5. dəqiqləşdirilməmiş
A) 1, 3, 4

B) 2, 3, 5

C) 1, 2, 3

D) 1 , 3, 5

E) 2, 3, 4
Ədəbiyyat: Ədəbiyyat: Ürək çatışmazlığın diaqnostika və müalicəsi üzrə klinik protokol. AzRSN. Вакı, 2010. Səh 10.
1365) Amerika Kardiologiya Kolleci (ACC) və Amerika Ürək Assosiasiyasının (AHA) ürək çatışmazlığı (ÜÇ) təsnifatının C mərhələsində nələr baş verir?
A) ürəyin struktur xəstəliyi ilə bağlı olan simptomlu ÜÇ

B) kombinə olunmuş dərman müalicəsinə baxmayaraq, ürəyin nəzərə çarpan struktur dəyişikliyi və sakitlik vəziyyətində ÜÇ - ın nəzərə çarpan əlamətləri mövcuddur

C) ÜÇ - ın inkişafı üçün yüksək risk. Funksional və ya struktur dəyişikliklər aşkar olunmur

D) ÜÇ - ın şikayət və ya əlamətləri yoxdur

E) ürəyin struktur dəyişiklikləri ilə bağlı olan simptomsuz ÜÇ (ürəyin struktur dəyişikliyi, lakin şikayət və ya əlamətləri yoxdur)
Ədəbiyyat: Ədəbiyyat: Ürək çatışmazlığı diaqnostika və müalicəsi üzrə klinik protokol. AzRSN. Вакı, 2010. Səh 11.
1366) Əks göstərişlər olmadıqda, funksional fiziki yük sınaqlarının hansı nəticəsindən ehtimal olunur ki, xroniki ürək çatışmazlığının mümkün səbəbi ürəyin işemik xəstəliyidir?
A) EKQ-da ST seqmentinin izoxətdən 0, 5 mm depressiyası

B) Sınağın müsbət olması

C) EKQ-da ST seqmentinin izoxətdən 0, 5 mm elevasiyası

D) EKQ-da tək-tək mədəcik ekstrasistoliyalar

E) Ürək vurğularının sayının maksimal həddinin 85%-ə çatması
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94
1367) Əks göstərişlər olmadıqda, funksional fiziki yük sınaqlarının hansı nəticələri xroniki ürək çatışmazlıqlı xəstələrin erkən diaqnostikasında və Nyu-York təsnifatına əsasən funksional siniflərinin obyektiv qiymətləndirilməsində köməklik göstərmirlər?
A) ST seqmentinin çəpqalxan itibucaqlı depressiyası

B) Arterial təzyiqin qəflətən kəskin qalxması (230/120 mm c. süt-nə qədər)

C) 1-1, 5 mm qədər ST seqmentinin horizontal depressiyası

D) Fiziki yüklənmə zamanı hemodinamik göstəricilərin dəyişilməsi

E) Fiziki yüklənməyə qarşı tolerantlığın azalması
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 93, 94
1368) Xroniki ürək çatışmazlıqlı xəstələrin minimal doza ürək qlikozidlərilə müalicəsi zamanı preparatın orta doyma dozasına çatmasına yox, əksinə individual terapevtik effektə əsaslanmalıyıq. Bu effektə aşağıdakılardan hansı aid deyil?
A) ürək vurğularının sayının dəq. 60 - 70 qədər azalması

B) gecə yuxusunun normallaşması

C) təngnəfəsliyin və ödemlərin azalması

D) diurezin artması

E) atım fraksiyasının artması
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 149
1369) Xroniki ürək çatışmazlıqlı xəstələrdə ürək qlikozidlərinin qanda hansı doydurucu konsentrasiyası (mq/ml) ölümü 2 dəfə artırır?
A) 2, 5

B) 4, 0


C) 1, 0

D) 2, 0


E) 3, 0
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 149
1370) Xroniki ürək çatışmazlıqlı (XÜÇ) xəstələrin diaqnostikasında funksional yüklənmə sınağı nəyi əks etdirir?
A) Ürəkdə morfoloji dəyişiklikləri

B) Ürəyin həcm dəyişikliyini

C) Miokardın perfuziya pozğunluğunu

D) Yalnız fiziki işgüzarlığın azalmasını

E) XÜÇ-ın diaqnostikasının xüsusi metodudur
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.97
1371) Xroniki ürək çatışmazlığının medikamentoz müalicəsində əsas dərman qruplarına hansı preparatlar aid deyil?
A) Aldosteronun antaqonistləri

B) Diuretiklər, ürək qlikozidləri

C) Angiotenzin çevirici fermentlərin inhibitorları

D) β - adrenoblokatorlar

E) “Ləng” kalsium kanallarının blokatorları
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh.30 ; V.Ə.Əzizov. Daxili xəstəliklər.Baki-2011 Səh.468; Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 119
1372) Medikamentoz müalicənin müasir konsepsiyasına müvafiq olaraq xroniki ürək çatışmazlığında istifadə olunan əlavə dərman qruplarına hansı aiddir?
A) Nitropreparatlar

B) İlgək diuretikləri, antikoaqulyatantlar

C) Statinlər, aspirin

D) “Sürətli” kalium kanalların blokatorları

E) Angiotenzin II reseptorlarının blokatorları, vazopeptidazaların inhibitorları
Ədəbiyyat: V. Ə. Əzizov. Daxili xəstəliklər. Bakı-2011. Səh. 468; Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 119
1373) Xroniki ürək çatışmazlığı olan xəstələrdə medikamentoz müalicənin müasir konsepsiyasına müvafiq olaraq, istifadə olunan köməkçi dərman qruplarına hansı dərman maddələri aid deyil?
A) angiotenzin çevirici fermentin inhibitoru

B) aspirin, antikoaqulyantlar

C) kalsium kanallarının blokatorları

D) antiaritmik dərmanlar (əsasən 3 sinif)

E) periferik vazodilatatorlar (nitratlar)
Ədəbiyyat: V.Ə.Əzizov. Daxili xəstəliklər. Bakı-2011 Səh.468; Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 119
1374) Xroniki ürək çatışmazlığında istifadə olunan AÇFİ –in hansı reaksiyaları müsbət hesab olunmur? (AÇFİ - angiotenzin çevirici fermentin inhibitoru).
A) sol mədəciyin dilatasiyasının proqressivləşməsinin qarşısının alınması

B) ürək, damar və başqa orqanlarda remodelləşmə proseslərinin yavaşıması

C) koronar damarların vazokonstriksiyası

D) miokardın interstisial fibrozunun formalaşmasının ləngiməsi

E) miokardın hipertrofiyasının geriyə inkişaf etməsi
Ədəbiyyat: Г. Е. Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 120-121
1375) ABŞ ekspertlərinin (1999) rəyinə əsasən xroniki ürək çatışmazlıqlı (XÜÇ) xəstələrdə ürək qlükozidləri hansı hallarda istifadə olunur?
A) ürəyin işemik xəstəliklərində

B) mədəcik ekstrasistoliyalı xəstələrdə

C) sinus ritmi saxlanılmaqla miokardın infarktından sonrakı kardiosklerozda

D) taxisistolik səyrici aritmiya zamanı XÜÇ-ün bütün funksional siniflərində

E) sol mədəciyin diastolik disfunksiyasının üstünlüyü ilə olan XÜÇ -da
Ədəbiyyat: V.Ə.Əzizov. Daxili xəstəliklər. Bakı-2011 Səh. 472; Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 143
1376) Kiçik dozada ürək qlikozidlərinin XÜÇ - lı xəstələrin müalicəsində, müasir tendensiyaya görə, ikinci müalicə prinsipini gözləməyi tələb etdiyindən inotrop preparatlarla aşağıdakı dərmanlardan hansının mütləq birgə istifadəsi vacib deyil? (XÜÇ - xroniki ürək çatışmazlığı).
A) konkor

B) laziks

C) spironolakton

D) enalapril

E) prazozin
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 149
1377) Xroniki ürək çatışmazlıqlı xəstələrin ürək qlikozidləri ilə müalicəsində ücüncü prinsip dedikdə nə başa düşülür?
A) ehtiyac olarsa β-adrenoblokatorlar ilə vacib birliyi

B) xəstəliyin klinik şəklinin, laborator və instrumental müayinə metodlarının əsaslı analizi

C) preparatın kiçik dozada istifadəsi (məsələn, diqoksin sutkada 0,25 mq dozaya qədər)

D) diuretiklər ilə vacib birliyi

E) angiotenzin çevirici fermentin inhibitoru ilə vacib birliyi
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 149
1378) Aşağıdakılardan hansı əlamət xroniki ürək çatışmazlığını xarakterizə edən kompleks sindromlara aid deyil?
A) Sakit vəziyyətdə ürəkdə struktur dəyişikliyin obyektiv əlamətləri

B) Sakit vəziyyətdə ürəkdə funksional dəyişikliyin obyektiv əlamətləri

C) Uzun müddət ayaq üstə durduqda yaranan huşun itməsi

D) Sakitlik və ya fiziki gərginlik zamanı yaranan təngnəfəslik və/və ya ümumi zəiflik

E) Ağciyərlərdə və ya aşağı ətraflarda durğunluq əlamətləri
Ədəbiyyat: Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh.9
1379) Ürək çatışmazlığı xəstəliklərin beynəlxalq təsnifatına (XBT - 10) əsasən necə qeyd olunur?
A) I 50.9

B) 150.1


C) I 50

D) I 52


E) 150.0
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh.9
1380) Durğunluq ürək çatışmazlığı xəstəliklərin beynəlxalq təsnifatına (XBT - 10) əsasən necə qeyd olunur?
A) I 50.1

B) I 50.0

C) I 50

D) I 51


E) I 50.9
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh.9
1381) Sol mədəcik çatışmazlığı xəstəliklərin beynəlxalq təsnifatına (XBT - 10) əsasən necə qeyd olunur?
A) I 21

B) I 50.1

C) I 20

D) I 22


E) I 50.0
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh.9
1382) Dəqiqləşdirilməmiş ürək çatışmazlığı xəstəliklərin beynəlxalq təsnifatına (XBT - 10) əsasən necə qeyd olunur?
A) I 24

B) 1 25


C) I 50.9

D) I 40.1

E) I 40.0
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh.9
1383) Ürək çatışmazlığının (ÜÇ) əlamətləri olan və natriumuretik peptidlərlə müalicə almamış xəstələrdə bu peptidlərin hansı miqdarında xroniki ÜÇ-nın olması ehtimal olunmur? (BNP- beyin natriumuretik peptidi, NT-proВNР - N-terminal beyin natriumuretik peptidinin sələfi, pq/ml - pikoqram millilitr).
A) BNP < 100 pq/ml-dan az, NT-proВNР< 400 pq/ml-dan az

B) BNP >800 pq/ml-dan çox, NT-proВNР>4000 pq/ml-dan çox

C) BNP >600 pq/ml-dan çox, NT-proВNР>3000 pq/ml-dan çox

D) BNP = 100-400 pq/ml-ə bərabər, NT-proВNР = 400-2000 pq/ml-a bərabər

E) BNP >400 pq/ml-dan çox, NT-proВNР>2000 pq/ml-dan çox
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh. 14


Yüklə 453,92 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin