Kardiologiya 01. 06. 2015-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Qan dövranı sistemi neçə yerə bölünür?


) Xroniki ürək çatışmazlıqlı xəstələrdə bumetanidinin başlanğıc dozası sutkada necə milliqramdır?



Yüklə 453,92 Kb.
səhifə35/40
tarix01.01.2017
ölçüsü453,92 Kb.
#4005
1   ...   32   33   34   35   36   37   38   39   40

1495) Xroniki ürək çatışmazlıqlı xəstələrdə bumetanidinin başlanğıc dozası sutkada necə milliqramdır?
A) 1-2

B) 0,5-1,0

C) 0,2-0,4

D) 2-4


E) 4-8
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 33
1496) Sağ mədəciyin aritmogen displaziyasında aşagıdakılardan hansı baş vermir?
A) Sağ mədəciyin müxtəlif ağırlıq dərəcəsində dilatasiyası

B) Sol mədəciyin dilatasiyası, onun ön - arakəsmə və arxa divarının nazikləşməsi

C) EKQ - də sağ döş aparmalarında sinus ritmi fonunda mənfi T dişləri və His dəstəsinin sağ ayaqcığının blokadası

D) Mədəcik taxikardiyası zamanı QRS komplekslərinin dəyişilməsi (His dəstəsinin sol ayaqcığının blokadası formasında)

E) Üçtaylı qapağın qenişlənməsi
Ədəbiyyat: Ədəbiyyat: Ю.Н. Беленков, Р.Г. Оганов - Кардиология, национальное руководство, 2007г.
1497) Hansı ölüm qəfləti ürək ölümü hesab olunur (ürək fəaliyyətinin dayanması)?

1. şahidlərin iştirakı ilə ilk təhlükəli simptomların yaranmasından sonra 1 saat ərzində baş vermiş

2. baş verməzdən əvvəl xəstənin vəziyyəti stabil və ciddi qorxu törətməyən hal kimi qiymətləndirilmiş

3. baş verdiyi şəraitdə onu törədə biləcək digər səbəblər inkar edilmiş (zorakı ölüm, travmalar və s.)

4. ilk stenokardik agrıların yaranmasından sonra 6 saat ərzində baş vermiş

5. xroniki və ya onkoloji xəstələrdə təhlükəli simptomların yaranmasından sonra 2 saat ərzində baş vermiş
A) 1, 3, 5

B) 2, 4, 5

C) 3, 4, 5

D) 1, 2, 3

E) 1, 2, 4
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 589 Ю. Н. Беленков, Р.Г. Оганов - Кардиология, национальное руководство, 2007г.
1498) Qəfləti ürək ölümünün yüksək riskinə hansı xəstələr məruz qalmır? (AH - arterial hipertenziya, Mİ - miokard infarktı, ÜİX - ürəyin işemik xəstəliyi, HLP - hiperlipidemiya).
A) ÜİX və bir neçə əsas risk faktorları olanlar (AH, HLP, tütün çəkmə və s.)

B) Əsasən, kardiomeqaliyası və durğunluq ürək çatışmazlığı olan Mİ keçirmişlər

C) II - III funksional sinif stabil stenokardiyalı

D) ÜİX və yüksək qradasiyalı mədəcik aritmiyası olanlar

E) Qeyri - stabil stenokardiyalı və ya kəskin Mİ - də (əsasən Mİ - nin inkişafının ilk saatlarında)
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр., 590
1499) Qəfləti ürək ölümünün səbəblərinə aid deyil:
A) Hər hansı bir səbəbdən yaranmış kardiogen şok (kəskin miokard infarktından başqa)

B) Aorta mənfəzinin stenozu

C) Hipertrofik kardiomiopatiya

D) Hər hansı bir səbəbdən yaranmış durğunluq ürək çatışmazlıgı

E) QT intervalının qısalması sindromu
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр., 590
1500) Qəfləti ürək ölümünün səbəbinə aid olmayan hansıdır?
A) Agciyər arteriyasının tromboemboliyası

B) Hər iki mədəciyin nəzərə çarpan konsentrik hipertrofiyası

C) Hər hansı bir səbəbdən yaranmış ürəyin tamponadası (məs., ekssudativ perikardit)

D) QT intervalının uzanması sindromu

E) Agciyərlərin obstruktiv xəstəlikləri
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр., 590
1501) Mərkəzi venoz təzyiq nəyə bərabərdir?
A) sol mədəciyin son diastolik təzyiqinə

B) ağciyər arteriyasının pərçimlənmə təzyiqinə

C) sağ qulaqcıqdakı təzyiqə

D) orta arterial təzyiqə

E) sol mədəciyin atım fraksiyasına
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 554
1502) Ürəyin sağ və sol şöbələrinin kateterizasiyası hansı orqandakı təzyiqdən məlumat vermir?
A) aortadakı

B) yuxarı boş venadakı

C) mədəciklərdəki

D) ağciyər arteriyasındakı

E) qulaqcıqlardakı
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 556


1503) Sabit stenokardiya adlanan klinik sindrom nə vaxt meydana çıxmır?
A) Arterial təzyiqin yüksəlməsində

B) Emosional stressdə

C) Sakitlikdə, çox vaxt gecələr yuxuda

D) Soyuqda, çoxlu miqdarda qida qəbulunda

E) Fiziki gərginlikdə (hərəkət, yüksəkliyə qalxma, ağırlıq qaldırma)
Ədəbiyyat: Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 7
1504) Aşağıdakı hansı ağrı şikayətləri və ya simptomlar sabit stenokardiyalı xəstələrdə əsasən təsadüf olunmur?
A) Döş sümüyünün arxasında lokalizasiya olunan, tutmaşəkilli, sıxıcı, təzyiqedici ağrı

B) Sakitlik halında, sublinqval nitroqliserin qəbulundan sonra bir neçə dəqiqə ərzində keçib gedən simptomlar

C) Adətən 3-5 dəqiqə davam edən ağrı

D) Adətən 15-20 dəqiqə davam edən və kalsium kanalı blokatorunun qəbulundan sonra keçib gedən

E) Sol qola, boyuna, çənəyə irradiasiya edən ağrı
Ədəbiyyat: Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 7
1505) Sabit stenokardiyanın Kanada ürək-damar cəmiyyəti təsnifatına əsasən I funksional sinfə xas simptomlar nə zaman meydana çıxır?
A) Adi fiziki aktivlikdə yüngül məhdudiyyət. Sürətlə və ya soyuq havada yeriyərkən, pilləkənlə qalxarkən, stress zamanı, oyandıqdan sonra bir neçə saat ərzində

B) Adi fiziki aktivlik stenokardiyaya səbəb olmur. Ancaq ağır, intensiv və uzunmüddətli gərginlikdən sonra

C) Adi fiziki aktivlikdə nəzərəçarpan məhdudiyyət. Emosional stress zamanı, oyandıqdan sonra bir neçə saat ərzində

D) Adi fiziki aktivlikdə nəzərəçarpan məhdudiyyət. Normal sürətlə bir və ya iki kvartal məsafə yeriyərkən (100-200 metr) və ya bir mərtəbə pilləkən qalxarkən

E) Hər hansı bir fiziki aktivlik narahatlığa səbəb olur və ya “sakitlik stenokardiyası” olduqda
Ədəbiyyat: Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 9
1506) Sabit stenokardiyanın diaqnostikasında miokardın işemiyası ilə bağlı narahatlıq hissi hansı xüsusiyyətlərlə ayırd edilmir?
A) Lokalizasiyası

B) Sublinqval nitroqliserin qəbulundan bir neçə dəqiqə sonra keçib getməsi

C) Həyəcan və gərginliklə, şiddətləndirici və yüngülləşdirici amillərlə əlaqəsi

D) Xarakteri

E) Müddəti
Ədəbiyyat: Ədəbiyyat: Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 10
1507) Stenokardiyalı xəstələrdə hansı instrumental müayinənin aparılmasının əhəmiyyəti yoxdur?
A) Koronar arterioqrafiyanın

B) Fonokardioqrafiyanın

C) Döş qəfəsi rentgenoqrafiyasının, EKQ-nin

D) Kompüter tomoqrafiyanın

E) Exokardioqrafiyanın
Ədəbiyyat: Sabit stenokardiyanin diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2009, səh. 13
1508) Ürək çatışmazlığı və sinus düyünün zəifliyi sindromu olan xəstələrdə paroksizmal səyrici aritmiya zamanı ürək vurğularının sayını azaltmaq üçün hansı preparatın istifadəsi daha məqsədə uyğundur?
A) koraksan

B) diqoksin

C) metoprolol

D) verapamil

E) kordaron
Ədəbiyyat: Ədəbiyyat: Ю.Н. Беленков, Р.Г. Оганов - Кардиология, национальное руководство, 2007г
1509) Aşağıdakılardan hansı mühakimə şəkərli diabeti (ŞD) olan ürək çatışmazlıqlı (ÜÇ) xəstələrdə özünü təsdiq edir? (AÇFİ- angiotenzin çevirici fermentin inhibitorları, ARB- angiotenzin II reseptorlarının blokatorları, NYHA- Nyu-York Ürək Assosiasiyası, FS – funksional sinif)
A) Oral antidiabetik müalicə bütün xəstələr üçün eyni olmalıdır

B) AÇF inhibitorları və ya ARB birinci seçim preparatı olaraq qalır

C) İşemik kardiomiopatiya və ŞD olan xəstələrdə revaskulyarizasiya aparılması məsləhət deyil

D) Troqlitazon (tiazolidindion qrupu) qara ciyərin funksiyasını pozmadığı üçün I-II FS-lı (NYHA) xəstələrə təyin olunur

E) Şəkərli diabet ürək xəstəliklərinin və ÜÇ-nın inkişafında əsas risk amili sayılmır
Ədəbiyyat: Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh. 44
1510) Kəskin miokard infarktlı xəstələrdə ürəyin dəqiqəlik həcminin təyin olunmasında ən dəqiq hesab olunan klassik Fik metodunda damar yatağına yeridilən maddə kimi hansı qazdan istifadə olunur?
A) azot oksidi (NO)

B) azot iki oksid (N2O - şənləndirici qaz)

C) hidrogen (H2)

D) karbon qazı (CO2)

E) oksigen (O2)
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 557
1511) Kəskin miokard infarktlı xəstələrdə fəsadlaşma baş verdikdə klassik və daha dəqiq hesab olunan Fik metodu hansı göstəricinin təyinində istifadə olunur?
A) ürək atımının

B) son - diastolik təzyiqin

C) son - sistolik həcmin

D) vurgu həcminin

E) son - diastolik həcmin
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 558
1512) Kəskin miokard infarktlı xəstələrdə hansı halda Fik metodunun istifadəsi göstəriş hesab olunmur?
A) sol mədəciyin infarktı ilə yanaşı Hiss dəstəsinin sağ ayaqcığının blokadasında

B) kardiogen şokda

C) arterial təzyiqin əhəmiyyətli yüksəlməsində

D) nəzərəçarpan supraventreikulyar taxikardiyalarda (ürək vurğularının sayı dəqiqədə 120 - 150)

E) ağır sol mədəcik çatışmazlığı ağciyər ödemi, mitral requrqitasiya ilə
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 558
1513) Normada ümumi periferik damar müqaviməti nə qədərdir? (din.san.см-5)
A) 1700-dən 2000-ə qədər

B) 2000-dən 2600-ə qədər

C) 700-dən 1600-ə qədər

D) 400-dən 600 -ə qədər

E) 200-dən 400-ə qədər
Ədəbiyyat: Ədəbiyyat: Н. М. Шевченко. Кардиология. «Медицинское Информационное Агенство», 2006, стр. 19
1514) Miokard infarktında qan dövranı pozğunluğunun xarakteristikasında hansı hemodinamik göstəricidən istifadə vacib sayılmır?
A) Ağciyər arteriyasının pərcimlənmə təzyiqi (AAPT)

B) Mərkəzi venoz təzyiq (MVT)

C) EKQ –da QT-nın 0,42 - 0,44 s. olması

D) Ürək indeksi (Üİ)

E) Arterial təzyiq (AT)
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 563
1515) Hansı dəyişiklik eukinetik (normokinetik) tip hemodinamikalı kəskin miokard infarktlı xəstənin göstəricilərinə uyğun gəlmir (V.Q. Popov və başq. müəllif., 1989 il modifikasiyası)? (AF - atım fraksiyası, Üİ - ürək indeksi, AAPT - ağciyər arteriyasının pərcimlənmə təzyiqi, MVT - mərkəzi venoz təzyiq, AT - arterial təzyiq)
A) MVT - 4-5 mm c. süt

B) AAPT - 8-12 mm c. süt

C) Kəskin sol mədəcik çatışmazlığının əlamətləri

D) Normal və ya azacıq yüksəlmiş AT

E) Üİ -2,7-3,0 l/dəq./m2
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 563
1516) Hansı dəyişiklik hiperkinetik tip hemodinamikalı kəskin miokard infarktlı xəstənin göstəricilərinə uyğun gəlmir (V.Q. Popov və başq. müəllif., 1989 il modifikasiyası)? (Üİ - ürək indeksi, AAPT - ağciyər arteriyasının pərcimlənmə təzyiqi, MVT - mərkəzi venoz təzyiq, AT-arterial təzyiq)
A) AT - norma daxilində

B) Üİ > 3,0 l/dəq./m2- dən çox

C) Aşkar kardiogen şokun əlamətləri

D) AAPT - 8-12 mm c. süt

E) MVT - 4-5 mm c. süt
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 563
1517) Hansı dəyişiklik durğunluq tip hemodinamikalı kəskin miokard infarktlı xəstənin göstəricilərinə uyğun gəlmir (V.Q. Popov və başq. müəllif., 1989 il modifikasiyası)? (Üİ - ürək indeksi, AAPT - ağciyər arteriyasının pərcimlənmə təzyiqi)
A) Auskultasiyada - ağciyərlərin aşağı paylarında yaş xırıltılar

B) AAPT- 18 mm c. süt.-dan çox

C) Ortopnoe və təngnəfəslik qeyd olunmur

D) Arterial təzyiq norma daxilində

E) Üİ - 2,7-3,0 l/dəq/m2
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 563
1518) Kəskin miokard infarktlı xəstələrdə, adətən, hansı hemodinamik tip müşahidə olunmur?
A) hipervolemik

B) durğunluq

C) hipokinetik

D) eukinetik

E) hiperkinetik
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 565
1519) Əgər, miokard infarktlı xəstənin klinikasında ağciyər ödemi əlamətləri varsa, eyni zamanda AAPT (20 mm c.süt-dən yuxarı) və MVT nəzərəçarpacaq qədər yüksəlibsə, lakin sistolik AT və Üİ aşağı düşmüşlərsə (2,0 l/dəq./m2-dan aşağı), həmçinin periferik hipoperfuziya əlamətləri (oliquriya, ətrafların soyuması, arterial hipotoniya) mövcuddursa, onda hansı hemodinamik tip haqqında düşünmək olar? (AT-arterial təzyiq, AAPT - ağciyər arteriyasının pərcimləmə təzyiqi, Üİ - ürək indeksi, MVT - mərkəzi venoz təzyiq)
A) hipokinetik

B) durğunluq

C) hipovolemik

D) eukinetik

E) hiperkinetik
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 565
1520) Əgər, kəskin sol mədəcik çatışmazlığı ilə fəsadlaşmış miokard infarktlı xəstədə hipokinetik tip hemodinamika təyin olunubsa, onda AAPT və ağciyər durğunluğuna aktiv təsir etməkdən ötəri hansı preparatların vacib birliyindən istifadə olunmalıdır? (AAPT – ağciyər arteriyasının pərçimlınmə təzyiqi)
A) oksigenterapiya və heparin

B) amiodaron və qeyri-narkotik analgetiklər

C) narkotiklər və aspirin

D) vazodilatatorlar və inotrop təsirli preparatlar

E) elektroimpuls terapiya (və ya elektrokardiostimulyator) və novokainamid (aritmiya baş verərsə)
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 565
1521) Kəskin miokard infarktlı xəstələrdə kəskin ürək çatışmazlığının durğunluq hemodinamik tipində vena daxilinə furosemid hansı dozada yeridilir?
A) 200-240 mq bir dəfə və ya gündə bir neçə dəfə

B) 20-80 mq bir dəfə və ya gündə bir neçə dəfə

C) 100-120 mq iki dəfə və ya gündə bir neçə dəfə

D) 160-200 mq bir dəfə və ya gündə bir neçə dəfə

E) 10-20 mq iki dəfə və ya gündə bir neçə dəfə
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 565
1522) Sol mədəcik çatışmazlığı olan miokard infarktlı xəstələrdə hemodinamikanın durğunluq tipi aşkarlandıqda hansı dərmanların birliyi göstəriş hesab olunur?
A) Ürək qlikozidləri və kalsium antaqonistləri

B) AÇF inhibitorları və narkotiklər

C) ARB və β1-adrenergik reseptorlarının selektiv stimulyatorları

D) Tiazid diuretikləri və qeyri-selektiv β-adrenoblokatorlar

E) İlgək diuretikləri və venoz vazodilatatorlar
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 565
1523) Miokard infarktlı xəstələrdə diqoksinin inotrop dərman maddəsi kimi istifadəsi hansı səbəbdən məsləhət deyil?
A) tez-tez qlikozid intoksikasiyası baş verdiyindən

B) beyin qan dövranında perfuzion təzyiqi artırdığından

C) böyrək damarlarında qan təhcizatını azaltdığından

D) koronar arteriyalarda perfuzion təzyiqi artırdığından

E) böyrək çatışmazlığını dərinləşdirdiyindən
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 567.
1524) Ritm tezliyi dəqiqədə 160-220 vurğu olan davamlı mədəcik taxikardiyası hansı dəyişikliyə səbəb olmur?
A) Periferik hipoperfuziyaya

B) Nekroz sahəsinin genişlənməsinə

C) Miokardın işemiya sahəsinin genişlənməsinə

D) Frank-Starlinq mexanizminin aktivləşməsinin zəifləməsinə

E) Ürəyin nasos funksiyasının zəifləməsinə
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 573
1525) Hansı hal, ritm tezliyi dəqiqədə 160-220 vurğu olan davamlı mədəcik taxikardiyasının arzuolunmaz nəticəsi hesab olunmur?
A) Sinkopal hal, hətta huşun itməsi və qıcolmalarla müşayiət olunan Morqanyi-Adams-Stoks tipik tutmalarının yaranmasına qədər

B) Aritmik şok

C) QT intervalının nəzərəçarpan uzanması (0,40 san. qədər)

D) Mədəcik fibrillyasiyasının yaranması

E) Ağciyərin ödemi
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 573
1526) Əgər davamlı mədəcik taxikardiyası tutması ağ ciyər ödemi, kardiogen şok və ya huşun itməsilə müşayiət olunursa, onda paroksizmi aradan qaldırmaqdan ötəri nə etmək lazımdır?
A) yumruqla prekardial zərbə endirdikdən dərhal sonra elektrik kardioversiyasını həyata keçirmək

B) vena daxilinə təcili şırnaqla lidokain məhlulu yeritmək

C) oksigenoterapiya ilə birgə vena daxilinə 0,1-0,2 ml adrenalin məhlulu yeritmək

D) amiodaronun damcı ilə vena daxilinə infuziyasını başlamaq

E) ürəyin qapalı masajını başlamaq
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 573
1527) Mədəcik taxikardiyası paroksizmini aradan qaldırmaq üçün lidokain vena daxilinə şırnaqla hansı dozada yeridilməlidir? (mq)
A) 30

B) 40


C) 10

D) 50


E) 20
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 573
1528) Əgər mədəcik taxikardiyası paroksizmini aradan qaldırmaq üçün vena daxilinə şırnaqla lidokain yeridildikdən sonra müsbət effekt baş verməyibsə, onda preparatın venaya təkrar yeridilməsi neçə dəqiqədən sonra mümkündür?
A) 4

B) 8


C) 2

D) 5


E) 10
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 573
1529) Əgər mədəcik taxikardiyası paroksizmini aradan qaldırmaq üçün ilk olaraq venaya şırnaqla lidokain yeridildikdən sonra effekt baş verməyibsə, onda preparatın venaya təkrar yeridilməsi hansı dozada (mq) mümkündür?
A) 100

B) 80


C) 150

D) 50


E) 20
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 573
1530) Mədəcik taxikardiyası paroksizmi aradan götürüldükdən sonra, lidokain venaya hansı dozada və necə təyin olunmalıdır?
A) 100-150 mq vena daxilinə yavaş-yavaş

B) 25-50 mq vena daxilinə şırnaqla 1-2 dəqiqə müddətində

C) 250-300 mq vena daxilinə damcı üsulu ilə 48 saat ərzində

D) 200-250 mq birdəfəlik per os

E) 50-100 mq əzələ daxilinə
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 573
1531) Nəzərə alsaq ki, davamlı mədəcik taxikardiyası paroksizmi təcili aradan qaldırılmalıdır və lidokainin hətta təkrar yeridilməsi belə effekt vermədikdə, növbəti taktika nədən ibarətdir?
A) vena daxilinə propafenon

B) vena daxilinə sotalol

C) vena daxilinə yavaş –yavaş meksitil

D) elektrik kardioversiya

E) vena daxilinə şırnaqla atenolol
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 573
1532) Hansı klinik əlamət mədəciklərin fibrilyasiyasını xarakterizə etmir?
A) Gözlənilmədən huşun itməsi

B) Botkin nöqtəsində III tonun əmələ gəlməsi

C) Arterial təzyiqin təyin edilməməsi

D) Ürək tonları və arterial nəbzin olmaması

E) Aqonal tənəffüsün yaranması
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 574
1533) Miokard infarktlı xəstələrdə hansı müddət ərzində yaranmış mədəciklərin fibrilyasiyası birincili hesab olunur?
A) xəstəliyin 2-3-cü günündə

B) xəstəliyin başlanmasından bir həftə sonra

C) xəstəliyin 5-6-cı günündə

D) miokard infarktın yarımkəskin dövründə

E) xəstəliyin birinci dəqiqələrində və saatlarında
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 574
1534) Miokard infarktlı xəstələrdə nə zaman yaranmış mədəciklərin fibrillyasiyası ikincili hesab olunur?
A) xəstəliyin başlanmasından bir neçə gün sonra və adətən kəskin ürək çatışmazlığı ilə müşayiət olunan

B) xəstəliyin başlanmasından bir həftə sonra və kardiogen şokla müşayiət olunan

C) xəstəliyin başlanmasından iki həftə sonra və kardiogen şokla müşayiət olunan

D) xəstəliyin birinci dəqiqələrində və saatlarında və sol mədəcik çatışmazlığı ilə müşayiət olunan

E) xəstəliyin başlanmasından bir ay sonra və nəzərəçarpan bradikardiya ilə müşayiət olunan
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 574
1535) Miokard infarktlı xəstələrdə nə zaman yaranmış mədəciklərin fibrillyasiyası gecikmiş fibrillyasiyaya aiddir?
A) xəstəliyin başlanmasından iki ay sonra

B) xəstəliyin 5-6-cı günündə

C) xəstəliyin 7-8-ci həftəsində

D) xəstəliyin birinci dəqiqələrində və saatlarında

E) xəstəliyin 2-6-cı həftəsində
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 574
1536) Miokard infarktlı xəstələrdə mədəciklərin fibrillyasiyasının müalicəsində hansı tədbir yeganə müalicə üsulu hesab olunur?
A) yumruqla prekardial nahiyəyə zərbə endirmək

B) təcili elektrik kardioversiya

C) aortakoronar şuntlama

D) ürəyin açıq massajı

E) vena daxilinə şırnaqla lidokain yeritmək
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 574
1537) Miokard infarktlı xəstələrdə mədəciklərin fibrillyasiyasında təcili elektrik kardioversiya zamanı əsasən neçə coul enerjidən istifadə olunur?
A) 150-200

B) 100-150

C) 400-500

D) 50-100

E) 200-300
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 574


Yüklə 453,92 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin