1622) Arterial hipertenziyalı xəstələrdə sol mədəciyin əzələ kütləsi tədricən artdıqda ürək əzələsində hansı dəyişiklik baş verir?
A) toxumada nekrozun yaranması
B) elastik toxumanın hiperplaziyası
C) lipofibrozun əmələ gəlməsi
D) fibroz toxumanın inkişafı
E) anomal zülalların sintezi
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 605
1623) Hipertoniyalı xəstələrdə baş beyin zədələnmələrində hansı dəyişiklik baş vermir?
A) əzələ qişası hipertrofiyalaşır
B) damarların endotelisi zədələnir
C) arteriyaların genişlənmə qabiliyyəti artır
D) intima qalınlaşır və fibrozlaşır
E) arteriyaların rigidliyi artır (onların qenişlənmə qabiliyyəti itir)
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 606
1624) Arterial hipertenziyanın xarakterinin qiymətləndirilməsində hansı parametr əsas hesab olunmur?
A) natriumuretik peptidin ifrazının artması
B) “hədəf orqanların” zədələməsi
C) arterial təzyiqin yüksəlməsinin xarakteri
D) arterial təzyiqin yüksəlməsinin dərəcəsi
E) arzuolunmaz arterial hipertenziya risk faktorlarının olması
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 605
1625) Arterial hipertenziyalı xəstələr üçün baş ağrısının hansı forması xarakter deyil?
A) Tenzion
B) Əzələ
C) Likvorlu
D) İşemik
E) Tipik
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 610
1626) Arterial hipertoniyanın əsas subyektiv əlamətlərindən biri olan “tipik” baş ağrıları üçün nə xarakterik deyil?
A) başın dairəsinin yuxarısında sıxılma hissiyyatının olması (alın və göz ətrafı həddindən artıq gərilmiş)
B) alın, ənsə və ya bütün baş nahiyyəsində qeyri intensiv ağırlıq və ya daxildən sıxılma hissiyyatının olması (“küt” baş ağrıları)
C) qaşların və sifətin azacıq pastozlugu ilə müşayiət olunur
D) güclü öskürək zamanı, başı əydikdə və gücənərkən artır
E) çox vaxt gecələr və ya səhər tezdən yuxudan ayılandan sonra yaranır
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 611
1627) Arterial hipertenziyalı xəstələrdə “tipik” baş ağrıları nə ilə əlaqədar deyil?
A) xəstənin vertikal vəziyyətində, əzələ aktivliyində və massaj zamanı venoz qan axınının beyindən xaric olmasının yaxşılaşmasıyla
B) baş beyin qabığında anomal elektrik aktivliyinin yaranmasıyla
C) hissi reseptorların (nosiseptorların) qıcıqlanmasıyla
D) intrakranial venaların tonusunun enməsi və qan axınının beyindən xaric olmasının pozulması ilə
E) funksional beyindaxili venoz hipertenziyanın inkişaf etməsi ilə
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 611
1628) Arterial hipertoniyanın əsas subyektiv əlamətlərindən biri hesab olunan “likvorlu” baş ağrıları üçün xas olmayan xüsusiyyət hansıdır?
A) diffuz, daxildən dağıdıcı xaraterli baş ağrılarıyla (“baş elə bil qurquşunludur”)
B) başgiccələnmə, ürəkbulanma və işıqdan qorxma ilə müşayiət olunan başın bir tərəfində lokalizə olunan ağrılar
C) xəstəliyin daha gec mərhələlərində müşahidə olunur
D) cuzi gərginlik (gücəndikdə, öskürdükdə, başın, bədənin vəziyyətini dəyişdikdə) ağrını gücləndirir
E) bəzən pulsasiya xarakteri daşıyır
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 611
1629) Arterial hipertenziyalı xəstələrdə “likvor” baş ağrıları nə ilə əlaqədardır?
A) qüclü öskürək, başın və bədənin vəziyyətinin dəyişməsi ilə
B) dartılmış beyindaxili venalarda nosiseptorların qıcıqlanması ilə
C) beyindaxili təzyiqin artması ilə
D) həddinnən artıq streslə
E) funksional venoz beyindaxili hipertenziya ilə
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 611
1630) Bəzi xəstələrdə kəskin və tez bir zamanda arterial təzyiqin yüksəlməsilə (məsələn, hipertonik krizlərdə) meydana çıxan “işemik” baş ağrısının xarakterini təsvir edin?
A) başın yuxarı hissəsində basılma və ya sıxıntı hiss edirlər
B) başgicələnmə, ürəkbulanma və fotofobiya ilə müşayiət olunur
C) sanki alın və göz yuvası əzələləri həddindən artıq gərgindir, lakin onların gərqinliyinin azalması mümkünsüzdür
D) sıxıcı, dağıdıcı və ya küt ağrılar, ürəkbulanma, sistemsiz baş ağrıları, göz önündə qara nöqtələrin uçması ilə müşayiət olunur
E) bəzən işıqlı rəngli dairələr və zolaqlar şəklində gözəgörünmələr hiss edirlər
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 612
1631) Arterial hipertenziyada tez və kəskin arterial təzyiqin yüksəlməsinə cavab olaraq yaranmış “işemik“ baş ağrısı nə ilə əlaqədardır?
A) başın yumşaq əzələ örtüyünün gərginləşməsi ilə
B) beyindaxili venaların genişlənməsi ilə
C) yerli beyin arteriyalarının çox yüksək nəzərəçarpan spazmı ilə
D) beyindaxili venaların qanla həddindən artıq dolması ilə
E) beynin funksiyasının pozulması ilə
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 611
1632) Arterial hipertenziyanın əsas əlamətlərindən biri hesab olunan “əzələ” baş ağrıları hansı simptomlarla müşayiət olunmur?
A) ürəkbulanma, sistemsiz başgicəllənmə
B) ətraf qıcıqlara hissiyyatın artması (uca səsli musiqini xoşlamırlar)
C) işıqdan qorxma, göz önündə qara nöqtələrin uçması
D) başın sanki sarğı ilə sıxılması
E) əsəbilik, tez özündən çıxmaq
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 613
1633) Arterial hipertenziyalı xəstələrdə “əzələ” baş ağrısı nəyin nəticəsində yaranır?
A) başın yumşaq əzələ örtüyünün gərginləşməsi
B) yerli beyin arteriyalarının spazmı
C) beyindaxili təzyiqin yüksəlməsi
D) baş beyin qabığında anomal elektrik aktivliyinin baş verməsi
E) beyidaxili venaların genişlənməsi
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 613
1634) Arterial hiprtenziyanın nəinki uzunmuddətli proqressivləşən gedişində, hətta qəfləti bir dəfə yaranan hipertonik krizdə inkişaf etmiş dissirkulyator ensefalopatiya üçün xarakter olmayan xüsusiyyət hansıdır?
A) baş beyinin ödemi və şişməsi
B) baş beyinin işemiyası
C) baş beyin funksiyasının aşağı düşməsi
D) uzunmüddətli yaddaşın saxlanılmasıyla qısa müddətli yaddaşın itməsi
E) kəskin və ya xroniki serebral qan dövranının pisləşməsi
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 614
1635) Arterial hipertenziyalı xəstələrdə hansı pozğunluqlar dissirkulyator ensefalopatiyanın ümumi beyin simptomatikasına aid deyil?
A) zəif karlaşmadan dərin komanın inkişafına qədər
B) görmə (skotomalar)
C) ürəkbulanma, qusma
D) baş ağrısı
E) sayıq olmaq həddinin aşağı düşməsi, başda “dumanlılıq”
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 614
1636) Arterial hipertenziyalı xəstələrdə hansı pozğunluqlar dissirkulyator ensefalopatiyanın ocağlı nevroloji simptomlarına aid deyil?
A) qabıq funksiyasının pozulması (asterioqnoz, apraksiya)
B) vestibulyar, beyincik ataksiyası, astaziya
C) hemi-, mono- və paraparezlər
D) başda “qeyri-müəyyənlik” subyektiv hissiyatı
E) motor afaziya, dizartriya, dərin və mürəkkəb hissiyyatın pozulmaları
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 614
1637) Arterial hipertenziyalı xəstələrdə hansı pozğunluqlar dissirkulyator ensefalopatiyanın başlanğıç (I mərhələ) ümumi beyin təzahürü üçün xas deyil?
A) ağlağanlıq, əhval-ruhiyyədə məyusluq
B) başgicəllənmələr, baş ağrıları, başda küy
C) nəzərəçarpan ipoxondrik sindrom, intellektin enməsi
D) diqqətsizlik, əsəbilik
E) tez yorulma, iş qabiliyyətinin azalması
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 614
1638) Arterial hipertenziyalı xəstələrdə II mərhələ dissirkulyator ensefalopatiya nə ilə xarakterizə olunmur?
A) apatiyanın artması, ruh düşgünlüyü
B) tremorun, patoloji reflekslərin əmələ gəlməsi
C) intellektin demensiya yaranmasına gədər aşağı enməsi
D) yaddaşın və iş qabiliyyətinin get-gedə zəifləməsi
E) düşüncənin zəifləməsi, gündüzlər yuxululuq və gecələr yuxusuzluq
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 614
1639) Arterial hipertenziyalı xəstələrdə III mərhələ dissirkulyator ensefalopatiya zamanı nə baş vermir?
A) yeriyərkən dayanıqsızlıq, yırğalanma, başın və əl barmaqlarının əsməsi
B) intellektin getdikcə demensiyanın yaranmasına qədər aşagı düşməsi
C) udma zamanı çeçəmək, dizartriya
D) əzələ tonusunun zəifləməsi, hərəkətlərin sürətlənməsi
E) psixiki pozğunluğun dərinləşməsi, nəzərə çarpan ipoxondrik sindrom
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 614
1640) Arterial hipertenziyalı xəstələrdə mötədil nəzərəçarpan periferik ödemlər nə ilə əlaqədar deyil? (RAAS-renin-angiotenzin-aldosteron sistemi)
A) RAAS-ın hiperaktivliyi ilə
B) Kallikrein-kinin sisteminin hiperaktivliyi ilə
C) Toxumalarda Nа+ ın ləngiməsilə
D) Toxumalarda suyun ləngiməsilə
E) Bəzi dərman maddələrinin qəbulu ilə
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 614
1641) Arterial hipertenziyalı xəstələrdə qəflətən arterial təzyiq qalxdıqda, əsasən, gözün torlu qişasıında yaranan qan dövranının funksinal pozğunluğu zamanı görmə pozğunluğunun hansı klinik əlamətləri meydana çıxır?
1. duman
2. örtük (pərdə)
3. göz önündə qara nöqtələrin uçması
4. astiqmatizm
5. diplopiya
A) 1, 2, 4
B) 2, 4, 5
C) 3, 4, 5
D) 1, 2, 3
E) 1, 3, 5
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 614
1642) Arterial hipertenziyalı xəstələr üçün xarakter olmayan şikayətləri göstərin?
A) Göz önündə “qara nöqtələr” və diqər görmə pozğunluqları
B) Əsəbilik, tez yorulma
C) EKQ-da QT intervalının 0,44- 0,46 san qədər uzanması
D) Baş gicəllənmə, yaddaş pozqunluğu, başda küy
E) Müxtəlif xarakterli və mənbəli baş ağrıları
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 615
1643) Arterial hipertenziya diaqnozunun qoyulmasında hansı şərtin nəzərə alınması vacib deyil? (AT- arterial təzyiq)
A) Diastolik arterial təzyiq 90 mm c. süt. olmasının
B) AT-ın sakit şəraitdə müxtəlif vaxtlarda, ən azı üç dəfə ölçülməlsinin
C) AT-nın səhər tezdən və axşam ölçülməsinin
D) Sistolik arterial təzyiq 140 mm c. süt. olmasının
E) Ölçülərkən xəstənin AT-nə təsir göstərən dərman vasitəsinin qəbul etməməsinin
Ədəbiyyat: Ədəbiyyat:”Arterial hipertenziyanın diaqnostika və müalicəsi üzrə klinik protokol”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 3 fevral 2009-cu il tarixli 3 saylı qərarı ilə təsdiq edilmişdir, Вакı, 2009,səh 7
1644) Optimal sistolik və diastolik arterial təzyiq, müvafiq olaraq, neçə mm c. süt. olmalıdır?
A) 140-159 və/ya 90-99
B) 120-dən az və 80-dən az
C) 120-129 və/ya 80-84
D) 160-179 və/ya 100-109
E) 140-dan çox və 90-dan az
Ədəbiyyat: Ədəbiyyat:”Arterial hipertenziyanın diaqnostika və müalicəsi üzrə klinik protokol”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 3 fevral 2009-cu il tarixli 3 saylı qərarı ilə təsdiq edilmişdir, Вакı, 2009, səh. 8
1645) Normal sistolik və diastolik arterial təzyiq, müvafiq olaraq, neçə mm c. süt. olmalıdır?
A) 160-179 və/və ya 100-109
B) 120-dən az və 80-dan az
C) 140-159 və 90-99
D) 120-129 və/və ya 80-84
E) 180-dan çox və 110-dan çox
Ədəbiyyat: Ədəbiyyat:” Arterial hipertenziyanın diaqnostika və müalicəsi üzrə klinik protokol”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 3 fevral 2009-cu il tarixli 3 saylı qərarı ilə təsdiq edilmişdir, Вакı, 2009, səh. 7. Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 615
1646) Sistolik və diastolik arterial təzyiq, müvafiq olaraq, normanın yüksək həddində neçə mm c. süt. olmalıdır?
A) 130-139 və/və ya 85-89
B) 140-159 arası və/ya 90-99 arası
C) 180-dan çox və/ya 110-dan çox
D) 160-179 arası və/ya 100-109 arası
E) 120-dən az və 80-dən az
Ədəbiyyat: Ədəbiyyat:” Arterial hipertenziyanın diaqnostika və müalicəsi üzrə klinik protokol”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 3 fevral 2009-cu il tarixli 3 saylı qərarı ilə təsdiq edilmişdir, Вакı, 2009. səh. 7
1647) Birinci dərəcəli arterial hipertenziyada sistolik və diastolik arterial təzyiq, müvafiq olaraq, neçə mm c. süt. olmalıdır?
A) 18dən çox, bərabər və/ya 110-dən çox, bərabər
B) 140-159 və/və ya 90-99
C) 120-129 və/və ya 80-84
D) 160-179 və/ya 100-109
E) 140-dan çox, bərabər və 90-dan az
Ədəbiyyat: Ədəbiyyat:” Arterial hipertenziyanın diaqnostika və müalicəsi üzrə klinik protokol”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 3 fevral 2009-cu il tarixli 3 saylı qərarı ilə təsdiq edilmişdir, Вакı,2009.səh.8
1648) İkincı dərəcəli arterial hipertenziyada sistolik və diastolik arterial təzyiq, müvafiq olaraq, neçə mm c. süt. olmalıdır?
A) 140-159 və/ya 90-99
B) 140-dan çox, bərabər və 90-dan az
C) 180-dən çox, bərabər və/ya 110-dən çox, bərabər
D) 160-179 və/ya 100-109
E) 120-129 və/ya 80-84
Ədəbiyyat: Ədəbiyyat:”Arterialal hipertenziyanın diaqnostika və müalicəsi üzrə klinik protokol”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 3 fevral 2009-cu il tarixli 3 saylı qərarı ilə təsdiq edilmişdir, Вакı, 2009,səh. 8
1649) Ücüncü dərəcəli arterial hipertenziyada sistolik və diastolic arterial təzyiq, müvafiq olaraq, neçə mm c. süt. olmalıdır?
A) 140-159 və/ya 90-99
B) 180-dən çox, bərabər və/ya 110-dan çox, bərabər
C) 140-dan çox, bərabər və 90-dan az
D) 120-129 və/ya 80-84
E) 160-179 və/ya 100-109
Ədəbiyyat: Ədəbiyyat:” Arterial hipertenziyanın diaqnostika və müalicəsi üzrə klinik protokol”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 3 fevral 2009-cu il tarixli 3 saylı qərarı ilə təsdiq edilmişdir, Вакı, 2009,səh 8
1650) Təcrid olunmuş sistolik hipertenziyada sistolik və diastolik arterial təzyiq, müvafiq olaraq, neçə mm c. süt. olmalıdır?
A) 140-159 və/ya 90-dan çox
B) 140-dan çox,bərabər və 90-dan az
C) 120-129 və/ya 80-84
D) 180-dən çox, bərabər və/ya 110-dan çox
E) 160-179 və/ya 100-109
Ədəbiyyat: Ədəbiyyat:” Arterial hipertenziyanın diaqnostika və müalicəsi üzrə klinik protokol”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 3 fevral 2009-cu il tarixli 3 saylı qərarı ilə təsdiq edilmişdir, Вакı, 2009. səh 8
1651) Sistolik arterial təzyiq göstəricisi bir, diastolik arterial təzyiq isə başqa bir dərəcədə olduqda, risk qrupu formalaşdırılarkən əsas hansı göstərici götürülür?
A) birinci dəfə ölçülmüş arterial təzyiq
B) orta arterial təzyiq
C) sistolik arterial təzyiq
D) diastolik arterial təzyiq
E) yüksək göstərici
Ədəbiyyat: Ədəbiyyat:” Arterial hipertenziyanın diaqnostika və müalicəsi üzrə klinik protokol”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 3 fevral 2009-cu il tarixli 3 saylı qərarı ilə təsdiq edilmişdir, Вакı, 2009, səh 8
1652) Təcrid olunmuş I dərəcəli sistolik hipertenziyada sistolik və diastolik arterial təzyiq, müvafiq olaraq, neçə mm c. süt. olmalıdır?
A) 140-159 və 90-dan az
B) 120-129 və/ya 80-dən az
C) 180-dən çox və/ya 90-dan az
D) 140-159 və/ya 90-99
E) 160-179 və 90-dan çox
Ədəbiyyat: Ədəbiyyat:” Arterial hipertenziyanın diaqnostika və müalicəsi üzrə klinik protokol”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 3 fevral 2009-cu il tarixli 3 saylı qərarı ilə təsdiq edilmişdir,Вакı,2009. səh.8
1653) Təcrid olunmuş II dərəcəli sistolik hipertenziyada sistolik və diastolik arterial təzyiq, müvafiq olaraq, neçə mm c. süt. olmalıdır?
A) 160-179 və 90-dan az
B) 140-159 və 90-dan az
C) 180-199 və/ya 90-dan çox
D) 140-159 və/ya 90-99
E) 120-129 və/ya 85-dən az
Ədəbiyyat: Ədəbiyyat:”Arterial hipertenziyanın diaqnostika və müalicəsi üzrə klinik protokol”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 3 fevral 2009-cu il tarixli 3 saylı qərarı ilə təsdiq edilmişdir,Вакı,2009. səh.8
1654) Təcrid olunmuş III dərəcəli sistolik hipertenziyada sistolik və diastolik arterial təzyiqi, müvafiq olaraq, neçə mm c. süt.olmalıdır?
A) 180-190-dan çox, bərabər və/ya 1100dan çox, bərabər
B) 140-159 və 70-dən az
C) 160-179 və 80-dan az
D) 140-159 və/ya 90-99
E) 180-dən çox, bərabər və 90-dan az
Ədəbiyyat: Ədəbiyyat: ”Arterial hipertenziyanın diaqnostika və müalicəsi üzrə klinik protokol”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 3 fevral 2009-cu il tarixli 3 saylı qərarı ilə təsdiq edilmişdir, Вакı, 2009. səh8
1655) Essensial (birincili) hipertenziya, xəstəliklərin beynəlxalq təsnifatına (XBT-10) əsasən necə qeyd olunur?
A) I 11. 9
B) I 12. 0
C) I 10
D) I 11
E) I 12. 9
Ədəbiyyat: Ədəbiyyat:”Arterial hipertenziyanın diaqnostika və müalicəsi üzrə klinik protokol”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 3 fevral 2009-cu il tarixli 3 saylı qərarı ilə təsdiq edilmişdir, Вакı, 2009,səh.9
1656) (Durğunluq) ürək çatışmazlığı ilə müşayiət olunan, başlıca olaraq ürəyin zədələnməsi ilə gedən hipertoniya xəstəliyi, xəstəliklərin beynəlxalq təsnifatına (XBT-10) əsasən necə qeyd olunur?
A) I 12. 9
B) I 12
C) I 11
D) I 12. 0
E) I 11.0
Ədəbiyyat: Ədəbiyyat:”Arterial hipertenziyanın diaqnostika və müalicəsi üzrə klinik protokol”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 3 fevral 2009-cu il tarixli 3 saylı qərarı ilə təsdiq edilmişdir, Вакı, 2009,səh.9
1657) Böyrəyin zədələnmələri nəticəsində baş verən ikincili hipertenziya, xəstəliklərin beynəlxalq təsnifatına (XBT-10) əsasən necə qeyd olunur?
A) I 13.0
B) I 13. 1
C) I 15.1
D) I 12. 9
E) I 11
Ədəbiyyat: Ədəbiyyat:”Arterial hipertenziyanın diaqnostika və müalicəsi üzrə klinik protokol”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 3 fevral 2009-cu il tarixli 3 saylı qərarı ilə təsdiq edilmişdir,Вакı,2009.səh. 9
1658) Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə (2004) orta inkişaf etmiş ölkələrdə hipertoniya xəstəliyi ölüm səbəbləri arasında neçənci yeri tutur və neçə faizi təşkil edir?
A) 6-cı və 3,0%
B) 10-cu və 3,5%
C) 12-ci və 4,5%
D) 3-cü və 2,0%
E) 8-ci və 2,5%
Ədəbiyyat: Ədəbiyyat:”Arterial hipertenziyanın diaqnostika və müalicəsi üzrə klinik protokol”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 3 fevral 2009-cu il tarixli 3 saylı qərarı ilə təsdiq edilmişdir,Вакı,2009.səh.10
1659) Arterial hipertenziyalı xəstələrin siniflərə bölünməsi hansı göstəricidən asılı deyil?
A) müxtəlif risk amillərinin olmasından
B) ürək damar riskinin olmasından
C) orqanların zədələnməsindən
D) antihipertenziv preparatların təsirindən alınan nəticədən
E) yanaşı xəstəliklərin mövcudluğundan
Ədəbiyyat: Ədəbiyyat:”Arterial hipertenziyanın diaqnostika və müalicəsi üzrə klinik protokol”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 3 fevral 2009-cu il tarixli 3 saylı qərarı ilə təsdiq edilmişdir, Вакı, 2009, səh. 10
1660) Arterial hipertenziyalı xəstələrdə müalicə strategiyaları dedikdə aşağıdakılardan hansı nəzərdə tutulmur?
A) kombinə olunmuş müalicədən istifadə
B) mütləq olaraq antikoaqulyantlardan istifadə
C) antihipertenziv müalicənin başlanması
D) müalicə nəticəsində qan təzyiqinin müəyyən hədəf səviyyəsinə endirilməsi
E) statinlərdən istifadə
Ədəbiyyat: Ədəbiyyat:”Arterial hipertenziyanın diaqnostika və müalicəsi üzrə klinik protokol”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 3 fevral 2009-cu il tarixli 3 saylı qərarı ilə təsdiq edilmişdir, Вакı, 2009, səh. 10
1661) Arterial hipertenziyalı xəstələrdə aşağıdakılardan hansı kateqoriya ümumi ürək-damar risk dərəcələrinin kateqoriyalarına aid deyil?
A) orta
B) yüksək
C) çox aşağı
D) çox yüksək
E) aşağı
Ədəbiyyat: Ədəbiyyat: ”Arterial hipertenziyanın diaqnostika və müalicəsi üzrə klinik protokol”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 3 fevral 2009-cu il tarixli 3 saylı qərarı ilə təsdiq edilmişdir, Вакı, 2009, səh. 10
1662) Arterial hipertenziyalı xəstələrdə ümumu ürək-damar riskləri kateqoriyaları arasında “əlavə risk” termini dedikdə nə nəzərdə tutulur?
A) yüksəkdərəcəli olan risk
B) aşağı dərəcəli olan risk
C) əhəmiyyət kəsb etməyən risk
D) orta götürülən riskə əlavə olan risk
E) çox yüksək dərəcəli olan risk
Ədəbiyyat: Ədəbiyyat:”Arterial hipertenziyanın diaqnostika və müalicəsi üzrə klinik protokol”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 3 fevral 2009-cu il tarixli 3 saylı qərarı ilə təsdiq edilmişdir, Вакı, 2009, səh. 10
1663) Arterial hipertenziyalı xəstrələrdə ümumi risk dedikdə nə nəzərdə tutulur?
A) 10 il ərzində mütləq olaraq ürək damar patologiyasının baş verə biləcəyi ehtimalı
B) Yaxın vaxtlarda baş verə biləcək ürək damar patologiyası
C) 5 il ərzində mütləq olaraq böyrək patologiyasının baş verə biləcəyi ehtimalı
D) Daha gənc şəxslərdə ürək damar patologiyasının baş verə biləcəyi ehtimalı
E) Bir neçə ildən sonra qismən geridönməyən yüksək risk
Ədəbiyyat: Ədəbiyyat:”Arterial hipertenziyanın diaqnostika və müalicəsi üzrə klinik protokol”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 3 fevral 2009-cu il tarixli 3 saylı qərarı ilə təsdiq edilmişdir, Вакı, 2009, səh. 10
1664) Arterial hipertenziyalı xəstələrdə sistolik arterial təzyiq 120-129 mm c. süt. və diastolik 80-84 mm c. süt.-dursa və risk amilləri yoxdursa onda bu xəstələr hansı risk qrupuna aid edilməlidir?
A) Risk - III - yüksək dərəcəli əlavə risk
B) Risk - II - orta dərəcəli əlavə risk
C) Risk - I - aşağı dərəcəli əlavə risk
D) Risk - IV - çox yüksək dərəcəli əlavə risk
E) Risk - 0 - əhəmiyyət kəsb etməyən risk
Ədəbiyyat: Ədəbiyyat:”Arterial hipertenziyanın diaqnostika və müalicəsi üzrə klinik protokol”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 3 fevral 2009-cu il tarixli 3 saylı qərarı ilə təsdiq edilmişdir, Вакı, 2009, səh. 11
Dostları ilə paylaş: |