1581) Miokard infarktlı xəstələrdə ön papillyar əzələnin cırılması zamanı doppler ExoKQ-da requrgitasiya axınının istiqamətini göstərin
A) sol qulaqcığın arxa-yan divarına tərəf
B) sol mədəciyin arxa divarına tərəf
C) sol qulaqcığın arxa divarına tərəf
D) sol mədəciyin ön divarına tərəf
E) mədəciklərarası çəpərə tərəf
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 582
1582) Miokard infarktlı xəstələrdə arxa məməciyəbənzər əzələnin cırılması zamanı doppler ExoKQ-da requrgitasıya axını hansı tərəfə istiqamətlənir?
A) sol qulaqcığın ön divarına
B) mədəciklərarası çəpərə
C) sol mədəciyin arxa divarına
D) sol qulaqcığın arxa-yan divarına
E) sol qulaqcığın arxa-yan divarına
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 582
1583) Miokard infarktlı xəstələrdə papillyar əzələnin cırılmasını aradan qaldırmaq üçün cərrahı əməliyyatdan əvvəl xəstənin hemodinamikasını stabilləşdirməkdən məqsədi ilə vena daxilinə hansı preparatın infuziyasını digər müalicə üsulları ilə yanaşı istifadə etmək lazımdır?
A) nitroqliserin və natrium nitroprussid, həmçinin aortadaxili balonlu kontrpulsasiya
B) kordaronla uzunmüddətli oksigenterapiyası
C) diqoksin, həmçinin kontrast angioqrafiya ilə
D) verapamil, həmçinin arterial kateterin quraşdırılması
E) metoprolol suksinat, həmçinin ürəyin sağ şöbəsinin kateterizasiyası
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 582
1584) Konservativ müalicə effekt verdyi halda miokard infarktlı xəstələrdə məməciyəbənzər əzələnin cırılmasını aradan qaldırmaq üçün cərrahi əməliyyatın həyata keçirilməsini hansı müddətə qədər təxirə salmaq olar?
A) 4-6 həftə
B) 4-6 ay
C) 1-2 həftə
D) 3-4 ay
E) 2-3 həftə
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 582
1585) Sadalananlardan hansı perikardit zamanı ürək nahiyyəsində yaranan ağrılar üçün xarakterik deyil?
A) dərindən nəfəs aldıqda, öskürdükdə, udqunma zamanı güclənir
B) bədənin vəziyyətindən asılı olaraq dəyişir, arxası üstə güclənir
C) sol ciyinə və sol qola yayılır
D) oturmuş vəziyyətdə zəifləyir
E) daimi, küt olur
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 583
1586) Miokard infarktlı xəstələrdə epistenokardik perikarditin inkişafı zamanı təyin edilən qlükokortikoidlər və qeyri-spesifik iltihab əleyhinə preparatların uzun müddətli istifadəsi nə ilə nəticələnə bilər?
A) “zirehləşmiş ürəyin” inkişafı
B) perikardın visseral səhvəsinin qalınlaşması
C) perikardın nazikləşməsi və cırılması
D) perikardın parietal səhvəsinin qalınlaşması
E) perikard səhvələrinin adqeziyası
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 583
1587) Aşağıdakılardan hansı kəskin miokard infarktlı xəstələrdə perikard boşluğunda nəzərəçarpan ekssudatın əmələ gəlməsinin klinik əlamətlərinə aid deyil?
A) arterial təzyiqin enməsi
B) ürəkdə ağrılar və perikardın sürtünmə küyünün artması
C) təngnəfəslik, taxikardiyanın əmələ gəlməsi və ya artması
D) boyun venalarının nəzərəçarpan şişməsi
E) ürəyin I və II tonlarının karlaşması
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 583
1588) Perikard boşluğuna çox miqdarda maye toplandıqda miokard infarktlı xəstələrin müalicə taktikası necə olmalıdır?
A) perikard boşluğuna böyük dozada antibiotik yeritmək
B) sutkada 500 -750 mq dozada qeyri-steroid iltihab əleyhinə maddələrin qəbulu
C) perikard boşluğuna bilavasitə qlükokortikoid yeritmək
D) ekssudatın yox edilməsi üçün perikard boşluğunun birdəfəlik və ya təkrarı punksiyası
E) subtotal perikardektomiya
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 583
1589) Miokard infarktlı xəstələrdə epistenokardik perikarditin inkişafı zamanı hansı halın yaranma təhlükəsinə görə antikoaqulyantların istifadəsi məsləhət deyil?
A) pnevmonitin
B) plevritin
C) hemoperikardın
D) perikard səhvələrinin qalınlaşması
E) adgeziyanın
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 583
1590) Miokard infarktlı xəstələrdə nəzərə çarpan kəskin perikardit əlamətlərinin yaranması zamanı asetilsalisil turşusunun sutkalıq dozası nə qədərdir?
A) 150-350 mq 4 dəfə
B) 600-750 mq 3 dəfə
C) 100-200 mq 2 dəfə
D) 350-450 mq 4 dəfə
E) 200- 300 mq 1 dəfə
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 583
1591) Sağ mədəcik miokard infarktlı xəstələrdə fizikal müayinədə hansı klinik simptom təyin olunur?
A) tənqnəfəslik, boğulma, agciyərlər üzərində yaş xırıltılar
B) arterial hipertoniya
C) sol mədəciyin dolma təzyiqinin artması
D) döş sümüyünün sağ kənarında presistolik çapma ritmi (patoloji IV ton)
E) döş sümüyünün aşağı 1/3 və ya onun sol kənarında patoloji III ton (protodiastolik çapma ritmi)
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 586
1592) Sağ mədəcik miokard infarktlı xəstələrdə fizikal müayinədə hansı kliniki simptom təyin olunmur?
A) sağ mədəcik protodiastolik çapma ritmi (ürəyin patoloji III tonu)
B) perkussiya zamanı – sağ mədəciyin qenişlənmə əlamətləri
C) boyun venaların şişməsi
D) ağciyərlərin aşağı paylarında yaş xırıltılar
E) hepatomeqaliya
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 586
1593) Sağ mədəcik miokard infarktlı xəstələrdə hansı hemodinamik pozğunluqlar boyun venalarının şişməsinə səbəb olur? (VH – vurğu həcmi)
1. böyük qan dövranında durğunluq əlamətləri
2. sağ mədəciyin sistolik funksiyasının kəskin enməsi və onun inspirator həcmlə yüklənməsi
3. sağ mədəcikdə önyüklənmənin yüksəlməsinə cavab olaraq, onun VH-nın adekvat artması
4. sağ mədəciyin VH-nın nəzərə çarpan azalması
5. bütün qan həcminin ağciyər arteriyası sisteminə daxil olması
A) 1, 3, 5
B) 1, 2, 3
C) 3, 4, 5
D) 2, 4, 5
E) 1, 2, 4
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 586
1594) Sağ mədəcik miokard infarktlı xəstələrdə müşahidə edilən paradoksal arterial nəbz nə deməkdir? (AT-arterial təzyiq)
A) sistolik AT-ın nəfəs verərkən 15-20 mm c. süt.-dan çox enməsi və nəbz dalğası dolmasının ekspirator azalması
B) sol qolda sistolik AT-ın nəfəs verərkən 15-20 mm c. süt.-dan çox qalxması və nəbz dalğası dolmasının ekspirator artması
C) sağ qolda sistolik AT-ın nəfəs verərkən 15-20 mm c. süt.-dan çox enməsi və nəbz dalğası dolmasının ekspirator azalmasıdır
D) sol qolda sistolik AT-ın nəfəs alarkən10-12 mm c. süt.-dan çox qalxması və nəbz dalğası dolmasının inspirator artması
E) sistolik AT-ın nəfəs alarkən10-12 mm c. süt.-dan çox enməsi və nəbz dalğası dolmasının inspirator azalması
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 586
1595) Sağ mədəcik miokard infarktlı xəstələrdə hansı səbəbdən nəfəs alarkən boyun venalarının şişməsi (Kussmaul simptomu) müşahidə olunur?
1. sağ mədəciyin sistolik funksiyasının artması
2. ürəyin sağ şöbəsinə qan axının inspirator artması
3. sağ mədəciyin ağciyər arteriyasına əlavə həcmin “itələyib ötürmək” qabiliyyəti ilə bağlı olan vurğu həcminin artması
4. qan axınının mərkəzi venalara inspirator artması
5. nəfəs alarkən döş qəfəsi mənfi təzyiqinin sorucu təsiri
A) 1, 3, 5
B) 1, 2, 4
C) 3, 4, 5
D) 2, 4, 5
E) 1, 2, 3
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 586
1596) Sağ mədəcik miokard infarktlı xəstələrdə arterial hipotenziyanın yaranması nə ilə əlaqədar deyil? (SDZS-sinus düyünün zəifliyi sindromu, AV-atrioventrikulyar)
A) sol mədəciyin nasos funksiyasının zəifləməsi ilə
B) sağ mədəciyin işemik zədələnməsi üçün xarakter olan bradiaritmiyalarla (SDZS, AV-blokadalar və s.)
C) sağ mədəciyin sistolik funksiyasının enməsi ilə
D) sağ koronar arteriyanın okklyuziyası ilə
E) sol mədəciyə önyüklənmənin azalması ilə (daxil olan qanın miqdarı)
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 586
1597) Sinoaurikulyar düyün və atrioventrikulyar birləşmənin qan təhcizatında hansı koronar arteriya iştirak edir?
A) sol koronar arteriyanın mədəciklər arası şaxəsi
B) arxa koronar arteriya və sol koronar arteriyanın dolanan şaxəsi
C) sol koronar arteriyanın ön enən şaxəsi
D) sol koronar arteriyanın dolanan qanadı şaxəsi
E) sağ koronar arteriya
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 586
1598) Sağ mədəcik miokard infarktlı xəstələrin müalicə prinsipinə hansı aid deyil? (SEQH – sirkulə edən qanın həcmi, SDZS –sinus düyününün zəifliyi sindromu, AV - atrioventrikulyar)
A) arterial hipotoniya zamanı SEQH artırmaq məqsədilə damcı üsulu ilə vena daxilinə maye köçürmək
B) damcı üsulu ilə vena daxilinə 1%-li 2,0 ml morfin məhlulu yeritmək
C) vena daxilinə mayenin köçürülməsi hipotoniyanı aradan qaldırmadıqda inotrop dərmanları yeritmək (dobutamin və /və ya dopamin)
D) damcı üsulu ilə vena daxilinə inotrop dərmanların yeridilməsindən sonra effekt olmadıqda balonlu koronar angioplastika etmək
E) sinus bradikardiyası, SDZS və II dərəcəli II tip Mobits əlamətləri əmələ gəldikdə müvəqqəti elektrokardiostimulyasiya etmək
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 586
1599) Sağ mədəciyin miokard infarktı olan xəstələrdə hansı ritm və keçiricilik pozğunluqları daha tez-tez rast gəlinir?
A) Mədəcik paroksizmal taxikardiyası
B) Mədəciklərin titrəməsi, fibrilyasiyası
C) Tez-tez, cüt mədəcik ekstrasistoliyaları
D) WPW (Volf-Parkinson-Vayt) sindromu
E) Qulaqcıqların fibrilyasiyası və atrioventrikulyar blokadalar
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 587
1600) Sağ mədəcik miokard infarktlı xəstələrdə arterial hipotenziya olduqda hansı preparatın vena daxilinə yeridilməsi məqsədəuyğun deyil?
A) yüksək dozada diqoksinin
B) reopoliqlukinin
C) 0,9%-li natrium xlorid məhlulunun (sürəti saatda 200 ml olmaqla 1-1,5 litr)
D) kolloid məhlulların
E) dekstranın
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 589
1601) Hansı preparat sağ mədəcikdə önyüklənmənin azalmasına təsir etmir və bu səbəbdən onun sag mədəcik miokard infarktı olan xəstələrə yeridilməsi daha məqsədə uyğundur?
A) diuretiklərin
B) nitratların
C) trombolitiklərin
D) angiotenzin çevirici fermentin inhibitorlarının
E) morfinin
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 589
1602) Sağ mədəcik miokard infarktında hemodinamik göstəricilərə daimi nəzarət etməklə venadaxilinə maye yeridilməsi mərkəzi venoz təzyiqi (sağ qulaqcıq təzyiqi) hansı həddə çatana qədər davam etdirilə bilər?
A) 40-50 mm c. süt
B) 60-75 mm c. süt
C) 14-15 sm su süt
D) 15-18 sm su süt
E) 18-20 sm su süt
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 589
1603) Sağ mədəcik miokard infarktlı xəstələrdə SAT-ı normallaşdırdıqdan sonra hansı preparatın infuzion terapiya ilə birqə venadaxilinə yeridilməsi mümkündür (MVT və AAPT-ın nəzarəti ilə)? (MVT-mərkəzi venoz təzyiqi, AAPT-ağ ciyər arteriyasının pərcimləmə təzyiqi, SAT-sistem arterial təzyiqi)
A) nitroqliserinin
B) dopaminin
C) furosemidin
D) morfinin
E) enalaprilin
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 589
1604) Aşagıdakilardan hansı klinik ölümün əlamətlərinə aid deyil?
A) Huşun olmaması
B) Tənəffüsün olmaması
C) Yuxu arteriyası üzərində nəbzin və auskultasiyada ürək tonlarının olmaması
D) Göz bəbəklərinin maksimal genişlənməsi, buynuz və bəbək reflekslərinin olmaması
E) Kussmaul tənəffüsü
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 591
1605) Aşağıdakılardan hansı faktor hipertoniya xəstəliyinin risk faktorlarına aid deyil ?
A) piylənmə
B) həddindən artıq xörək duzundan istifadə
C) irsi meyillik
D) cins
E) hipodinamiya
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 594
1606) Aşağıdakılardan hansı faktor hipertoniya xəstəliyini törədən faktorlara aid deyil?
A) gün ərzində üç litrdən artıq maye qəbulu
B) yaş, tütün çəkmək
C) həddinnən artıq alkoqoldan istifadə
D) hiperlipidemiya
E) kalium və maqneziumun çatışmazlığı
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 594
1607) Hansı hemodinamik göstəricilərin münasibət pozğunluğunda (hətta əsas etiolojı faktordan asılı olmayaraq) arterial hipertenziyanın formalaşması baş verir?
1. Dəqiqəlik həcm
2. Ümumi periferik damar müqaviməti
3. Dövr edən qanın həcmi
4. Atım fraksiya
5. Sol mədəciyin son-diastolik həcmi
A) 2, 4, 5
B) 1, 2, 4
C) 1, 2, 3
D) 1, 3, 5
E) 3, 4, 5
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 594
1608) Essensial arterial hipertoniyanın formalaşmasında aşağıdakılardan hansı patogenetik variant düzgün hesab olunmur? (DH - dəqiqəlik həcm, ÜPDM – ümumi periferik damar müqaviməti, DQH - dövr redən qanın həcmi)
A) DH və DQH—nin münasıb azalması olmadan ÜPDM-nın yüksəlməsi
B) DH və ÜPDM-nın eyni vaxtda yüksəlməsi fonunda DQH-nın adekvat azalmasının olmaması
C) ÜPDM və DQH-ın adekvat enməsi olmadan DH-ın davamlı yüksəlməsi
D) Venoz tonusun azalması hesabına DH, DQH-in eyni vaxtda azalması
E) Natriurez və diurezin azalmasıyla bağlı olan DQH –nın yüksəlməsi
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 594
1609) Hansı hemodinamik göstəricilərin münasibətinin dəyişilməsi hesabına arterial təzyiqin daimi və uzun müddətli yüksəlməsi meydana çıxır?
1. ümumi periferik damar müqavimətinin qalxması
2. ürək atımının yüksəlməsi
3. dövr edən qanın həcminin artması
4 mərkəzi venoz təzyiqin artması
5. ağciyər arteriyasının pərcimləmə təzyiqinin artması
A) 1, 2, 3
B) 1, 3, 5
C) 2, 4, 5
D) 1, 2, 4
E) 3, 4, 5
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 595
1610) Formalaşmasında və proqressivləşməsində böyük məna daşıyan piylənmə və onun üçün xarakter sayılan yağ, karbohidrat və insulin mübadiləsi pozğunluqlu arterial hipertoniyalı xəstələrdə hiperinsulinemiyanın nə ilə müşayiət olunmadığını göstərin? (SAS - simpatik adrenal sistem, RAAS - renin angiotenzin aldosteron sistem)
A) RAAS-ın aktivləşməsiylə
B) SAS -ın aktivliyinin artmasıyla
C) Damar divarının hipertrofiyasının inkişafının stimulyasiyası ilə
D) Venokonstriksiya ilə
E) Nа+ və suyun orqanizmdə ləngiməsiylə
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 601
1611) Hansı neyrohumoral maddə essensial arterial hipertoniyanın proqressivləşməsi və formalaşmasının ən vacib patogenetik amili deyil? (SAS - simpatik adrenal sistem, RAS - renin angiotenzin sistem, ADH - antidiuretik hormon)
A) ADH-nın hasilatının həddindən artıq yaranması
B) Mineralokortikoidlərin hasilatının artması (aldosteron)
C) Natriumuretik peptidin hasilatının artması
D) SAS və RAS-ın aktivləşməsi (böyrək və toxuma)
E) Böyrəklərlə Na+-un ekskresiyasının pozulması
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 604
1612) Hansı damar dəyişikliyi arterial hipertenziya üçün xarakter deyil?
A) Əzələ tipli arteriya divarlarının hipertrofiyası
B) Endotelin proliferasiyası nəticəsində fəaliyyət göstərən arteriolaların sayının azalması
C) Arteriyaların damar divarının plazma zülallarıyla infiltratsiyası şəklində degenerativ dəyişikliyi (hialinoz)
D) Aterosklerotik piləklərin əmələ gəlməsi ilə iri arteriyaların aterosklerozu
E) Kernoqan indeksinin azalması
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 604
1613) Hipertoniya xəstəliyində ən xarakter sayılan damar dəyişikliyinə nə aid deyil? (ÜPDM-ümumi periferik damar müqaviməti)
A) damar divarının rigidliyinin artması
B) arteriyaların saya əzələsinin hipertrofiyasının inkişafı
C) damar mənfəzinin daralması
D) damar divarı qalınlığının onun diametrinə olan nisbətinin artması
E) arteriyaların tonusunun normal halında belə, ÜPDM-nın azalması
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 604
1614) Hipertoniya xəstəliyi üçün xarakter hesab olunan iri damarların aterosklerozunda hansı dəyişiklik baş vermir?
A) damarların divar önü və ya okkluziyaya səbəb olan trombların yaranması
B) endotelinin keçiriciliyinin azalması
C) damar divarının daralması
D) regionar qan dövranın nəzərə çarpan pozulması
E) aterosklerotik piləklərin yaranması
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 604
1615) Patogenez zəncirinin hansı həlqələrinin ümumiliyi arterial hipertoniya və ateroskleroz xəstəliyinin tez-tez müştərək olmasına səbəb olur?
1. endotelin zədələnməsinin mövcudlugu
2. endoteldən asılı pressor substansiyaların həddindən artıq yaranması
3. endotelinin antitrombotik funksiyasının zəifləməsi
4. depressor neyrohumoral substansiyaların həddindən artıq yaranması
5. endotelinin tromb əmələ gətirmə funksiyasının zəifləməsi
A) 3, 4, 5
B) 2, 4, 5
C) 1, 3, 5
D) 1, 2, 4
E) 1, 2, 3
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 605
1616) Essensial arterial hipertenziyada ürəyin zədələnməsi üçün xarakter olmayan simptom hansıdır? (ÜİX-ürəyin işemik xəstəlikləri)
A) qəfləti ürək ölümünün yüksək riski
B) endotelidənasılı hiperpolyarizasiya amilinin həddindən artıq yaranması
C) sol mədəciyin hipertrofiyası
D) sitolik və/və ya diastolik disfunksiyalı ürək çatışmazlığının inkişafı (sol mədəcik və ya biventrikulyar)
E) klinik və instrumental koronar aterosklerozun əlamətləri (ÜİX)
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 605
1617) Arterial hipertenziyalı xəstələrdə sol mədəciyin hipertrofiyasının formalaşmasında hansı pozğunluqların rolu var?
1. Toxuma renin-angiotenzin sisteminin aktivləşməsi
2. Angiotenzin II hasilatının artması
3. AT2 reseptorları vasıtəsilə çoxalmış angiotenzin II kardiomiositlərə təsiri
4. Prostaqlandinlərin hasilatının artması
5. Bradikinin və azot monooksidin (NO) hasilatının artması
A) 1, 2, 4
B) 1, 3, 5
C) 1, 2, 3
D) 2, 4, 5
E) 3, 4, 5
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 605
1618) Arterial hipertenziyalı xəstələrdə hansı amilin artması hesabına sol mədəcik hipertrofiyası inkişaf edir (hansı ki, eyni zamanda onun divarında gərginliyi artırır)?
A) sol mədəciyin atım fraksiyasının
B) sol mədəciyin son-diastolik həcminin
C) sol mədəciyin yığılma güvvəsinin
D) son yüklənmənin
E) sol mədəciyin son-diastolik təzyiqinin
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 605
1619) Əksər hallarda arterial hipertenziyanın formalaşmasının erkən mərhələlərində hipertrofiyanın hansı halı inkişaf edir?
A) mülayim diffuz ekssentrik
B) mülayim oçaqlı ekssentrik
C) mülayim diffuz konsentrik
D) qarışıq tip
E) nəzərəçarpan diffuz konsentrik
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 605
1620) Arterial hipertenziyalı xəsrtələrdə inkişaf edən mülayım diffuz konsentrik hipertrofiya nə deməkdir?
A) sol mədəciyin ön-yan divarının qalınlaşması və onun boşluğunun genişlənməsi
B) ürəyin yalnız zirvəsinin qalınlaşması
C) sol mədəciyin arxa divarının qalınlaşması və onun boşluğunun genişlənməsi
D) sol mədəcik miokardının bütün seqmentlərinin bərabər qalınlaşması
E) mədəciklərarası çəpərin qeyri-bərabər qalınlaşması
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 605
1621) Arterial hipertenziyalı xəstələrin təxminən 1/3 –də rast gəlinən sol mədəciyin hansı seqmentinin qalınlaşmasında assimmetrik hipertrofiya haqqında düşünmək olar?
A) mədəciklərarası çəpərin və ya sol mədəciyin arxa divarının
B) ön divarın və mədəciklərarası çəpərin
C) mülayim ekssentrik ocaqlı arxa divarın hipertrofiyasının üstünlüyü ilə
D) arxa divarın qalınlaşması və sol mədəcik boşluğunun genişlənməsi ilə
E) mülayim diffuz konsentrik ön divar hipertrofiyasının üstünlüyü ilə
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 605
Dostları ilə paylaş: |