1538) Mədəcik fibrillyasiyası olan miokard infarktlı xəstələrə müvəffəqiyyətli defibrillyasiyadan sonra hansı preparat və hansı dozada (mq) venaya şırnaqla yeridilir?
A) lidokain 50
B) sotalol 80
C) verapamil 90
D) kordaron 300
E) anaprillin 40
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 574
1539) Əgər müvəffəqiyyətli defibrillyasiya zamanı venaya şırnaqla lidokain yeridilibsə, sonradan hansı sürətlə və hansı vaxt ərzində venaya damcı üsulu ilə bu preparatı təkrar yeritmək lazımdır?
A) 8 mq/dəq 48 saat ərzində
B) 6 mq/dəq 12 saat ərzində
C) 4 mq/dəq 6 saat ərzində
D) 2 mq/dəq 24 saat ərzində
E) 16 mq/dəq 48 saat ərzində
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 574
1540) I dərəcəli atrioventrikulyar blokadası olan miokard infarktlı xəstələrdə hansı müalicə taktikası düzgündür?
A) III qrup antiaritmik preparatları ləğv etmək və ya dozasını korreksiya etmək
B) β-adrenoblokatorları ləğv və ya əvəz etmək
C) Kalsium antaqonistlərini ləğv etmək (fenilalkilamin törəmələrini)
D) IC qrup antiaritmik preparatları ləğv və ya əvəz etmək
E) Xüsusi müalicə tələb olunmur
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 574
1541) Adətən keçici xarakter daşıyan II dərəcə I tip Mobits atrioventrikulyar blokada miokard infarktın başlanmasından neçə müddət ərzində qalır?
A) birinci 6 gün
B) birinci 3gün
C) bir ay ərzində
D) birinci 5 gün
E) birinci iki həftədə
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 574
1542) Miokard infarktlı xəstələrdə II dərəcə I tip Mobits atrioventrikulyar blokadanın yaranması əsasən nə ilə əlaqədardır?
A) sol mədəciyin ön divarının subepikardial işemiyası ilə
B) sol mədəciyin ön divarının subendokardial işemiyası ilə
C) sinus düyünün işemiyası ilə
D) atrioventrikulyar düyünün işemiyası ilə
E) mədəciklərarası çəpərin ön üçdə birinin işemiyası ilə
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 574
1543) Miokard infarktlı xəstələrdə atrioventrikulyar düyünün işemiyası hesabına əmələ gəlmiş II dərəcə I tip Mobits atrioventrikulyar blokada hansı koronar aryteriyanın okklyuziyası ilə əlaqədardır?
A) sağ koronar arteriyanın
B) sol koronar arteriyanın ön mədəciklərarası şaxəsinin
C) sol və sağ koronar arteriyaların
D) sol koronar arteriyanın dolanan şaxəsinin
E) sol koronar arteriyanın gövdəsinin
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 574
1544) Miokard infarktının hansı lokalizasiyasında II dərəcə I tip Mobits blokadası müşahidə olunur?
A) ön-bazal (ön yuxarı)
B) ön-çəpər
C) arxa-diafraqmal (aşağı)
D) ön-yan
E) ön-zirvə
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 574
1545) Miokard infarktlı xəstələrdə hansı sinirin tonusunun reflektor yüksəlməsi II dərəcə I tip Mobits atrioventrikulyar blokadanın baş verməsində rolu var?
A) nervus accessorius
B) nervus glossopharyngeus
C) nervus facialis
D) nervus vagus
E) nervus hypoglossus
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 574
1546) Miokard infarktlı xəstələrdə II dərəcə I tip Mobits atrioventrikulyar blokadasında 0,1%-li atropin məhlulunun sutkalıq dozası nə qədərdir?
A) 0,1-0,3 mq dəri altına və ya 0,1-0,2 mq vena daxilinə 1-2 dəfə
B) 0,5-1,0 mq dəri altına və ya 0,3-0,5 mq vena daxilinə 2-3 dəfə
C) 2,5-3,0 mq dəri altına və ya 2,0-3,0 mq vena daxilinə 2 dəfə
D) 1,0-2,0 mq dəri altına və ya 0,5-0,75 mq vena daxilinə 3 dəfə
E) 2,0-2,5 mq dəri altına və ya 0,75-1,0 mq vena daxilinə 3 dəfə
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 574
1547) II dərəcə I tip (Mobits- I) atrioventrikulyar blokadası olan miokard infarktlı xəstələrdə 0,1% -li atropin məhlulunun sutkalıq dozası neçə millilitri keçməməlidir?
A) 3,0
B) 2,0
C) 3,5
D) 4,0
E) 2,5
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 574
1548) Miokard infarktlı xəstələrin II dərəcə II tip Mobits atrioventrikulyar blokadasında keçiricilik sisteminin hansı şöbəsində geridönməz pozğunluqlar əmələ gəlir?
1. His dəstəsinin aşağı hissəsinin, çox vaxt sol ayaqcığın ön şaxəsinin blokadasıyla birlikdə
2. His dəstəsinin aşağı hissəsinin, çox vaxt sol ayaqcığın arxa şaxəsinin blokadasıyla birlikdə
3 His dəstəsinin aşağı hissəsinin, çox vaxt sağ ayaqcığın blokadasıyla birlikdə
4. His dəstəsinin proksimal hissəsinin, çox vaxt sol ayaqcığın arxa şaxəsinin blokadasıyla birlikdə
5. His dəstəsinin penetrasiya edən hissəsinin, çox vaxt sol ayaqcığın ön şaxəsinin blokadasıyla birlikdə
A) 2, 4, 5
B) 1, 2, 4
C) 3, 4, 5
D) 1, 2, 3
E) 1, 3, 5
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 574
1549) Miokard infarktlı xəstələrdə keçiricilik pozğunluğunun hansı forması əksər hallarda qəflətən III dərəcə (tam) atrioventrikulyar (AV) blokadaya keçir?
A) AV-blokada I dərəcə proksimal düyünlü forma
B) Sinoatrial blokada II dərəcə
C) AV-blokada II dərəcə II tip Mobits
D) AV-blokada I dərəcə proksimal qulaqcıq forma
E) AV-blokada II dərəcə I tip (Mobits-I)
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 574
1550) II dərəcə II tip Mobits atrioventrikulyar blokadası olan miokard infarktlı xəstələrdə hansı müalicə növünün istifadəsi məqsədə uyğundur?
A) elektroimpuls terapiyasının
B) 0,1% 2,0 ml atropin məhlulunun venaya yeridilməsi
C) aparıcı süni ritmin implantasiyası ilə daimi elektrokardiostimulyasiyanın
D) müvəqqəti elektrokardiostimulyasiyanın
E) cərrahi müalicənin (aortakoronar şuntlama)
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 574
1551) Miokard infarktlı xəstələrdə xəstəliyin hansı dövründə III dərəcə (tam) atrioventrikulyar blokada inkişaf edə bilər?
A) ikinci həftəsində
B) birinci ayın sonunda
C) üçüncü həftəsində
D) yeddinci günündə
E) birinci saatlarında və günlərində
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 574
1552) Miokard infarktlı xəstələrin III dərəcə atrioventrikulyar (AV) blokadasının proksimal formasında EKQ-da hansı dəyişiklik baş vermir?
A) mədəcik kompleksləri dəyişməyib (“ensizdirlər”)
B) ektopik aparıcı ritm AV-birləşmədəki blokada yerindən aşağıda yerləşir
C) ürək vurğularının sayı dəqiqədə 40-dan artıq olur
D) mədəcik kompleksləri genişlənib və deformasiyaya uğrayıb
E) tam əlaqəsi kəsilmiş qulaqcıq və mədəcik ritmləri qeyd olunur
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 575
1553) EKQ-da hansı dəyişiklik miokard infarktlı xəstələrin III dərəcə atrioventrikulyar (AV) blokadanın distal (trifassikulyar) formasına aid deyil?
A) QRS kompleksləri genişlənib və deformasiyaya uğrayıb
B) Ürək vurğularının sayı dəqiqədə 40-ı keçmir
C) Tək-tək idioventrikulyar ritm fiksə olunub
D) Mədəcik kompleksləri dəyişməyib (“ensizdirlər”)
E) Ektopik aparıcı ritm AV-birləşmədən aşağıda yerləşib
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 575
1554) Miokard infarktının hansı lokalizasiyasında əsasən III dərəcə atrioventrikulyar blokadanın distal (trifassikulyar) forması müşahidə olunur?
A) arxa-bazal
B) ön-bazal (ön yüksək)
C) ön-yan
D) ön geniş yayılmış mədəciklərarası çəpərin zədələnməsi ilə
E) sağ mədəcik infarktında
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 574
1555) III dərəcəli distal tip atrioventrikulyar blokadası olan miokard infarktlı xəstələrdə müvafiq müalicəyə təşəbbüs göstərilmədikdə, ölüm halları neçə faizdir?
A) 80
B) 30
C) 60
D) 50
E) 90
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 575
1556) Sol mədəciyin həqiqi anevrizmasının əmələ gəlməsinə hansı faktor təsir göstərmir?
A) yanaşı arterial hipertoniya və mədəcikdaxili təzyiqin hər hansı səbəbdən artması
B) miokard infarktın kəskin və yarımkəskin mərhələlərində xəstənin həddindən artıq fiziki aktiv olması
C) miokard infarktının kəskin mərhələsində β-adrenoblokatorlardan istifadə
D) sol mədəciyin yayılmış transmural zədələnməsi
E) çapıq sahəsinin sıxlaşma (bərkimə) prosesinin pozulması
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 575
1557) Sol mədəciyin formalaşmış anevrizmasında hansı dəyişiklik baş vermir? (SM-sol mədəcik, SDT-son diastolik təzyiq)
A) Miokardın oksigenə ümumi tələbatının artması və koronar çatışmazlığın yüksəlmə əlamətləri
B) SM SDT-nın yüksəlməsi və kiçik qan dövranında durğunluq riskinin yüksəlməsi
C) SM boşluğunun genişlənməsi, deformasiyası və divarönü trombun formalaşması
D) SM-nın sistolik və diastolik disfunksiyasının dərinləşməsi, ürək atımının enməsi
E) Ürək əzələsinin zədələnməmiş sahələrində daxili miokardial gərginliyin azalması
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 575-576
1558) Sol mədəciyin anevrizması olduqda hansı növ ritm pozğunluğu formalaşır?
A) paroksizmal forma səyrici aritmiya
B) biqeminiya tipli mədəcik ekstrasistoliyaları
C) paroksizmal supraventrikulyar taxikardiya
D) II dərəcəli I tip (Mobits-I) natamam atrioventrikulyar blokada
E) paroksizmal mədəcik taxikardiyası və mədəciklərin fibrillyasiyası
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 575-576
1559) Sol mədəciyin anevrizması zamanı impuls keçiriciliyi pozuntusunun hansı növü formalaşır?
A) oyanma dalğasının vahid çəbhəsinin bir neçə daha kiçik dalğalara parçalanması
B) təkrar daxil olan və patoloji sirkulyasiya edən oyanma dalğası (macro-re-entry)
C) elektrotonik qarşılıqlı təsirin pozulması
D) hiceyrə membranının depolyarizasiya sürətinin dəyişməsi
E) dekrement (qetdikcə sönən) impuls keçiriciliyi
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 179.180,575-576
1560) Hansı klinik və ya instrumental əlamət sol mədəciyin anevrizmasının aşkar olunmasına kömək etmir?
A) rentqenolojı ürək zirvəsinin qenişlənməsi (o kütləşərək, ürəyə kvatrat və ya düzbucaqlı dördbucaq forma verir), “sistolik ekspansiyanın” yaranması
B) ürəyin palpasiyasında döş sümüyündən sola III–IV qabırğaarası sahədə aydın görünən lokal prekardial pulsasiyanın aşkarlanması
C) ürək nahiyəsinin palpasiyasında qəflətən prekardial sistolik titrəyişin meydana çıxması
D) kəskin, yarımkəskin və infarktdan sonrakı dövrdə EKQ-nın tipik dinamikasının olmaması (“donmuş” EKQ)
E) exokardioqrafik sol mədəcik divarının nazikləşməsi və lokal məhdudlaşmış şişməsi (diskineziya) əlamətlərinin olması
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 577-578
1561) Kəskin miokard infaktlı xəstələrdə hansı halda sol mədəciyin anevrizmasının daha tez radikal müalicəsi vacib deyil?
A) mədəcik taxikardiyası paroksizmləri, həmçinin tez-tez politop, qrup şəkilli və yaylım şəkilli ekstrasistolalar baş verdikdə
B) ürək çatışmazlığının sürətli proqressivləşməsində
C) konservativ terapiyaya refrakter olan ağır mədəcik ritm pozğunluqlarında
D) təkrari tromboemboliyalarda, əgər onların mənbəyi anevrizma sahəsində yerləşən damardivarı trombdursa
E) I dərəcəli, II dərəci (Mobits-I) atrioventrikulyar blokadaları baş verdikdə
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 578
1562) Q dişli miokard infarktın son dərəcə ağır fəsadlaşması hesab olunan ürəyin xarici cırılması, əsasən, nə vaxt baş verir?
A) xəstəlik başlanandan ilk 7 gün ərzində
B) xəstəliyin ikinci həftəsindən sonra
C) xəstəliyin on dördüncü günündə
D) xəstəliyin yeddinci-səkkizinci həftəsində
E) xəstəliyin onuncu günündə
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 578
1563) Hansı klinik vəziyyət ürəyin xarici cırılmasına (tamponadasına) xas deyil?
A) paradoksal nəbz, ürək tonlarının karlaşması
B) nəzərəçarpan bradikardiya, üzün və boyunun hiperemiyası
C) qanın perikard boşluğuna tez daxil olması və boşluğun dolması
D) EKQ-da RS-Т seqmentinin qalxması
E) elektromexaniki dissosiasiyanın, asistoliyanın və bir anda ölümün yaranması
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 578
1564) Ürəyin cırılma simptomları bir neçə dəqiqə ərzində artan miokard infarktlı xəstələrdə hansı klinik əlamət müşahidə edilmir?
A) döş sümüyü arxasında və ürək nahiyyəsində intensiv qəfləti ağrılar
B) arterial təzyiqin birdən aşağı düşməsi və ya tamamilə təyin olunmaması
C) arterial nəbzin sapvari olması və tamam yox olması, ürək tonlarının çətinliklə eşidilməsi
D) nəzərəçarpan sianozun əmələ gəlməsi, boyun venalarının sürətlə şişməsi, xəstənin huşunun itməsi
E) ürəyin palpasiyasında III-IV qabırğaarası sahədə döş sümüyündən sola aydın görünən lokal prekardial pulsasiya
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 578-579
1565) Miokard infarktının başlanmasından hansı zaman ərzində, nadir hallarda ürəyin cırılması, xüsusən də mədəciklərarası çəpərin perforasiyası baş verir?
A) bir ay
B) dörd həftə
C) birinci 7 gün
D) altı həftə
E) iki həftə
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 579
1566) Mədəciklərarası çəpərin perforasiyası zamanı nəzərəçarpan hemodinamik pozğunluğa nə səbəb olur?
A) sağ mədəciyin həcmlə yüklənməsi (sol mədəcikdən vurğu həcminin bir hissəsi sağ mədəciyə qovulur)
B) agciyər arteriyasının pərçimləmə təzyiqinin azalması
C) aortaya qovulan ürək atımının effektivliyinin artması
D) agciyər arteriyasında diastolik təzyiqin azalması
E) son-diastolik həcmin azalması hesabına sol mədəciyə düşən yükün azalması
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 579
1567) Hansı klinik vəziyyət mədəciklərarası çəpərin cırılması üçün xarakter deyil?
A) sağ mədəcik çatışmazlığı əlamətlərinin başlanması və tez inkişaf etməsi
B) ürəyin bütün sahələrində kobud pansistolik küy (maksimumu III-IV qabırğaarası sahədə solda)
C) palpasiyada ürək nahiyyəsində prekardial sistolik titrəmənin \qəflətən meydana çıxması
D) kardiogen şokun əlamətlərinin meydana çıxması
E) ağciyər arteriyasında pərçimləmə təzyiqinin azalması
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 580
1568) Miokard infarktlı xəstələrdə mədəciklərarası çəpərin cırılmasının klinik şəklinə hansı simptomlar aid deyil? (Üİ –ürək indeksi)
A) mərkəzi venoz və sol mədəciyin son-diastolik təzyiqinin azalması
B) Üİ - 1,8-2,0 l/dəq/m2-dan az, sistolik АT - 90 mm c. süt.-dən az, periferik hipoperfuziya əlamətləri, oliquriya
C) sianoz, şişkinlik, qara ciyərin böyüməsi, boyun venalarının şişməsi
D) sağ mədəciyin dilatasiyası əlamətləri (ürəyin perkussiyası, rentgenolojı müayinə və ExoKQ əsasında)
E) təngnəfəslik və boğulma, ağciyərlər üzərində yaş xırıltılar, ağciyər arteriyasının pərçimləmə təzyiqin artması
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 580
1569) Mədəciklərarası çəpərin çırılması diaqnozu təsdiqləndikdə hemodinamik pozğunluğu stabilləşdirmək üçün hansı müalicə metodundan istifadə edilməməlidir?
A) vena daxilinə damcı üsulu ilə nitroqliserin məhlulunun yeridilməsi
B) vena daxilinə damcı üsulu ilə prednizolonun yeridilməsi
C) təcili cərrahi müalicə
D) damcı üsulu ilə natrium nitroprussid məhlulunun yeridilməsi
E) aotadaxili balon kontrpulsasiyadan istifadə
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 580
1570) Miokard infarktlı xəstələrdə məməciyəbənzər əzələnin cırılmasında hansı klinik əlamət müşahidə edilmir?
A) sağ mədəcik çatışmazlığı əlamətlərinin tez meydana çıxması və artması
B) ExoKQ-da mədəciyin sistolası zamanı sol qulaqcıq boşluğuna sallanan “döyəcləyici” mitral qapaq tayı
C) kəskin sol mədəcik çatışmazlığının birdən inkişaf etməsi (ağciyər ödemi)
D) zirvədə yayılmış sistolik küy və I tonun zəifləməsi
E) dopler ExoKQ-da sol qulaqcığa zədələnmiş qapaq tərəfdən yayılan ekssentrik requrqitasiya axını
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 581
1571) Q dişli miokard infarktlı xəstələrin çoxunda xəstəliyin neçənci günündə reaktiv aseptik perikardit (pericarditis epistenocardica) inkişaf edə bilər?
A) 2–4 sutkada
B) 10-12 sutkada
C) 21-22 sutkada
D) birinci sutkada
E) altıncı sutkada
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 582
1572) Q dişli miokard infarktlı xəstələrin neçə faizində klinik perikardit aşkarlanır?
A) 0,5-1
B) 3-4
C) 10-20
D) 1-2
E) 5-10
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 582
1573) Miokard infarktlı xəstələrdə inkişaf etmiş perikarditdə ekssudatın xarakterini göstərin?
A) fibrinoz və ya seroz-fibrinoz
B) irinli
C) çürüntülü və ya qanqrenoz
D) hemorragik
E) seroz
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 582
1574) Hansı klinik-instrumental əlamət Q dişli miokard infarktlı xəstələrdə perikarditin (pericarditis epistenocardica) olmasını təsdiq etmir?
A) EKQ-da mədəcik kompleksinin voltajının enməsi və bir neçə aparmada RS-Т seqmentinin eyni istiqamətli konkordant qalxması
B) ExoKQ-da perikardın parietal və visseral səhfələrinin separasiyasının aşkarlanması
C) Xəstəliyin 2-4 günündə ürək nahiyəsində səbəbi aydın olmayan ağrıların yenidən başlanması
D) Quru perikarditdə perikardın sürtünmə küyünün eşidilməsi və bədən hərarətinin subfebril həttə çatması
E) Plevranın sürtünmə küyü
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 583
1575) Əsasən xəstəliyin neçənci günündə miokard infarktından sonrakı Dressler sindromu meydana çıxır?
A) 2-6-cı həftədə
B) 6-8-ci həftədə
C) 3-4-cü ayında
D) 10-12-ci sutkada
E) 2-4-cü-sutkada
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 584
1576) Yüngül gedişli Dressler sindromlu xəstələrin müalicəsində kifayət qədər effektli olan preparat hansıdır?
A) immunomodulyatorlar
B) qlükokortikoidlər
C) antiobiotiklər
D) qeyri-steroid iltihab əleyhinə preparatlar
E) antiaqreqantlarlar, antikoaqulyantlar
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 585
1577) Dressler sindromunun ağır hallarında əsasən hansı preparat təyin olunur?
A) qlükokortikoidlər
B) qeyri-steroid iltihab əleyhinə maddələr
C) iltihab əleyhinə dərmanlar
D) antihistaminlər
E) antibiotiklər
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 586
1578) Sağ mədəcik infarktı olan xəstələrdə kəskin sol mədəcik çatışmazlığının və kiçik qan dövranındakı durğunluğun klinik əlamətlərinin olmaması nə ilə əlaqədardır?
1. sağ mədəciyin ağ ciyər arteriyasına vurduğu qanın miqdarının azalmasıyla
2. mərkəzi venoz təzyiqinin azalmasıyla
3. sol mədəciyin dolma təzyiqinin azalmasıyla
4. sol mədəciyin aortaya vurduğu qanın miqdarının artmasıyla
5. ağciyər arteriyasında pərçimləmə təzyiqinin azalmasıyla
A) 3, 4, 5
B) 2, 4, 5
C) 1, 2, 3
D) 1, 2, 4
E) 1, 3, 5
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 586
1579) Sağ mədəciyin miokard infarktı üçün xarakter olan klassik triadanı göstərin (ağrı sindromundan başqa)?
1. arterial hipotenziya
2. sol mədəciyin dolma təzyiqinin qalxması
3. ağciyərlərin auskultasiyasında xırıltıların olmaması
4. ağciyər arteriyasında pərçimləmə təzyiqinin artması
5. vidaci venalarda və sağ qulaqcıqda təzyiqin artması
A) 1, 2, 4
B) 3, 4, 5
C) 1, 3, 5
D) 2, 4, 5
E) 1, 2, 3
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 586
1580) Miokard infarktlı xəstələrdə məməciyəbənzər əzələnin cırılması zamanı doppler ExoKQ-da ekssentrik yerləşmiş requrgitasiya axını hara yayılır?
A) qulaqcıqlararası çəpərə tərəf
B) mədəciklərarası çəpərə tərəf
C) sol qulaqcığın arxa-yan divarına tərəf
D) zədələnmiş qapaqdan sol qulaqcığa tərəf
E) sol qulaqcığın yan divarına tərəf
Ədəbiyyat: Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 582
Dostları ilə paylaş: |